Məhkəmə qərarları › İş №2(102)-3285/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3285/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3285/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hərəkətlərinin həyata keçirilməsi və hərracla bağlı xərclərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı “Bank X Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hərrac xidmətlərinin və icra hərəkətlərinə görə ödənişlərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2739/2024 nömrəli, 27 may 2024-cü il tarixli qə tnaməsindən iddiaçı “Bank X (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-693/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77.405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) manat məbləğində əsas borc, 5.315,36 (beş min üç yüz on beş manat 36 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləği tutularaq iddiaçı “Bank X (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulmalı olan borcun məbləği öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562 E saylı bağ evinə yönəldilməsi, həmin bağ evi açıq hərrac yolu ilə satılması, bağ evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562 E saylı bağ evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən olunması, Cavabdeh məxsus ünvan 1 ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562 E s aylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılması və bağ evinin boşaldılması qət edilmişdir 2. "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokoluna əsasən "xxxx" MMC tərəfindən Cavabdeh məxsus ünvan 1 ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evi hərraca çıxarılmış, hərracın yekunu olaraq, ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir.

3. Bank X tərəfindən xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan h esabına xx.xx.2020-ci il tarixli 47 saylı hesab fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat ödənilmişdir.

4. Bank X tərəfindən xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığına əsasən X1 hesabına xx.xx.2021-ci il tarixli EQ seriya EBAY 244048 əsasən 388,98 manat ƏDV ödənilmişdir.

5. İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığına əsasən X1 hesabına 3570 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir.

6. Bank X tərəfindən xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin XX Bank” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2023cü il tarixli 19 saylı hesab-fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 405,20 manat ödənilmişdir.

7. Bank X tər əfindən xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığına əsasən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya 016023 əsasən 72,94 manat ƏDV ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bank tərəfindən ödənilmiş 3.570 manat məbləğində icra ödənişi, 3.028,13 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85,98 manat dövlət rüsumunun Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borclu”) tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılıb ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-693/2020 saylı qətnaməsi icra olunması üçün Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, cavabdehə məxsus ev hərrac təşkilatçısı "xxxx" MMC vasitəsilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq Bank tərəfindən əldə edilmişdir. Bank xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2020-ci il tarixli 47 saylı hesab fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 2.161,01 manat ödəniş etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə Bank tərəfindən 388,98 manat ƏDV ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə Bank tərəfindən "xxxx" MMC-nin XX Bank” ASC-nin Nərimanov rayon filialında ol an hesabına xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 405,20 manat ödəni. edilmişdir. xx.xx.2023cü il tarixli ********** saylı ödəniş tapşırığı ilə Bank tərəfindən 72,94 manat ƏDV ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə Bank tərəfindən X1 hesabına 3.570 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir.

10. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 3.028,13 manat məbləğində hərracın keçirilməsi xərci və 3.570 manat məbləğində icra ödənişi borclunun əvəzinə tələbkar Bank tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətləri ilə əlaqədar çəkilən hərrac xərcləri borclu tərəfindən ödənilməlidir. İcra sənədində göstəri lmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu (cavabdeh) məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar Bank ödəmiş və bunun nəticəsində, Bankın çəkilən xərcləri cavabdehdən tələb etmək hüququ yaranmışdır.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 319.5, 442, 443.1, 443.2, 445.1, 448.1-ci, “İcra haqqına” Qanunun 8.2, 78.1, 79.1, 79.2.1 və 81.1-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəmsində cavabdeh iddianı qəbul etmədiyini göstərmişdir.

13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-143/2024 nömrəli iş üzrə 9 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Günay Həşimova)

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi üzrə yaranmışdır. Bu münasibətlər “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsi ilə tənzimlənir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 4-cü maddəsinə əsasən (ipoteka ilə təmin edilən tələbin həcmi) əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxi l edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icraqeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İcra haqqında” Qanunun 79.1, 79.2.1-ci maddələri və “İpoteka haqqında” Qanunun 4.1.4 və 47.2-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, ipoteka predmeti olan əmlakların satılması üçün keçirilən hərrac xərclərinin tutulması və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra məmuru tərəfindən həyata keçirilən tədbirdir.

16. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinadən hesab etmişdir ki, iddiaçı tələbkar olaraq hərrac başa çatdıqdan sonra həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır. Beləliklə, hazırkı iş üzrə cavabdehin bu xərclərə görə iddiaçı qarşısı nda müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq ondan tutula bilməz.

17. İddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmununa görə mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir.

18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, ipoteka münasibətləri əsas borca münasibətdə tələbin təmin üsulu kimi çıxış etdiyindən iqtisadi dövriyyənin təmin olunması, bazar iqtisadiyyatı və mülki qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir. Nəzərə alınmalıdır ki, ipoteka qoyan ipoteka saxlayan ilə hər hansı öhdəlik mü nasibətlərinə daxil olmamış, öhdəliyi yalnız ipotekaya qoyduğu mülkiyyəti həddində təşkil etmişdir. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə öhdəliklər yalnız kreditor və əsas borclu arasında olmuşdur. İpoteka qoyan isə əsas öhdəlik üzrə yalnız ipoteka predmeti həddində mükəlləfiyyətli olmuşdur. Bu səbəbdən, əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi əsaslı hesab edilə bilməz. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında tələbin təmin edilməsi institutu kimi ipoteka münasibətlərindən çəkindiriciliyə səbəb olar.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 319.5-ci, “İcra” haqqında” Qanunun 8.2, 61.2, 79.1, 79.2.1, 81.1-ci, “İpoteka haqqında” Qanunun 47.2.147.2.4 və 47.4-cü maddələri ilə əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə Bank ödəmiş və bunun nəticəsində, borclu tərəfindən tələbkar Banka maddi zərər yetirilmişdir. Nəzərə alınmalıdır ki, məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Bank tərəfindən ödənilmişdir, bu da öz növbəsində məhz cavabdehin mənafeyinə xidmət edən hərəkət olmuşdur. Belə ki, cavabdeh nəticə etibarı ilə bu işlə rin aparılması prosesində həmin məbləğlərdə varlanmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2739/2024 nömrəli mülki iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aid olmuşdur. Başqa sözlə, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsi ndə icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir və iddiaçı-bank həmin xərcləri hərrac təşkilatına və ya icra qurumuna ödəmək vəzifəsi daşımamışdır. Bu baxımdan, hazırkı iş üzrə cavabdehin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq ondan tutula bilməz.

24. Apellyasiya instansiya məhkəməsi qaytarılması tələb edilən pul vəsaitinin iddiaçı tərəfindən hər hansı öhdəliyin icrası müqabilində deyil, könüllü qaydada verildiyini və qarşı tərəfin bunun hesabına varlanması üçün heç bir qanuni əsas və ya müqavilənin mövcud olmadığından məlumatlı olduğunu nəzərə alaraq hesab etmişdir ki, belə olan halda cavabdehin mübahisə predmeti olan pul məbləğini qaytarmaq üzrə vəzifəsinin, apellyasiya şikayətində istinad olunan Mülki Məcəllənin 1 091-ci və 1092.1-ci maddələrinə əsasən yaranması istisna edilir.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 319.5, 440.4, 1091, 1092.1-ci, “İpoteka haqqında” Qanunun 47.2, 47.3, 47.4, 47.5, 79.1 və 79.2.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi M addə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir.Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir.Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzər inə qoyulur. Maddə 440.4. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 47.2. İpoteka pred metinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanun un 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Maddə 47.3. Birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna mali kdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “İcra” haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddə 79.2.1. Borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kol legiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

34. İddia tələbi icra ödənişi və hərrac xərcinin cavabdehdən tutulması barədədir.

35. Tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlə rin bölüşdürülməsi üzrə yaranmışdır. Bu münasibətlər “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsi ilə tənzimlənir. Apellyasiya instansiyası məhkəməsi də işin hallarına bu norma əsasında qiymət vermişdir.

36. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş həmin hallarına əsasən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2739/2024 nömrəli, 27 may 2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar