Məhkəmə qərarları › İş №2(102)-3296/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3296/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3296/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcun tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2024 nömr əli iş üzrə 5 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borcun hesablanmasının əvvəlinin 20 fevral 2009-cu il tarixdən olması nəzərə alınmaqla iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-302/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2238/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3773/2023 nömrəli 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (məruzəçi), V.M.Məmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-1871/2024 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, K.H.Əkbərov) iddiaçının İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 33540 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmi ş 206.15 manat dövlət rüsumunun 190.62 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 15.53 manat iddiaçıya aid edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-1871/2024 saylı qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Ərizə onunla əsaslandırmışdır ki, qətnamənin surəti Cavabdeh rəsmi olaraq verilməmişdir. Beləliklə, şikayət verilmə müddəti üzrlü səbəbdən buraxılmış hesab olunaraq bərpa edilməlidir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1871/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və M.A.Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(103)-1871/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)1871/2024 saylı qətnaməsi 30 aprel 2024-cü il tarixdə elektron imza ilə imzalanaraq, həmin tarixdə də tərəflərin eləcə də cavabdehin nümayəndəsi-vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir.

12. Görün düyü kimi cavabdehə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-1871/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 30 iyun 2024-cü il tarixə təsadüf edir, həmin tarix isə qeyri-iş gününə düşdüyündən ondan sonrakı iş günü, yəni 01 iyul 2024-cü il kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin qurtarma günün hesab olunur. (MPM-in 129.2-ci maddəsi) İddiaçı isə qeyd olunan qətnamədən 16 iyul 2024-cü il tarixdə kassasiya şikayəti verməklə müəyyən edilmiş müddəti 15 gün ötürmüşdür. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin dəlilləri isə əsassız olmuşdur.

13. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tə rəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

14. Hazırkı işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, cavabdeh qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.

15. Məhkəmə kollegiyası göstə rilən halları ümumiləşdirərək qeyd etmişdir ki, ərizəçinin xahişini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz.

16. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir.

17. Məhkəmə kollegiyası bu konteksdə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-1871/2024 nömrəli qətnaməsinin ona rəsmi qaydada verilməməsini bildirsə də, iş materialları ilə müəyyən edilmişdir ki, həmin qətnamə cavabdehin eləcə də onun nümayəndəsi-vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Bu isə qətnamə barədə nümayəndəsinin tam məlumatlı olması onun təmsil etdiyi şəxsin də məlumatlı olması deməkdir.

19. Məhkəmə kollegiyası buna görə cavabdehin bu dəlilini əsassız saymışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 128.1, 129.2, 133.1, 135.6, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Və kil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 106.1, 128.1, 133.1, 217,1, 217.2, 217.3, 217.4, 220, 218.1 405.0.1, 416.1, 417.1.3,-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsаssız olmuşdur. Bеlə ki, nümаyəndə və vəkil hər bir məhkəmə instаnsiyаsı üçün аyrıcа müqаvilə bаğlаmаqlа və müvаfiq оrdеr götürməklə tərəfin hüquqlаrını məhkəmədə müdаfiə еdir. Cаvаbdеh S.Həsənоv vəkil Ə.Kаzımоvlа bаğlаdığı müqаvilə apеllyаsyiа instаnsiyаsı məhkəməsində icrааtı əhаtə еtmiş və bаşqа instаnsiyа məhkəmələrində iştirаkını istisnа еtmiş dir. Əgər vəkil Ə.Kаzımоv özbаşınа оlаrаq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-1871/2024 saylı qətnaməsindən kassasiya şikayəti vеrmək fikrinə düşsə bеlə bunu еdə bilməzdi, çünki kаssаsiyа instаnsiyаsındа iştirаkını təsdiq еdən оrdеr tələb оlunаcаqdır. Bеlə bir оrdеrin vеrilməsi üçün isə tərəf vəkillə müqаvilə bаğlаyаrаq оnа müvаfiq səlаhiyyəti vеrməlidir. Məhkəmə kоllеgiyаsı qərаrdаdındа qеyd еtmişdir ki, vəkilin şəхsi kаbinеtinə yеrləşdirilmiş qətnаmənin аlınmаsını təsdiq еdən аn olmuşdur. Bu аn həmçinin cаvаbdеhə də аid olmuşdur. Bu mövqе ilə rаzılаşmаq mümkün dеyil. Bеlə ki, vəkilin аpеllyаsiyа icrааtı üçün bаğlаdığı müqаvilənin şərtləri еlə həmin icrааtın bаşа çаtmаsı ilə məhdudlаşmışdır. Bundаn sоnrа vəkil hər hаnsı bir hərəkətləri ic rа еtmək üçün tərəfdən (cаvаbdеhdən) müvаfiq tаpşırıq аlmаlı, оnunlа müqаvilə bаğlаnmаlı və müvаfiq оrdеr vеrilələrək səlаhiyyətləndirilməlidir. Cаvаbdеh S.Həsənоv qətnаməni аlmаmışdır. Оnun şəхsi kаbinеti olmamışdır. О, hаrdаn bilirdi ki, bеlə bir qətnаmə vаr. Bilsəydi müvаfiq tədbirlər görüb bu və yа digər vəkili müvаfiq səlаhiyyətlərlə təmin еdərdi. Bununlа məhkəmə təcrübəsinin də pоzulmаsınа bахmаyаrаq məhkəmə kоllеgiyаsı bu хüsusаtlаrа diqqət yеtirməmiş, lаzımi hüquqi qiymət vеrməmişdir. Göründüyü kimi, hаzırkı işə bахılаrkən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi Qаnunun və digər tətbiqi məcburi хаrаktеr dаşıyаn аktlаrın göstərilən tələblərini yеrinə yеtirməmiş, işdə оlаn sübutlаrа düzgün hüquqi qiymət vеrməmiş, mаddi və prоsеssuаl hüquq nоrmаlаrını düzgün tətbiq еtməmiş və nəticədə qаnu nsuz və əsаssız qərаrdаd qəbul еtmişdir. Bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya instansiyası məhkəməsi həmin hаllаrı müəyyən etməli və həmin dəlilin aydınlaşdırılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə araşdırma aparması müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

24. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

26. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

27. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmi ş olur.

28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

29. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

30. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

31. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

32. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxsləri n həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

33. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.

36. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.

38. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

41. Məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq olunduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün ə sas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli 2(103) 1871/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar