Məhkəmə qərarları › İş №2(102)-3293/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3293/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3293/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Kürdəmir rayon X20 hüquqi varisi Kürdəmir rayon Muradxan Bələdiyyəsinin cavabdehlər Cavabdeh*, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh*, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və Cavabdeh* torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-88*/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi Kürdəmir rayon Muradxan Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kürdəmir rayonu X6 və Müsabiqənin keçirilməsi barədə 26.**.20*9-cu il tarixli, *2 saylı protokol-qərarına əsasən, bələdiyyənin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd tə sərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla, bələdiyyənin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıqla) məşğul olmaq üçün açıq müsabiqəyə çıxarılması, müsabiqədə icarənin aşağı həddinin hər hektar üçün 26 manat olmaqla, ümumi məbləğinin *.063,40 manat, icarə müddətinin *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərrac Komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır.

2. İddiaçı tərəfindən X23 və Hərrac komissiyasına ünvanlanmış 26.**.20*9-cu il tarixli, *35 saylı məktuba əsasən bələdiyyənin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin plan-ölçü sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 25.**.20*9-cu il tarixdə qeydiyyata alınmışdır. 26.**.20*9-cu il tarixdə bələdiyyə tərəfindən *2 saylı protokol-qərar qəbul edilmiş və torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədlər X23 və Hərrac komissiyasına təqdim edilmişdir.

3. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25.**.20*9-cu il tarixli çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi ehtiyyat fondu torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir. 4. 28 dekabr 20*9-cu il tarixdə müsabiqə və hərracda iştirak etmək üçün X9, X*0 və Cavabdeh* yazı lı ərizələr vermiş və Kürdəmir rayonun ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X*8 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər.

5. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X*8 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının “Müsabiqə və hərracın nəticələri haqqında” 09.0*.2020-ci il tarixli, 02 saylı protokol-qərarına əsasən, Cavabdeh* 09.0*.2020-ci il tarixdə keçirilən torpaq müsabiqəsinin qalibi elan edilmişdir.

6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 0*0485 saylı Ş əhadətnaməsinə əsasən, Kürdəmir rayonu ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə Müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə Cavabdeh* adına Şəhadətnamə verilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il tarixli çıxarışa əsasən, Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır.

8. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin 05.05.202*-ci il tarixli, *2 nömrəli məktubuna əsasən, bələdiyyənin Çöl-Ərəb kəndində 97 fərd i yaşayış evində 677 nəfər sakin yaşayır. Çöl-Ərəb kəndinin ümumi torpaq sahəsi *349,0 hektardır. Bundan xüsusi mülkiyyətdə 278,0 ha, dövlət mülkiyyətində 20,0 ha, icarədə 2*0,0 ha, həyətyanı sahədə *00,0 ha, bələdiyyənin örüş təyinatlı torpaq sahəsi 350,0 ha, digər sahələr isə 258 ha təşkil edir. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin Çöl-Ərəb kəndində 350,0 ha örüş təyinatlı torpaq sahəsi kənd əhalisinin sərbəst istifadəsindədir.

9. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin adından X2* Aslanov arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi *4.0*.2035-ci il tarixədək Cavabdeh* icarəsinə verilmişdir.

10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2*.0*.2020-ci il tarixli Çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən bələdiyyənin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından (örüş-otlaq) Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır. 11. *4.0*.2020-ci il tarixli qəbzə əsasən Cavabdeh* tərəfindən Sor-Sor bələdiyyəsinin hesabına *.*86,00 manat məbləğində icarə haqqı ödənilmişdir. 12. 3*.03.202*-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh* tərəfindən Sor-Sor bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödənilmişdir.

13. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışa əsasən, 40,9 ha ərazi Sor-Sor bələdiyyəsinin örüş-otlaq kateqoriyasına aid olmaqla *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh* *5 il müddətinə icarəyə verilmişdir. Həmin ərazidə əvvəllər baş vermiş yanğın hadisəsi həmin ərazidən keçən qrunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd olmaqla Cavabdeh* icarəyə verilmiş 40,9 ha torpaq sahəsinin ərazisinə aid deyildir. İcarəyə verilmiş torpaq sahəsində çoban evinin yaxınlığında uzunluğu *5 metr, eni *0 metr olan su hovuzu mal-qaraların suvarılması və yanğından mühafizə məqsədi üçün nəzərdə tutulmuşdur. İcarəyə verilmiş torpaq sahəsinin daxilində mövcud olan əvvəllər qazılmış uzunluğu 80 metr, eni *2 metr, dərinliyi *,5 metr olan su hovuzu vardır.

14. K ürdəmir rayonu, Sor-Sor Bələdiyyəsinin 2*.04.202*-ci il tarixli, 06 saylı protokol-qərarına əsasən 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsi barədə bələdiyyənin qərarı və sözügedən icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi Çöl-Ərəb kənd sakinlərinin istifadəsinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırması qərara alınmışdır.

15. Kürdəmir rayon Muradxan Bələdiyyəsinin sədri T.İsmayılov kassasiya məhkəməsinə 20 oktyabr 2025-ci il tarixli məktubla müraciət edərək icarəçi Cavabdeh* ilə Sor-Sor Bələdiyyəsi arasında bağlanmış *4.0*.2020-ci il tarixli müqaviləsinə əsasən həmin vaxtdan hal-hazıra kimi icarə müqaviləsi üzrə Cavabdeh* icarəsinə verilmiş 40.9 ha torpaq sahəsinin torpaq vergisi illik *322 manat məbləğində olmaqla, Bələdiyyənin Bank hesabına ödənilməsi təmin edildi yini bildirərək sözügedən icarə müqaviləsinin və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın qüvvədə saxlanılmasına etirazlarının olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı sədri X*3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 202 0ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı yenidən iddia ərizəsinə əlavə və iddia tələbinin həcminin artırılması haqqında ərizə-vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonunun Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh* icarəsinə Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən 40,9 ha torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı Sor-Sor Bələdiyyəsi ilə Cavabdeh * arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında Cavabdeh* torpaq sahəsində tikinti işləri aparmış, oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən Sor-Sor Bələdiyyəsi tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin Sor-Sor Bələdiyyəsi mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X*8 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə Cavabdeh*, X* və X2 adları göstərilsə də, Cavabdeh* müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar T.M.Cəbrayılovun və Şahid müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə i carəyə verilən torpaq sahəsi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Göründüyü kimi, Sor-Sor Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunve riciliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Belə ki, Kürdəmir rayonu SorSor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Cavabdeh* ilə İddiaçı arasında bağla nmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini Azərbaycan Respublikası Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər ciddi əsaslar var. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun Sor-Sor Bələdiyyəsinin keçmiş sədri X** tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə İddiaçınə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr X3 adı həmin siyahıda mövcud olmamış və ümumiyyətlə, Sor-Sor Bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri X3 *6.0*.2020-ci il tarixədək deyure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən de-fakto səlahiyyətləri bitmişdir və bunu özü də əvvəlcədən bildirmişdir. T.İsmayılov bələdiyyə sədri kimi səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh* həmin torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən Cavabdeh* icarəs inə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəhəsindən məhrum olmuşlar. Ona görə də İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı h aqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsində Cavabdeh* iddia tələbini qəbul etməyərək göstərmişdir ki, icarəyə torpaq götürmək üçün İddiaçınə müraciət etmiş və Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli, 3M-3 saylı qərarı ilə ona Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondundan 40,9 ha torpaq sahəs i verilmiş və o, həmin torpaq sahəsinə görə Sor-Sor Bələdiyyəsi ilə *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Torpaq sahəsini icarəyə götürəndən sonra torpaqdan istifadəyə görə icarə haqqını vaxtlıvaxtında Sor-Sor Bələdiyyəsinin hesabına ödəmiş və torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. İcarəsində olan torpaq sahəsi ona verilərkən qanunvericiliyin tələbləri pozulmamış və o, icarəsinə verilmiş torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli çıxarış almışdır. İcarəsində olan torpaq sahəsindən istifadə sahəsində heç bir qanun pozuntusuna yol verməmişdir. Həmin torpaq sahəsində heyvan saxlamaq üçün qanunveri ciliyin tələblərinə uyğun olaraq yüngül konstruksiyalı tikinti işləri aparsa da, əlavə heç bir iş görməmiş, həmçinin torpaq sahəsinin üst qatının götürülməsi ilə əlaqədar heç bir iş görməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən elektron baza məlumatlarına görə, cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. Cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsinə baxış zamanı orada * ədəd 34 kv.m. sahəni əhatə edən qəzalı vəziyyətdə olan tikili (çoban evi) və onun qarşısında günlüyün olması məlum oldu. Tikilinin tikinti qaydaları barədə müfəssəl məlumat, bu tikilinin torpağın tə yinatına uyğun olaraq icazə verilib-verilməməsi *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün sualın bu hissəsinin cavablandırılması mümkün olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir.

22. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyinə əsasən, cavabdehə *5 il müddətinə icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə cavabdeh və iddiaçının qanuni təmsilçisinin iştirakı ilə baxış keçirilmiş və torpağın üst qatının qazılması, bənd vurulması, arx (kanal) qazılması, süni su hovuzları və ya çalalar yaradılması Ekologiya və təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmaması müəyyən edilmiş, ərazidə olan ağac və ya kol bitkilərinin (əvvəllər) məhvinə yönələn hərəkətlər (kəsilmə, çıxarılma) aşkar olunmamışdır. Həmin ərazidə qrunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd sahədə əvvəllər yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. Baxış zamanı onların şifahi sorğusuna cavab olaraq bələdiyyənin rəhbərliyi tərəfindən əvvəllər baş vermiş yanğın hadisəsinin cavabdehə icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə aid olmaması barədə xx.xx.2022-ci il tarixli, 08 saylı təsdiqedici arayış verilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron baza məlumatlarına görə, cavabdehin icarəsinə verilmiş 40,9 ha to rpaq sahəsi Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir.

24. Kürdəmir Rayon Məhkəməsinin (hakim – Müseyib Bayramov) 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh* verilmiş 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, Cavabdeh* və digər şəxslərin əmlakları ilə birlikdə Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq Sor-Sor Bələdiyyəsinə təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manatın, cəmi **37,04 manat məbləğində pul vəsaitinin Cavabdeh* alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh* 50 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Kürdəmir ray onu ÇölƏrəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Bununla bağlı tərəflər arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında cavabdeh torpaq sahəsində tikinti işləri aparmış və oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən iddiaçı tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir.

26. Həmçinin, iddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək üçün Müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə cavabdeh, habelə X9 və X2 adları göstərilsə də, cavabdeh müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar Taleh Cəbrayılov və Suriddin Əmirovun müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.6-cı maddəsinə görə, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyəyə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. İddiaçı tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunve riciliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur.

27. Eyni zamanda, iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020ci il tarixdə müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun iddiaçının keçmiş sədri Tofiq İsmayılov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır.

28. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə Sor-Sor bələdiyyəsinə seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş və həmin üzvlər sırasında keçmiş sədr Tofiq İsmayılovun adı həmin mövcud olmamış və ümumiyyətlə Sor-Sor bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri Tofiq İsmayılovun *6.0*.2020-ci il tarixədək de-yure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən de-fakto səlahiyyətləri bitmişdir və bunu özüdə əvvəlcədən bilmişdir. Bələdiyyə sədri kimi Tofiq İsmayılov səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbə ri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər, tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin bələdiyyənin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən cavabdehin icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəsindən məhrum olmuşlar.

29. Məhkəmə qeyd etmiş dir ki, bələdiyyə tərəfindən cavabdehin icarəsinə Çöl-Ərəb kəndi ərazisində yerləşən bələdiyyənin ehtiyat fond torpaqlarından 40,9 ha torpaq sahəsi verilərkən Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərinin maraqları nəzərə alınmamış, bu da haqlı olaraq onların narazılığına səbəb olmuşdur. Bələdiyyənin mülkiyyətində olan və Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha mübahisəli torpaq sahəsi müsabiqə və hərrac komissiyasına çıxarılarkən, həmin torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərindən bir nəfər də olsun torpaq müsabiqəsində iştirak etmək üçün ərizə vermədiyi halda, torpaq müsabiqəsində Mingəçevir şəhərində yaşayan hazırkı iş üzrə cavabdeh və digər iki nəfər Sor-Sor kənd sakinləri Taleh Cəbrayılov ilə Suriddin Əmirov ərizə ilə müraciət etmişlər. Bələdiyyənin keçmiş rəhbəri bələdiyyənin mülkiyyətində olan Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kənd sakinlərinə heç bir məlumat verməmiş və həmin sənədlər keçmiş bələdiyyə sədrinin özü tərəfindən cavabdehin mənafeyinə xidmət göstərmək şərti ilə hazırlanmış müsabiqədə iştirak edəcək digər iki iştirakçı isə şərti olaraq seçilmişlər.

30. Məhkəmə qeyd etmişdir ki, bələdiyyənin ümumi iclasının 2*.04.202*-ci il tarixli, 6 nömrəli protokol-qərarına əsasən cavabdehlə bələdiyyə arasında 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarı və *4.0*.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Qeyd edilən icarə müqaviləsi bələdiyyənin qərarına əsas ən ləğv edildiyindən, həmin icarə müqaviləsinə əsasən cavabdehin adına verilmiş 2*.0*.2020-ci il tarixli Çıxarış da ləğv edilməlidir.

31. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bələdiyyənin 2*.04.202*-ci il tarixli, 6 saylı protokol-qərarı ləğv eldiyindən, bu hal cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbi qismən təmin edilməlidir. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və Reyestrdən Çıxarışla rəsmiləşdirilir.

32. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60cı m addəsinə,Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci hissələrinə, 5*-ci maddəsinin *-ci hissəsinə, 55-ci maddəsinə, 66-cı maddəsinin 2-ci hissəsinə, *03-cü maddəsinin *-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *57.2-ci maddəsinə, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respubliası Qanununun 3, 6.3, 6.6, **.*-ci maddələrinə, “Torpaq icarəsi haqqında“ Qanunun 9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilmə si və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin məhkəmə hazırkı mübahisə üzrə baxışı zamanı bu normanın tələbini pozmaqla 2 dəfə iddia tələbinin həcmini artırmaqla verilmiş iddia tələbi üzrə işə baxmışdır. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsini, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozmasını, həmin torpaq sahəsinin Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl ya ratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsini göstərsə də həmin tikintilərin (çoban evi və fermanın, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün) hansı ərazidə yerləşməsini, nə vaxt inşa edilməsini aydınlaşdırmamışdır. Əgər aydınlaşdırsaydı, çoban evi və fermanın X*2 xüsusi mülkiyyətində olmasını, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün mübahisə predmeti olan Çöl-Ərəb kəndində yerləşən 40,9 ha torpaq sahəsinə aid olmamasını müəyyən edərdi. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəsində olan Çöl-Ərəb kəndində yerləşən 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozması, həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər, tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsi sübuta yetirilməmişdir. Bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqənin formal, əsassız və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilməsi, icarə müqaviləsinin qanunsuz bağlanma sı, icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozulması, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqənin qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsi, hazırkı iş üzrə cavabdehin müsabiqədə tək iştirak edərək, formal qalib elan olunması, digər iştirakçılar Taleh Cəbrayılov və Suriddin Əmirovun həmin müsabiqədə iştirak etməməsi barədə məhkəmənin qənaəti heç bir sübuta əsaslanmamışdır.

35. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2024-cü il tarixli rəyinə əsasən, Reyestr Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə görə, Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazi vahidi sərhədləri daxilində yerləşən 40.9 ha k ənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı idarənin elektron baza məlumatlarında hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı 40.9 ha torpaq sahəsində süni göl mütəxəssis tərəfindən müşahidə edilməmişdir. Həmçinin 40.9 ha torpaq sahəsinə baxış zamanı * ədəd 34 kv.m. sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlüyün olması mütəxəssis tərəfindən aşkar olunmuşdur.

36. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) 4 oktyabr 2024-cü il tarixli, 2(*06)-*06/2024 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

37. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hü quq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icarəyə verilən mübahisəli torpaq sahəsi bələdiyyənin ehtiyat fondu (örüş-otlaq) torpaq sahəsinə aiddir. Belə bir sual yaranır qeyd edilən torpaq sahəsi ümumiyyətlə bələdiyyə tərəfindən hərraca çıxarıla bilərdi mi? Çünki, məhkəmə iclasında tərəflərin izahatı və işə əlavə edilmiş “SD” diskdəki görüntülərdən görünür ki, cavabdehə icarəyə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsi demək olar ki, Çöl-Ərəb kəndinin lap yaxınlığında, kəndin örüş torpaq sahələrinə çıxışına yaxın hissədə yerləşir.

39. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun *-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sor-Sor bələdiyyəsi, “Bələdiyyələrin statusu haqqında” Qanunun *-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbinə zidd olaraq yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hü ququnu həyata keçirərkən, yerli əhalinin (Çöl-Ərəb kənd sakinlərinin) mənafeyini nəzərə almamış və orada yaşayan əhalini məlumatlandırmamışdır. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsi 2 kəndin Sor-Sor və ÇölƏrəb kəndlərinin inzibati ərazi dairəsini əhatə edir və Çöl-Ərəb kəndinin əhalisi ümumiyyətlə hərracın keçirilməsindən xəbərsiz olmuşlar.

41. Belə ki, hərracın nəticələrinə dair sənədlərdən görünür ki, hərraca çıxarılan 40.9 ha torpaq sahəsi Çöl-Ərəb kəndinin torpaq sahəsi olduğu halda, hərracda 2 nəfər Sor-Sor kənd sakini və * nəfər Mingəçevir şəhər sakini, hazırkı iş üzrə cavabdeh iştirak etmişlər. Həmçinin Bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbi baxımından torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial əd alət prinsiplərinə əməl etməmişdir. Yəni, bələdiyyə sosial ədalət prinsiplərinə əməl etməyərək uzun müddət kənd əhalisi tərəfindən örüş kimi istifadə edilən və kəndə demək olar ki, bitişik olan örüş sahəsini hərraca çıxarmışdır. Əslində bələdiyyə kənddən daha uzaqda olan torpaq sahəsini hərraca çıxarmalı və bununla bağlı yerli kənd əhalisini məlumatlandırmalı idi.

42. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri də bələdiyyənin keçmiş sədri Tofiq İsmayılov tərəfindən icarə müqaviləsinin faktiki olaraq səlahiyyətlərinin bitməsinə saylı günlər qaldığı dövrdə tələm-tələsik imzalamasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdi yyə seçkiləri üzrə Sor-Sor bələdiyyəsinə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr Tofiq İsmayılovun adı siyahıda mövcud olmamış və ümumiyyətlə bələdiyyəyə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri Tofiq İsmayılovun *6.0*.2020-ci il tarixədək səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən sonra səlahiyyətlərinin bitməsini əvvəlcədən bilmişdir. Beləliklə də Tofiq İsmayılov bələdiyyə sədri kimi səlahiyyətlərinin *6.0*.2020-ci ildə bitəcəyini bilə-bilə *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, Tofiq İsmayılovun bu hərəkətləri, təmsil etdiy i və rəhbəri olduğu hüquqi şəxsin, yəni bələdiyyənin və yerli əhali olan Çöl-Ərəb kəndinin maraqlarına zidd olmuşdur.

43. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı bildirmişdir ki, mübahisəli ərazi bələdiyyələr yaradılmamışdan öncə 200 il ərzində ÇölƏrəb kəndinin əhalisinin örüş sahələri olmuş, hazırda da həmin ərazidən örüş sahəsi kimi istifadə olunur. Cavabdeh məhkəmə kollegiyanın iclasında bildirmişdir ki, qeyd edilən 40.9 ha torpaq sahəsi üzərində icarə hüquqlarını qeydə aldırmasından 5 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, həmin 40.9 ha torpaq sahəsindən hələ də istifadə edə bilmir. Çünki, Çöl-Ərəb kəndinin sakinləri torpaqdan istifadəsinə imkan vermirlər, bu günə qədər də kənd əhalisi oradan örüş torpaq sahəsi kimi istifadə etməklə heyvanlar ını orada otarırlar. Bu səbəbdən də özü də torpaq sahəsindən istifadə edə bilmir.

44. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bələdiyyə “Bələdiyyələrin statusu haqqında” Qanunun *-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbinə zidd olaraq yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirərkən yerli əhalinin (ÇölƏrəb kənd əhalisinin) mənafeyini nəzərə almamış, orada yaşayan əhalini məlumatlandırmamış, torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalini məlumatlandırmamaqla bələdiyyə torpaqlarının id arə edilməsi prinsiplərinə əməl etməmiş, bununla da bələdiyyənin və yerli əhalinin mənafeyinə və maraqlarına zidd olan icarə müqaviləsi bağlamışdır.

45. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ümumiyyətlə qeyd edilən torpaq sahəsini hərraca çıxara bilməzdi. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz.

46. Apelyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci bəndlərinə, 5*-ci maddəsinin *-ci bəndinə, habelə Mülki Məcəllənin *57.2-ci maddəsinə, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci bəndinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun *, 3, 6.3, **.*-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4.02.2003-cü il tarixli, 2 saylı Qərarının 3-cü bəndinə, “Torpaq icarəsi haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

47. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası MPMin 4*7.*.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh kassasiya şikayətinin dəlillərini apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

49. İddiaçı, kassasiya şikayətinə etiraz məktubu göndərərək, *4 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsinin torpaq vergisinin illik *322 manat olmaqla bələdiyyənin bank hesabına ödənilməsinin təmin edildiyini göstərərək, cavabdehlə bağlanmış icarə müqaviləsinin və bunun əsasında verilmiş 2* yanvar 2020-ci il tarixli Çıxarışın qüvvədə saxlanılmasına etiraz etmədiyini bildirmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) 2(*02)-296/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qərarı ilə Cavabdeh* kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 oktyabr 2024-cü il tarixli, 2(*06)-*06/2024 saylı qətnaməsi ləğv edilərək mülki işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

51. Məhkəmə kollegiyası nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə, cavabdehə icarəyə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsinin Çöl-Ərəb kəndinin lap yaxınlığında, kəndin örüş torpaq sahələrinin çıxışına yaxın hissədə, başqa sözlə həmin kənddə yerləşdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

52. Əvvəla, işdən, habelə Reyestr Xidməti tərəfindən həm mülkiyyət hüququna dair iddiaçının adına verilmiş 25 noyabr 20*9-cu il tarixli Çıxarışdan, həm də icarə hüququna dair cavabdehin adına verilmiş 2* yanvar 2020-ci il tarixli Çıxarışdan görünür ki, ümumiyyətlə Sor-Sor bələdiyyəsi 2 kəndin Sor-Sor və Çöl-Ərəb kəndlərinin inzibati ərazi dairəsini əhatə edir və mübahisəli 40,9 ha torpaq sahəsi iddiaçının “ehtiyat fondu torpaqları”na (örüş-otlaq sahəsinə) aid olmaqla, Çöl-Ərəb kəndinin deyil, Sor-Sor kəndinin inzibati ərazisində yerləşir. Həmin torpaq sa həsi tərəflər arasında bağlanmış *4 yanvar 2020-ci il tarixli, 3M-3 saylı icarə müqaviləsinə əsasən *5 il müddətinə, yəni *4 yanvar 2035-ci il tarixədək cavabdehin icarəsinə verilib və sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə onun adına 2* yanvar 2020-ci il tarixli Çıxarış verilib.

53. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli 40,9 ha ehtiyat fondu torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, Çöl-Ərəb kəndinin deyil, Sor-Sor kəndinin inzibati ərazisində yerləşməsinə dair reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır.

54. Apellyasiya instansiyası məhkəməsi, sözügedən reyestrin məzmununu nəzərə almadan, mübahisəli 40,9 ha torpaq sahəsinin Sor-Sor kəndinin deyil, Çöl-Ərəb kəndinin inzibati ərazisində yerləşməsinə, həmin torpaq sahəsinin Çöl-Ərəb kəndinə aid olmaqla, açıq hərracdan cavabdehə icarəyə verilməsi nəticəsində həmin kənd sakinlərinin mənafelərinin nəzərə alınmamasına dair gəldiyi nəticə qeyd olunan normaların tələblərinə uyğun olmayıb.

55. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə icarəyə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Çöl-Ərəb kəndinin inzibati ərazisinə aid olmadığı üçün, torpaq sahəsinin həmin kəndin örüş-otlaq sahələrinə yaxın ərazidə yerləşməsi, habelə açıq hərracın keçirilməsi zamanı Çöl-Ərəb kənd sakinlərinin mənafelərinin nəzərə alınmaması və orada yaşayan əhalinin məlumatlandırılmaması, onların açıq hərracın keçirilməsindən xəbərsiz olmaları da iddianın təmin edilməsinə əsas vermir.

56. Belə ki, sözügedən Çıxarışlardan görünür ki, mübahisəli 40,9 ha torpaq sahəsi inzibati ərazi baxımından Çöl-Ərəb kəndinin deyil, Sor-Sor kəndinin ərazisində yerləşir və həmin torpaq sahəsi icarəyə verilməsi üçün məhz iddiaçının 26 noyabr 20*9-cu il tarixli, *2 saylı protokol-qərarına əsasən açıq hərraca çıxarılıb, hətta bunun üçün iddiaçı ilə harrac təşkilatçısı- X23 və Hərrac Komissiyası arasında müqavilə bağlanıb və sonuncu tərəfindən hərracın 3 yanvar 2020-ci il tarixdə, saat *5:00-da keçiriləcəyi barədə “Mülkiyyət” qəzetində müvafiq elan verilib.

57. Bundan sonra, cavabdeh, habelə Taleh Cəbrayılov və Suriddin Əmirov 8 dekabr 20*9-cu il tarixli yazılı ərizələrlə müsabiqə və hərrac komissiyasına müraciət edərək, 9 yanvar 202 0-ci il tarixdə keçiriləcək hərracında iştiraklarının təmin edilməsini xahiş edib və 9 yanvar 2020-ci il tarixdə müsabiqə və hərrac komissiyasının 2 saylı protokol-qərarı ilə cavabdeh hərracın qalibi elan olunub və onun adına Auksion Mərkəzi tərəfindən 0*0485 saylı Şəhadətnamə verilib. *4 yanvar 2020-ci il tarixdə tərəflər arasında torpaq sahəsinə dair *4 yanvar 2035-ci il tarixədək qüvvədə olmaqla notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanıb. 2* yanvar 2020-ci il tarixli Çıxarışa əsasən, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınıb və onun tərəfindən iddiaçının hesabına *4 yanvar 2020-ci il tarixli qəbzə əsasən *.*86 manat; 3* mart 202*-ci il tarixli qəbzə əsasən *.*86 manat icarə haqqı ödənilib.

58. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, mübahisəli torpaq sahəsinin icarəyə verilməsi üçün hərraca məhz iddiaçının qərarına əsasən çıxarılmasını, hərracda iştirak edən üç iştirakçıdan cavabdehin hərracın qalibi elan edilməsini, həmin torpaq sahəsinin icarə hüququ ilə cavabdehə verilməsinin bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında həyata keçirilməsini və qanuna görə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də məqsədli təyinatı üzrə qanunvericilkdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilməsinin mümkünlüyünü nəzərə almadan, torpaq sahəsinə dair hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı qaydaların pozulmaqla keçirildiyini, başqa sözlə iddiaçının tələbi ilə hərracın etibarsızlığı üçün qanunda nəzərdə tu tulan əsasların olubolmadığını tam, hərtərəfli araşdırmadan, mübahisəli torpaq sahəsinin cavabdehə icarə verilməsinin Çöl-Ərəb kənd sakinlərinin mənafeyinə uyğun olmaması, habelə orada yaşayan əhalinin məlumatlandırılmamasına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, “Torpaq icarəsi haqqında” Qanunun *0-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər.

59. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 saylı fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qayda larının 3-cü bəndinin 2-ci hissəsində göstərilir ki, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçinin qərarı ilə həyata keçirilir.

60. Həmin “Qaydalar”ın 6-cı bəndinə əsasən, hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil edir.

61. Həmin “Qaydalar”ın 8-ci bəndinə görə, elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər.

62. Göründüyü kimi, müsabiqə və hərrac- əşyanın, o cümlədən əşyaya hüququn ən çox pul verənə təqdim etmək üzrə açıq satışa qoyulmasından ibarətdir və hərrac təşkilatçısı tərəfindən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüq uqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər və sözügedən “Qaydalar”da hərrac təşkilatçısının müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsindən başqa, hərracda iştirak etmək istəyən şəxslərin başqa digər qaydada məlumatlandırılması nəzərdə tutulmayıb.

63. Yalnız “Qaydalar”ın 3-cü bəndinin və “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına o, halda üstünlük verilir ki, hərracın iştirakçıları tərəfindən bərabər təkliflər irəli sürülmüş olsun.

64. Hazırkı işdə, qeyd olunan hallar istisna olunur, yəni hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsinə baxmayaraq, Çöl-Ərəb kənd sakinləri ümumiyyətlə müsabiqə və hərracda iştirak etmək üçün hərrac təşkilatçısına yazılı ərizə belə verməyiblər. Belə olan halda, mübahisəli torpaq sahəsinə dair müsabiqə və hərracın keçirilməsi zamanı Çöl-Ərəb kənd sakinlərinin mənafelərinin nəzərə almaması, orada yaşayan sakinlərin məlumatlandırmaması, torpaq sahəsinin icarəyə verilməsi zamanı qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməməsi və sair barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz.

65. Həmçinin, Qanunun mənasına görə, hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etdikdən sonra, yalnız Sor-Sor bələdiyyəsinin inzibati ərazində daimi yaşayan şəxslər deyil, istənilən fiziki və ya hüquqi şəxslər müsabiqə və ya hərracda iştirak edə bilərlər. Eyni zamanda, hərracın nəticələrinə görə hərracda 3 nəfər iştirak etsə də, cavabdeh hərracın qalibi elan olunub və hərracın iştirakçıları tərəfindən hərrac təşkilatçısına hər hansı bərabər təkliflər irəli sürülməyib. Belə olan halda mübahisəli 40,9 ha torpaq sahəsinin hərracdan icarəyə verilməsi zamanı bələdiyyənin ərazisində daimi yaşayan şəxslərin, o cümlədən Çöl-Ərəb kənd sakinlərinin hər hansı üstünlükləri olmayıb.

66. Kassasiya instansiyası məhkəməsi həmçinin ehtiyat fondu (örüş-otlaq) torpaq sahəsinin ümumiyyətlə bələ diyyə tərəfindən hərraca çıxarıla bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

67. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.2-ci maddəsinə görə, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

68. Azərbaycan Respublikası Torpaq Məcəllənin 56-cı maddəsinin 2 və 3-cü bəndlərinə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.

69. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli 40,9 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin Sor-Sor kəndinin inzibati ərazisində yerləşməsini, məqsədli təyinatına görə torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olmasını, bələdiyyənin ehtiyat fonduna aid torpaqlarının da icarə müqaviləsinin predmeti ola bilməsini nəzərə almayıb və MPM-in 88, *0*.7, *03.*-ci maddələrinin tələbləri baxımından ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla yanaşı tədqiq edib, qiymətləndirməyib.

70. Apellyasiya instansiyası məhkəməsi, Tofiq İsmayılovun bələdiyyə sədri kimi səlahiyyətlərinin *6 yanvar 2020-ci il tarixdə bitəcəyini bildiyi halda, *4 yanvar 2020-ci il tarixli icarə müqaviləsini imzalamaqla, səlahiyyətindən sui-istifadə etdiyini göstərsə də, kassa siya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Seçki Məcəlləsinin 2**.*ci maddəsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

71. Həmin Məcəllənin 2**.2-ci maddəsində göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

72. Göründüyü kimi, Sor-Sor bələdiyyəsinə növbəti seçkilər 23 dekabr 20*9-cu il tarixdə keçirilsə də, yeni seçilən bələdiyyənin birinci iclas günü başa çatanadək, yəni *6 yanvar 2020-ci il tarixədək bələdiyyə sədri kimi Tofiq İsmayılov mübahisəli 40,9 ha torpaq sahəsinə dair cavabdehlə *4 yanvar 2020-ci il tarixli icarə müqaviləsini bağlamaqda və onu imzalamaqda tam səlahiyyətli olub.

73. Əksinə, işdən görünür ki, Mirvari Şiralıyeva yeni bə lədiyyə sədri seçildikdən dərhal sonra bələdiyyənin 2* aprel 202*-ci il tarixli, 06 saylı protokol-qərarı ilə sözügedən qərarı və icarə müqaviləsini birtərəfli qaydada ləğv etməklə açıq-aşkar qanunsuzluğa yol verib.

74. Belə ki, icarə münasibətləri, bir qayda olaraq Mülki Məcəllənin müddəaları əsasında tənzimlənir. Eyni zamanda, torpaq icarəsi haqqında qanunverciliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli “Torpaq icarəsi haqqında” Qanunun müddəalarında öz əksini tapıb. Həmin Qanunun *3-cü maddəsinin *-ci hissəsinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Mülki Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Yəni tərəflərdən birinin müqavilə şərtlərini pozduğ u hallarda, o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarı əsasında pozula bilər.

75. Həmin Qanunun 3*-ci maddəsində göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

76. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan məhkəmələr mübahisəli 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə bələdiyyənin əvvəlki qərarının, habelə icarə müqaviləsinin bələdiyyənin sonradan özü tərəfindən ləğv olunmasına əsaslanarkən də, qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq və şərh etməmişlər.

77. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu növ qərarların qəbul edilməsi bilav asitə bələdiyyələrin həyata keçirdikləri hər hansı inzibati hüquqi fəaliyyətlə bağlı deyil, məhz üçüncü şəxsin müvafiq qanunverciliklə qorunan əşya hüququnun pozulması ilə bağlı olduğu üçün bələdiyyələr bu nov qərarlarını, habelə icarə müqaviləsini özləri birtərəfli qaydada ləğv edə, dəyişə bilməzlər. Bu hal Mülki Məcəllənin 42*.*, 423.*-ci maddələrinin tələbləri baxımından da yolverilməzdir. Belə ki, həmin maddələrin mənasına görə, müqavilənin...ləğv edilməsi...tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin...ləğv edilməsi haqqında razılaşma...müqavilə ilə eyni formada bağlanır.

78. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özülüyündə etibarsız olan əqddir.

79. Həmin Məcəllənin 337.4-cü madd əsinə əsasən, etibarsız əqd onun etibarsızılığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bü cür əqd bağlandığı andan etibarsızdır.

80. Ona görə də işə yenidən baxılarkən, apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd olunan normaların tələblərini nəzərə almaqla, mübahisəli torpaq sahəsində dair hərracın Mülki Məcəllədə müəyyənəşdirilmiş qaydaları pozmaqla keçirilibkeçirilmədiyini, hərracın etibarsız sayılması üçün əsasların olub-olmadığını, habelə SorSor kəndində yerləşən 40,9 ha ehtiyat fondu torpaq sahəsinə münasibətdə Çöl-Ərəb kənd sakinlərinin hansı hüquqlarının pozulduğunu araşdırmalı, mübahisəli 40,9 ha torpaq sahəsinin olduğu yer barədə ekseprtin rəyləri ilə cavabdehin adına verilmiş Çıxarış arasında olan ziddiyyətə aydınlıq gətirməli və bundan sonra iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

81. Həmçinin işdən görünür ki, Sor-Sor bələdiyyəsinin Çöl-Ərəb kəndi ərazisində yerləşən 350 ha örüş təyinatlı torpaq sahəsi həmin kənd əhalisinin sərbəst istifadəsindədir və bütün bu hallar iddia tələblərinin açıq-aşkar əsaslı olması nəticəsinə gəlməyə əsas vermir.

82. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qətnamənin təsviri hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən tam yoxladığını qeyd etdiyi halda, nəticə hissəsində qətnaməni cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxladığını qeyd etməklə ziddiyyətli nəticəyə gəlib.

83. Həmçinin, apellyasiya instansiyası məhkəməsi, cavabdehlə yanaşı, digər şəxslərin də əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılmasını qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, digər şəxslərin soyadını, adını, ata adını, habelə onların şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatları müəyyən etməyib və bununla da MPM-in *49.2.2, 220.5, 223.*-ci maddələrinin tələblərini pozub.

84. Kassasiya instansiyası məhkəməsi, bu nəticəyə gələrkən həmçinin sözügedən icarə müqaviləsinin və bunun əsasında cavabdehin adına verilmiş 2* yanvar 2020-ci il tarixli Çıxarışın qüvvədə saxlanılması barədə iddiaçının Ali Məhkəməyə ünvanladığı 04 noyabr 2024-cü il tarixli müraciətini, etiraz ərizəsini də nəzərə almışdır.

85. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci bəndlərinə, *5-ci maddəsinin *-ci bəndinə, 55-ci maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun *-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3, **.*-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 66-cı maddəsinin 2-ci bəndinə, MPM-in *4.2, 77.*, 88, 407.2, 4*6.*-ci maddələrinə istinadla əsaslanmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

86. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Cavid Sultanov) 2(*06)-88*/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(04*)7*3/2023 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.

87. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi baxımından, ilk növbədə, bələdiyyəyə məxsus 40,90 ha torpaq sahəsinin mövcud qanunvericilik normalarının tələbləri baxımından icarə predmeti olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.

88. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9cu il tarixli, 27*9008072 nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən ha torpaq sahəsi ehti yyat fond torpaqları(örüş otlaq) olmaqla Sor-Sor Bələdiyyəsinin mülkiyyətindədir.

89. Qanunvericilikdə bələdiyyəyə məxsus ehtiyyat fond torpaqlarının (örüş otlaq) heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi ilə bağlı qadağa mövcud deyil.

90. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda Kürdəmir rayonu Sor-Sor bələdiyyəsinə məxsus 40,90 ha ehtiyat fonduna aid örüş-otlaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar olaraq keçirilmiş hərrac prosedurunun qanuni olub-olmamasına aydınlıq gətirilməlidir.

91. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*4.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkil atçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

92. Bələdiyyə torpaqları üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları” ilə tənzimlənir.

93. Həmin Qaydaların 3-cü bəndinin 2-ci hissəsinə görə bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı il ə həyata keçirilir.

94. Həmin Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.

95. Həmin Qaydaların 6-cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra - "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri iləyayılmasını təşkil edir.

96. Həmin Qaydaların 8-ci bəndinə əsasən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər.

97. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik normalarından göründüyü kimi, müsabiqə və hərrac - əşyanın, o cümlədən əşyaya hüququn ən çox pul verənə təqdim etmək üzrə açıq satışa qoyulmasından ibarətdir və hərrac təşkilatçısı tərəfindən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər və sözügedən “Qaydalar”da hərrac təşkilatçısının müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsindən başqa, hərracda iştirak etmək istəyən şəxslərin başqa digər qaydada məlumatlandırılması nəzərdə tutulmayıb. Yalnız “Qaydalar”ın 3-cü bəndinin və “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı müvafiq bələdiyyənin ərazisində dai mi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına o, halda üstünlük verilir ki, hərracın iştirakçıları tərəfindən bərabər təkliflər irəli sürülmüş olsun. Hazırkı işdə, qeyd olunan hallar istisna olunur, yəni hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsinə baxmayaraq, Çöl-Ərəb kənd sakinləri, ümumiyyətlə, müsabiqə və hərracda iştirak etmək üçün hərrac təşkilatçısına yazılı ərizə belə verməyiblər. Belə olan halda, mübahisəli torpaq sahəsinə dair müsabiqə və hərracın keçirilməsi zamanı Çöl-Ərəb kənd sakinlərinin mənafelərinin nəzərə almaması, orada yaşayan sakinlərin məlumatlandırmaması, torpaq sahəsinin icarəyə verilməsi zamanı qanun vericiliyə əməl edilməməsi barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Həmçinin qanunun mənasına görə hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etdikdən sonra, yalnız Sor-Sor bələdiyyəsinin inzibati ərazində daimi yaşayan şəxslər deyil, istənilən fiziki və ya hüquqi şəxslər müsabiqə və ya hərracda iştirak edə bilərlər. Eyni zamanda, hərracın nəticələrinə görə hərracda 3 nəfər iştirak etsə də, cavabdeh hərracın qalibi elan olunub və hərracın iştirakçıları tərəfindən hərrac təşkilatçısına hər hansı bərabər təkliflər irəli sürülməyib. Belə olan halda mübahisəli 40,9 ha torpaq sahəsinin hərracdan icarəyə verilməsi zamanı bələdiyyənin ərazisində daimi yaşayan şəxslərin, o cümlədən Çö l-Ərəb kənd sakinlərinin hər hansı üstünlükləri olmayıb və onların hər hansı mənafeyi pozulmamışdır.

98. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, *0/6033 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 9060*2000845 reyestr nömrəsi ilə icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi (torpaq sahəsinin planı və ölçüsü sənədi - AN 4*8673) elektron baza məlumatlarına əsasən Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir.

99. Məhkəmə kollegiyası icarəyə verilmiş 40,9 ha torpaq sahəsinin qeyd olunan ekspert rəyinə əsasən Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşməsi ilə bağlı qeyd edir ki, MPM-in *03.*-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil.

100. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *40-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesa b edilir.

101. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.

102. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu daşınmaz əmlak üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verilməsini tələb edə bilər.

103. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9cu il tarixli çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi ehtiyyat fondu torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir. SorSor kəndinin inzibati ərazisində yerləşməsinə dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsi yası qüvvədə sayılır. Odur ki, sözügedən ekspert rəyi qeyd olunan hissədə mötəbər sübut kimi qəbul edilə bilməz.

104. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun iddiaçının keçmiş sədr Tofiq İsmayılov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır.

105. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2**.* və 2**.2-ci maddələri bələdiyyələrin səlahiyyət müddətini və bu müddətin necə hesablanmasını müəyyən edir:

106. Seçki Məcəlləsinin 2**.*-ci maddəsinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

107. Həmin Məcəllənin 2**.2-ci maddəsində göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

108. Nəticə olaraq, əvvəlki sədr (Tofiq İsmayılov) 23 dekabr 20*9-cu il tarixli seçkilərdən sonra belə, yeni bələdiyyə ilk iclasını keçirənədək, yəni *6 yanvar 2020-ci ilə qədər tam hüquqla və qanuni səlahiyyətlə fəaliyyət göstərməkdə davam etmişdir. Mübahisəli icarə müqaviləsi *4 yanvar 2020-ci il tarixində bağlanmışdır. Tofiq İsmayılov hələ də səlahiyyətli bələdiyyə sədri idi və Seçki Məcəlləsinə əsasən səlahiyyətləri o tarixdə davam edirdi. Ona görə də onun həmin müqaviləni imzalaması qanunidir, heç bir səlahiyyət aşımı və ya sui-istifadə halı yoxdur. Bu, "səlahiyyətdən sui-istifadə" deyil, əksinə, qanu ni səlahiyyətlərin icrasıdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, səlahiyyət müddəti məsələsini qanunla düzgün müəyyən edilmiş, yəni icarə müqaviləsinin bağlanma şəraiti və tarixini düzgün təhlil edilmişdir.

109. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməsinə istinad etməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı-məsləhətçisi müfəttiş X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh* *5 il müddətinə verilmiş 40,9 ha torpaq sahəsinə Cavabdeh* və İddiaçı sədri X5 iştirakı ilə baxış keçiril miş və torpağın üst qatının qazılmaması, bənd vurulması, arx (kanal) qazılması, süni su hovuzları və ya çalalar yaradılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmaması müəyyən edilmiş, ərazidə olan ağac və ya kol bitkilərinin (əvvəllər) məhvinə yönələn hərəkətlər (kəsilmə, çıxarılma) aşkar olunmamışdır. Həmin ərazidə qurunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd sahədə əvvəllər yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. Baxış zamanı onların şifahi sorğusuna cavab olaraq Sor-Sor Bələdiyyəsinin rəhbərliyi tərəfindən əvvəllər baş vermiş yanğın hadisəsinin Cavabdeh* icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə aid olmaması barədə xx.xx.2022-ci il tarixli, 08 saylı təsdiqedici arayış verilmişdir. Göründüyü kimi, torpaq sahəsindən ona ziyan vuran şəkildə və təyina tına zidd istifadə olunması halları öz təsdiqini tapmamışdır.

110. Göründüyü kimi, Kürdəmir rayonu X6 və Müsabiqə keçirilməsi barədə 26.**.20*9-cu il tarixli iclas protokolunun *2 nömrəli qərarına əsasən Sor-Sor Bələdiyyəsinin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla Sor-Sor Bələdiyyəsinin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıq) məşğul olmaq məqsədilə açıq müsabiqə keçirilməsi, müsabiqədə icarənin aşağı həddi hər hektar üçün 26 manat ümumi məbləğ *063,40 manat, icarə müddəti *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə b ələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmış, İddiaçı sədri Tofiq İsmayılov tərəfindən X23 və Hərrac komissiyasının sədri Nizami Qasımova ünvanlanmış 26.**.20*9-cu il tarixli, *35 nömrəli məktubla İddiaçı kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin sənədləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsində 27*9008072 saylı, 25.**.20*9-cu il tarixdə qeydiyyatdan keçmiş, planı ölçüsü qeydiyyata alınmış, Sor-Sor Bələdiyyəsinin 26.**.20*9cu il tarixli, *2 nömrəli protokolundan çıxarış alınmış, həmin torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədləri X23 və Hərrac komissiyasına təqdim edilmişdir. X8, X*0 və Cavabdeh* 28.*2.20*9-cu il tarixli ərizə təqdim edərək Kürdəmir rayonu ərazisində Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 409000 kv.metr və ya 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X*8 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər. 09.0*.2020-ci il tarixdə müsabiqə keçirilmiş və Cavabdeh* 09.0*.2020-ci il həmin torpaq müsabiqəsinin qalibi olmuşdur. Cavabdeh* Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X*8 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə ona şəhadətnamə verilmişdir. Bundan sonra isə İddiaçı adından X** ilə Cavabdeh* arasında *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və torpaq sahəsi *4.0*.2035-ci il tarixə kimi Cavabdeh* icarəsinə verilmişdir. 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır.

111. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması və hərracın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi ilə Cavabdeh* aras ında bağlanmış*4.0*.2020-ci il tarixli icarə müqaviləsi isə etibarlı əqddir.

112. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

113. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci bəndlərinə, *5-ci maddəsinin *-ci bəndinə, 5*.3, 55-ci maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun *-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qan ununun 6.3, 6.6, **.*-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 66-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarına və MPM-in *4.2, 77.*, 372.*, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslanmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

114. İddiaçı hüquqi varisi Muradxan Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil4 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(*06)-88*/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

115. Kassasiya məhkəməsi tərəfindən İddiaçı hüquqi varisi Kürdəmir rayon Muradxan Bələdiyyəsi ilə əvəz edilmişdir.

116. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kollegiya apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrkən maddi və prossesual hüquq normalarının tələblərini pozmaqla əsassız və qanunsuz mövqe nümayiş etdirmişdir. Eyni zamanda məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə dair hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilib-keçirilmədiyini, hərracın etibarsız sayılması üçün əsasların olub-olmadığını, habelə Sor-Sor kəndində yerləşən 40,9 ha ehtiyat fondu torpaq sahəsinə münasibətdə Çöl-Ərəb kənd sakinlərinin hansı hüquqlarının pozulduğunu araşdırmalı, mübahisəli 40,9 ha torpaq sahəsinin olduğu yer bar ədə ekspertin rəyləri ilə cavabdehin adına verilmiş Çıxarış arasında olan ziddiyyətə aydınlıq gətirməli və bundan sonra iddianın əsaslılığına düzgün hüquqi qiymət verilib verilmədiyini araşdırmadan formal nəticəyə gəlmişdir

117. Məhkəmə kollegiyası işə təqdim etdikləri sübutlar əsasında deyil, özünün əsassız mülahizəsi əsasında apellyasiya şikayətinə baxaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir.

118. Məhkəmə kollegiyası normanın tələbini pozaraq sübutları düzgün qiymətləndirməmiş, iddiaçının təqdim etdiyi möhtəbər sübutları nəzərə almamış, cavabdehin əsassız izahatına və öz mülahizəsinə əsaslandırmışdır

119. Məhkəmə kollegiyası araşdırma zamanı iddiaçı üçün şərait yaratmadan işə subutlar əsasında deyil öz mülahizəsi əsasında əsassız və qanunsuz nəticəyə gəlmiş, işdə olan sübutları mülki işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir.

120. Məhkəmə təcrübəsinin vahidliyi və qanunvericiliyin tələbini pozulmuşdur. Çünki məhkəmə işə subutlar əsasında deyil, özünün əsassız mülahizəsi və cavabdehin əsassız izahatı əsasında baxaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinə etiraz təqdim etməyə şərait yaratmamışdır.

121. İddia üzrə möhtəbər subutlar təqdim edilsə də, kollegiya subutları nəzərə almamaqla yanaşı üstün mövqeyindən sui-istifadə edərək qanunsuz və əsassız nəticəyə gəlmişdir.

122. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının *29-cu maddəsinə, 25-ci maddəsinin V hissəsinə, 26-cı maddəsinə, Azərbaycan Respublikasının MPM-in 9.*, 9.3, *4.*, 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri

123. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

124. Maddə *6. *. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun *0-*-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq ist əyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, hab elə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

125. Maddə 5* *. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

126. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

127. Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.

128. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 129. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

130. Maddə

6. Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxsləri n istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

131. Maddə 9.Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması; torpaqların təyinatı üzrə istifadə edilməsi; torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi; torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi; kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərp ası və yaxşılaşdırılmasının təmin edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

132. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

133. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

134. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

135. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

136. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

137. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

138. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

139. Maddə 4*8.*. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin v ahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

140. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

141. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

142. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

143. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

144. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilməklə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

145. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv e dilməsi üçün əsas təşkil etmir.

146. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

147. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı hüquqi varisi Muradxan Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-88*/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar