Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3289/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(107)-463/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cav abdehdən əsas borca görə 8000 manat, cəriməyə görə 8681,63 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 16711,63 manat pulun alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı” MMC, “MKT-Ucar” filialı və Cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsasən cavabdeh 52,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 104 ton xampambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 19809,39 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda, yəni 104 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 8504,94 manat məbləğində 17183,75 kq pambıq təhvil vermişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 8681,63 manat təşkil edir. Bununla da cavabdehin iddiaçıya 8000 manat əsas borcu, cəriməyə görə 8681,63 manat borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 19 noyabr 2019- cu il tarixli, 2(035)754/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borca görə 8000 manat, cəriməyə görə 100 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 8130.0 manat pul tutularaq İddiaçı MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) 11 fevral 2020-ci il tarixli 2(107)-463/2020 nömrəli qətnaməsi ilə cavabdeh Ağalarov Ağahüseyn oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(035)-754/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(107)-463/2020 nömrəli qətnaməsini ləğv edərək əsas borcun məbləğinin aşağı salınması və iddia tələbinin cərimələrlə bağlı olan hissəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31 mart 2017-ci il tarixli, ********* saylı müqavilə bağlanmış və öhdəlik götürülmüşdür. Amma cavabdeh ondan asılı olmayan səbəblərə görə ziyana uğramışdır. Cavabdeh pambıq məhsuluna çəkdiyi xərci götürə bilməmişdir. Bu xərclərə şumlama və əkinlə bağlı xərclər, səpin xərcləri, dərmanlama xərcləri, suvarma xərcləri, yığım və daşınma xərcləri və s. aiddir. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl etmək, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparmaq, tələbata uyğun optimal müddətdə mineral gübrə, habelə suvarma suyu ilə təmin etmək xeyli xərcə səbəb olmuşdur. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Cavabdeh də məhsuldarlığı artırmaq üçün yuxarıda sadalanmış xərclərdən da artıq xərclər etmişdir. Həmin xərclər borcları belə ödəməmişdir. Ona görə də, müqavilədə nəzərdə tutulan miqdarda xam-pambığın verilməsini təmin edə bilməmiş, öhdəliyə tam əməl edə bilməmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş versə də, bu fors-najor halına məhkəmə xüsusi diqqət yetirməmişdir. Hal buki bu hallarda məsuliyyət daşıyan şəxsin hərəkətlərində təqsir olmur. PROSESSUAL MƏSƏLƏLƏR İş üzrə cavabdeh Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində əsas borcun aşağı salınması və cərimə tələbinin rədd edilməsini tələb etdiyindən, kassasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı” MMC, “MKT-Ucar” filialı və Cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsasən cavabdeh 52,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 104 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Avans hesabatı cədvəlinə əsasən Cavabdeh iddiaçı tərəfindən 19809,39 manat məbləğində avans (nağd pul, çiyid, gübrə və s. şəkildə) vəsaitlər verilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda, yəni 104 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 8504,94 manat məbləğində 17183,75 kq pambıq təhvil ver mişdir. İddiaçı cavabdehdən 8000 manat əsas borc və müqavilənin 4.2-ci maddəsində nəzərdə tutulmuş cəriməyə görə 8681,63 manat cərimə ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə 13.11.2019-cu il tarixli ərizə verilərək, iddia qismən qəbul edilmiş, əsas borca görə 8000 manat və dövlət rüsumuna görə 30 manat ödəməyə razı olduğu, cərimənin isə azaldılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddianı etiraf etmiş, yalnız cərimənin azaldılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də hesablanmış 8681.63 manat dəbbə pulunu tənasübsüz şəkildə çox hesab etdiyindən, ağlabatan məbləğdə azaldaraq 100 manat cərimə saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün işti rakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yeri nə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı 8000 manat əsas borc hissəsində yazılı ərizə verərək etiraf etmişdir. Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsində iddiaçının avans şəklində 19809,39 manat məbləğində xərc çəkməsi faktı mübahisələndirilməmiş, öhdəliklərin icra edilməməsinin hər hansı fors-major halı ilə əlaqədar tam icra olunmaması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddianın cərimə məbləğinin tutulması hissəsində tam rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə tərəflər aralarında bağlanmış müqavilənin 4.2-ci bəndində cərimə ödənilməsini razılaşdırmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cüm lədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmələr tərəfindən də, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq tələb edilən 8681,63 manat cərimə məbləği azaldılaraq 100 manat müəyyən edilmişdir. Cərimə məbləğinin ümumiyyətlə silinməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nai l olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə ə sasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(107)463/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3289/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3289/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver