Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3296/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-523/2020 nömrəli iş üzrə 19 avqust 2020- ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 27 avqust 2013-cü il tarixli 76/34-CB nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 27% ödəmək şərti ilə 23200 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi, eyni tarixdə Bankla Cavabdeh2 (bundan sonra – ipoteka qoyan) arasında 76/34-CB-SİPİ nömrəli ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 33, mənzil 33 (bundan sonra – ipoteka predmet i) ipoteka ilə yüklü edilmişdir. Müqavilədə mənzilin qiyməti 28000 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan iddiaçının xeyrinə 27.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2275,25 ABŞ dolları əsas, 1266,27 ABŞ dolları faiz, 686,71 ABŞ dolları cərimə olmaqla, cəmi 4228,23 ABŞ dolları məbləğində borcun, 60 manat məhkəmə xərcinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və borcun mənzilin hərracda satılması nəticəsində əldə olunmuş vəsait hesabına ödənilməsi, məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və mənzil sat ıldıqdan 1 ay sonra ipoteka qoyanın həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonuncunun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Borcalan iddia tələbini qəbul etməyək, izahatında göstərmişdir ki, Banka olan borcunu tam ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2019-cu il tarixli, 15187 nömrəli rəyinə əsasən, borcalanın kredit müqaviləsi üzrə Bank qarşısında 09.10.2017-ci tarixə 3205,52 ABŞ dolları əsas, 2317,68 ABŞ dolları faiz borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin ( bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)140/2019 nömrəli iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia qismən təmin edilərək, borcludan 2275,25 ABŞ dolları əsas, 1266,27 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 3571,52 ABŞ dolları borcun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), 60 manat məhkəmə xərcinin alınaraq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 28000 manat müəyyən olunması, tutma yönəldilməsinə və mənzilin satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına borclunun kredit müqaviləsi üzrə Banka olan borcunu n ödənilməsi, artıq qalan məbləğin ipoteka qoyana qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manatın borcalandan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bank kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə Banka borcu yaranmışdır. Ona görə də, tələb olunan məbləğdə əsas və faiz borcu borcalandan iddiaçının xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Bununla belə, məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz yüksək hesab edərək, məbləği 30 ABŞ dollarınadək azaltmışdır. Məhkəmə iddia tələbini ipoteka qoyanın ipoteka pr edmeti olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzil satıldıqdan 1 ay sonra onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində əsassız hesab etmiş və qeyd etmişdir ki, həmin tələb hüququ əmlakı hərrac vasitəsi ilə əldə edən mülkiyyətçiyə aid olduğundan, iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 317.2, 385.1, 442, 443.1, 467, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 34.1, 39.3, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-523/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Abdullayev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, şikayətdə göstərilən dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Qətnaməd ən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, Bankdan götürdüyü pulu qaytarmışdır. İddiaçının tələb etdiyi məbləğ Bank işçisinin qanunsuz əməlləri nəticəsində yaranmışdır. Məhkəmə evin qiymətləndirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, həmin əmlak 6 il əvvəl qiymətləndirilmişdir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 279, 295, 307.6, 317.1, 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 6, 34.1, 47.5, 59.1, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili, eləcə də digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mü mkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiy a instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxla yanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində bəzi maddi hüquq normalarını sadalamaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-523/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3296/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3296/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver