Məhkəmə qərarları › İş №2(102)-3292/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3292/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3292/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4268/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 6 avqust 2014-cü il tarixli kredit müqaviləsi əsasında “X1 Bankı” Açıq Səhmdar Cəmiyyəti (yeni adı, “YeloBank”, bundan sonra iddiaçı və ya Bank) tərəfindən Cavabdeh2 (budan sonra - borcalan) 24 ay müddətinə illik 22 % ödəmək şərtilə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Bankla borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalanın kredit borcu restrukturizasiya edilərək, illik 1 faizlə 60 ay müddətinə 13031,15 manat müəyyən edilmiş, kreditin müddəti 29 oktyabr 2024-cü il tarixinədək uzadılmış və əsas məbləğdən ödənişə görə 1 il güzəşt müddəti müəyyən edilmişdir. 3. xx.xx.2019-cu il tarixli, kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 (bundan sonra – zamin) arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı borcalana və zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xeyrinə 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13030.82 manat əsas, 153,48 manat faiz, 123,57 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 406,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13714,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutul ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05 may 2021-ci ilədək onun Banka 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13030.82 manat əsas borc, 153,48 manat faiz borcu, 123,57 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 406,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13714,17 manat borcu vardır.

6. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-2580/2021 nömrəli iş üzrə 6 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrin ə 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13030.82 manat əsas, 153.48 manat faiz, 30 manat cərimə və 29 oktyabr 2019-cu il tarixdən, 05 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 406,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13620 manat 60 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumunun 27 manatının tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında üzərilərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Buna görə də iddiaçının cavabdehlərdən borcu tələb etmək hüququ vardır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödəni lməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 30 manat müəyyən olunmalıdır.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739, 427.3, 442, 443.1, 445.7, 448.1, 465.2, 470.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Zamin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məc əllənin 474.1-ci maddəsinə istinad etmədən yalnız borc münasibətlərinə əsaslanaraq iddianı təmin etmişdir. Lakın məhkəmə nəzərə almamışdır ki, əsas borclu ilə kreditor arasında müqavilə 2 il müddətinə bağlanmışdır. Beləliklə də problemli kreditlərin restruktruzasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi zamanı artıq zaminlik müqaviləsi də, kredit müqaviləsinin də müddəti bitmişdir. Lakın bank borcalanı qanunsuz olaraq təkid etməklə qeyd edilən zaminlik müqaviləsini bağlamağa vadar etmişdir. Müqavilə Mülki Məcəllənin 339-cu maddəsinin tələbləri pozulmaqla, yəni aldatmaqla bağlanmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-4268/2021 saylı mülki iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (haki mlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Loğman Süleymanov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 448.2, 472.1, 739-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Zamin (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Maddə

739. Borc müqaviləsinə görə iştirakçıla rdan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il qərarı

25. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanun vericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.4 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

34. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini zaminin apellyasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən əsas borc, faiz borcu və cərimə tələbinin təmin olunmuş hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

38. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

39. Lakin Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 406,30 manat məbləğində əldən çıxmış fayda tələbini təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

40. Çünki baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Bankla borcalan arasında yeni kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə bağlanmışdır.

41. Hazırkı iddia ərizəsi ilə Bank əsas borcla yanaşı kredit müqaviləsinin bağlandığı tarixdən maliyyə arayışının tərtib olunduğu xx.xx.2021-ci il tarixədək həm kredit müqaviləsi üzrə öhdəliyin icrasını, yəni faiz borcunu və cəriməni, həm də gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 406,30 manat məbləğində əldən çıxmış faydanı tələb edir.

42. Halbuki Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 445.7-ci maddəsi isə müəyyən edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

43. Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il qərarında ifadə edilmiş hüquqi mövqelərə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

44. Beləliklə baxılan iş üzrə məhkəmə tərəfindən kredit müqaviləsinin qüvvədə olduğu dövr üzrə faiz və cərimə öhdəliyi tələbi təmin olunduğu halda eyni dövr üçün əldən çıxmış fayda tələbinin təmin olunmasının maddi hüquqi əsası olmamışdır.

45. Qeyd edilənlərə əsa sən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə əldən çıxmış fayda tələbinə aid hissədə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi həmin hissədə maddi hüquq normaları düzgün tətbiq etmədiyindən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4268/2021 nömrəli mülki iş üzrə 1 0 dekabr 2021-ci il tarixli qətnaməsi kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 406,30 manat məbləğində əldən çıxmış fayda tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və iddia həmin hissədə təmin olunmasın. Qətnamə hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar