Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3288/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1795/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X ilə Cavabdeh1 arasında bağlanmış 10.07.2014cü il tarixli kredit müqaviləsinə əsasən X tərəfindən Cavabdeh1 96 ay müddətinə illik 1.4167 faiz olmaqla 23500 manat məbləğində kredit verilmişdir.
2. Həmçinin iş materiallarından görünür ki, X, satıcı adlanan X4 və Cavabdeh1 arasında 10.07.2014-cü il tarixli qarışıq alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. 10.07.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 qızma məxsus X evi İpoteka (girov) ilə yüklü edilmişdir
3. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 05 iyul 2019-c u il tarixli qiymətləndirmə rəyindən görünür ki, X3 məxsus X evinin real bazar dəyəri 43.000 manat müəyyən edilmişdir.
4. Eyni zamanda iş materiallarından görünür ki, X ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2015-ci il tarixli kredit kart müqaviləsinə əsasən X tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq 2.25 faiz olmaqla 500 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.11.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 banka olan borcu 10.09.2019cu il tarixə əsas borc üzrə 16,295.38 manat, faiz borcu üzrə 8767.62 manat, 05.08.2015-ci il tarixli kredit kart müqaviləsi üzrə 10.09.2019-cu il tarixə banka olan borcu əsas borc üzrə 478.29 ABŞ dolları, faiz borcu üzrə 67.13 ABŞ dolları, cərimə borcu üzrə 2.86 ABŞ dolları hesablanmışdır. İş üzr ə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "X cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərdən X-nin xeyrinə müştərək qaydada 10.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 18928,81 manat məbləğində kredit borcu, 4833,85 manat məbləğində faiz borcu və 10862,67 manat məbləğində cərimə olmaqla, cəmi 34625,33 manat məbləğində ödənilmiş borcun, 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, həmçinin borclu Cavabdeh1 05.08.2015-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında 486.13 ABŞ dolları məbləğində kredit borcu, 73.84 ABŞ dolları məbləğində faiz borcu və 32 0.73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 880 ABŞ dolları 07 sent borcun iddiaçı Xnin xeyrinə tutulması, tələbin 10.07.2014-cü il tarixli kredit müqalisi üzrə 18928,81 manat məbləğində kredit borcu, 4833.85 manat məbləğində faiz borcu və 10862.67 manat məbləğində cərimə olmaqla, cəmi 34625.33 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, X evinə yönəldilməsi, X fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə açıq hərracdan satılması və ümumilikdə cəmi 34625,33 manat məbləğində ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın y önəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına X-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1,X1 və Cavabdeh3 ümumi qaydada tutulması, X fərdi yaşayış evinə yönələdildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinə dair iddia ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.
7. İşə məhkəmədə baxılan zaman Azərbaycan Respubikası MPM-in 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcmini artırılmasına dair ərizə verərək göstərilən iddialarla birlikdə Cavabdeh1 05.08.2015-ci il tarixdə bağladığı 006KK**********01 saylı kredit müqaviləsi əsasında 486.29 ABŞ dolları məbləğində kredit borcu, 64.98 ABŞ dolları məbləğində faiz borcu və 540,593 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1083 ABŞ dolları 86 sent borcun iddiaçı X-nin xeyrinə tutulmasım xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 X ilə 10.07.2014-cii il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.4167% olmaqla 96 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfə lərlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 10.01.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 7248.05 manat ödəniş etmiş və onun iddiaçıya 16251.95 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 04.09.2019-cu il tarixə 967 gün üçün hesablanmış faiz borcu 7578.25 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 04.09.2019-cu il tarixə 967 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2259.79 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icras ını təmin etmək məqsədilə cavabdeh alıcı/ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 10.07.2014-cü il tarixli 00027 saylı ipoteka müqaviləsi Gəncə ASAN xidmət notariusu X tərəfindən təsdiq edilib) əsasında X evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 92 №-li reyestr kitabının 90 №-li vərəqində qeydiyyata alınmış MA ******* №-li çıxarışla, X evini Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün X-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan X cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 03.07.2017-cı il tarix də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 09.07.2017-ci il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 13.07.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Həmçinin borclu, iddiaçı ilə 05.08.2015-ci il tarixdə bağladığı 006KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş plastik kart vasitəsi ilə 500 (beş üz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozara q dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 09.12.2015 il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yaymır. Götürdüyü kreditdən 21.71 ABŞ dolları məbləğində borcu qaytarmış və onun 478.29 ABŞ dollar ıməbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və 04.09.2019-cu il tarixə 1125 gün üçün onun 64.98 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 04.09.2019-cu il tarixə 1125 gün üçün hesablanmış cərimə 5040.59 ABŞ dolları təşkil edir.
9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(044)48/2020 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) X ilə Cavabdeh1 arasında bağlanmış 10.07.2014-cü il tarixli, xxxx nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada X-nin xeyrinə əsas borc üzrə 16.295,38 manat, faiz borcu üzrə-8767.62 manat, həmin müqavilə üzrə cəmi 25063 (iyirmi beş min altmış üç) manat məbləğində borcun tutularaq X-yə ödənilməsi; Cavabdeh1, X1 və Cavabdeh3 05.08.2015ci il tarixli 006KK**********01 saylı kredit kartı üzrə 47 8.29 ABŞ dolları əsas, faiz borcu üzrə 67.13 ABŞ dolları, cərimə borcu üzrə 2.86 ABŞ dolları, cərimə 548,28(beş yüz qırx səkkiz ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat, 42 manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq X -yə ödənilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 43.000(qırx üç min) manat müəyyənləşdirilməklə tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi X3 məxsus olan və X evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməsi; satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməs i xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait hesabına 16.295,38 manat, faiz borcu üzrə 8767.62 manat, cəmi 25063(iyirmi beş min altmış üç) manat məbləğində borcun, 478.29 ABŞ dolları əsas, faiz borcu üzrə 67.13 ABŞ dolları, cərimə borcu üzrə 2.86 ABŞ dolları, cəmi 548,28(beş yüz qırx səkkiz ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat, 42 manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun X-yə ödənilməsi; hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 ümumi qaydada tutulması; iddianın qalan hissələ rdə təmin edilməməsi qət edimişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır.
11. Bundan başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.11.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 banka olan borcu 10.09.2019cu il tarixə əsas borc üzrə 16,295.38 manat, faiz borcu üzrə 8767.62 manat, 05.08.2015-ci il tarixli kredit kart müqaviləsi üzrə 10.09.2019-cu il tarixə banka olan borcu əsas borc üzrə 478.29 ABŞ dolları, faiz borcu üzrə 67.13 ABŞ dolları, cərimə borcu üzrə 2.86 ABŞ dolları hesablanmışdır.
12. Məhkəmə birinci kredit müqaviləsi üzrə cərimə borcuna aid hissədə onu qeyd etmişdir ki, ekspert rəyi ilə ikinci müqavilə üzrə cərimə hesablansa da, birinci kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.
13. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, öhdəliyin icrasını pozduğu təqdirdə borcalan illik 36,% həcmində cərimə ödəyir. İş materiallarından görünür ki,cavabdeh öhdəliyin icrasını pozmuşdur. Ona görə də iddiaçı ikinci kredit müqaviləsi üzrə dəbbə pulu hesablamaqda haqlı olmuşdur.
14. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1.X5 və C avabdeh3 ümumi qaydada tutulmasına dair iddia tələbini də əsaslı hesab etmişdir.
15. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyilsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
16. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər
17. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
18. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair
19. İpoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur.
20. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir.
21. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə iddiaçı X arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir.
22. Məhkəmə satışdan sonra ipoteka predmeti olan evdə yaşayanların çıxarılmasına da münasibət bildirərək onu qeyd etmişdir ki, ipoteka premdeti olan evin boşaldılması ilə bağlı razılıq olduğund an məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi.
23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 295, 296, 307, 317, 319, 385, 442, 445, 462, 467-ci, “İpoteka haqqında” Qanunun 34, 39, 59-cu, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1795/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və A.Bayramov) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(044)-48/2020 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbinin - tutmanın X fərdi yaşayış evinə yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 Faiz qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, ipoteka predmeti hazırkı vaxtda iddiaçı X mülkiyyətində olmadığına görə iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur.
28. Həmçinin həmin əmlakın ipoteka qoyan tərəfindən hərracda alınması mümkün olduğuna görə iddia tələbinin mübahisələndirilən hissəsini təmin etməməklə bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin ipoteka predmeti olan X fərdi yaşayış evinə yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 Faiz qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissələrdə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya insta nsiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
32. İddiaçı X kassasiya instansiyasına yazılı ərizə göndərərək Cavabdeh1 tərəfindən 10.07.2014-cü il tarixli və 05.08.2015-ci il tarixli kredit müqavilələri üzrə borc tam şəkildə banka ödənildiyindən mülki işin məhkəmədə baxılmasına zərurət aradan qalxdığı üçün iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kolle giyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
26. Azərbaycan Respublikası MPM-nin 52.1-cı maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxar araq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçı X iddiadan imtinaya dair ərizəsini araşdıraraq belə hesab edir ki, X imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli mülki işin icraatına xitam verilməlidir.
29. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1795/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.