Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3298/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun ipotekaya yönəldilməsindən sonra həmin predmetin boşaldılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12.01.2011-ci tarixli kredit xətti müqaviləsinə əsasən, “xxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, daha sonra kredit xətt müqaviləsinin müddəti 158 aya qədər uzadılmış, məbləği isə 500.000 ABŞ dolları müəyyən edilmişdir. 2. 23.04.2013-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq 2 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 06.03.2014-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz 1,75 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 42.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07.04.2015-ci il tarixli və 07.12.2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 4. 18.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz 1.6667 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, habelə Cavabdeh3 arasında bağlanmış 24 iyul 2013-cü il tarixli və 29 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
6. Cavabdeh2 12.01.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyətində olan Ağcəbədi şəhəri X3 küçəsində 0,04773 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 134,7 kv.metrdən ibarət olan fərdi yaşayış evini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka predmeti 18.145 manat məbləğində qiymətləndirilmişdır.
7. Cavabdeh1 05.03.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Ağcabədi şəhəri X3 küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.
8. İpotekalar daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyata alınmışdır.
9. Cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir.
10. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
11. Bank 12.02.2018-ci ildə aşağıdakı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı “xxxx” QSC, Cavabdeh1 ilə arasında bağlanılmış 12.01.2011-ci il tarixli 25L000000038 saylı kredit xətti müqaviləsinə, 05.03.2014-cü il tarixli 38 saylı sazişə, 23.04.2013-cü il tarixli 25R000000606 saylı, 06.03.2014-cü il tarixli 25R000001866 saylı, 18.12.2014-cü il tarixli 025R********** saylı kredit razılaşmalarına, 07.04.2015-ci il tarixli 25R000000606S saylı, 07.12.2015-ci il tarixli 25R000000606SA saylı, 07.04.2015-ci il tarixli 25R000001866S saylı, 07.12.2015-ci il tarixli 25R000001866SA saylı, 07.04.2015-ci il tarixli 025R**********S saylı, 07.12.2015-ci il tarixli 025R**********SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Q SC-nin xeyrinə 25R000000606 saylı kredit razılaşması üzrə 13774,42 ABŞ dolları kredit borcu, 6752,26 ABŞ dolları faiz borcu və 10398,46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30925,14 ABŞ dolları, 25R000001866 saylı kredit razılaşması üzrə 30827,21 ABŞ dolları kredit borcu, 13325,06 ABŞ dolları faiz borcu, 23559,5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 67711,77 ABŞ dolları, 025R********** saylı kredit razılaşması üzrə 27655,54 ABŞ dolları kredit borcu, 11384,86 ABŞ dolları faiz borcu və 21387,44 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 60427,84 ABŞ dolları, ümumilikdə cəmi 159064 (yüz əlli doqquz min altmış dörd) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqlarının tutulması, tələbin Ağcabədi şəhəri X3 küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evinə və Ağcabədi şəhəri X3 küçəsində 0,04773 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 134,7 kv.metrdən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 159064 (yüz əlli doqquz min altmış dörd) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olun an vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı «xxxx» QSC-nin xeyrinə müştərək qaydada tutulması, Ağcabədi şəhəri X3 küçəsində 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi, Ağcabədi şəhəri X3 küçəsində 0,04773 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 134,7 kv.metrdən ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-10) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalıdır.
14. Cavabdeh3 birinci instansiya məhkəməsindəki icraatda iddianı qismən qəbul edərək cərimə borcu istisna olmaqla tələbin qalan hissədə təmin olunmasına etiraz etməmişdir.
15. Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2019-cu il tarixli ekspertiza rəyinə əsasən, Cavabdeh1 22 yanvar 2018-ci il tarixə 23.04.2013-cü il tarixli 25R000000606 saylı kredit razılaşması üzrə əsas borcu 13.774,42 ABŞ dolları, faiz borcu 6752,26 ABŞ dolları, cərimə borcu 10398.46 ABŞ dolları, 06.03.2014-cü il tarixli 25R00000İ866 saylı kredit razılaşması üzrə Cavabdeh1 iddiaçıya olan əsas borcu 30827,21 ABŞ dolları, faiz borcu 13.325,06 ABŞ dolları. cərimə borcu 23.559,5 ABŞ dolları, 18.12.2014-cıi il tarixli 025R********** saylı kredit razılaşması üzrə əsas borcu 27655,54 ABŞ dolları, faiz borcu 11384,86 ABŞ dolları, cərimə borcu 21.387,44 ABŞ dolları, cəmi 60.427,84 ABŞ dolları təşkil edir.
16. Ağdam Yasamal Rayon Məhkəməsinin (hakim M.Niftəliyev) 03 sentyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə «xxxx» QSC arasında bağlanmış 12.01.2011-ci il tarixli 25L000000038 saylı kredit xətti müqaviləsinə, 05.03.2014-cü il tarixli 38 saylı sazişə, 23.04.2013-cü il tarixli 25R000000606 saylı, 06.03.2014-cü il tarixli 25R000001866 saylı, 18.12.2014-cü il tarixli 025R********** saylı kredit razılaşmalarına, 07.04.2015-ci il tarixli 25R000000606S saylı, 07.12.2015-ci il tarixli 25R000000606SA saylı, 07.04.2015-ci il tarixli 25R000001866S saylı, 07.12.2015-ci il tarixli 25R000001866SA saylı, 07.04.2015-ci il tarixli 025R**********S saylı, 07.12.2015-ci il tarixli 025R**********SA saylı sazişlərə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə «xxxx» QSC-nin xeyrinə 25R000000606 saylı kredit razılaşması üzrə 13774.42 ABŞ dolları əsas, 6752.26 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə. 25R000001866 saylı kredit razılaşması üzrə 30827.21 ABŞ dolları əsas, 13325,06 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, 025R********** saylı kredit razılaşması üzrə 27655.54 ABŞ dolları əsas. 11384.86 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, ümumilikdə cəmi 104019 (yüz dörd min on doqquz) ABŞ dolları 35 (otuz beş) sent, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Xdə 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Ağcəbədi şəhəri X1 küçəsində 0.04773 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 134.7 kv.metrdən iba rət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, ümumilikdə olan 104019 (yüz dörd min on doqquz) ABŞ dolları35 (otuz beş) sentin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Ağcabədi şəhəri X3 küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 32944 (otuz iki min doqquz yüz qırx dörd) manat 80 (səksən) qəpik, Cavabdeh2 məxsus Ağcabədi şəhəri X1 küçəsində 0.04773 ha torpaq sahəsi və üzərində yerlə şən 1 mərtəbə 4 otaqlı ümumi sahəsi 134.7 kv.metrdən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 18145 (on səkkiz min yüz qırx beş) manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 «xxxx» QSC-nin xeyrinə müştərək qaydada tutulması, Ağcabədi şəhəri X2 küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi, Ağcabədi şəhəri X3 küçəsində 0.04773 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi s ahəsi 134.7 kv.metrdən ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın cərimə borcu tələbinin 25R000000606 saylı kredit razılaşması üzrə qalan 10.298,46 ABŞ dolları hissəsinin, 25R000001866 saylı kredit razılaşması üzrə qalan 23.459,5 ABŞ dolları hissəsinin, 025R********** saylı kredit razılaşması üzrə qalan 21.287,44 ABŞ dolları hissəsinin rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə mövqey ini Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Əliyeva (sədrlik edən və məruzəçi), Ç.Məmmədov və Ə.Məmmədov) 20 iyul 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, qalan hissədə qətnamənin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, evin boşaldılmasının tələb etmək hüququ ancaq mülkiyyətçiyə aiddir və cavabdehlərin özlərinin də, həmin ipoteka əmlakını açıq hərracdan ala bilməsi mümkündür. Hazırda isə iddiaçı mülkiyyətçi olmadığına görə onun belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. «xxxx» QSC kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin ipoteka predmeti olan Ağcabədi şəhəri X3 küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evin boşaldılması və Ağcabədi şəhəri X3 küçəsində 0.04773 ha torpaq sahəsi və və üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 134.7 kv.metrdən ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evin boşaldılmasının təmin edilməməsinə dair hissələrində ləğv, iddia tələbinin həmin hissələrinin təmin edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağcabədi RİHB-nın Ağcabədi Şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.03.2014-cü il tarixli arayışa əsasən Ağcabədi şəhəri, X3 küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh4 həmin fərdi yaşayış evini «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qay dada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan b iri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
27. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
28. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
29. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldı qda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlərin ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra evə istifadə hüquqlarının itirilməsi, oradan çıxarılmaları, evin boşaldılma və iddiaçıya təhvil verilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləğləri cavabdehə borc vermiş, tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın tələb hüququ cavabdehlərin bağladıqları zaminlik və ipoteka müqavilələri ilə təminat altına alınmışdır. Belə ki, Cavabdeh2 ilə bank arasında bağlanmış 12.01.2011-ci il tarixli ipoteka müqaviləsi ilə Ağcəbədi şəhəri X3 küçəsində 0,04773 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evi, Cavabdeh1 ilə bank arasında bağlanmış 05.03.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Ağcabədi şəhəri X3 küçəsində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1A saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir.
36. İddiaçı kredit borcunun tutulması və qeyd olunan ipoteka predmetlərinə yönəldilməsi ilə yanaşı, tutma yönəldildikdən və predmetlər satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi, evə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
37. Birinci instansiya məhkəməsi tərəfindən iddianın digər hissələri ilə yanaşı bu hissəsi də təmin olunmuş, lakin apellyasiya məhkəməsi həmin tələbi təmin etməmiş və mövqeyini iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır (§ 16, 18-19).
38. Kollegiya, bu məsələdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyan şəxslərdir, Cavabdeh4 isə 05.03.2014-cü ildə notarial ərizə ilə əri Cav abdeh1 məxsus olan fərdi yaşayış evinin iddiaçı bankın xeyrinə ipoteka qoyulmasına razı olduğunu, evə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. Bu ərizənin surəti mülki işə əlavə olunmuşdur.
39. Yaşayış evinin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması halında ipoteka qoyulmuş həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri qanunda da nəzərdə tutulmuşdur (§ 29).
40. Belə olan halda, Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində (§20) maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Ona görə də, həmin hissələrdə qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-669/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin.