Məhkəmə qərarları › İş №2(102)-3280/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3280/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3280/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3280/2023 (Açar sözlər: lizinq obyektinə dəymiş maddi ziyan tələbi, kəsici müddət) Bakı şəhəri, 07 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-455/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (hazırda İddiaçı ASC, bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 08/00182 saylı kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən, iddiaçı 1 ədəd Sampo Rosenlew SR-2065 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynını (bundan sonra – texnika) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7000 manat qarşılığında cavabdehin istifadəsinə vermişdir.

2. Cavabdeh xx.xx.2020-ci il tarixli iltizamla sözügedən müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü texnikanı təyinatı üzrə istifa də etməyi; istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi; istismar zamanı yaranmış nasazılığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı; istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi; taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi; müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətinə gətirilməsinə çəkilən xərc dən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.

3. Hər iki tərəfin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 08/00182 nömrəli “Texniki vəziyyət haqqında” Akt 1-ə əsasən, sözügedən texnika texniki saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

4. Hər iki tərəfin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akta əsasən, həmin tarixdə Qəbələ rayonu, Böyük Əmili kənd ərazisində cavabdehə məxsus sahədə biçin zamanı naməlum səbəbdən kombaynın mühərrik hissəsində yanğın başlamış, cavabdeh və ətrafdakı insanlar tərəfindən yanğın söndürən balondan, qumdan, süpürgədən və digər vasitələrdən istifadə etməklə yanğın söndürülməsinə ilkin tədbirlər görülmüş, dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə mə lumat verilmiş və yanğının qarşısı alınmışdır.

5. Hər iki tərəfin iştirakı ilə tərtib edilmiş “Texniki vəziyyət haqqında” Akt 2-yə əsasən, texnika xx.xx.2020-ci il tarixdə cavabdehdən mühərrikin yanması, yanacaq sistemi yararsız (rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, transmissiya saz, hidravlik sistem yararsız, elektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız vəziyyətdə təhvil alınmışdır.

6. Hər iki tərəfin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akta əsasən, texnikanın mühərrik hissəsində baş vermiş yanğın hadisəsinə mühərrikin səs batırıcısından sıçramış qığılcımdan mühərrikin karterinin alt sahəsinə toplanmış pufə və saman tullantılarının ani halda alışması səbəb olub.

7. İddiaçıASC-nin tarixsiz arayışına əsasən yanğ ın zamanı texnikaya 44.180 manat maddi ziyan dəymişdir. (iş v. 10) İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texnikanın tam bərpası üçün hesablanmış 44.180,00 manat maddi ziyan və 222,55 manat dövlət rüsumun olmaqla, cəmi 44.402,55 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən sözügedən texnika cavabdehin istifadəsinə verilmiş, sonuncu tərəfindən biçin işləri aparılarkən texnikanın mühərrik hissəsində yanğın baş vermiş, nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci maddələrinə əsa sən dəymiş maddi zərərə görə məsuliyyət cavabdehin üzərinə düşür.

10. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, texnikanın mühərriki onun səhlənkarlığı nəticəsində yanmamışdır, texnikanın özündə nasazlıq olmuşdur. Texnika lizinqə alındıqdan iki ay sonra mühərrikdə yanğın baş vermişdir. Bu onu göstərir ki, kombayn cavabdehə verilən zaman nasazlıq olmuş, lakin bu barədə ona heç bir məlumat verilməmişdir.

11. Məhkəmə tərəfindən təyin edilmiş yanğın-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 10/6885 saylı rəyinə əsasən, texnikada yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi texnikanın mühərrik bölməsin də olmuşdur. Hadisə ərəfəsində texnikanın işlək vəziyyətdə olduğunu, texnikada hər hansı nasazlığın qeydə alınmadığını və müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini nəzərə aldıqda yanğın elektrik naqillərində hansısa qısa qapanma, yüksək keçid müqaviməti və s. halların yaranması nəticəsində əmələ gələn yüksək temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verə bilərdi. Texnikanın çıxış qazlar sistemi (qluşiteli) qığılcım boğucu qurğu ilə təchiz edildiyi halda, texnikanın işlək vəziyyətində onun çıxış qazlar sistemindən ətrafa qığılcımların düşməsi istisna edilir. Rəyə əsasən texnikanın texniki-istismar pasportu olmadığına, həmçinin iş üzrə verilmiş 25 oktyabr 2022-ci il tarixli 10/6885 nö mrəli vəsatətdə göstərilənlər, yəni yanğın hadisəsi ilə bağlı FHN-nin qurumları tərəfindən ilkin toplanmış materiallar təqdim edilmədiyinə görə, tədqiqat aparılaraq texnikanın karterinin alt hissəsinə hansı şəraitdə püfə və saman tullantılarının yığılması, həmçinin həmin hissədə yanğını şərtləndirə bilən amilləri müəyyən etmək mümkün olmamışdır.

12. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(025)-18/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus müqavilə ilə cavabdehin istifadəsində olan mübahisəli kombaynın mühərrik hissəsində xx.xx.2020-ci il tarixdə yanğın baş vermiş, yanğın z amanı kombayna 44.180 manat maddi ziyan dəymişdir.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 747.1, 747-5.1, 748-1.5, 748-7.1, 748-1.4, 748-10.1, 74810.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 yanvar 2017-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

2. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansi ya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən qanunun hansı tələbinin konkret pozulması halını müəyyən etməmiş, yalnız iddia ərizəsində göstərilənlər əsaslı hesab edilərək, tələbin təmin olunması haqqında qətnamə qəbul edilmişdir. Hansı ki, baş vermiş hadisədə cavabdehin təqsirinin olmasına dair heç bir sübut təqdim edilməmiş, bununla da Mülki Məcəllənin 443.7-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, Mülki Məcəllənin 1131-ci maddəsinə görə, iddiaçı o halda məsuliyyətdən azad edilir ki, istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirsin. Burada süb utetmə o halda mümkün ola bilər ki, iş üzrə müvafiq ekspertiza təyin edilərək zəruri biliyə malik ekspert tərəfindən rəy verilsin. Lakin iş üzrə təyin edilən ekspertizanın nəticəsində verilən rəydə hadisənin cavabdeh tərəfindən baş verməsinə dair bir müddəa yoxdur. Mülki Məcəllənin 1132-ci maddəsinə əsasən, birmənalı olaraq malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərəri sübut etmək vəzifəsi zərərçəkənin üzərinə qoyulur. Bu halda iddiaçı zərərçəkən qismində olduğundan cavabdehin təqsirini sübut etməli idi. İş materiallarında iddiaçıların təqdim etdiyi heç bir mötəbər sübut yoxdur. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

17. Şəki Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-455/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında lizinq hüquq münasibətlərinin yarandığı, müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verildiyi, habelə lizinq obyektinin xx.xx.2020-ci il tarixdə zədələnmiş şəkildə iddiaçıya geri qaytarıldığı işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı lizin q obyektinə dəymiş zərərə görə pulun ödənilməsi tələbini əsaslı hesab etsə də, həmin tələbin qanuni əsasına ümumiyyətlə istinad etməmişdir.

19. Əlavə olaraq, xx.xx.2020-ci il tarixdə kombayn cavabdehdən mühərrikin yanması, yanacaq sistemi yararsız (rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, transmissiya saz, hidravlik sistem yararsız, elektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız vəziyyətdə təhvil alınmışdır. Lakin iddiaçı 6 ay müddətində - 2020-ci ilin dekabr ayının 17-dək məhkəmə müraciət etmək əvəzinə, 2 il sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş 6 aylıq kəsici müddəti ötürmüşdür.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məc əlləsinin qeyd olunan tələbin qanuni əsasını təşkil edən 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması (onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti) riskini lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadığı halda lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məzmunundan görünüyü kimi həmin norma dispozitiv normadır və tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda müəyyən edilmədiyi halda tətbiq oluna bilər. Lakin işə baxmış məhkəmə tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəf lər arasında bağlanmış müqavilə normalarına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması barədə qənaətə gəlmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab edir. Bu baxımdan hazırkı mübahisə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddi aları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddi açı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, texnika tam saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq, cavabdeh əsaslı sübut gətirmədən texnikada yaranmış nasazlıqları şifahi mülahizələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı Cavabdeh və onun nümayəndəsi Vəkil1 ayrı-ayrılıqda yazılı etiraz göndərərək, apelyasiya məhkəməsinin iş üzrə mövqeyini əsaslı hesab edərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin d əyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 25.Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 26.Maddə 74 7.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 27.Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 28.Maddə

751. Lizinq barəsində əmlak kirayəsi m üqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 29.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 33.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 34.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 35.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apell yasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. 38.Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 39.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(107)-455/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar