Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3282/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Xvə digərlərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi) 06.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(107)200/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları İddiaçı Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 179.3.2, 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin edilməyib, habelə onun əməlində Cinayət Məcəllənin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından bəraət verilib. Sonradan cinayət işinə apellyasiya və kassasiya qaydasında baxılaraq hökm dəyişdirilmədən saxlanılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinin vəsaiti hesabına, qanunsuz həbs olunması ilə əlaqədar əmək hüquqlarının pozulması nəticəsində, qanunsuz həbs olunmas ı ilə itirilmiş əmlakların dəyərinin qaytarılması məqsədilə kompensasiya olaraq 500.000 manat maddi və 500.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini belə əsaslandırıb ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilib və Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi üçün ona cəza təyin edilməyib. Lakin, ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 21 ay istintaq altında azadlıqdan məhrum edilib və istintaq izalyatorunda saxlanılıb. Törətmədiyi ağır cinayətdə ittiham olunması onu və ailəsini cəmiyyətin gözündən salıb və o, ağır sarsıntı keçirib. Belə ki, barəsində başlanılmış cina yət işi üzrə işə baxmış Şəki Ağır Cinayət Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilib, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 313-maddəyə tövsif edilərək, 313-cü maddə və 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. İstintaq orqanının səhvinə görə o, 2 il müddətinə ağır ittiham altında həbsdə olub. Həbsdə olduğu 21 ay müddətində mülkiyyətində olan daşınmaz əmlaklarını satmışdır ki, ailəsi dolansın, və o, həbsxanada yaşasın. Bundan başqa, həbs olunanadək X müdiri vəzifəsində çalışıb. Aylıq əmək haqqı 1.500-2.000 manat olub. Həbsdə olduğu müddətdə əmək haqqını ala bilməyib, həmin təşkilatın müraciəti əsasında ona cinayət işi açılıb, lakin sonda bəraət alıb və bəraət ald ığına görə öz işinə bərpa olunmalı idi. Lakin, işə bərpa olunmayıb və həmin vaxtdan sonra maddi və mənəvi zərərlərə məruz qalıb. Belə ki, o həbs olunanadək mülkiyyətində bir neçə əmlak olub. Həbsdə olduğu müddətdə və həbsdən çıxdıqdan sonra dolanmaq üçün həmin əmlakları satıb. Bundan əlavə, həbsdə olduğu müddətdə onun haqsız həbs olunmasına dözməyərək atası X 02 iyul 2011-ci ildə ölüb və bununla da ona mənəvi zərər dəyib. O, həbs olunana kimi rəsmi işləyib, aylıq 1.500-2.000 manat civarında əmək haqqı alıb. Həbsdə olduğu müddətdə əmək haqqı ala bilməyib, mükafatlar ala bilməyib və bununla da ona 50.000 manat maddi ziyan dəyib. Barəsində cinayət işi başlanaraq mənfi fikir formalaşıb, onu əhatə edən şəxslərlə münasibətləri pisləşib və digər mənəvi xarakterli mənfi nəticələr əldə etməli olu b və bununla da ona mənəvi ziyan vurulub. Hesab edir ki, keçirdiyi mənəvi sarsıntılara görə ona 500.000 manat mənəvi ziyan dəyib. Azadlıqdan məhrum olunduğu müddətdə ona 500.000 manat maddi ziyan dəyib. Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi ilə törədilməsi cəza təhdidi altında qadağan olunmuş birbaşa qəsdlə törədilmiş əməllər olduğundan, eləcə də, istintaqdan yayınma ehtimalı olduğundan cinayət prosesini həyata keçirən orqanlar, hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında prosessual məcburiyyət tədbiri seçməkdə haqlı olub və qanuni tədbirin tətbiq edilməsi şəxsə m addi və ya mənəvi zərərvurmaya yönəlmiş hərəkətlər sayıla, buna uyğun nəticələr tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 1097.1., 1101.1. və 1101.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tövsif etməyib. Belə ki, işdə olan sübutları kifayət qədər mötəbər və yetərli saymayıb iddianı rədd edib və onun əmlakına dəyən zərərlə bağlı hissədə hər hansı araşdırma həyata keçir məyib. Həbsdə olduğu dövrdə atasının dəfnini həyata keçirə bilməyib, mənəvi əzab və iztirab çəkib. Əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona mənəvi zərər dəyib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının təqsirli bilindiyi əməllər üzrə onun sonradan azadlığa çıxması heç də barəsində çıxarılmış bəraət hökmü ilə deyil, eyni zamanda təqsirli bilindiyi digər əməllərlə bağlı bəraətverici əsaslar olmadan (müddətin keçməsinə g örə) cəza təyin edilməməsi olub. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmünün nəticə hissəsindən də aydın görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Bu səbəbdən də İddiaçı təqsirli bilindiyi əməllər üzrə tam bəraət almış şəxs kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1100 və 1101-ci maddələrinin, habelə Cinayət Prosessual Məcəllənin 56, 57, 58 və 350-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslanlırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməyib. Belə ki, həbsdə olduğu müddətdə atasının ölümü ilə bağlı mənəvi əzab və iztirab keçirib. Əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona mənəvi zərər dəyib. Bundan əlavə, məhkəmə maddi ziyanla bağlı faktlara düzgün hüquqi qiymət verməyib. Həmçinin, məhkəmə Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələblərini pozaraq, işdə bəraət alınması ilə əlaqədar məhkəmənin qa nuni qüvvəyə minmiş hökmü olduğu halda, yenə də, bəraətin verilmə səbəbini araşdırıb və bəraət hökmünü müzakirə edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101. 1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 1101.3-ci maddəsinə görə, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu və iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı Cinayət Məcəlləsinin 179.3.2, 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin edilməyib, habelə onun əməlində Cinayət Məcəllənin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından bəraət verilib. Sonradan cinayət işinə apellyasiya və kassasiya qaydasında baxılaraq hökm dəyişdirilmədən saxlanılıb. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümləd ən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qan unsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 1101.3-ci maddəsinə görə, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçının təqsirli bilindiyi əməllər üzrə onun sonradan azadlığa çıxması heç də barəsində çıxarılmış bəraət hökmü ilə deyil, eyni zamanda təqsirli bilindiyi digər əməllərlə bağlı bəraətverici əsaslar olmadan (müddətin keçməsinə görə) cəza təyin edilməməsi olub. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmünün nəticə hissəsindən də aydın görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Bu səbəbdən də İddiaçı təqsirli bilindiyi əməllər üzrə tam bəraət almış şəxs kimi qiymətləndirilə bilməz. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələ binin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasə n və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(107)-200/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3282/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3282/2022
06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver