Məhkəmə qərarları › İş №2(102)-3298/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3298/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3298/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 05.08.2013-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 01 fevral 2017-ci il tarixə Banka borclu olduğu 13649,82 manat məbləğində əsas borc, 1761,86 manat məbləğində faiz borcu, 59,58 manat məbləğində cərimə üzrə borcun, ümumilikdə isə 15471,26 (on beş min dörd yüz yetmiş bir manat iyirmi altı qəpik) manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan “Chevrolet Cruze minik” markalı, ağ rəngli, mühərrik *********, ban ********* olan ** FC *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, qeyd olunan nəqliyyat vasitəsinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına cavabdehin İddiaçıAçıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğdən banka olan borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılm ası, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir Hesab Az 41 NABZ******************** CTREAZ 22) köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2(105)-1970/2018 saylı qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən, məruzəçi, E.Rəhimov və L.Məmmədova) apellyasiya şik ayəti qismən təmin edilərək Sumqayıt şəhər məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməsi, ipoteka predmeti olan “Chevrolet Cruze minik” markalı, ağ rəngli, mühərrik *********, ban ********* olan ** FC *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxAçıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.08.2013-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 01 fevral 2017-ci il tarixə Banka borclu olduğu 13649,82 manat məbləğində əsas borc, 1761,86 manat məbləğində faiz borcu, 59,58 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 15471,26 manat məbləğində pulun və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh “xxxxASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cruze minik” markalı, ağ rəngli, mühərrik *********, ban ********* olan ** FC *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan s atılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən ədalətlilik prinsipini kənarda qoyaraq, işin tam və obyektiv araşdırılmasını həyata keçirməmişdir. Maddi və prosessual hüquq normaları pozulduğundan Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbay can Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məh kəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.08.2013-cü il tarixli ********* saylı, “Avtomobi l krediti müqailəsi”nə əsasən Cavabdeh illik 17% hesablanması şərtilə 48 ay müddətinə 23303 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 05.08.2013-cü il tarixli ********* saylı müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən Cavabdeh 10.11.2015-ci il tarixə mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 14746 manat məbləğində illik 23 % hesablanması şərtilə 20 ay 25 gün müddətə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh məxsus “Chevrolet Cruze minik” markalı, ağ rəngli, mühərrik *********, ban ********* olan ** FC *** dövlət nömrə nişanlı avtomobil 05.08.2013-cü il tarixli 115834-16-1163 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısın da ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 05.08.2013-cü il tarixli 115834-16-1163 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 10.11.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Eyni zamanda “Kredit müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 05.08.2013-cü il tarixli 115834-16-1163 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 02 saylı 10.03.2016-cı il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü öhdəlikləri 13.06.2016-cı il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 13649,82 manat məbləğində əsas borc, 1761,86 manat məbləğində faiz borcu, 59,58 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə i sə 15471,26 manat məbləğində borcu qalmışdır. Keçirilmiş ekspertiza tədqiqatı ilə iddiaçı tərəfindən əsas borc məbləğinin və ona hesablanmış faiz məbləğinin az tələb edildiyi, cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsinə görə borc məbləğinin artıq olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsinin şərtlərinə uyğun olaraq öhdəliyi icra etməməsinə görə yaranmış əsas borcun və ona hesablanmış faiz məbləğinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Cavabdeh məhkəmənin 5000 manat kreditə görə onun 2 ildən artıq ödəniş etməyinə baxmayaraq, əsas məbləğdən 4994,05 manat faiz məbləğindən isə 385,30 manat nə səbəbdən qalıq qalmasını araşdırmadığını mübahisələndirsə də, borc məbləğinin m üəyyən edilməsindən ötrü ekspertiza keçirilməsi və cavabdehin göstərdiyi xüsuatın müəyyən edilməməsini nəzərə almamış, həmin ekspert rəyinin əsaslı şübhə altına alınmasına əsas olan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan 05.08.2013-cü il tarixli, 115834-16-1163 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh məxsus “Chevrolet Cruze minik” markalı, ağ rəngli, mühərrik *********, ban ********* olan ** FC *** dövlət nömrə nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 27416 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan AB seriyalı, 968554 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadə tnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, “Chevrolet Cruze minik” markalı ağ rəngli, mühərrik *********, ban ********* olan ** FC *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA seriyalı, 096375 saylı, 06.08.2013-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus olan 2013-cü il buraxılışlı, “Chevrolet Cruze minik” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçıASC qarşısında 05.08.2017-ci ilədək ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsi DİN BDYPİ qeydiyyat imtahan şöbəsində 06.08.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan bankın ********* saylı 27.12.2016-cı il tarixli ipoteka predmetinə tutmanın y önəldilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh lazımi qaydada borc ödəməsi haqqında xəbərdarlıq edilmiş və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə məlumat verilmişdir. Adı çəkilən bildiriş qeydə alınması üçün 14968/9 saylı 27.12.2016-cı il tarixli ərizə ilə Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə öhdəliyin icrasının təmin edilməsindən ötrü ipoteka predmetinə yönəldilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olsa da, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməli olduğu halda, ipotekap predmetinin ilkin satış qiymətinin müəyyən edilmədən ipoteka predmetinə yönəldilmə edilməsi qanuni və əsaslı deyildir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəld ilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olması imperativ qaydada müəyyən edilmişdir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilədə ipoteka ilə yüklü edilmiş avtomobil 27416 (iyirmi yeddi min dörd yüz on altı) manat məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsi ilə müəyyən edilmişdir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də, ipoteka predmetinin ilki n satış qiymətinin müəyyənləşdirilməsindən ötrü ekspertiza tədqiqatının keçirilməsi zəruridir. Apellyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 15000 (on beş min) manat olduğu müəyyən edilmişdir. Belə olan halda ipoteka predmetinin ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilməlidir. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməlidir. Həmçinin ekspertiza xərcinin tamamilə cavabdehdən tutulması barədə apellyasiya şikayətinin dəlili üzrə qeyd edilməlidir ki, hazırkı iddia tələbi cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsinə görə verildiyindən, iddia tələbi əsassız olmasına görə deyil, məhkəmənin dəbbə pulun un azaltmaq səlahiyyəti olmasına və buna görə də dəbbə pulunun azaldılmasına görə qismən təmin edildiyindən, bu isə iddia tələbinin tamamilə əsassız olması kimi dəyərləndirilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq ekspertiza xərcinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlm əsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1. maddəsi). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik mü qaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1. və 472.2. maddələri). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil ola n öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1. və 269.4. maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricin in rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, qeyd olunan maddi hüquq normalarının mənasından da göründüyü kimi öhdəliklərin əmələ gəlməsinin ən geniş yayılmış və praktiki əsaslarından biri olan müqavilələr, mülki dövriyyədə hüquq və vəzifələrin əmələ gəlməsinin əsas mənbələrindən biridir. Hüquq ədəbiyyatında öhdəliklərin əmələ gəlməsinin iki əsası müəyyən edilmişdir. Bu da özünü müqavilə və qeyri-müqavilə əsasında öhdəliyin əmələ gəlməsi kimi təzahür edir. Ümumi qəbul edilmiş beynəlxalq prinsiplər əksi sübut edilməyənə qədər müqavilənin düzgünlük prezumpsiyası əsasından çıxış edir və tərəflərin iradə ifadələrinin mötəbərliyi nəzərə alınmaqla münasibətlər təfsir olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə, tərəflər müqavilənin bütün mühüm şərtləri (essentiale negoti) barədə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri ləğv edilməyənə, etibarsız hala gəlməyənə qədər müqavilənin qüvvədə olması prezumpsiyası əsas götürülməlidir. Müqavilənin digər şərtləri olan təbii şərtlər, həmçinin tamamlayıcı şərtlər də uyğunsuzluq olmuş olsa belə, müqavilənin mövcudluğu qüvvədədir və bütün bu uyğunsuzluqlar müqavilənin tamlığı prezumpsiyasına xidmət edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi əsasında hüquqi qiymət verərək həmin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilərək sübutlar tam, hərtərəfli araşdırılmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar