Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3293/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-233/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə dair işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxxbank” Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” Bank olmayan Kredit X1 Cəmiyyəti, bundan sonra – iddiaçı) Gəncə filialı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanılmış 22 iyul 2013-cü il tarixli, 482/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30% olmaqla, 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İddiaçının Gəncə filialı ilə cavabdeh arasında bağlanılmış 16 aprel 2014-cü il tarixli 063/14 saylı kredit müqaviləsinə görə cavabdehə illik 27% olmaqla, 36 ay müddətinə 19125 ABŞ dolları məbləğində kredit verilmişdir. 16 aprel 2014-cü il tarixli 063/14 saylı kredit müqaviləsinə edilmiş 17 aprel 2015-ci il tarixli 1 sayl ı əlavə ilə həmin kredit müqaviləsi üzrə faiz dərəcəsi 24 faizə endirilmişdir. 16.04.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, DOS-102, ev 13, 3 nömrəli mənzil (bundan sonra – ipoteka predmeti) 16.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təmini üçün ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 21000 manat müəyyən edilmişdir. İpotekanın yüklülüyü dövlət reystrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.07.2013-cü il tarixli, 482/13 saylı kredit müqaviləsi əsasında 1488,91 manat əsas borc, 1875,90 manat faiz borcu olmaqla, cəmi 3364,81 manat; 16.04.2014-cü il tarixli, 063/ 14 saylı kredit müqaviləsinə və 17 aprel 2015-ci il tarixli 01 saylı əlavə üzrə 12923,92 ABŞ dolları əsas borc, 12510,49 ABŞ dolları hesablanmış faiz borcu, 16366,88 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 41801,29 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetininin ilkin satış qiyməti 21000 manat qiymətləndirilməklə, tutmanın mübahisəli mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzil açıq hərracda salıldıqdan sonra cavabdeh bir ay ərzində mənzili könüllü tərk etmədikdə məcburi çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh hər iki kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmiş, nəticədə onun borcu ya ranmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışlarına görə 05.05.2017-cı il tarixədək cavabdehin tələb olunan məbləğdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında göstərmişdir ki, maddi vəziyyətinin pisləşməsi və ABŞ dollarının məzənnəsinin artması səbəbindən borcunu ödəyə bilməmişdir. O, tələb edilən əsas borcunu qəbul edir. Lakin, hesab edir ki, hesablanmış faiz və cərimə məbləği yüksəkdir. Buna görə də hesablanmış faiz və cərimə məbləğinin azaldılmasını xahiş edir. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)4926/2017 nömrəli iş üzrə 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Hüseynzadə) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 12923,92 ABŞ dolları əsas borc, 6255,24 ABŞ dolları faiz, 200 ABŞ dolları də bbə pulu olmaqla, cəmi 19379,16 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və 1488,91 manat əsas borc, 900 manat faiz məbləği və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2418,1 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 21000 manat müəyyən edilməsi, mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, cavabdehin mənzildən çıxarılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabde h kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən ikiqat faiz borcunun (54%) tələb edilməsini əsassız hesab edərək faiz borcunu müqavilə şərtlərinə uyğun olaraq (27%-lə) hesablamış və bu hissədə iddia tələbini hər iki kredit müqavilə üzrə qismən təmin etmişdir. Məhkəmə tələb edilən 16366,88 ABŞ dolları cərimə borcunu tənasübsüz yüksək hesab edərək azaltmış və 200 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə iptoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini ipoteka müqaviləsində razılaşdırılmış qiymət əsasında müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 445.1, 445.2.1, 448.1, 739, 46 7, 269.7, 317.1, 319.1, 319.6, 419.1, 419.2, 420.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36, 39.3, 39.3.3, 59.1, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində borc məbləğini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə mübahisatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2019-cu il tarixli 33248 saylı rəyinə görə ödəmə qəbzləri, hesabdan çıxarış və 16.04.2014-cü il tarixli, 063/14 nömrəli kredit müqa viləsinin şərtləri əsas götürülməklə cavabdehin 05.05.2017-ci il tarixədək (iddia ərizəsində və maliliyyə arayışında göstərilən tarixə) iddiaçıya olan borcu əsas borc üzrə 12622,14 ABŞ dolları, faiz borcu üzrə 5351,79 ABS dolları, cəmi 17973,93 ABŞ dolları məbləğində olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə 05.05.2017-ci il tarixdən sonra 350,0 manat ödəniş olunmuşdur. Hazırkı hesablama 05.05.2017-ci il tarixədək aparıldığından sonradan ödənilən həmin məbləğ nəzərə alınmamışdır. 22.07.2013-cü il tarixli, 482/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin 05.05.2017-cı il tarixədək (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarixə) iddiaçıya olan borcu əsas borc üzrə 1494,80 manat, faiz borcu üzrə 888,12 manat, cəmi 2382,92 manat məbləğində müəyyən ol unmuşdur. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsini Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 3 saylı Ərazi İdarəsinə həvalə etmişdir. Həmin İdarədən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış 07.07.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, daşınmaz əmlakın qiymətləndirilməsi üçün ekspertiza xərclərinin ödənilməsinin, daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmasının və ekspertiza üçün daşınmaz əmlaka dair müvafıq sənədlərin ekspertə təqdim edilməsinin zəruriliyi barədə 3 saylı Gəncə Ərazi İdarəsinin vəsatəti təmin olunmamışdır. Bu səbəbdən də, mühəndis qiymətləndirici tərəfindən daşınmaz əmlakın qıymtətləndirilməsi və bu barədə müvafiq rəyin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (b undan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-233/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Əliyeva, R.Muradov və Ş,Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdehdən 12923,92 ABŞ dolları əsas borc, 6255,24 ABŞ dolları hesablanmış faiz, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 19379,16 ABŞ dollarının ödəniş anına manata məzənnəsi ilə manat ekvivalentində və 900 manat faiz borcunun təmin edilmiş hissəsində dəyişdirilərək cavabdehdən əsas borc üzrə 12272 ABŞ dolları, faiz borcu üzrə 5351,79 ABŞ dolları icra olunan günə Azərbaycan manatı ekvivalenti ilə və 22.07.2017-ci il tarixli 482/13 saylı müqavilə üzrə cavabdehdən faiz borcu üzrə 888,12 manat tutulması müəyyən edilmiş, qətnamə cavabdehdən 200 ABŞ dolları məbləğində cərimə borcunun təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi birinci müqavilə üzrə əsas və faiz borcu, ikinci müqavilə üzrə isə faiz borcu hissədə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq birinci müqavilə üzrə əsas və faiz borcunu, ikinci müqavilə üzrə isə faiz borcunu rəyə uyğun olaraq tutulmasını qət etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ekspertizanın keçirilməsinə şərait yaratmadığına görə MPM-in 97.5-ci maddəsinin tələbi nəzərə alınaraq əmlakın dəyəri ipoteka müqaviİəsində göstərilən məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 739, 467, 269.7, 317.1, 319.1, 319.6, 419.1, 419.2, 420.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 36, 39.3, 39.3.3, 59.1, 59.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 97.5, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edərək maddi durmunun nəzərə alınmasını və faiz və cərimə borcunun azaldılmasını xahiş etmiş, lakin məhkəmə xahişini nəzərə almamışdır. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti dəyərindən çox aşağı qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutara q işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən faiz və cərimə borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haq qında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. MPM Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla tə sdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissələrdə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamı şdır. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı Məhkəmə kollegiyası nəzərə alır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirmə təyin edilmiş, lakin cavabdeh qiymətləndirmənin həyata keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə haqlı olaraq MPM-in 97.5-ci maddəsinə əsasən əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilən məbləğ əsasında müəyyən olunmasını mümkün hesab etmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 4)-233/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - faiz və cərimə tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.