Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3294/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya baxışından çıxarılma (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda, MPM-nin 403.1-ci maddəsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" ASC-nə qarşı “öhdəliyi n icra olunmuş hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(103)-3473/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (hazırda "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixdə RBB(A)407 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 32 500 ABŞ dolları kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi X3 mülkiyyətindəki **-GF-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “Mercedes Benz 320” minik markalı avtomobil eyni t arixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2. "xxxx" ASC-nin İddiaçı və X6 qarşı iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı kredit üzrə 29 556,06 ABŞ dolları əsas borc, 3354 ABŞ dolları faiz borcu, 2090 ABŞ dolları cərimə borcu olmaqla cəmi 35 000,06 ABŞ dolları borcun "xxxx" İKB-nın xeyrinə tutulması, tələbin “Mercedes Benz 320" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi və avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin X6 verilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ö dənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı tutulması, "xxxx" İKB tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 94,3%-nin, yəni 18,8 manatın İddiaçı və X1 bərabər şəkildə tutularaq banka ödənilməsi qət edilmişdir. 3. "xxxx" İKB tərəfindən Yasamal Rayon Məhkəməsinə xx.xx.2010-cu il tarixdə məktub ünvanlanmış, həmin məktuba əsasən qətnamə çıxarıldıqdan sonra İddiaçı banka gələrək kredit müqavilələri üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir, buna görə 19 may 2010-cu il tarixli qətnamənin icraya yönəldilməməsi xahiş olunmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi 21 iyun 2010-cu il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2010-cu il tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. 5. "xxxx" X5 tərəfindən Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinə xx.xx.2011-ci il tarixdə məktub ünvanlanmış, İddiaçı qarşı “borc tələbinə” dair icraatda olan icra işinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. 1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 iyul 2010-cu il tarixli icra sənədi icra məmurunun xx.xx.2011-ci il tarixli qərarı əsasında “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır.
7. Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN BBDYPİ-nə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubda X6 məxsus “Mercedes Benz-320” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş qadağanın götürülməsi xahiş olunmuşdur.
8. Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 2 may 2023-cü il tarixdə yenidən icraya yönəldilmiş, icra məmuru tərəfindən 12 may 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur.
9. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı banka xx.xx.2011-ci il tarixə 18 078 ABŞ dolları borcu olmuşdur.
10. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı banka Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə 13 415,75 ABŞ dolları borcu qalmışdır.
11. Cavabdeh ASC İddiaçı və X6 qarşı “X4 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15 359,1 ABŞ dolları əsas, 27 393,71 ABŞ dolları faiz, 1 233,70 ABŞ dolları cərimə borcunun tutulması, tələbin “Mercedes Benz 320" markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı tutulması, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək illik 5%-lə hesablanmış 4817 ABŞ dollarının və dövlət rüsumunun tutulması” tələblərinə dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamə Gəncə Apell yasiya Məhkəməsinin 1 mart 2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı bankın “X4 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 15 359,1 ABŞ dolları əsas, 27 393,71 ABŞ dolları faiz, 1233,70 ABŞ dolları cərimə borcunun tutulması, tələbin “Mercedes Benz 320" markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsi üçün yetərli olmadıqda qalan borcun qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı tutulması” tələblərindən imtinası qəbul olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 mart 2023-cü il tarixli qətnaməsi həmin tələblər üzrə hissədə ləğv edilərək, işin icraatına müvafiq hissədə xitam verilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli digər qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 mart 2023-cü il tarixli qətnaməsi “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 4817 ABŞ dolları əldən çıxmış faydanın tələb olunması və 338,90 manat dövlət rüsumunun tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
14. Cavabdeh ASC-nin İddiaçı və X6 qarşı “kredit müqaviləsinin müddəti bitdiyi tarixdən, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixin ədək illik 5%-lə hesablanmış 4817 ABŞ dollarının və dövlət rüsumunun tutulması” tələbi hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır və həmin işin icraatı hazırkı iş üzrə icraat başa çatanadək dayandırılmışdır. 15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən X6 məxsus “Mercedes Benz 320” markalı minik avtomobilin xx.xx.2023-cü il tarixə olan bazar qiyməti 3.500 manat təşkil etmişdir 16. “Mercedes Benz 320" markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 3500 manat olmaqla hərraca çıxarılmış, avtomobil hərracda satılmadığından 2231,25 manata Cavabdeh ASC-nə təklif edilmiş, bununla bağlı 09 yanvar 2024-cü il tarixdə müv afiq protokol tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "öhdəliyin icra edilmiş hesab edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilməsi, öhdəliyə xitam verilməsi və dəymiş maddi zərər üzrə 6000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl İKB" ASC ilə arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş bütün ödənişləri icra etmiş və araların dakı razılığa əsasan müqavilə üzrə ödənişlərin davam etdirilməsi qərara alınmışdır. Tərəfindən gecikdirilmiş borcların ödənilməsi ilə bağlı "xxxx" ASC-nin İdarə X9 xx.xx.2010-cu il tarixli 02-1691 saylı məktubu Yasamal Rayon Məhkəməsinə təqdim edilərək, qətnamənin icraya yönəldilməməsi xahiş edilmişdir. Həmçinin “Nikoyl İKB" ASC X9 Yasamal rayon icra şöbəsinə ünvanlandığı xx.xx.2011-ci il tarixli 021963 saylı məktubla icra işinin “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılması xahiş olunmuşdur. Daha sonra 2012-ci il tarixdə müqavilənin müddəti bitdiyindən "Nikoyl İKB” ASC ondan borcu tamamilə bağlamasını tələb etmiş, bankın tələbini yerinə yetirə bilmədiyi üçün girov olan avtomobili satacağını banka bildirmişdir. Bank ilə g irovun (avtomobilin) onlara verilməsi və avtomobilin satışından əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə ödənilməsi barədə razılaşmışlar. Həmin müqavilə üzrə borcun qarşılığı olaraq girov qismində qeydə alınmış 37 000 ABŞ dolları dəyərində qiymətləndirilmiş “Mercedes Benz 320” markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobili həmin dövrün bazar qiymətinə uyğun olaraq banka təhvil verilmişdir. “Mercedes Benz 320" markalı ** GF *** DQN-lı avtomobil həmin dövrün bazar qiymətinə uyğun olaraq bankın 2 saylı (Nərimanov heykəli yaxınlığındakı) Filialının qarşısında bankın əməkdaşlarına təhvil verilmişdir. İnternet archive (https://web.archive.org/web/**********0000*/turbo.az) informasiya resursu vasitəsilə həmin dövr üzrə onlayn avtomobil alqı-satqısı platforması olan turbo.az informasiya resursunda araşdırma apardıqda məlum olur ki, avtomobil banka təhvil verilən dövrdə onun bazar dəyəri 15 500-17 000 ABŞ dolları arası olmuşdur. Aradan 10 il keçdikdən sonra, yəni 2022-ci ildə "xxxx" ASC-nin əməkdaşı ona zəng etmiş və banka olan borcunun ödənilməsini tələb etmişdir. Bununla bağlı tərəfindən bank əməkdaşına ətraflı məlumat verilmiş, borcun avtomobilin təhvil verilməsi ilə bağlanıldığı bildirilmişdir. Bundan sonra məsələni araşdırmaq qərarına gəlmiş və araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən girov olan avtomobil açıq hərrac yolu ilə satılmayaraq borca yönəldilməmiş, girov saxlayan onu məhv etmiş, hal-hazırda avtomobil qəzalı və məhv edilmiş bir şəkildə cavabdehə məxsus Savalan ərazisində yerləşən bankın istifadəsində olan saxlanc yerində saxlanılmaqdadır. Dah a sonra o, bankın nümayəndələri ilə birgə avtomobilə baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobil indiyədək açıq hərrac yolu ilə satılmamış, banka olan borc ödənməmiş saxlanılmış və onun girov olan əmlakı istifadə edilməklə ona, borc məbləği də ödənilməməklə zərər vurulmuşdur. Belə ki, girov kimi banka təhvil verilmiş nəqliyyat vasitəsi qəzaya uğramış və məhv olması üçün saxlancda bir küncə atılmışdır. Hətta avtomobilin içərisindən 2011-ci ilə məxsus jurnallar belə aşkar edilmişdir. Nəticə etibarilə bank tərəfindən ona məxsus əmlak yararsız hala salınmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı dəfələrlə müxtəlif növ banklardan böyük məbləğlərdə kreditlər götürmüş və həmin kreditlərin rəsmiləşdirilməsi zamanı ona Mərkəzləşdirilmiş kredit reyestri (MKR) sistemində gecikmiş kre dit borcunun mövcudluğu barədə məlumat verilməmişdir. Belə ki, 2012-ci il tarixdən bu günə qədər təqribən 200 000 manata yaxın məbləğdə kreditlər götürmüş və vaxtlı-vaxtında borclarını icra edərək heç-bir gecikmə də etməmişdir. Göründüyü kimi 10 il ərzində bank tərəfindən bu məsələ ilə bağlı nə onlara, nə də ki, qətnaməni icra etməli olan icra şöbəsinə borcun tələb edilməsi ilə bağlı heç bir müraciət olunmamışdır. Bütün bunlar deməyə əsas verir ki, bank özü də onun banka borcunun olması qənaətinə 2022-ci ildə gəlmişdir. Bütün bu olanlara cavab olaraq isə cavabdehin nümayəndəsi bütün səhvliklərin onlardan qabaq çalışmış əməkdaşlarda olmasını qeyd edərək məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Lakin bank əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində onlara dəymiş zərər birbaşa bank tərəfin dən qarşılanmalı, kredit müqaviləsi üzrə öhdəlik icra edilmiş hesab edilərək, öhdəliyə xitam verilməlidir. Həmçinin bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qəbul olunduğu halda “YELO BANK" ASC tərəfindən yenidən “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə 2022-ci ildə Gəncə şəhər Məhkəməsinə müraciət edilmiş, Gəncə şəhər Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsində qüvvədə saxlanılmış və hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vüqar Həsənovun icraatındadır. Bankın hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, avtomobil təhvil verilən zaman bazar dəyəri 18 000 ABŞ dolları olmuş, banka isə təqribən 12 000 ABŞ dolları bo rc qalmışdır. Göründüyü kimi vaxtında avotomobil satılmış olsa idi 6000 ABŞ dolları miqdarında pul vəsaiti ona geri qaytarılacaqdı. Göstərilənlər, yəni girov olan avtomobilin açıq hərrac yolu ilə satılmayaraq borca yönəldilməməsi, girov saxlanan avtomobilin yararsız hala salınması Mərkəzi Kredit Bürosuna məlumatların sonradan təqdim edilməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən xəbərsiz olmaları və digər buna oxşar məsələlər deməyə əsas verir ki, “YELO BANK" ASC tərəfindən təşkilati işlər düzgün həyata keçirilməmiş, məsuliyyətsiz hərəkətlər və qanun pozuntuları edərək ona ciddi şəkildə ziyan vurmuşlar.
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi və onun dəqiqləşdirilməsi barədə ərizə təq dim edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və X7 ilə bağlanmış RBB(A)4Ü7 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək öhdəliyə xitam verilməsi, həmçinin dəymiş maddi zərərə görə 12 600 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
20. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının maşını götürüb haradasa saxlaması banka təhvil verilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı özü də bankda çalışdığına görə o özü də prossesin necə işlədiyini bilirdi. Onun maşını saxladığı ərazinin bankla hər hansı əlaqəsi yoxdu r. Həmçinin maşın qiymətləndirilmiş, hərrac keçirilmiş və bu barədə də protokol mövcuddur. Bundan əlavə qarşı tərəf bildirmişdir ki, maşın 2011-ci ilin axırı, 2012-ci ilin əvvəlində təhvil verilmişdir. 2016-cı ilə qədər iddiaçı tərəfindən xeyli miqdarda ödənişlər edilmişdir. Bu halda sual yaranır ki, iddiaçı niyə bu ödənişləri etmişdir.
21. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8964 saylı rəyinə əsasən 2001-ci il buraxılışlı, “Mercedes Benz 320” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (saz) vəziyyətdə hal-hazırda orta bazar qiyməti nəzəri qaydada təxminən 10 500 (6176 USD x 1,70 manat) manat, 2010-cu il tarixə istifadəyə tam yararlı (saz) vəziyy ətdə 16 500 (20625 USD x 0,8035 AZN) manat müəyyən olunur.
22. Məhkəmənin şahid qismində dindirdiyi Yasamal rayon icra şöbəsinin icra məmuru X2 ifadəsində göstərmişdir ki, icra sənədi üzrə əmlakın qiymətləndirilməsi üçün mütləq qiymətləndirici əmlakın yerini müəyyənləşdirməli, əmlaka baxış keçirməlidir. Əmlak Keşlə qəsəbəsi ərazisində yerləşmişdir. Həmin ərazi hündür dəmir torlarla ayrılmış sahə idi və avtomobil də həmin sahədə idi. Bundan əlavə, o ərazidə "xxxx" İKB-yə məxsus köhnə reklam lövhələri və bankomatlar var idi. Mübahisə predmeti maşından əlavə orada digər maşınlar da var idi. Orada mühafizəçiyə yaxınlaşmışdır və mühafizə ona bildirmişdir ki, bura bankın dayanacağıdır və o da mühafizəçidir. Həmin ərazi barədə ona borclu məlumat vermişdir. İcra sənədi ona təkrar icra məqsədilə ve rilmişdir. Avtomobilə baxış keçirdikdə isə müşahidə etmişdir ki, avtomobil əslində yaxşı vəziyyətdədir, sadəcə uzun müddət təmizliyinə və sazlığına diqqət edilməmişdir.
23. CD diskə baxış zamanı görünür ki, özünü mühafizəçi kimi təqdim edən şəxs bildirmişdir ki, bura Cavabdehın ərazisidir. Əvvəlki adı “Nikoylbank” olmuşdur. Ancaq ad dəyişikliyindən sonra buraya heç kim gəlmir. Kamera olduğuna görə bu əraziyə icazəsiz buraxa bilməz. Təxminən 15-20 dəqiqə sonra bankın nümayəndəsi gələcək. Əgər onun şəxsi icazəsi olarsa, o halda əraziyə buraxa bilər.
24. Azərbaycan Respublikası Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Niva markalı 99-AL816 və 99-AL817 dövlət qeydiyyat nişanlı, Pauget markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillər "xxxx" İK ASC-yə, Da ewoo markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" Lizinq kompansiyasının mülkiyyətindədir. Bankın nümayəndəsinin həmin ərazinin banka aidiyyatı olmaması və mübahisə predmeti olan avtomobilin dayanacaqda yerləşdirilməsinin onlara aid olmaması ilə bağlı bankın nümayəndəsinin dedikləri iş materialları ilə təkzib edilir.
25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) e-2(004)114/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək xitam verilməsi, dəymiş m addi zərərə görə 2547 ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "Yelobank” ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin əvəzi olan 60 manatın "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
26. Məhkəmə qeyd etmişdir ki, V.Abdullayev tərəfindən avtomobil banka təhvil verilmişdir. Bu da o, deməkdir ki, nəqliyyat vasitəsi ilə borc məbləği əvəzləşdirilmişdir. Bu səbəbdən də, bank müştəridən borcu tələb etməkdə haqlı olmamışdır. Hazırkı halda da, girov əmlak ol an avtomobilin fiziki olaraq banka təhvil verməsi işin halları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan bank tərəfindən icra şöbəsinə ünvanlanmış məktublar, mütəxəssis rəyində 10 ildən çox müddətə avtomobilin dayanacaqda istifadəsiz qalmasına dair qeydlər, eləcə də CD diskdə dayanacağın mühafizəçisi tərəfindən qeyd edilənlər, şahid ifadəsi və digər sübutlarla avomobilin banka fiziki olaraq təhvil verilməsi sübuta yetirmişdir.
27. Məhkəmənin qənaətinə görə belə olan halda, İddiaçı və X3 Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixə İddiaçı banka 18078 ABŞ dolları borcu qalmışdır. Odur ki, xx.xx.2024- cü il tarixli, 9/8964 saylı ekspert rəyində göstərilən avtomobilin 20 10-cu ilə olan dəyərindən (20625 ABŞ dolları) maliyyə arayışında göstərilən qalıq borc məbləği (18078 ABŞ dolları) çıxılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, 2011-ci il tarixdən sonra banka ödənilmiş 3950 ABŞ dolları iddiaçı tərəfindən ödənilməsi təsdiq edilməmişdir. (təsdiq edilsə belə, bu məsələ iddiaçının lehinə olan bir haldır).
28. Məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarış üzrə 2011-ci il tarixdən sonra banka ödənilmiş 3950 ABŞ dolları iddiaçı tərəfindən ödənilməsi barədə sübutunu həmin sübutu dəstəkləyən kassa mədaxil orderləri və ödəniş qəbzləri təqdim edilmədiyindən və maliyyə arayışı və hesabdan çıxarış birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan 2011-ci il tarixdən sonra ödəniş halını təsdiq edən mötəbər sübut kimi qəbul etməmiş dir.
29. Məhkəmə, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin dəymiş maddi zərərə görə 12.600 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair hissə ilə bağlı bildirmişdir ki, bankın hərəkətsizliyi nəticəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin, yəni mülkiyyətçinin hüquqları məhdudlaşdırmaqla ona maddi ziyanın vurulmuşdur. Belə ki, təhvil verilən zaman avtomobilin bazar dəyərinin 20625 ABŞ dolları olduğu, banka isə qalıq borcu 18078 ABŞ dolları idi. Belə olan halda, avtomobil vaxtında satılaraq, qalıq borca ödənilsə idi, bankın tələbi tam təmin edilməli və hətta ipoteka predmetinin satışından qalıq vəsait V.Abdullayevə geri qaytarılmalı idi. Hazırkı halda isə avtomobil artıq kifayət qədər köhnəlməyə məruz qalmış, orada qaldığı müddətdə avt omobilin hansı ehtiyat hissələrinin yerində olub-olmaması bəlli olmamışdır. Lakin hazırkı halda girov predmeti olan avtomobil həm əvvəlki bazar dəyərini itirmiş, həm də bununla da V.Abdullayevə maddi ziyanın dəyməsi aşkar olmuşdur. Odur ki, xx.xx.2024-cü il tarixli, 9/8964 saylı ekspert rəyində göstərilən avtomobilin 2010-2012-ci ilə olan dəyərindən (20625 ABŞ dolları), bankın təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilən qalıq borc məbləğini (18078 ABŞ dolları) çıxdıqda, 2547 ABŞ dolları məbləğinin qalması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alsaq, tərəflər arasındakı münasibətlərə uyğun olaraq avtomobilin təhvil verilməsi ilə kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı, xx.xx.2008-ci il tarixli ipote ka müqaviləsi üzrə öhdəliyə xitam verilməli və əlavə olaraq 2547 ABŞ dolları dəymiş ziyan X3 xeyrinə tutulmalıdır. İddiaçının maddi ziyanı tələb etməkdə isə hazırkı halda subyektiv hüququ olmamışdır. Həmin hüquq avtomobilin mülkiyyətçisi X6 aid olduğundan, ilkin iddia həmin hissədə təmin edilməməli, üçüncü şəxsin iddiası həmin hissədə qismən təmin edilərək, cavabdehdən 2547 ABŞ dolları dəymiş ziyan X3 xeyrinə tutulmalıdır. Çünki V.Abdullayev avtomobilin satışından əldə edəcəyi qalıq vəsaiti (ehtimal olunan 2547 ABŞ dolları) avtomobilin Banka təhvil verildiyi tarixdən qazanc əldə etmiş olardı.
30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəllənin 21, 385.1, 386.1, 527.1, 527.2, 528, 531.1, 531.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi mü ddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009- cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin maddi ziyanla bağlı hissəsində ləğv olunmasını, iddiasının tam təmin edilməsi və apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. İddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını yanlış təfsir etdiyini irəli sürmüşdür.
33. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi də qətnamədən apellyasiya şikayəti verərək, onun “maddi ziyana görə 2547 ABŞ dollarının Vüqar A bdullayevin xeyrinə tutulması” hissəsində dəyişdirilməsini, maddi ziyanla bağlı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi şikayətini təmsil etdiyi şəxsin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını yanlış təfsir etdiyini irəli sürmüşdür.
35. Həmçinin qətnamədən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək, onun ləğv və iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə qeyri-obyektiv baxmış, sübutlara düzgün qiymət verməmiş, avtomobil in banka təhvil verildiyinə dair sübutun olmadığını nəzərə almamış, özü hesablamalar apararaq borcun qalmadığı qənaətinə gəlmiş, bankın təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, öhdəliyin icra edilmiş hesab olunması ilə bağlı mülki qanunvericilik müddəalarını yanlış təfsir etmiş, əsassız və qanunsuz qərar çıxarmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) 2(103)-3473/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-114/2024 saylı iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsinin "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqav iləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək xitam verilməsi” hissəsində ləğv edilməsi və “öhdəliyin icra olunmuş hesab edilməsi” tələbi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) 2(103)-3473/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)114/2024 saylı iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsinin “dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublik ası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi” hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilməmiş, İddiaçı və X3 apellyasiya şikayətləri təmin olunmamış, qətnamə “iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin əvəzi olan 60 manatın "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin “maddi ziyanın ödənilməsi” tələbləri ipoteka predmetinin banka təhvil verilməsinə baxmayaraq, vaxtında sa tılmaması və bank tərəfindən baxımsız saxlanılması nəticəsində dəyərini itirdiyi arqumenti ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi də avtomobilin banka təhvil verildiyinin bank tərəfindən icra şöbəsinə ünvanlanmış məktublarla, mütəxəssis rəyində 10 ildən çox müddətə avtomobilin dayanacaqda istifadəsiz qalmasına dair qeydlərlə, eləcə də CD diskdə dayanacağın mühafizəçisi tərəfindən qeyd edilənlərlə, şahid ifadəsi və digər sübutlarla sübuta yetdiyi qənaətinə gəlmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, bank tərəfindən Yasamal Rayon Məhkəməsinə xx.xx.2010-cu il tarixdə, Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinə isə xx.xx.2011-ci il tarixdə ünvanlanan məktublar (§ 3, 5), icra məmurunun Azərbaycan Res publikası DİN BBDYPİ-nə ünvanladığı xx.xx.2011-ci il tarixli məktub (§ 7), həmin dövrdən sonra bankın qətnamənin icrası ilə bağlı heç bir tələb irəli sürməməsi ağlabatan mühakimə əsasında o nəticəyə gəlməyə imkan verir ki, tərəflər, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ödənilməli borc məbləğinin avtomobilin banka təhvil verilməsi yolu ilə ödənilməsi barədə razılığa gəlmiş, avtomobil təxminən 2011-ci ilin sonlarında bankın sahibliyinə keçmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ipoteka predmeti olan avtomobilin dəyərinin 2010-cu il tarixdə 20.625 ABŞ dolları olduğu ekspert rəyi ilə müəyyənləşdirilmiş, bankın təqdim etdiyi arayışa görə isə İddiaçı banka xx.xx.2011-ci il tarixə 18.078 ABŞ dolları borcu olmuşdur.
42. Apellyas iya instansiyası məhkəməsinin qənaətinə görə, nə qədər ki, avtomobilin 2011-ci ilin sonlarındakı (banka təhvil verildiyi güman olunan tarix) dəyəri barədə heç bir sübut təqdim olunmamışdır və onun 2010-cu ildən 2011-ci ilin sonlarına qədər dəyər itkisinə məruz qaldığı adi həyat təcrübəsindən bilinən reallıqdır, həmçinin nə qədər ki, iddiaçılar da iddia tələblərində “avtomobilin təhvil verilməsi ilə borcun əvəzləşdirildiyini” irəli sürmüşlər, belə olan halda avtomobilin banka təhvil verildiyi zamandakı dəyərinin borc məbləği qədər olduğu qəbul edilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı və X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə bank qarşısında öhdəlikləri qalmamışdır və onlar, hazırkı qətnamə ilə müəyyən olunan hal ları əsas götürərək, hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında olan 1 iyul 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə həmin quruma müraciət edə bilərlər.
44. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 14.2.1, 269.4, 269.5, 312.1, 319.2, 385, 527.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3, 26.2, 33, 34, 48.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1, 20.2, 20.4, 20.5, 20.6, 20.7, 87.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh "xxxx" ASC (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və bankın apellyasiya şikayətinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilm əsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını dəqiq araşdırmayaq, işdəki sübutlara obyektiv və qərəzsiz yanaşmayaraq bankın apellyasiya şikayətini tam təmin etməməklə bankın hüquqlarını, həmçinin maddi və prosessual hüquqlarının tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, məhkəmənin qənaətinə əsasən avtomobilin 2011-ci ilin sonlarındakı dəyəri barədə heç bir sübut təqdim edilməməsi və onun dəyər itkisinə məruz qaldığını nəzərə alınaraq “avtomobilin banka təhvil verilməsi ilə borcun əvəzləşdirildiyi” kimi qəbul edilməlidir. Lakin işin hallarından da görüldüyü kimi tərəflər bank qarşısında olan öhdəliklərini lazımı qaydada icra etməmişdirlər. Məhkəmə “Nikoyl Lizinq” Kompaniyasının mülkiyyətində olan ərazi dəki avtomobillərin Cavabdeh ASC-yə məxsusluğunu sübut kimi qəbul etdiyi halda, bankın mötəbər sübut kimi təqdim etdiyi hesabdan çıxarışa birtərəfli sübut kimi yanaşması məhkəmənin ədalətlilik, sübutlara obyektiv və qərərsiz yanaşması prinsipinə zidd olmuşdur. Məhkəmə avtomobilin banka məxsus olan dayanacaqda saxlanılmasını, cavabdehin borcunun əvəzi olaraq avtomobili təhvil verməsini öz qətnaməsində qeyd etmişdir. Lakin sözügedən dayanacağın əvvəlki "xxxx" ASC, hazırkı Cavabdeh ASC ilə heç bir əlaqəsi yoxdur və dayanacaq banka məxsus deyildir. Eyni zamanda iddiaçı tərəfindən avtomobilin banka təhvil verilməsi ilə bağlı heç bir təhvil-təslim aktının, bank qarşısında öhdəliyin icra edilmiş hesab edilməsinə dair bank tərəfindən verilmiş arayışın təqdim edilməməsinə baxmayaraq, məhkəmə əsas sız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəf vaxtilə bankın əməkdaşı olmuş və avtomobil banka təhvil verilərkən hansı formada rəsmiləşdirilməsindən agah olmuşdur. Sözügedən formada avtomobilin hər hansı dayanacaqda saxlanılması nəqliyyat vasitəsinin banka təhvil verilməsi kimi qiymətləndirilə bilməzdi. Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi ilə cavabdehdən bankın xeyrinə cəmi 35000.06 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın avtomobilə yönəldilməsi qət edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli qətnaməsi 2 may 2023-cü il tarixdə icraya yönəlmiş və icra məmuru tərəfindən 12 may 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. “Energy Service “MMC tərə findən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, X6 məxsus “Mercedes Benz 320”markalı avtomobilin xx.xx.2023-cü il tarixə olan bazar qiyməti 3500 manat təşkil etmişdir. Bundan sonra Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında "xxxx" tərəfindən ilkin satış qiyməti 3500 manat olmaqla hərraca çıxarılmış, avtomobil hərracda satılmadığından 2231.25 manata banka təklif edilmiş və 9 yanvar 2024-cü il tarixdə müvafiq protokol tərtib edilmişdir. İşin halından da göründüyü kimi məhkəmənin iş üzrə gəldiyi nəticə yanlış olmaqla həqiqəti əks etdirməmişdir. Belə ki, məhkəmə qətnaməsində avtomobilin dəyərinin banka təhvil verildiyi güman olunan tarixə 20625 ABŞ dolları olduğunu qeyd edərək, bununla borcun əvəzləşdiyi qənaətinə gəlmişdir. Bu isə öz növbəsində əsassız olmuş və bankın hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan başqa məhkəmə özü hesablamalar apararaq iddiaçının banka borcunun olmaması qənaətinə gələrək yanılmışdır. Belə ki, bank tərəfindən təqdim edilmiş maliyyə arayışları bu halı təkzib etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
49. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə z idd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi “dəymiş maddi zərərə görə 2547 ABŞ dolları məbləğində pulun "xxxx" ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 verilməsi” hissəsində ləğv olunmuş və iddia bu hissədə təmin edilməmiş, həmçinin iddiaçı və 3-cü şəxsin iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır.
51. Həmçinin iddiaçının və 3-cü şəxsin iddiasının "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB(A)407 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə X7 arasında bağlanmış RBB(A)407 saylı xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyin icra edilmiş hesab edilərək xitam verilməsi” tələbləri üzrə iş üzrə icraata xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir.
52. Cavabdeh "xxxx" ASC qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və bankın apellyasiya şikayətinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
53. Kassasiya şikayəti 2 sentyabr 2024-cü il tarixli qərardadla icraata qəbul olunsa da, sonradan müə yyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
54. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehə qarşı hər hansı tələb təmin olunmamışdır. Belə olan halda, MPM-in 403.1-ci maddəsinə əsasən cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur.
56. Kassasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin əsaslandırma hissəsindən, yəni qətnamədə tərəflərin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ödənilməli borc məbləğinin avtomobilin banka təhvil verilməsi yolu ilə ödənilməsi barədə razılığa gəlmələri və avtomobili təxminən 2011-ci ilin sonlarında bankın sahibliyinə keçməklə, İddiaçı və X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə bank qarşısında öhdəliklərinin qalmamasının müəyyən edilməsindən narazıdır. Lakin mülki prosessual qanunvericilikdə məhkəmə aktının yalnız əsaslandırma hissəsindən şikayət verilməsi nəzərdə tutulmamışdır.
57. Ona görə də, kassasiya şikayətinin icraata qəbulu barədə qərardad ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq, kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
58. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
59. Qeyd olunanları nəzərə alaraq və MPM-in 403.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(103)3473/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 2 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.