Məhkəmə qərarları › İş №2(102)-3284/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3284/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3284/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qаrşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “əqdin və icra qeydinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(104)-4085/2021 saylı qətnaməsin dən iddiаçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. iddiaçı ilə Cavabdeh1 arasında 50000 manat borc pulun verilməsinə dair 22 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır, müqavilənin şərtlərinə görə borc xx.xx.2015-ci il tarixədək qaytarılmalıdır. 2. 12 iyun 2015-ci il tarixli icra qeydindən görünür ki, iddiaçından Cavabdeh1ın xeyrinə 50000 manat pulun tutulmasına dair icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı müqavilənin və icra qeydinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qazax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 22 aprel 2014-cü il tarixli, reyestrdə 3M-01-112 nömrə ilə qeydə alınmış kredit müqaviləsinin və həmin kredit müqaviləsi əsasında Qazax rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli reyestrdə, 7E-3132 nömrə ilə qeydə alınmış icra qeydinin etibarsız hesab edilməsi, Qazax rayon Dövlət Notariat Kontorunun və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərə görə 500 manat, mənəvi zərərə görə 100000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin barələrində xüsusi qərardad çıxarıb prokurora xəbər verilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonunu Xanlıqlar kəndində qeydiyyatda ol an Cavabdeh1 xeyrinə ondan müddət üçün vaxtında ödənilməmiş 50000 (əlli min manat) manat pulun tutulması barədə Qazax rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2015-ci il tarixli reyestrində 7E-3132 nömrə ilə qeydə alınmış icra qeydi verilmişdir. Həmin icra qeydinin verilməsi üçün əsas onun Cavabdeh1 50000 manat borc pul alması göstərilmişdir. O, 2015-ci ilin əvvəllərindən Bakı şəhərində yaşayır və cavabdehlə heç bir müqavilə bağlamamışdır. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli reyestrdə 7E-3132 nömrə ilə qeydə alınmış icra qeydindən xəbəri olmamışdır. Həmin icra qeydi ilə əlaqədar onu Qazax rayon icra şöbəsinə çağırmışlar və barəsində protokol tərtib edərək İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinən zaman belə bir icra qeydinin mövcudluğundan xəbəri olmuşdur. Həmi n qərar əsasında 500 manat məbləğində cərimə olunmuş və iki dəfəyə həmin cəriməni ödəmişdir. Həmin vaxtı Cavabdeh1 çoxlu vətəndaşları aldadaraq saxta sənədlər düzəldərək onların adına "xxxx" ASC-nin Qazax filialından "xxxx" ASC-nin Qazax filialından və müxtəlif banklardan özünün ödəyəcəyi adı ilə kredit götürüb, götürülən pulları həmin vətəndaşların etibarından sui-istifadə edərək mənimsədiyinə görə vətəndaşların Qazax rayon prokurorluğuna şikayət ərizələri əsasında onun barəsində cinayət işi başlanılaraq həbs edilmiş və hal-hazırda məhkəmə işi davam edir. Cavabdehlə onun arasında onun xəbəri olmadan 22 aprel 2014-cü il tarixdə Cavabdeh2 kredit müqaviləsi bağlanmışdır. Verdiyi ərizə əsasında heç bir araşdırma aparılmadığından o, Qazax rayon notariat ofisinə müraciət edib müqavilənin və icr a qeydinin surətini əldə etmişdir. Həmin müqavilənin bağlanmasından 2 il əvvəl o ailəsi birlikdə Bakı şəhərinə köçmüşdür. Həyat yoldaşı X1 və oğlu x1 Bakı Metropolitenin 2 saylı təmir-tikinti dəstəsində, o isə 2012-ci ilin oktyabr ayından 31 nömrəli çörək zavodunda işləmişdir. Ailəsinin gəliri yaxşı olmuş və heç bir maddi sıxıntıları olmamışdır. Ona görə də heç bir borc almasına ehtiyac olmamışdır.

5. Qazax Rayon Məhkəməsinin (hakim N.Musayev) 2(023)-39/2019 saylı, 25 fevral 2019-cu il tarixli qərardadı ilə iddiaçı iddiaçının cavabdehlər Cavabdeh1 və Qazax Rayon dövlət notariat kontoruna qarşı “əqdin və icra qeydinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” və xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edi lmiş, iş üzrə rəy alınanadək icraat dayandırılmışdır.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2018-ci il tarixli, 8413 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 51-ci vərəqəsində iddiaçı ilə Cavabdeh1 arasında 22 aprel 2014-cü il tarixli kredit müqaviləsində aşağıdakı “İmzalar” qrafasındakı imza və “İddiaçı” yazısı- iddiaçı tərəfindən icra olunmuşdur.

7. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 30 iyul 2018-ci il tarixli, 18309 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 51-ci vərəqəsində iddiaçı ilə Cavabdeh1 arasında 22 aprel 2014-cü il tarixli, 3M-01-112 reyestr nömrəli kredit müqaviləsinin aşağı hissəsində 2-ci imza və “İddiaçı” yazısı- iddiaçı tərəfindən icra olunmuşdur.

8. Məhkəmə Ekspertizası Mərkəzin in verdiyi 20 dekabr 2018-ci il tarixli, 31670 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 51-ci vərəqəsindəki 22 aprel 2014-cü il tarixli, 3M-01-112 reyestr nömrəli kredit müqaviləsinin aşağı hissəsindəki “Həmişəyeva” sözündən sonrakı “T” hərfində hər hansı düzəlişlər (mexaniki üsulla pozmanın, kimyəvi üsulla silmənin və s.) müəyyən edilməmiş, tədqiq olunan “T” hərfinin birinci elementi ilə kəsişən cüzi sağa meyilli şaquli xətt müşahidə olunmuşdur.

9. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 dekabr 2018-ci il tarixli, 31424 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 51-ci vərəqəsində yerləşən iddiaçı ilə Cavabdeh1 adlarından olan 22 aprel 2014-cü il tarixli, 3M-01-112 reyestr nömrəli kredit müqaviləsinin aşağı hissəsində “İm zalar” qrafasındakı 1-ci imza və “Əsgərova X” yazısı Cavabdeh1 tərəfindən icra olunmuşdur.

10. Qazax Rayon Məhkəməsinin (hakim N.Musayev) 2(023)-39/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin müqavilədəki imzanın onun tərəfindən icra edilmədiyini qeyd etsə də, həmin imzaların tərəflərin özlərinin icra etdikləri ekspertiza rəyləri ilə sübut olunmuşdur.Tərəflər arasında 22 aprel 2014-cü ildə bağlanmış əqdin etibarsız sayılması üçün hər hansı fakt, sübut aşkar edilməmişdir.

12. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərərə görə pulun tutulmasına dair hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia əqdin və icra qeydinin etibarsız hesab edilməsinə dair hissədə təmin edilmədiyin dən iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 334 və337-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və119-cu maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı iddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-39/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və R.Z.Mamedov) 15 dekabr 2021-ci il tarixli, 2(104)-4085/2021 saylı qətnaməsi ilə iddiaçı iddiaçı tərəfindən verilmiş apellyasiya şi kayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-39/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsindəki imzanın ona məxsus olmadığını və kredit müqaviləsinin onun adından saxtalaşdırmaqla tərtib edildiyini iddia etsə də, iddiaçının bu dəliləri birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizalar üzrə alınmış ekspert rəyləri ilə təkzib edilmişdir, həmin müqavilənin etibarsızlığı üçün heç bir əsas müəyyən edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirməklə iddianı rədd edən birinci instansiya məhkəkməsi iş üzrə düzgün nəti cəyə gəlmişdir. Belə ki, mübahisələndirilən kredit müqaviləsinin qanunla müəyyən edilmiş şərtləri pozulmaqla bağlanması müəyyən edilməməkdədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri,c Kassasiya şikayətinin dəlilləri

18. İddiаçı iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətini, əqdin və icra qeydinin etibarsız hesab edilməsi hissəsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət ver məmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə çıxaran zaman birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəylərinə əsaslanmış, əsassız olaraq komisyon ekspertiza keçirilməsi barədə vəsatətin təmin edilməsindən imtina etmiş, iddiaçının iştirakı olmadan kredit müqaviləsinin bağlanmasını aydınlaşdırmağa heç bir təşəbbüs göstərməmişdir. Apellyasiya məhkəmə tərəfindən işə baxılan zaman qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etiba rsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.2. Mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər.

24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir 27. “Notariat haqqında” Qanun Maddə 28.

76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması

29. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

30. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

31. Barəsində icra qeydi aparılan tələb üçün qanunla baş qa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.

32. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydası nda mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir

33. Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli digər qərarında Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərt lər. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olun ur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlü yə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı isə, məhkəmələrə ekspert rəylərinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(104)-4085/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar