Məhkəmə qərarları › İş №2(102)-3275/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3275/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3275/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı LPO “xxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 vəkili Vəkil iştirakı ilə, İddiaçıX1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-359/2020 nömrəli qətnaməsindən iddiaçı LPO “xxxxxxxxxx xx” KB QSC-nin ləğvedicisi X1 və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il tarixli, 1xx/xx/21633/12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5917,47 manat əsas, 1673,59 manat faiz, 541,43 manat cərimə və 822,46 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla cəmi 8954,95 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat dövlət rüsumunun X1 xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 50600 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri X3 küçəsində yerləşən 0,07 hektar (ha) torpaq s ahəsinə və həmin torpaq sahəsinin üzərindəki 183 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-51/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,5917,47 manat əsas, 1673,59 manat faiz, 50 manat cərimə və 822,46 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla cəmi 8463,52 manat (səkkiz min dörd yüz altmış üç manat əlli iki qəpik) məbləğində borc pulun Cavabdeh iddiaçı X1 xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat olmaqla cəmi 50 (əlli) manat məbləğində pulun Cavabdeh iddiaçı X1 xeyrinə tutulması, tutmanın Lənkəran şəhəri X3 küçəsi 183 ünvanında Cavabdeh xüsusi mülkiyyətində olan 2 mərtəbəli, 8 otaqlı, 254,7 m2 ümumi, 161,3 m2 yaşayış, 93,4 m2 isə yardımçı sahədən ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,07 hektar (ha) torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 50600 (əlli min altı yüz) manat məbləğində müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçiril məsi xərcləri çıxıldıqdan sonra borc məbləği və 50 (əlli) manat məbləğində dövlət rüsumunun X2na ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Mübariz Məmmədov) Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-359/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə iddiaçı LPO “xxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 apelyasiya şikayəti təmin edillməyərək, Astara Məhkəməsinin 2(018)-51/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qəzənfər Kərimov(sədrlik edən və məruzəçi) Zəki Babayev, Nüsrət Mirzəyev) LPO “xxxxxxxxxxxx” KB QSCLPO “xxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X2 (Vəkil qız) kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib həmin hissədə yeni qərar və ya həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbinin cərimə məbləği hissəsini heç bir hüquqi əsas olmadan qismən təmin etmişdir. Həmçinin cavabdehin mənzildən məcburi qaydada çıxarılması barədə iddia tələbinə qiymət verməmiş həmin iddianı təmin etməmişdir. Halbuki bank əşya hüquq olan ipoteka ilə yüklü edilən mənzildə qeydiyyatda olanların mənzildən çıxarılmasını tələb e tməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında LPO “xxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya instansi yası məhkəməsinin qətnaməsini cərimə məbləğinin azaldılması və ipoteka predmetinin boşaldılması barədə iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Bu baxımdan hazırki kassasiya baxışının predmetini cərimə məbləğinin azaldılması və ipoteka predmetinin boşaldılması barədə iddianın təmin edilməyən hissəsi təşkil etdiyindən, kollegiya da apelyasiya məhkəməsinin qətnaməsini mübahisələndirilən həmin hissələrdə yoxlayır. Məhkəmə kollegiyasıiddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-359/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ipoteka predmetinin boşaldılması tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin h issədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə cərimə məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Cərimə məbləğinin azaldılması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İddiaçı iddia tələbində 541.43 manat cərimə borcu tələb etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin üzərində icra edilməmiş əsas və faiz borcu olduğu halda, əlavə olaraq 541.43 manat cərimənin onun vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq, həmin məbləği azaldıb, cərimənin 50 manat olması nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 467-ci maddəsilə əsaslandırmışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi cərimənin azaldılması barədə bankın apelyasiya şikayətinin dəlillərinə qiymət verərək, həmin hissədə birinci instansiya məıhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normasını işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu hissəsində iddia tələbini 50 manat hissədə təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cərimə məbləği hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiya məhkəməsi qeyd edilən hissədə qətnaməni dəyişdirmədən saxlayarkən cavabdehin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evindən yalnız həmin evin satıldıqdan sonra çıxarıla bilməsinə, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilən 1 aylıq müddətin axımının fərdi yaşayış evinin satıldığı (alğı-satqı müqaviləsinin bağlandığı) tarixdən başlamasına, ev satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin fərdi yaşayış evini tərk etmədiyi halda onun fərdi yaşayış evindən məcburi çıxarılmalı olmasına, hazırda isə Cavabdeh həmin müddət ərzində qeyd edilən fərdi yaşayış evini tərk etməməsinin qabaqcadan müəyyən etməyin mümkün olmamasına, eləcə də iddia ərizəsində “cavabdehin ailə üzvləri” ifadəsindən istifadə olunsa da, adları göstərilməyən şəxslərin mülki iş üzrə icraatda cavabdeh, icra sənədi üzrə icraatda isə borclu ola bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. “İpoteka haqqında” Qanunun 59.3.1 və 59.3.2-ci maddələrinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ip oteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, qanunvericiliyin bu norması konkret şərtlər daxilində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildiyi və onun satıldığı halda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin hər hansı qeyd-şərt olmadan tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmişdir. Lakin apelyasiya məhkəməsi “İpoteka haqqında” Qanunun 59-cü maddəsinə istinad etsə d ə, həmin maddəni hazırki işə münasibətdə düzgün təfsir etməmişdir. Bundan əlavə, ipoteka qoyanın (ipoteka qoyanın ipotekaya razılıq vermiş ailə üzvlərinin) ipoteka ilə yüklü edilmiş mənzili boşaltması tələbi ipoteka münasibətlərinin mahiyyətindən doğur. Əks halda, bu həmin münasibətlərin mahiyyətini heçə endirməklə, kredit verəni ipoteka müqaviləsindən gözlədiklərindən məhrum edər. Həmçinin apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan mənzilin boşaldılması tələbinin təmin edilməyən hissəsində qətnaməni dəyişdirmədən saxlayarkən, bir tərəfdən həmin iddianın, ümumiyyətlə, əsassız olmasına, digər tərəfdən isə cavabdehin ailə üzvlərinin adlarının göstərilməməsinə istinad etməklə, ziddiyyətli mövqe göstərmişdir. Buna görə də ipoteka predmeti olan mənzilin boşaldılması tələbinin təmin edilməyən hissəsində apelyasiya məhkəməsinin qəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan mənzilin boşaldılması iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-c ü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-359/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin boşaldılması tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, cavabdehin və onun ailə üzvlərinin ipoteka predmeti olan əmlakdan çıxarılması tələbini maddi və prosess ual hüquq normaları baxımından araşdırmaqla həmin hissədə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə cərimə məbləği hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 420 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO “xxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)359/2020 nömrəli qətnaməsi ipoteka predmetinin boşaldılması tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə cərimə məbləği hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar