Məhkəmə qərarları › İş №2(102)-3282/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3282/2024

05.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3282/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (kateqoriya: mənzildən çıxarılma, mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1806/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 5 no yabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları məyyən etdi: İşin halları

1. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 3378 №-li, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən də ünvan 1 ünvanda qeydiyyatdadır. 2. "xxxx" MMC tərəfindən mübahisəli ünvanda yerləşən evə dair tərtib edilmiş və evin baş planını özündə əks etdirən sənədə əsasən həmin sənəd iddiaçının sifarişi əsasında tərtib edilmişdir.

3. Mübahisəli tikili cavabdehdən əvvəl iddiaçının istifadəsində və sahibliyində olmuş, həmin tikilini cavabdehə məhz iddiaçı tərəfindən təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus evin boşaldaraq təhvil verməsi və cavabdehdən 6140 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, uzun müddətdir tanıdığı cavabdehin evinin yaxınlığında 2012-ci ildə torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmişdir. Cavabdeh spirtli içki düşkünü olduğu üçün övladları tərəfindən evdən qovulmuşdur. Cavabdeh qalmağa yeri olmadığından iddiaçıya müraciət edərək iddiaçının evinin bir otağının ona kirayə verməsini xahiş etmişdir. Cavabdehin heç nəyi olmadığı üçün ilkin olaraq belə razılığa gəlmişlər ki, cavabdeh kommunal xərcləri ödəyəcək, maliyyə vəziyyəti yaxşılaşdıqdan sonra isə evdə qalası olsa hər ay iddiaçıya 85 manat kirayə haqqı ödəyəcəkdir. Cavabdeh 2 il 6 ay iddiaçının evində kirayə qalmış və ancaq kommunal ödənişləri ödəməkdə iddiaçıya köməklik etmişdir. 6. 2017-ci ildə cavabdeh yenidən qalmağa yeri olmadığı üçün iddiaçıdan evdə kirayədə qalmasını xahiş etmişdir. İddiaçı və qızı bununla razılaşmamış, lakin cavabdeh yalvararaq aşağıdakı “anbarı” boşaltmasını və orada qalmasını xahiş etmişdir. Tərəflər yenə razılaşmışlar ki, cavabdeh buna görə iddiaçıya hər ay 85 manat kirayə haqqı ödəyəcək. Buna baxmayaraq cavabdehin imkanı olmadığından ancaq kommunal xərcləri ödəməyə başlamış, maliyyə vəziyyəti yaxşılaşdıqdan sonra isə kirayə haqqını da ödəyəcəyinə söz vermişdir. İddiaçı bu dəfə də cavabdehə mərhəmət göstərərək həyətindəki tikiliyə buraxmış və onun is tifadəsinə özünə məxsus olan xalça, divan, stol, qab-qacaq vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh iddiaçıya elektrik enerjisinə görə 50 manat pul vermişdir ki, elektrik enerjisinə görə borcu olmasın. Sonradan cavabdeh iddiaçıdan xahiş etmişdir ki, kirayə haqqının əvəzi kimi həyətdə hamam-tualet tikilməsinə icazə versin. İddiaçı buna etiraz etməmişdir. Ustaların və cavabdehin yemək, içmək xərcləri iddiaçıdan olmaqla evin qabağında mətbəx və hamam-tualet tikilmişdir. Bundan sonra cavabdeh pulu olanda kommunal haqları ödəmiş, olmayanda isə onun əvəzindən iddiaçı ödəmişdir. İddiaçı səhhətində problemlərin olmasına və maddi cəhətdən həddindən artıq çətinlik çəkməsinə baxmayaraq cavabdehdən kirayə haqqını istəməmişdir. Fikirləşmişdir ki, uzun müddətdir tanışdırlar, bir yerdə işləmişlər, yəqin imkanı olanda verər. Sonralar cavabdeh ümumiyyətlə kommunal xərclərini də ödəməkdən yayınmışdır. Belə olan halda iddiaçının qızı narazılığını bildirərək demişdir ki, əziyyətlə, zülmlə işləyib əmək haqqı alır, onun da yarısını kommunal xərclərə ödəyir. İddiaçı cavabdehdən heç olmasa 20 manat su pulu ödəməsini xahiş etmişdir. Cavabdeh ödəyəcəyini bildirsə də su pulunu ödəməmişdir. İddiaçı bunun səbəbini soruşduqda pulunun olmadığını bildirmişdir. İddiaçı pulunun nə vaxt olacağını soruşduqda isə cavab olaraq demişdir ki, 5 ildən sonra olacaq. İddiaçı cavabdehə bildirmişdir ki, 7 ildir ki, evində qalmış, ən aşağı qiymətdən 85 manatdan hesablasa 7140 manat pul etmişdir. Hamam və mətbəxə olan 2000 manat xərcləri çıxılsa, 5140 manat, əvəzinə ödədiyi kommunal xərclər görə 500 manat, iddiaçıy a olan borcu isə 500 manat olmuşdur. Ümumilikdə 6140 manat borcu var, iddiaçı isə bunun əvəzində hələ ki, yalnız 20 manat istəmişdir. Bununla da münasibətləri pozulmuş və 2023cü ilin iyul ayında qızı evdən gedərək iddiaçını tək qoymuşdur. Belə olan halda iddiaçı cavabdehdən borcunu ödəməyi və evi boşaltmağı tələb etmişdir, cavabdeh isə yoldaşı ilə birlikdə iddiaçını hədələyərək evi boşaltmayacağını bildirmişdir. Bir həftədən sonra iddiaçını polis bölməsinə dəvət etmişlər və cavabdehin ondan polisə şikayət etdiyini bildirmişlər. Ərizə ilə tanış olduqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçını əxlaqsızlıqda günahlandırır. Araşdırma zamanı cavabdehin dediklərinin şər və böhtan xarakterli olduğu məlum olmuşdur. Bununla yanaşı cavabdeh kirayə və kommunal haqları ödəməməsinin səbəbi kim i bildirmişdir ki, o həmin otağı iddiaçıdan 3000 manata almışdır. Polisin həmin alqı-satqının hansı şəraitə, kimin yanında pulun verilməsi sualına cavabdeh tərəfindən cavab verilə bilməmiş və pulun verilməsinində yalan olduğu aydın olmuşdur. Belə olan halda iddiaçı məcbur olub suyu və qazı ayırmalı olmuşdur. Qaza 185 manat borcu tam ödəyərək bağlamış, suya isə 385 manat borcu qalmışdır. Cavabdeh hal-hazırda iddiaçının 6140 manat borcunun qaytarılması və evi boşaltmağa dair tələblərinə məhəl qoymamış, tam əksinə olaraq əlavə səs-küy salmaqla iddiaçını narahat etmişdir.

7. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli evin tikildiyi torpaq sahəsi dövlət tərəfindən Birinci Qarabağ müharibəsinin qazisinə verilm iş və həmin şəxs iddiaçıya həmin torpaq sahəsinə dair etibarnamə vermişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh göstərmişdir ki, 2012-ci ildə arvadı ilə birlikdə başqa yerdə yaşayırmış. 2016-cı ildə arvadı vəfat etmiş və o, həmin evdə artıq yaşaya bilməmişdir. Eyni zamanda tək yaşamaq cavabdehə çətin olduğuna görə 2017-ci ildə dostunun baldızını Ucar rayonundan gətirmişdir ki, bir yerdə yaşasınlar. Bundan sonra uzun illər tanıdığı iddiaçının yanına getmiş və orada ətrafda uyğun qiymətə evin satılıbsatılmamasını soruşmuşdur. İddiaçı ondan nə qədər pulunun olduğunu soruşmuş, o isə iddiaçıya bildirmişdir ki, pulu azdır. İddiaçı ona bir daxma göstərərək oranı təmir edərək yaşaya bilib-bilməyəcəyini soruşmuş, o isə qiymətdə razılaşacaqları təqdirdə yaşaya biləcəyini demişdir. O, 4000 man at pulunun olduğunu demiş, iddiaçı da razılaşmışdır. Bundan sonra o, iddiaçıdan daxmanın qarşısında sanitar qovşağı tikməsi üçün 2 metr yer istəmişdir. İddiaçı razılaşmış və onu arxayın salmışdır ki, polisdən narahat olmasın, heç kim onun tikintisinə mane olmayacaq, 100 manat xərci var. O, evi alarkən iddiaçıya notariusa getməyi təklif etmiş, lakin iddiaçı adına heç bir sənəd olmadığını bildirmişdir. İddiaçı 1990-cı illərin ortalarında, sonra da 2012-ci ildə insan alverinə görə tutulmuşdur. Ona görə də, o, pulu verməmişdən əvvəl iddiaçıdan köhnə əməllərindən əl çəkibçəkməməsini soruşmuş, iddiaçı da onu əmin etmişdir ki, bununla bağlı heç bir narahatçılığı olmayacaq. Amma belə olmamışdır. İddiaçının evində daim səs-küy, dava olmuş, evlərində qızlar saxlamış, adamlar gəlib-getmişdir. Giriş-ç ıxışları və həyətləri ayrı olsa da, bu hal dözülməz həddə çatmışdır. O, 2023-cü ilin yay fəslinədək dözmüş, bundan sonra artıq dözə bilməmiş və polisə müraciət etmişdir. Aralarında kirayə haqqı ilə əlaqədar heç vaxt söhbət olmamış, cavabdeh iddiaçıya 4000 manat pulunu verərək evini almışdır. Onun yeganə səhvi o olmuşdur ki, pulu qurtardığına görə sayğacları ayıra bilməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6713/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda iddiaçının boşaldılıb təhvil verilməsini tələb etdiyi tikiliyə və ya tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı cavabdehdən 6140 manat pul tələb edilməsini əsaslandıra biləcək hər hansı sübut təqdim etməmiş və tələbin hansı əsaslarla 8 ildən çox müddət keçdikdən sonra irəli sürülməsinin ağlabatan səbəbini izah edə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Müllki Prosessual Məcəlləsinin 4.1, 77.1, 88 və 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Belə ki, mübahisəli evə və onun yerləşdiyi torpaq sahəsinə dair ilkin sənədlərin mövcud olmasına baxmayaraq, ev özbaşına tikilidir. Evin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçının e vdə qeydiyyatda olmasına dair təqdim etdiyi Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin arayışı və evin baş planı onun evə hüququnun olduğunu təsdiq etmişdir. İddiaçının mülkiyyət hüququ qeydə alınmasa da evə öz əmlakı kimi sahiblik etmişdir. Əldə etmə müddəti ilə əlaqədar əmlaka mülkiyyət hüququ əldə edənə qədər onu əmlaka hüququ olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Bundan başqa, cavabdeh də iddiaçının sahiblik hüququnu tanıyaraq ona hissə-hissə kirayə haqqı ödəmiş, iddiaçıya qalmaq şərti ilə hamam-tualet tikmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi 8 ildən çox müddət keçdikdən sonra iddia verilməsi ilə bağlı yanlış qənaətə gəlmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1806/2024 nömrəli mülki iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qətnaməsinin qismən, yəni evin boşaldılaraq təhvil verilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin təmin edilməsi, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni Y/M, Binəqədi yolu, döngə 11 küçəsində yerləşən 62 saylı fərdi yaşayış evinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı bildirmişdir ki, mübahisəli tikili olan 1 otağı şifahi razılaşma əsasında əvəzli qaydada cavabdehə kirayəyə vermişdir. Cavabdeh uzun müddətdir kirayə kimi qaldığı 1 otağın kirayə haqqını lazımi qaydada ödəməmiş, otağı isə tərk etməkdən imtina etmişdir. Cavabdeh isə mübahisəli tikilinin dəyərini 4000 manat ödəməklə iddiaçıdan aldığını bildirmişdir. Cavabdeh mübahisəli tikiliyə görə 4000 manat ödədiyini təsdiq edən sübut təqdim edə bilməmiş, iddiaçı tərəfindən bu fakt təkzib olunmuşdur. Mübahisəli tikili cavabdehdən əvvəl iddiaçının istifadəsində və sahibliyində olmuş, həmin tikilini cavabdehə məhz iddiaçı təhvil vermişdir. Cavabdeh mübahisəli tikilini faktiki olaraq dəyərini ödəməklə aldığını sübuta yetirə bilməmiş, iddiaçı isə evi cavabdehə kirayəyə verdiyini sübut edə bilməmişdir. Cavabdehin evdən is tifadəsi iddiaçının iradəsi və razılığı ilə həyata keçirilmişdir. Hazırda isə cavabdeh iddiaçının iradəsinin ziddinə olaraq evdən istifadə etməkdə, iddiaçının tələbinə baxmayaraq evi boşaltmaqdan imtina etməkdədir.

16. Məhkəmə qeyd etmişdir ki, mübahisəli 1 otağı cavabdehin istifadəsinə verən şəxs kimi iddiaçının mübahisəli tikilinin boşaldılaraq ona geri təhvil verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ vardır. Lakin birinci instansiya məhkəməsi evin boşaldılaraq təhvil verilməsi tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı iş üzrə səhv nəticəyə gələrək əsassız olaraq iddianı müzakirə edilən hissədə rədd etmişdir. Apellyasiya şikayətinin evin boşaldılaraq təhvil verilməsi ilə bağlı dəlilləri əsaslı olmuşdur.

17. Məhkəmə iddiaçının pul tələbi il ə bağlı bildirmişdir ki, iddiaçı cavabdehdən 6140 manat pul ödəməsini tələb etmişdir. Həmin məbləğin 5140 manat hissəsi ödənilməmiş kirayə haqqı kimi, 500 manat hissəsi cavabdehin əvəzindən ödənilmiş kommunal xidmət haqlarının əvəzi kimi, 500 manat isə cavabdehə verilmiş borcun əvəzi kimi tələb edilmişdir. Cavabdeh iddianı etiraf etmədiyi üçün öz tələbinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüşdür. Lakin iddiaçı nə mübahisəli tikilinin cavabdehə aylıq 85 manat müqabilində kirayəyə verildiyini, nə cavabdehin əvəzindən kommunal xidmət haqqı ödəməsini, nə də ki cavabdehə 500 manat borc verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin onun qarşısında pul öhdəliyi daşıdığını sübut etmək vəzifəsi iddia çının üzərinə düşmüşdür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddianı pulun ödənilməsi hissəsində sübuta yetirilməməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin hissədə dəlilləri formal mülahizə xarakteri daşımaqla əsassız olmuşdur.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 157.8, 158.4 və 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən, iddiaçının mübahisəli əmlaka dair hüquqlarının qeydiyyatının olmamasını nəzərə almamışdır və heç bir qanuni əsas olmadan yaşayış yerindən məhrumetmə barədə qərar qəbul etmişdir. Hazırki iş üzrə iddiaçı mülkiyyətində olmayan əmlaka dair iddia qaldırmış və məhkəmə buna qiymət verməmişdir. İddiaçının əsas tələbi evin boşaldılaraq təhvil verilməsidir (qalan hissəni apellyasiya instansiyası təmin ləğv etmədiyinə görə mübahisələndirilmir). İddiaçı ö z tələbini həmin əmlakın yerləşdiyi torpaq sahəsini 2012-ci ildə alması və cavabdehə kirayə verməsi ilə əsaslandırmışdır. Halbuki tədqiq olunan maddi hüquq normalarından da göründüyü kimi, şəxsin əmlaka dair mülkiyyət hüquqları həmin əmlakın bu barədə dövlət qeydiyyatı ilə müəyyən edilməlidir. İddiaçı isə mübahisəli torpaq sahəsini aldığını bildirsə də, sübut kimi həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması və iddiaçıya etibarnamə verilməsi göstərilmişdir. Eyni zamanda, iddiaçının göstərdiyinin əskinə, aralarında hər hansı kirayə müqaviləsinin bağlanmadığı müəyyən olunmuşdur. Belə olduğu halda məhkəmə dövlət reyestrində qeydə alınmalı olan işin hallarını tərəfin izahatları ilə təsdiq etmişdir. Əgər belə qeydiyyat yoxdursa, tərəflər əmlakın kimin mülkiyyətində olması barədə izahat versə d ə xüsusi mülkiyyət mövcud olmamışdır.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 43 (Hissə 1). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına ke çməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddələr 158.1, 158.1.2 və 158.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə apellyasiya şikayətinin təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. Kassasiya şikayətində göstərilən dəlillər iddiaya etir azın dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasiya məhkəməsində işə baxılan zaman da iddiaçı tərəfindən irəli sürülmüşdür, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

38. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müx təlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüqu q normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1806/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar