Məhkəmə qərarları › İş №2(102)-3275/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3275/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3275/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(075)-49/2018 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, 23 sentyabr 2015-ci il tarixli, **********34715 №-li kredit müqaviləsi üzrə 26 885,34 (iyirmi altı min səkkiz yüz səksən beş dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində əsas borc, 9349,30 (doqquz min üç yüz qırx doqquz dollar otuz sent) ABŞ dolları məbləğində adi faiz borcu, 600 (altı min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 36834.64 (otuz altı min səkkiz yüz otuz dörd ABŞ dolları 64 sent) ABŞ dolları borc qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi borc Cavabdeh tutularaq iddiaçı ASC İddiaçı Bankının xeyrinə ödənilməsi, 23 sentyabr 2015-ci il tarixli, **********34715/1 №-li və **********34715/2 №-li İpoteka müqavilələri üzrə ipoteka predmetləri olan və Cavabdeh ünvan 1 ünvanda yerləşən, 52 kv.m ümumi, 32,9 kv.m yaşayış, 19,1 kv.m yardımçı sahədən ibar ət olmaqla 2 otaqlı, 12 nömrəli mənzilə və ünvan 2 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə tutma yönəldilərək, mənzilin ilkin satış qiymətinin 31000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 12000 manat olmaqla hərraca çıxarılaraq satılması, həmin əmlakların açıq hərracdan satılması hesabına 23 sentyabr 2015-ci il tarixli, **********34715 №-li kredit müqaviləsi üzrə cəmi 36834.64 (otuz altı min səkkiz yüz otuz dörd ABŞ dolları 64 sent) ABŞ dolları borcun ASC İddiaçı Bankının hebasına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı Cavabdeh müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xeyrinə 150 manat xidmət haqqının tutulması, 50 manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, 145 manat ekspertiza xərcinin ASC İddiaçı Bankından alınaraq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(107)-2334/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şükürov sədrlik edən, məruzəçi M.Hüseynov və R.Əliyev) “İddiaçıBank” ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(075)-49/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İ ddiaçı ASC İddiaçı Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2015-ci il tarixli, **********34715/1 №-li və **********34715/2 №-li İpoteka müqavilələri üzrə ipoteka predmetləri olan və Cavabdeh ünvan 1 ünvanda yerləşən, 52 kv.m ümumi, 32,9 kv.m yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət olmaqla 2 otaqlı, 12 nömrəli mənzilə və ünvan 2 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və 23 sentyabr 2015-ci il tarixli, **********34715 №-li kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC İddiaçı Bankı qarşısında 26 885,72 (iyirmi altı min səkkiz yüz səksən beş dollar, 72 sent) ABŞ dolları məbləğində əsas borc, 3559,92 (üç min beş yüz əlli doqquz dollar, 92 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məb ləği, 04 avqust 2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 397,20 (üç yüz doxsan yeddi dollar, 20 sent) ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 30842,84 (otuz min səkkiz yüz qırx iki dollar, 84 sent) ABŞ dolları və 04 avqust 2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 29 (iyirmi doqquz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiyməti cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetlərinin 23 sentyabr 2015-ci il tarixli, **********34715/1 №-li və **********34715/2 №-li İpoteka müqavilələrinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndicinin rəyi əsasında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bank 28 iyul 2017-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcmini n artırılması” haqqında ərizə göndərərək 23 sentyabr 2015-ci il tarixli, **********34715/1 №-li və **********34715/2 №-li İpoteka müqavilələri üzrə ipoteka predmetləri olan və Cavabdeh ünvan 1 ünvanda yerləşən, 52 kv.m ümumi, 32,9 kv.m yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət olmaqla 2 otaqlı, 12 nömrəli mənzilə və ünvan 2 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və 23 sentyabr 2015ci il tarixli, **********34715 №-li kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC İddiaçı Bankı qarşısında 26 885,72 (iyirmi altı min səkkiz yüz səksən beş dollar, 72 sent) ABŞ dolları məbləğində əsas borc, 8568,88 (səkkiz min beş yüz altmış səkkiz dollar, 88 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 27 iyul 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 2720,49 (iki min yedi yüz iyirmi dollar, 49 sent) ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 38175,09 (otuz səkkiz min yüz yetmiş beş dollar, 09 sent) ABŞ dolları və 27 iyul 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 29 (iyirmi doqquz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bank 17 yanvar 2018-ci il tarixdə yenidən məhkəməyə “iddia tələbinin həcminin artırılması” haqqında ərizə göndərərək, 23 sentyabr 2015-ci il tarixli, **********34715/1 №-li və **********34715/2 №-li İpoteka müqavilələri üzrə ipoteka predmetləri olan və Cavabdeh ünvan 1 ünvanda yerləşən, 52 kv.m ümumi, 32,9 kv.m yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət olmaqla 2 otaqlı, 12 nömrəli mənzilə və ünvan 2 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və 23 sentyabr 2015-ci il tarixli, **********34715 №-li kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC İddiaçı Bankı qarşısında 26 885,72 (iyirmi altı min səkkiz yüz səks ən beş dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində əsas borc, 9349,30 (doqquz min üç yüz qırx doqquz dollar, otuz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 23 sentyabr 2017-ci il tarixdən 16 yanvar 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 1532,49 (bir min beş yüz otuz iki dollar, qırx doqquz sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 16 yanvar 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4565,40 (dörd min beş yüz altmış beş dollar qırx sent) cərimə faizləri olmaqla, cəmi 42332,91 (qırx iki min üç yüz otuz iki dollar, doxsan bir sent) ABŞ dolları və 16 yanvar 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 29 (iyirmi doqquz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ASC İddiaçı Bank 03 iyul 2018-ci il tarixdə yenidən məhkəməyə “iddia tələbinin həcminin artırılması” haqqında ərizə göndərərək, 23 sentyabr 2015-ci il tarixli, ** ********34715/1 №-li və **********34715/2 №-li İpoteka müqavilələri üzrə ipoteka predmetləri olan və Cavabdeh ünvan 1 ünvanda yerləşən, 52 kv.m ümumi, 32,9 kv.m yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət olmaqla 2 otaqlı, 12 nömrəli mənzilə və ünvan 2 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və 23 sentyabr 2015ci il tarixli, **********34715 №-li kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC İddiaçı Bankı qarşısında 26 885,72 (iyirmi altı min səkkiz yüz səksən beş dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (23.09.2017-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 9349,30 (doqquz min üç yüz qırx doqquz dollar otuz sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 23 sentyabr 2017-ci il tarixdən 03 iyul 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 3777,44 (üç min yeddi yüz yetmiş yeddi ABŞ dolları 44 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 03.07.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 6436,20 (altı min dörd yüz otuz altı ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 46448,66 (qırx altı min dörd yüz qırx səkkiz ABŞ dolları 66 sent) ABŞ dolları və 03 iyul 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxm ış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 29 (iyirmi doqquz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğundan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sü butlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ASC İddiaçı Bankı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli **********34715/1 №-li ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçı Bankı ilə cavabdeh arasında Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 13A saylı binanın 52 kv.m ümumi, 32,9 kv.m yardımçı yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 12 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. ASC İddiaçı Bankı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli **********34715/2 №-li ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçı Bankı ilə cavabdeh arasında Cavabdeh ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 06 oktyabr 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 13A saylı bina Cavabdeh mülkiyyətindədir. DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 06 oktyabr 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. ASC İddiaçı Bankı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış 21 iyun 2016-cı il tarixli **********43 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13A saylı binanın 52 kv.m ümumi, 32,9 kv.m yardımçı yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 12 nömrəli mənzil və ünvan 2 ünvanda yer ləşən 0.03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair ASC İddiaçı Bankınin ərizəsi DƏDRXnin 12 saylı Ərazi idarəsində 21 iyun 2016-cı il tarixdə qeydiyyata alınmışdır. «Əmlak Ekspert Mərkəzi» tərəfindən 07 iyul 2017-ci il tarixdə verilmiş ƏEM/İ 26-856/17 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13A saylı binanın 52 kv.m ümumi, 32,9 kv.m yardımçı yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 12 nömrəli mənzilin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 31000 manat təşkil edir. «Əmlak Ekspert Mərkəzi» tərəfindən 07 iyul 2017-ci il tarixdə verilmiş ƏEM/İ 26-856/17 saylı mütəxəssis rəyindən görünür ki, hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin dəyəri 12000 manat, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13A saylı binanın 52 kv.m ümumi, 32,9 kv.m yardımçı yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 12 nömrəli mənzilin dəyəri isə 31000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2017-ci il tarixli, 30377 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh ASC İddiaçı Bankına 27 iyul 2017-ci il tarixə 23 sentyabr 2015-ci il tarixli **********34715 saylı kredit razılaşması üzrə 26885.68 ABŞ dolları məbləğində əsas borc və 8568.88 ABŞ dolları məbləğində faiz borcu vardır. Cavabdeh 23 sentyabr 2015-ci il tarixli **********34715 saylı kredit razılaşması üzrə cərimə b orcunun hesablanmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 iyun 2018-ci il tarixli, 4812 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh ASC İddiaçı Bankına 16 yanvar 2018-ci il tarixə 23 sentyabr 2015-ci il tarixli **********34715 saylı kredit razılaşması üzrə 26885.34 ABŞ dolları məbləğində əsas borc və 9350.87 ABŞ dolları məbləğində faiz borcu vardır. Cavabdeh 23 sentyabr 2015-ci il tarixli **********34715 saylı kredit razılaşması üzrə cərimə borcunun hesablanmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən 18 avqust 2015-ci il tarixdı verilmiş Ə 004957 nömrəli vəsiqədən görünür ki, Cavabdeh İİ qrup ə lildir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı apellyasiya şikayətinin dəlillərindən biri kimi istinad etdiyi hal ondan ibarət olmuşdur ki, bankın iddiası kreditin qaytarılma müddətinin bitdiyi 23.09.2017-ci il tarixdən 03.07.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 3777,44 (üç min yeddi yüz yetmiş yeddi ABŞ dolları 44 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən tutulması hissəsində təmin edilməmiş və əsas kimi iddiaçının tələblərinin faktiki təmin edilmə tarixinin qabaqcadan bəlli olmadığı, həmin tarixin qabaqcadan bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və cərimə məbləğinin də hazırda müəyyən edilməsinin q eyri-mümkün olduğu göstərilmişdir. Halbuki, həmin məbləğ iddiaçının tələblərinin faktiki təmin edilmə tarixinə, başqa sözlə, Qətnamədə ifadə edildiyi kimi qabaqcadan bəlli olmayan tarixə deyil, qətnamənin qəbul edildiyi tarixdən (09.07.2017-ci il) əvvəlki, yəni 03.07.2018-ci il tarixə hesablanmışdır. Bu isə qeyri-müəyyənliyin mövcud olmadığını və nəticə etibarı ilə birinci instansiya məhkəməsinin mövqeyinin əsassız olduğunu təsdiq edir. Qeyd edilməlidir ki, həqiqətən də iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və cərimənin məbləğini də hazırda müəyyən etmək qeyri-mümkün olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etməmişdir. Bu sə bəbdən də məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh 23 sentyabr 2017-ci il tarixdən 03 iyul 2018-ci il tarixə qədər iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində iddia tələbini əsaslı hesab etmir. Bundan başqa apellyasiya şikayətinin digər dəlillərindən biri də ondan ibarətdir ki, qətnamə ilə iddiaçının iddiası «03.07.2018-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərind ən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması» hissəsində təmin edilməməsi ilə bağlıdır. Bundan başqa da apellyasiya şikayətində mübahislənidirlən penya məbləği ilə bağlı qeyd edilməlidir ki, tənasübsüz dərəcədə yüksək hesablandığından 6436.20 ABŞ dolları cərimə tələbinin 5836.20 ABŞ dollarına dair hissəsini təmin etməməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, müqavilədə öhdəliyin pozulması halında cərimənin ödənilməsinin məbləği göstərilsə də, məhkəmə tərəfindən yüksək dəbbə pulunun hesablanması müəyyən edilərsə, həmin məbləğin azaldılmasına yol verilir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, borcun yenidən hesablanmasına dair dəlilləri ilə bağlı onu qeyd edir ki, məhkəmə kredit borcunun hesablanması sahəsində xüsusi biliyə malik olmadı ğından və hazırki mülki iş üzrə bu məsələ ilə bağlı həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədi ilə məhkəməmühasibat ekspertizası təyin edilmiş və bu sahədə xüsusi biliyə malik olan məhkəmə eksperti tərəfindən cavabdehin mövcud olan əsas və faiz borcu hesablanmışdır. Məhkəmə kollegiyası ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirməklə həmin rəylərlə hesablanmış əsas və faiz borcunun məbləğlərini əsas götürərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2017-ci il tarixli, 30377 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh ASC İddiaçı Bankına 27 iyul 2017-ci il tarixə 23 sentyabr 2015-ci il tarixli **********34715 saylı kredit razılaşması üzrə 26885.68 ABŞ dolları məbləğ ində əsas borc və 8568.88 ABŞ dolları məbləğində faiz borcunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 iyun 2018-ci il tarixli, 4812 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən isə görünür ki, Cavabdeh ASC İddiaçı Bankına 16 yanvar 2018-ci il tarixə 23 sentyabr 2015-ci il tarixli **********34715 saylı kredit razılaşması üzrə 26885.34 ABŞ dolları məbləğində əsas borc və 9350.87 ABŞ dolları məbləğində faiz borcu vardır. Bundan başqa da apellyasiya şikayətinin torpaq sahəsinin və mənzilin yenidən qiymətlənidirilməsi olmasına dair dəlillərinə hüquqi qiymət verərək qeyd edilməlidir ki, ipoteka premdetinin də yenidən qiymətlənidirilməsi üçün məhkəmə kollegiyası hər hansı yeni bir hal aşkar etməmiş, cavabde isə buna dair sübutlarını məh kəmə kollegiyasına təqdim etməmişdir. İş materiallarında olan «Əmlak Ekspert Mərkəzi» tərəfindən 07 iyul 2017-ci il tarixdə verilmiş ƏEM/İ 26-856/17 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 13A saylı binanın 52 kv.m ümumi, 32,9 kv.m yardımçı yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 12 nömrəli mənzilin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 31000 manat təşkil etmiş, «Əmlak Ekspert Mərkəzi» tərəfindən 07 iyul 2017-ci il tarixdə verilmiş ƏEM/İ 26-856/17 saylı mütəxəssis rəyindən isə görünür ki, hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin dəyəri 12000 manat, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvan da yerləşən 13A saylı binanın 52 kv.m ümumi, 32,9 kv.m yardımçı yaşayış, 19,1 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 12 nömrəli mənzilin dəyəri isə 31000 manat təşkil etmişdir. Belə olan halda cavabdeh yenidən qiymətləndirilmənin keçirilməsi barədə mücərrəd qaydada hal irəli sürsə də, bunu təsdiq edən sübutlar təqdim etməmiş, yalnız apellyasiya şikayətində ümumi sözlərlə bunu ifadə etmiş, belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətləri əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamış, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Apellyasiya instansiyasının məhkəmə kollegiyası müba hisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tə ləblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ola n eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqav ilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şi kayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar