Məhkəmə qərarları › İş №2(102)-3299/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3299/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3299/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2024 nömrəli 22 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli 04R00001294 nömrəli kredit razılaşması üzrə kreditin əsas məbləğindən 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 18290,02 ABŞ dolları, 84851,81 ABŞ dolları dəbbə pulu, 61 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın i poteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, hərracdan əldə edilmiş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ağcabədi Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 2(017)-1218/2017 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları borcun, 45 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh3 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 4 dekabr 2019-cu il 2(106)- 282/2019 saylı tarixli qətnaməsi ilə (hakimlər Etibar Camalov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və Elşad Əliyev) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları məbləğdə borcun ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 115000 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən cavabdehlər Cavabdeh4, Cavab deh1 və Cavabdeh3 (Vəkil1) məzmunu və dəlilləri əsasən eyni olmaqla ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)5800/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “kredit borcunun məbləğinin müəyyən edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

7. Ş irvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-53/2024 saylı 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən – “kredit borcunun məbləğinin müəyyən edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunması, kredit razılaşması üzrə əsas borc qismində 57951,12 ABŞ dolları və cərimə borcu qismində 1000 ABŞ dolları olmaqla, cəmi 58951,12 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Qətnamədən İddiaçı QSC (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, mübahisələndirilən qətnamənin “faiz borcu ilə bağlı təmin edilməyən” hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

9. Qətnamədən Cavabdeh4 (Vəkil1) kassasiya şikayəti verərək, mübahisələndirilən qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahi ş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2460/2024 saylı 10 iyun 2024-ci il tarixli qərardadı ilə (İ.Şəfiyev (məruzəçi hakim), Ə.Əhmədov və V.Həsənov) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)53/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı QSC (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığına, şikayətdə kassatorun nümayəndəsi haqqında məlumatlar düzgün göstərilmədiyinə görə qeyrimümkün hesab edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2024-cü il tarixli 2(106)-53/2024 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-53/2024 saylı qətnaməsindən İddiaçı QSC (vəkil Nümayəndə2) tərəfindən ver ilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. İddiaçı QSC (nümayəndəsi və vəkil Nümayəndə2) 5 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-53/2024 saylı 5 mart 2024cü il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili Nümayəndə2 həmin dövrdə elektron kabinetə əlavə edilməmiş, ona görə də kassasiya şikayətini imzalaya bilməmişdir, hazırda Ali Məhkəmənin qərarında göstərilən qüsurlar aradan qaldırılmışdır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-53/2024 nömrəli 22 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Samir M ayılov və Habil Bəhmənov) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-53/2024 saylı qətnaməsindən İddiaçı QSCnin kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi (vəsatət) rədd edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-53/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını əsaslandıra bilməmiş və bu hal iş materiallarından müəyyən edilmir. X1 Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 5 mart 2024- cü il tarixli qətnaməsindən İddiaçı QSC (vəkil Nümayəndə2) 5 i yul 2024-cü il tarixli kassasiya şikayətində əvvəlki şikayətdə yol verilən nöqsanları tam olaraq aradan qaldırmamışdır. Belə ki, hazırkı şikayətdə də “kassasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” hissəsində kassatorun nümayəndəsi Nümayəndə1 haqqında məlumatlar qeyd olunmalı olduğu halda, vəkil Nümayəndə2 məlumatları qeyd olunmuşdur. Göründüyü kimi kassasiya şikayəti peşəkar hüquqşünas (vəkil) tərəfindən tərtib edilsə də, eyni nöqsanlara təkrarən yol verilmişdir ki, bu da üzrlü hal sayıla bilməz.

16. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 26, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 402, 405.0.1, 407.3, 408.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(106)-53/2024 saylı qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında ifadə olunan mövqeyinə görə, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzrlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Ona görə də Konstitusiya Məhkəməsinin Plenumu bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

19. İddiaçı bank tərəfindən çox qısa müddət ərzində yenidən kassasiya şikayəti verilərək nöqsanlar aradan qaldırılsa da işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Bank tərəfindən ilk dəfə kassasiya şikayəti verilərkən müddət ötürülməmiş, Ali Məhkəmənin kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadı ilə tanış olaraq geri qaytarılma səbəbləri müəyyən edildikdən dərhal sonra yenidən kassasiya şikayəti ilə müraciət edilmiş və Ali Məhkəmənin qərarında qeyd edilən nöqsanlar tamamilə aradan qaldırılmışdır. Lakin apellyasiya məhkəməsi bu halların heç birini nəzərə almamışdır.

20. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam, hərtərəfli şəkildə araşdırmamışdır. İddiaçı bank tərəfindən şikayətə əlavə edilməklə elektron qaydada təqdim edilmiş sübutlara apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

24. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işd ə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

26. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

27. Maddə 408.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə və kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, bu isə düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir.

33. Belə ki, iş materialları və “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiq edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixli qətnamə iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermiş, yəni qanundan nəzərdə tutulan 2 aylıq prosessual müddəti ötürməmişdir. Həmin şikayət qanunvericilikdə nəzərdə tutulan qaydada imzalanmaması səbəbindən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, iddiaçı tərəf həmin nöqsanı eyni gündə aradan qaldıraraq yenidən kassasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilərək, kassasiya şikayəti geri qaytarılmışdır.

34. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, ş əxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş və məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddətin hakim tərəfindən müəyyən edilməlidir.

36. Apellyasiya məhkəm əsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarındakı mövqeyi nəzərə almamış və kassasiya şikayətini geri qaytararkən həmin nöqsanların aradan qaldırlması üçün ağlabatan müddət müəyyən etməmiş, iddiaçı isə qərardadın qəbul edildiyi gün nöqsanları aradan qaldırmaqla yenidən müraciət etmiş və müddətin üzürlü hesab edilməsi üçün ərizə vermişdir.

37. Apellyasiya məhkəməsi müddətin bərpasından imtina edərkən nöqsanın aradan qaldırılmadığına, yəni kassasiya şikayətində “kassasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” hissəsində kassatorun nümayəndəsi Nümayəndə1 haqqında məlumatlar qeyd olunmalı olduğu halda, vəkil Nümayəndə2 məlumatlarının qeyd olunduğuna istinad etsə də, yeni təqdim edilmiş kassasiya şikayətini Nümayəndə2 həm nümayəndə, həm də vəkil kimi imzaladığından apellyasiya məhkəməsi bu iradında haqlı olmamışdır.

38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən əvvəlcə qanunla müəyyən edilmiş müddətdə verilmiş kassasiya şikayətinin qaytarılması haqqında qərardadda qeyd edilən nöqsanı qısa müddətdə aradan qaldırıldığından iddiaçının nümayəndəsi və vəkili tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.

39. Buna görə də, iddiaçının kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(106)-53/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və onun vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinə yuxarıda şərh edilənlər və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarındakı mövqeyi nəzərə alınmaqla yenidən baxılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(106)-53/2024 saylı qərardadı ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar