Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-329/2019 07.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-329/2019 şəhəri 07 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, Cavabdeh1 və onun vəkili ***iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli, 2(105)2700/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin (hakim Ş.Həsənova) 24 yanvar 2018-ci il tarixli, 2(034)-18/2017 saylı qətnaməsi ilə iddia tələb i qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2.946 (iki min doqquz yüz qırx altı) ABŞ dolları, faiz borcu üzrə 1.167 (min yüz altmış yeddi) ABŞ dolları 86 (səksən altı) sent, cərimə üzrə 20 (iyirmi) ABŞ dolları, cəmi 4133 (dörd min yüz otuz üç) ABŞ dolları 86 (səksən altı) sent məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 11 (on bir) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 09 (doqquz) manatının iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Q.Hüseynov, G.F.Tağızadə və T.O.Quliyev) 17.07.2018-ci il tarixli, 2(105)-2700/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti təminolunmamış, Zəngilan rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili Quliyev Mahir Xəlil oğlu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.01.2014-cü il tarixli, 30012014/168273 saylı kredit, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında 30.01.2014-cü il tarixli, 30012014/168273 saylı zaminlik müqavilələrinə əsasə n cavabdehlərdən birgə qaydada 2946 ABŞ dolları əsas borcun, 1565 ABŞ dolları faiz borcun və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4531 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı faizlərin ödənilməsini hər ay üçün hesablayaraq tutulmasını məhəkəmədən xahiş etmişdir. Tərəflərindən bu günə qədər ödənilmiş pullar AR Mülki Məcəlləsinin 741-ci maddəsinə uyğun olaraq əsas borcdan silinməli və faiz borcları hər ilin sonuncu həftəsinə hesablanaraq ödənilməlidir. Ödənilən pullar əsas borcdan silinmədiyi üçün faizin faiz i də tutulmuşdur. Nəzərə alınmalıdır ki, manatın devalvasiyaya uğraması tərəflərin iradə ifadəsindən aslı deyildir. Tərəflərin iradə ifadəsindən kənar baş verən həyati hallar fors-mojor hadisələrdir. Məhkəmə işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Quliyev Mahir Xəlil oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 vəkilinin izahatına uyğun izahat vermişdir. İddiaçı və digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən kassatora aid hissədə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.01.2014-cü il tarixli, 30012014/168273 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 28 faiz olmaqla, 24 ay müddətinə, fərdi mikro kredit məqsədi ilə 7500 (yeddi min beş yüz) ABŞ dolları kredit verilmişdir. 30 yanvar 2014-cü il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh1 kredit üzrə hər ay 411,70 ABŞ dolları, sonuncu ay isə 411,52 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş müddəti 28.02.2014-cü il tarixdən başlamaqla, 30.01.2016-cı il tarixində bitir. İddiaçı ASC-nin “Yasamal” filialı ilə zaminlərCavabdeh2, Cavabdeh4 və Cavabdeh3 bağlanmış 30.01.2014-cı il tarixli, 30012014/168273 saylı zaminlik müqavilələrinə əsasən zamin şəxslər bank qarşısında borcalanın 30.01.2014-cü il tarixli, 30012014/168273 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdürlər. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 05.01.2017-ci il tarixli pretenziyaya əsasən, 30.01.2014-cii il tarixli, 30012014/168273 saylı kredit müqaviləsi üzrə 2946 ABŞ dolları, faiz borcu üzrə 1565 ABŞ dolları, cərimə üzrə 20 ABŞ dolları, ümumilikdə 4531 ABŞ dolları borcu olması göstərilərək borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2017-ci il tarixli, 15330 saylı ekspert rəyinə əsasən, 30 yanvar 2014-cü il tarixli, 3 0012014/168273 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 30 yanvar 2017-ci il tarixinə banka olan əsas borc üzrə 2.985,16 ABŞ dolları, faiz borcu üzrə 1.167,86 ABŞ dolları olmaqla ümumilikdə 4153,02 ABŞ dolları borcu vardır. İşin hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçı bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kred it vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Bu səbəbdən, habelə aşağıda sadalanan maddi hüquq normaları baxımından iddiaçı bankın kredit borcunu borcludan tələb etmək hüququ yaranmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, x arici valyutada da müəyyənləşdirə bilərlər; 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin ic ra edilmədiyi bütün hallar ücün cavabdehdir; 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi həmçinin düzgün olaraq hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh V.Abbasovun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda razılaşdırılmış müddətdə və qaydada ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmə hüququ yaranmışdı r. Yuxarıda sadalanan qanunvericiliyin normalarından da, müəyyən edildiyi kimi Qanunda xarici valyutanın Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə məhdudiyyət qoyulmamışdır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi ABŞ dolları ilə bağlanıldıqda əsas borclu Cavabdeh1 həmin müqavilənin şərtlərini qəbul etmiş, müqavilənin doğuracağı nəticələrin daşıyıcısı kimi həmin müddət ərzində anlaqlı vəziyyətdə olmaqla müqaviləni imzalamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassartora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanu ni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassator ödənilən vəsaitlərin ilk əvvəl fazilərər silinməsinin qanunsuzluğuna istinad etmişdir. Halbuki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Borcun ABŞ dolları ilə verilməsinin qanunsuzluğu, habelə manatın devalvasiyası ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair kollegiya b ildirir ki, manatın devalvasiyanın baş verməsi borcun alındığı valyuta ilə qaytarılmasından ibarət cavabdehin öhdəliyinə hər hansı şəkildə təsir etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, borc alınmış valyutada, yəni ABŞ doll arı ilə, qaytarılmalıdır. Eyni zamanda, Mülki Məcəllənin 439.2-ci maddəsi baxımndan əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göründüyü kimi, qanun birbaşa olaraq borcun məhz ödəniş yerinin məzənnəsinə uyğun aparılmasını müəyyən etmişdir. Digər tərəfdən qeyd edilən qərarda bankların vətəndaşların üzləşdiyi mövcüd vəziyyəti nəzərə almaqla müəyyən güzəştlərin edilməsi tövsiyyə edilsədə, qeyd edilən məhz tövsiyyə xarakteri daşıdığından bunun bir vəzifə kimi iddiaçının üzərinə qoyulması mümkünsüzdür. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli, 2(105)-2700/2018 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-329/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-329/2019
07.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver