Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3289/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, əsassız varlanma obyektinin qaytarmaq hüququ müddətinin keçməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2025-ci il tarixli, 2(103)-3226/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" MTK-ya pay haqqını tam şəkildə ödəməklə sahiblik və istifadə hüquqları yarandığı 57 və 65 saylı mənzillərin İddiaçı adına sənədləşdirilməsinə icazə vermiş, mənzillərlə bağlı İddiaçı ilə "xxxx" MTK arasında müqavilə bağlanılmaqla hər bir mənzil üzrə dəyəri 21.000 manat Cavabdeh ödənilmişdir. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən "Yeni Yasamal” MTK ilə İddiaçı arasında mübahisəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr etibarsız hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 manatın və idd ia ərizəsi verilərkən ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə yaxın tanışının köməkliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzilləri həmin tarixdə dəyərini tam ödəməklə almış, buna dair MTK ilə aralarında müqavilələr bağlanmış, maliyyə arayışları verilmişdir. Sonradan həmin mənzillərə daxil ola bilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən məlum olmuşdur ki, mənzillər ondan əvvəl müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmışdır. Bununla d a, "xxxx" MTK müqavilə əsasında başqa şəxslərə məxsus evləri təkrarən ona satmaq adı ilə 42.000 manat pulunu özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bundan sonra, o, "Yeni Yasamal” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan vurulmuş zərərin əvəzi olaraq 70.000 manat məbləğində pulun, qətnamə icra olunan tarixdə həmin pula hesablanmış Azərbaycan Respublikası Milli Bankının uçot faiz dərəcəsi üzrə faiz borcunun, əldən çıxmış fayda olaraq 20.000 manat məbləğində pulun və mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda "Yeni Yasamal” MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-da olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerlə şən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qətnamədə qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-10/2017 saylı hökmü ilə də bir daha öz təsdiqini tapmışdır. Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə pulları ona ödəməsi barədə xəbərdarlıq edilsə də bundan yayınmışdır. Sonda pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Cavabdeh iddiaya etiraz ilə məhkəməyə müraciət e dərək göstərmişdir ki, "Yeni Yasamal” MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTKda olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki: "xxxx" MTK-nı 2007-ci ildə Nəsib Əliyev, Əliheydər Şahmarov, Soltanağa Şahmarov və Zülfüqar Səfərovla birlikdə alaraq təsisçiləri olmuşlar. Cahangir Alışov isə həmin MTK-nın sədri təyin edilmişdir. Cahangir Alışov 2010-cu ilin may-iyun aylarında səhər saat 10 radələrində MTK-nın icraçı direktoru Nadir Feyziyevlə MTK-nın ofisində görüşmüş, söhbət zamanı sonuncu onu və Nəsibi dünən Milli Təhlükəsizlik Nazirliyinə çağırılmalarını, orada adlarını bilmədiyi digər MTN əməkdaşları bəzi müqavilələri imzalaması üçün ona təzyiq göstərdiyini, adlarına müqavilə tərtib olunmuş həmin şəxslərin heç birini tanımadığını, həmin şəxslərin yalnız şəxsiyyət vəsiqələri təqdim olunmuş və müqavilələr də MTN-nin inzibati binasında, bəziləri isə sonradan MTK-nın ofisində imzalanmışdır. Sonradan həmin mənzillər digər şəxslərin adına yenidən rəsmləşdirilmişdir. Yəni ilkin olaraq mənzillər MTN əməkdaşlarının təqdim etdiyi şəxsiyyət vəsiqələri əsasında onların adlarına rəsmiləşdirilmiş, daha sonra isə həmin mənzi llər qeyd olunan MTN əməkdaşlarının, bundan başqa Elçin, Ceyhun və Raufun gətirdiyi alıcılara satılmış, pullar isə özləri tərəfindən götürülmüşdür. İlkin iddia tələbinin qeyd edilən "Yeni Yasamal” MTK-da olan yaşayış binasının 1-ci girişində olan, 11-ci mərtəbəsində yerləşən hər biri 1 otaqlı, hər birinin sahəsi 52.5 kv.m olan 57 №-li və 65 №İi mənzillər göstərilən hadisələr nəticəsində xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr əsasında Nəsib Əliyev tərəfindən Cavabdeh adına qanunsuz, əsassız və hədə-qorxu nəticəsində rəsmiləşdirilmişdir. Həmin mənzillər digər şəxslərin adına yenidən rəsmiləşdirilmiş, yəni Cavabdeh gətirdiyi alıcılara satılmış, həmin gün də hər iki mənzil Cavabdeh ərizəsi ilə hər birinin dəyəri 21.000 manat olmaqla, İddiaçı adına rəsmiləşdirilmiş, ümumilikdə 42.000 ma nat pul isə Cavabdeh tərəfindən götürülmüşdür. Halbuki, qeyd olunan 2 mənzil MTK tərəfindən xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixlərdə digər şəxslərin adlarına rəsmiləşdirilmişdir və hal-hazırda da həmin şəxslərin qanuni sahiblik və istifadəsindədir. Qətnamədə qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-10/2017 saylı hökmü ilə də bir daha öz təsdiqini tapmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ona dəfələrlə pulları iddiaçıya ödəməsi barədə xəbərdarlıq edilsə də o bundan yayınmışdır. İddiaçı sonda pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iddia üzrə Cavabdeh pulun tələb edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, qeyd edilən münasibətlər "Yeni Yasamal” MTK ilə iddiaçı arasında baş vermişdir. Bunun cavabdeh qismində qoyulmuş Cavabdeh heç bir əlaqəsi yoxdur. Belə ki, maliyyə arayışı və müqavilə məhz yuxarıda qeyd edilən tərəflər arasında bağlanmışdır. Bundan başqa qeyd edilən mübahisə üzrə iddiaçı iddia müddətlərini də ötürmüşdür. Belə ki, müqavilələrdən yaranan münasibətlərə üç illik iddia müddəti tətbiq edildiyi halda tərəf qeyd edilən mübahisələndirmə müddətini də ötürmüşdür
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 nömrəli, 13 mart 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim N.Abbasov)
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında olan münasibətlərin rəsmi müqavilə əsası olmasa da, cavabdehin özünə aid mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə xahişi, bunun əsasında da həmin mənzillərin müqabi lində 42.000 manatın qəbul etməsi əsassız varlanma hesab etmək olmaz. Belə ki, tərəflər arasında pul müqabilində mənzillər üzərində olan hüququn verilməsi barədə razılıq mövcud olmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, "Yeni Yasamal” MTK ilə iddiaçı arasında bağlanmış müqavilələr etibarsız hesab edilməsəydi iddiaçı mənzillərə sahiblik edəcəkdi. Lakin, müqavilələrin etibarsız hesab edilməsi ilə, iddiaçı bu hüququndan məhrum olmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Bununla yanaşı, cavabdehin mübahisəli məsələyə müqavilələrdən yaranan münasibətlərə üç illik iddia müddətinin şamil olunması və münasibətləri əsassız varlanmaya aid etməklə ilə iddia müddətinin ötürüldüyü əsasları ilə çıxış etsə də, bu dəlillərə münasibətdə qeyd olunmalıdır ki, mübahisələndirilən münasibətlərin kökündə ca vabdehlə MTK arasında və buna əsasən də iddiaçı ilə cavabdeh arasında fərdi müəyyən əşya olan daşınmaz əmlakın verilməsi barədə müqavilələrin etibarsızlığı olduğuna görə qeyd olunan müddətlər tətbiq edilə bilməz.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində q almaqda davam edəcəkdir. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.
9. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Odur ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi təmin edilməməlidir.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5, 375.1, 375.2, 1091.1 və 1091.2-ci maddələrinə istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rəd d edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə mübahisələndirilən münasibətlərin kökündə cavabdehlə MTK arasında və buna əsasən də iddiaçı ilə cavabdeh arasında fərdi müəyyən əşya olan daşınmaz əmlakın verilməsi barədə müqavilələrin etibarsızlığı olduğuna görə qeyd olunan müddətlər tətbiq edilə bilməməsi göstərilmişdir. Halbuki məhkəməyə təqdim edilmiş iddia tələbindən də göründüyü kimi iddia ərizəsində konkret olaraq pulun ödənilməsi dayanmışdır. Yəni məhkəmə tərəfindən pul tələbinin daşınmaz əmlaka dair mübahisə kimi qeyd etməsi əsassızdır. Belə ki, iddia tələbində hər hansı daşınmaz əmlak tələbi olmamışdır. İddiaçı istənilən halda müddətləri ötürməsinə baxmayaraq məhkəm ə bunu nəzərə almamışdır. İddiaçı tərəfindən 2010-cu il tarixdə bağlanmış müqavilə üzrə gözləyərək on dörd il müddətin ötürülməsi, Binəqədi Rayon Məhkəməsi tərəfindən mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsindən sonra altı il gözləməsinə dair səbəblərə də iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir. Halbuki şəxs artıq hüququnun pozulduğunu həmin vaxtdan bilirdi. Məhkəmənin iddia müddətini tətbiq etmədən qətnamə çıxarması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlar obyektiv araşdırılmamış və düzgün qənaətə gəlinməmişdir. Məhkəməyə təqdim edilmiş iddia tələbində konkret olaraq pulun ödənilməsi istənilmişdir. Məhkəmə tərəfindən pul tələbinin daşınmaz əmlaka dair mübahisə kimi qeyd etməsi əsassızdır. Belə k i, iddia tələbində hər hansı daşınmaz əmlak tələbi olmamışdır. İddiaçı istənilən halda müddətləri ötürməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. İddiaçı tərəfindən 2010-cu il tarixdə bağlanmış müqavilə üzrə gözləyərək on dörd il müddətin ötürülməsi, Binəqədi Rayon Məhkəməsi tərəfindən mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsindən sonra altı il gözləməsinə dair səbəblərə də iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir. Halbuki şəxs artıq hüququnun pozulduğunu həmin vaxtdan bilirdi. Məhkəmənin iddia müddətini tətbiq etmədən qətnamə çıxarması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2025-ci il tarixli, 2(103)-3226/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməsini qət etmişdir. (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə)
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin yazılı razılığına əsasən iddiaçı ilə MTK arasında mübahisəli mənzillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın hal-hazırda başqa şəxslərin istifadəsində və sahibliyində olması barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən belə nəticə hasil olur ki, cavabdeh, əmlakın əvəzli surətdə özgəninkiləşdirilməsinə, yəni mübahisəli əmlakın iddiaçının adına rəsmiləşdirilməsinə razı lıq verməyə səlahiyyətli olmamış, tərəflər (iddiaçı ilə cavabdeh) arasında etibarlı müqavilə münasibətləri yaranmamışdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq razılıq ərizələrində cavabdehin (daha sonra ona məxsus olmaması müəyyən edilmiş) əmlakın özgəninkiləşdirilməsinə dair iradəsi ifadə olunduğundan həmin ərizələrin etibarsızlığı barədə məsələyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir. Belə ki, tərəflərin razılığa gəldikləri şərtlərə görə, iddiaçı cavabdehə müvafiq məbləğdə pul ödəməyi, cavabdeh isə öz növbəsində adında olan mənzillərin iddiaçının adına rəsmiləşdirilməsinə icazə verməyi öhdəsinə götürmüşdür. MTK-ların fəaliyyəti sahəsində təşəkkül tapan və geniş tətbiq edilən dövlət reyestrində qeydiyyata alınmamış mənzillərin özgəninkiləşdirilməsi prakti kasından görünür ki, qeyd olunan formada müqavilələrin rəsmiləşdirilməsi (əmlak üzərində mövcud hüquqların başqa şəxsə ötürülməsi üçün) istisna olunmur.
16. Bundan əlavə, ərizələrin əhəmiyyətsiz əqd olması əsası ilə etibarsız hesab edilməsi üçün faktiki əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən "Yeni Yasamal” MTK ilə İddiaçı arasında mübahisəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr etibarsız hesab edilməklə, faktiki olaraq Cavabdeh Mirzağa oğlunun səlahiyyətsiz şəxs olaraq verdiyi razılığın etibarsız hesab edilməsi üçün əsaslar yaranmışdır.
17. Belə ki, cavabdeh iddiaçı ilə MTK arasında bağlanmış müqavilələrə əsasən ona ödənilmiş pul vəsaitini əsassız olaraq saxlayır. O, id diaçının hesabına sonuncunun ödədiyi 42.000 manat məbləğində əsassız olaraq varlanmışdır. İddiaçı ödədiyi pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır, hüququnun pozulduğu halı da öz təsdiqini tapır.
18. Həmçinin, iddia müddətinin axımı tələb olunan vəsaitin cavabdehə verildiyi, yəni əqdin icrasına başlanıldığı tarixdən (xx.xx.2010-cu il tarixindən) hesablanmalıdır. İddiaçı da əqdin icrasına başlanıldığı bu tarixdən 1 ildən artıq xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı məhkəməyə müraciət edərkən bu kateqoriyadan olan mübahisələr üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Çünki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə onun icrasına başlanıldığı gündən bir il ərzində məhkəməyə müraciət edilə bilər.
19. İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüq uq və maraqlarının pozulmasına gətirib çıxarardı.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia məhz iddiaçının məhkəməyə müraciət edərkən əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi tətbiq edilən Mülki Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 61.5, 324.1, 324.2, 354.2, 354.1, 375.2, 385.1, 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 82.3, 88, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.2, 109, 324, 354.1, 385.1. 386.1-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 218.1-ci maddələri pozulmuşdur.
24. Belə ki, iddiaçının hüququ pozulmuş və ona məxsus əmlak (pul kütləsi) dövlət müdafiəsindən məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianın faktiki əsasını təhrif edərək iddia ərizəsində məhz "xxxx" MTK-nın (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməyən) müqavilə əsasında başqa şəxslərə məxsus evləri iddiaçıya satma q adı ilə 42.000 manat pulunu özündə saxlamaqla əsassız olaraq varlanmasını, iş üzrə Cavabdeh şamil etmişdir. Halbukı, iş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanmış ərizələrdə o, payçısı olduğu 57 və 65 saylı mənzillərin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini və iki mənzil üçün ümumikdə 42.000 manatın ona ödənilməsini qeyd etmişdir.
25. Həmçinin, cavabdehin özünə aid mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə xahişi, bunun əsasında da həmin mənzillərin müqabilində 42.000 manatı qəbul etməsi əsassız varlanma hesab etmək olmaz. Belə ki, tərəflər arasında pul müqabilində mənzillər üzərində olan hüququn verilməsi barədə razılıq mövcud olmuşdur.
26. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsasland ırılmamışdır. Hakim qətnaməni bir cümlə ilə sübut etmə yükünün iddiaçı tərəfin üzərinə düşməsi və iddiaçı tərəfindən sübuta yetirilə bilməməsi ilə əsaslandırmışdır. Halbuki, iddia tələbinin tam əsaslı olmasını təsdiq edən sübutlar iş materiallarında olsa da, hakim onlara hüquqi qiymət verməmişdir. Bundan əlavə, əgər mötəbər hesab etmirdisə bu fikrini əsaslandırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir.
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Ma ddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
31. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gət irilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələ rinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
40. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzind ə əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.
41. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il s onra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1 kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Kassasiya şikayətində qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirilib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi də həmin hissə üzrə olub. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
52. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə ki fayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki p rosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3226/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla