Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3286/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və maneələrin aradan qaldırılması” tələbinə dair Şirvan Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(106)-128/2023 nömrəli iş üzrə 29 aprel 2024-cü il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətlərində olan 2,99 hektar və 2,934 hektar torpaq sahəsinin 2,5 hektar hissəsindən çıxarılmaları, torpağın iddiaçılara təhvil verilməsi və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyful layev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 2,99 ha və 2,934 ha torpaq sahəsinin 2,5 ha hissəsindən çıxarılmaları, həmin torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 törədilən maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza dəyərini təşkil edən 300 manat məbləğində pulun müştərək qaydada cavabdeh X2 alınıb iddiaçı X4 ödənilməsi qət edilmişdir.
3. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2(106)-128/2023 saylı qətnaməsi ilə (hakimlər – X8 (sədrlik edən, məruzəçi), X6 və X3 ibarət tərkibdə) cavabdehl ər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-12/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********92 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 1,790905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,49 ha hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilərək İddiaçı2 təhvil verilməsi və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələri n aradan qaldırılması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********75 olan MH ******* seriya nömrəli Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Sarısu kəndi keçmiş E.Aslanov adına kolxozun ərazisində yerləşən 5,220586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,53 ha hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilərək İddiaçı1 təhvil verilməsi və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, “X5” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və İddiaçı2 tərəfindən ödənilmiş 300 manatı n yarısının – 150 manat hissəsinin İddiaçı2 özünə aid edilməsi, “X5” MMC-nin 31 mart 2022-ci il tarixli, 42 nömrəli mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və İddiaçı2 tərəfindən ödənilmiş 300 manatın digər yarısının – 150 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı2 ödənilməsi, 28 iyul 2023-cü il tarixli, 10/4947 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manatın 25 manat hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, qalan 25 manat hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34 CTRE******************** nömrəli hesaba köçürülməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 240 manat məbləğində xidmət haqqının 120 manat hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 240 manat məbləğində xidmət haqqının qalan 120 manat hissəsinin Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. 5. 23 apr el 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onların nümayəndəsi Vəkil Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)128/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişlər.
6. Ərizə onunla əsaslandırmışdır ki, onlar həmin qətnamədən 26 dekabr 2023-cü il tarixdə kasasiya şikayəti versələr də, naməlum səbəbdən onlara işlə bağlı məlumat gəlməmiş, bununla bağlı Beyləqan rayon İcra və Probasiya şöbəsindən məlumat almışlar. Sonradan məlum olmuşdur ki, onlar “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət vermədiklərinə gör ə şikayət Ali Məhkəməyə göndərilməmişdir. Cavabdehlərin “Elektron məhkəmə” informasiya sistemində şəxsi kabineti yoxdur, həmin sistemdən istifadə etmək üçün savadları yoxdur, kassasiya şikayəti vermək üçün vəkillə müqavilə bağlamağa maddi çətinliyi imkan verməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddət qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 aydır. Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinə vaxtında müraciət etmiş, lakin elektron kabinet vasitəsi ilə müraciət etməmişdir. X9 Məhkəməsinin dəftərxanasından müəyyən etmək olar. Mülki prosessual qanunvericiliyin tələbinə görə müddətin buraxılması məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda buraxılmış prosessual müddət bərpa edilir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(106)-128/2023 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-128/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)128/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmi şdir ki, hazırkı iş materiallarının 255, 256 və 261-ci vərəqlərində olan poçt xəbərnamələri ilə cavabdehlərin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2(106)-128/2023 saylı qətnaməsini 26 oktyabr 2023-cü il tarixində alması təsdiq olunur. Lakin cavabdehlər qətnamə onlara təqdim olunduqdan təxminən 6 aya yaxın müddət keçdikdən sonra ondan qanunla nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verərək, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti buraxmışlar. Cavabdehlər ərizədə məhkəmə qətnaməsini aldıqdan sonra qanunla nəzərdə tutulmuş müddət ərzində ondan kassasiya şikayəti verdiklərini bildirsələr də, iş materiallarından bu cür kassasiya şikayətinin mövcudluğu müəyyən olunmur. Bununla belə, cavabdehlər tərəfindən ümumiyyətlə 2023-cü ilin dek abr ayında sözügedən qətnamədən hər hansı formada kassasiya şikayətinin verilibverilməməsi məsələsi araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdehlər əslində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(106)128/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsinin mümkün olmamasına görə həmin şikayət məhkəmənin aparatı tərəfindən cavabdehlərə geri qaytarılmışdır. Həmçinin, müəyyən olunur ki, həmin şikayəti də yalnız cavabdehlərin özləri imzalamış, vəkilin imzası və ya orderi olmamış, şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də verilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin kassasiya şikayətinin verilməsi qaydası ilə bağlı hüquqi savadının olmamasına dair bildirdikləri dəlil əsaslı sayıla bilməz. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qətnaməsi tərəflərə göndərilərkən 18 oktyabr 2023-cü il tarixli göndəriş məktubuna həm də “Mülki və kommersiya işləri üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair” 01 vərəqlik izah da əlavə olunmuş, həmin izah kağızında kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilməli olması qeyd olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası ərizənin qeyd edilən dəlilini əsassız sayır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər vaxtında və düzgün qaydada kassasiya şikayəti verə bilməmələrinin səbəbi kimi həm də maddi imkansızlığı göstərsələr də, maddi imkansızlıq qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başa çatmasından təxminən 4 ay keçdikdən sonra (qətnamənin verildiyi gündən təxminən 6 ay keçdikdən sonra) kassasiya şikayətinin verilməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz.
11. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, cavabdehlərin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-128/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən vaxtında kassasiya şikayəti verə bilməmələrinin əsası kimi göstərdiyi hallar qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz.
12. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsaslar yoxdur.
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirib qeyd etmişdir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyinə və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilmədiyinə görə kassasiya şikayəti geri qaytarılmalıdır.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 133.1, 133.5, 405.0.1, 408.1.4 və 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 15. 11 may 2024-cü ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəs i Vəkil tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(106)-128/2023 saylı qərardadından birlikdə kassasiya şikayəti verilmiş, kassasiya şikayətində həmin qərardadın ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti bərpa edərək, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2(102)-2386/2024 nömrəli qərardadı ilə (hakimlər – Z.Cavabdeh1 (sədrlik edən, məruzəçi), Z.B.Babayev və V.M.Məmmədovdan ibarət tərkibdə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 2(106)-128/2023 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(106)-128/2023 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(106)-128/2023 saylı qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. 19. 26 iyul 2024-cü ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən yenidən “Elektron məhkəmə” informa siya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 2(106)-128/2023 nömrəli qərardadından kassasiya şikayəti verilmiş, kassasiya şikayətinə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə əlavə edilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2024-cü il tarixli, 2(106)-128/2023 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-128/2023 saylı, 29 aprel 2024-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilməklə bərpa edilmi ş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-128/2023 saylı, 29 aprel 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddəti üzürlü hesab edərək müddəti bərpa edib mülki işi kassasiya qaydasında baxılmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasi ya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 65, 71-ci, MPM-in 133.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi müddəti bərpa etməməklə cavabdehin məhkəməyə təkrar müraciət etmək və hüquqlarını bərpa etmək üçün Konstitusiya ilə təminat verilən hüqularına qəsd etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədən apellyasiya şikayətini vaxtında, laki qanunvericilikdə nəzərdə tutulmuş formada verməməyini üzrlü hal hesab etməməklə haqlı olmamışdır. Məhkəmə müddətin bərpasından imtina edilməsi barədə qərardadında bizim Şirvan Apelyasiya Məhkəməsinə ünvanladığı şikayətin kassasiya şikayəti yox, apellyasiya şikayəti olduğunu vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin şikayətin məzmununu nəzərdən keçirsəydi və şikayətç inin tələbinin nə olduğunu aydınlaşdırsaydı, onda həmin şikayətin məzmunca kassasiya şikayəti olduğunu, sadəcə mexaniki olaraq şikayətin adının kasasiya şikayəti yox, apelyasiya şikayəti yazılmasını müəyyən edə bilərdi. Apellyasiya instansiyası məhkəməsi üzərinə qoyula bu vəzifələri düzgün yerinə yetirməmiş, savadsızlığı səbəbindən kassasiya şikayətini düzgün verməməyini üzrlü hal hesab etməyərək hüquqlarını təmin etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses işti rakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
24. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
25. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
29. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
30. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
31. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisi nə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
32. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
33. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin s istemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
34. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qərardad cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iş materiallarının 255, 256 və 261-ci vərəqlərində olan poçt xəbərnamələri ilə cavabdehlərin Şirvan Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qətnaməsini 26 oktyabr 2023-cü il tarixində alması təsdiq olunur. Lakin cavabdehlər qətnamədən qanunla müəyyən edilmiş müddətdə deyil, təqribən 6 aya yaxın müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti buraxmışlar. Cavabdehlər həmin müddətin ötürülməsinin üzrlü səbəblərdən olduğunu, qətnaməni aldıqdan sonra qanunla nəzərdə tutulmuş müddət ərzində ondan kassasiya şikayəti verdiklərini göstərsələr də, iş materiallarından bu cür kassasiya şikayətinin mövcudluğu müəyyən olunmamış, əslində apellyasiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermələri müəyyən edilmişdir. Həmin şikayət də məktubla cavabdehlərə geri qaytarılmışdır. Bu şikayətin də qanunla müəyyən edilmiş forma v ə məzmununa riayət edilməmiş, şikayəti yalnız cavabdehlərin özləri imzalamış, vəkilin imzası və ya orderi olmamış, şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də verilməmişdir.
42. Cavabdeh tərəfin kassasiya şikayətinin verilməsi qaydası ilə bağlı hüquqi savadının olmamasına, maddi imkansızlığına dair bildirdikləri dəlilləri də apellyasiya məhkəməsi haqlı olaraq əsaslı saymamışdır.
43. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsaslar olmamışdır, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həllində düzgün nəticəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyas ı məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-128/2023 nömrəli iş üzrə 29 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.