Məhkəmə qərarları › İş №2(102)-328/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-328/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-328/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «xxxx» QSC-nin törəmə müəssisəsi olan «X1» MMC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaq, hüquqi şəxsin məhkəmədə nümayəndəsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı «xxxx» QSC-nin törəmə müəssisəsi olan «X1» MMC-nin vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-809/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» QS Cnin törəmə müəssisəsi olan «X1» MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxlq Bankı ASC-nin İslam Bankçılığı Departamenti, Cavabdeh oğluna illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 2947,00 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, müqaviləyə əlavə ilə ödənişin son müddəti xx.xx.2016-cı il olaraq razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyin icrasını gecikdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsində icraat

2. İddiaçı «xxxx» QSC-nin törəmə müəssisəsi olan «X1» MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2565,25 manat əsas borc, 267,94 manat faiz borcu olmaqla ümumilikdə 2833,19 manat kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun «xxxx» QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc məbləği ondan tutulmalıdır.

4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi səbəbindən tələbin rədd edilməsini xahiş etmişdir.

5. L ənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(049)-2606/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən və cavabdeh məhkəməyə verdiyi ərizəsində həmin müddətin tətbiq olunmasını xahiş etdiyindən iddia rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərZ.Zeynalov (sədrlik edən və məruzəçi), İ.Əsədov və M.Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(106)-809/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldi yi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. «xxxx» QSC-nin törəmə müəssisəsi olan «X1» MMC, kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx Açıq Səhmdar Cəmiyyətinin “Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə xxxx”ASCnin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh oğluna dair sənədlər S-FK-İB-57 saylı, xx xxxxx 2018-ci il tarixli təhviltəslim aktına əsasən “Aqrarkredif ’ QSC-yə verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə görə iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Halbuki, öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cava bdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. İş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh oğlu tərəfindən kredit müqaviləsi üzrə əsas borc üzrə 2.565.25 (iki min beş yüz altmış beş manat, iyirmi beş qəpik) manat, faiz üzrə 267.94 (iki yüz altmış yeddi manat, doxsan dörd qəpik) manat olmaqla, cəmi 2.833.19 (iki min səkkiz yüz otuz üç manat on doqquz qəpik) manat kredit borcu tam şəkildə ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsi nin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüq uq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 69.1, 69.2 və 69.3. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qayd ada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası bildirir ki, mübahisənin mahiyyəti üzrə həllindən qabaq iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasını aydınlaşdırmaq lazımdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edi lmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Belə ki, iş üzrə irəli sürülmüş tələb hüququ “xxxx“ QSC-yə məxsusdur. İddianı isə onun törə mə müəssisəsi olduğu qeyd edilən “X1” MMC qaldırmış və pul məbləğinin “xxxx” QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

27. Belə olan halda, “X1” MMC məhkəmədə “xxxx” QSC-nin adından hərəkət edən nümayəndəsi kimi çıxış etmək istəmişdir. Hüquqi şəxsin nümayəndəsi ilə bağlı qaydalar isə ondan ibarətdir ki, hər bir hüquqi şəxs müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (§ 16). 28. “X1” MMC isə “xxxx“ QSC-nin nümayəndəsi kimi məhkəmədə iddia qaldırmaq səlahiyyətinə dair yuxarıda qeyd edilə n qaydada rəsmiləşdirilmiş sənədləri məhkəməyə təqdim etməmişdir.

29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmadığı və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə məhz bu əsasla ləğv edilməli, prosessual qənaət prinsipi nəzərə alınmaqla əlavə araşdırma aparılmadan iş yeni apellyasiya baxışına göndərilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-809/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar