Məhkəmə qərarları › İş №2(102)-33/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-33/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-33/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, X10 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X7, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə (hakim T.Mahmudova) iddia rədd edildiyi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq ümumilikdə 150 (yüz əlli) manat məbləğində pulun İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azə rbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzad ə küçəsində yerləşən 0,12 hektar torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında Cavabdeh verilmiş çıxarışın, həmçinin həmin torpaq sahəsinə dair Oktay Fətullayev adlı şəxsin adına verilmiş 23.07.15-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Suraxanı İcra Hakimiyyətinin xx xxxx 1999cu il sərəncamı və həmin sərəncama dəyişiklik edilməsi barədə xx xxxxxx 2000-ci il tarixli sərəncamı ilə X6 qəsəbəsi F.Kərimzadə küçəsi 57/4 saylı evin üst tərəfindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında torpaq sahəsi naturada Ş.İbrahimovaya təhkim edilmiş, bununla bağlı ayrılan torp aq sahəsi də daxil olmaqla ərazinin plan-xəritəsi çəkilmişdir. Qeyd edilən sənədlər əsasında Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ş.İbrahimovaya xx xxx 2002-ci ildə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Notarial qaydada təsdiq edilmiş xx xxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Ş.İbrahimova torpaq sahəsini İddiaçı satmışdır. Müqavilə əsasında N.Abbasovun mülkiyyət hüququ xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. Eyni zamanda işdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ərazidə qerləşən 0,14,5 ha torpaq sahəsinə dair Oktay Fətullayev adlı şəxsə xx xxxx 2015-ci il tarixli çıxarış verilmişdir. Çıxarışın verilməsi üçün hüquqverici sənədlər (sərəncam, qərar, alqı-satqı müqaviləsi, bağışlama müqaviləsi və s) mövcud olmamışdır. xx xxxxxxx 2015-ci il tarixli notarial qaydada edilmiş müqavilə ilə O.İbrahimov qeyd edilən torpaq sahəsini Cavabdeh satmışdır. Müqavilə əsasında Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, ümumi sahəsi 0,1455 ha təşkil edən torpaq sahəsi olduğu müəyy ən edilmişdir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı Çıxarışda MH seriyalı № ******* saylı Çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün mütəxəssis tərəfindən həmin çıxarışla torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. MH seriyalı № ******* saylı Çıxarışa əsasən mülkiyyət olan torpaq sahəsinin plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin torpaq sahəsinin RX seriyalı № ******* saylı Çıxarışla (reyestr nömrəsi **********49 olan) mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisəli faktiki ölçüsü 0,1421 ha olan torpaq sahəsinin naturada koordinatları müəyyənləşdirilmişdir (koordinatları göstərilməklə s xem əlavə edilir).Rəyə əlavə edilən, mütəxəssis tərəfindən verilmiş koordinatlarla Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən verilmiş A seriyalı, 018951 saylı, xx.xx.2015-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü”də göstərilən kod-koordinatlarla da eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixdə verilmiş ekspert rəyinə əsasən tədqiqatın nəticəsi 1-ci sual üzrə Hüquq və Torpaq Məsələləri MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli sərəncamına əsasən X4 ayrılmış və xx xxxxxx 2000-ci il tarixli akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimza də küçəsi 57/4-ci evin üst tərəfində 1200 (min iki yüz) kv.m torpaq sahəsinin natura ifadəsi ilə pay bölgüsü aparılmış və sonradan xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (MH seriyalı ******* №-li çıxarış) mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Fərman Kərimzadə küçəsində yerləşən 1200 (min iki yüz) kv.m torpaq sahəsinin yeri və kod koordinatları müəyyənləşdirilərkən, həmin torpaq sahəsinin iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir; 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən Cavabdeh verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı № ******* saylı Çıxarış və İddiaçı verilmiş MH seriyalı № ******* saylı Çıxarış ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin üst-üstə düşdüy ü müəyyən olunur. Mütəxəssis bu rəyi Reyestr xidmətinin məlumat bazasına girmədən verdiyindən apellyasiya instansiaysı məhkəməsi qeyd edilən rəyi sübut kimi qəbul etməmişdir. İddiaçı bildirir ki, 2017-ci ilin avqust ayının ortalarında mülkiyyətində olan torpaq sahəsinə baş çəkərkən ona məlum oldu ki, ona məxsus torpaq sahəsində qanunsuz olaraq tikinti işləri həyata keçirilir. Belə olan halda tərəfindən torpağı zəbt edən şəxsə xəbərdarlıq edildikdə, həmin şəxs torpağın onun mülkiyyətində olduğunu bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, torpağını zəbt edən Cavabdeh həmin torpaq sahəsinə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. O, özünə məxsus torpaq sahəsinin sənədlərini 2000-ci ildən etibarən almış, cavabdehlər isə 2015-ci ildə həmin torpaq sahəsinə q anunsuz olaraq çıxarış əldə etmişlər. Bununla bağlı notariusa sorğu verildikdə məlum olmuşdur ki, ümumiyyətlə X5 ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Həmçinin torpaq sahəsinin ayrılması barədə 2000-ci ildə İcra Hakimiyyətinin aktı da vardır ki, bu da ona ayrılmış torpaq sahəsinin qanuni olmasını sübut edir. Cavabdeh bildirir ki, iddiaçının təqdim etdiyi MH seriyalı, ******* nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü 0,12 ha, ona verilən çıxarışda isə torpaq sahəsinin ölçüsü 0,1455 ha qeyd edilmişdir. Bundan əlavə, torpaq sahəsinin ona məxsus olduğunu və koordinatlarını təsdiq edən AN 018951 saylı torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Lakin iddiaçıda torpağın ölçülərini, koordinatlarını özündə əks etdirən plan və ölçü sxemi mövcud deyildir. İş üzrə mübahisə apellyasiya instans iyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun və cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşür. Ona görə də qeyd edilən torpaq sahəsi nə dair cavabdehlərin mülkiyyət hüququna dair sənədlər etibarsız sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq torpaq sahəsinin məhz ona məxsus torpaq sahəsi olduğunu sübut edə bilmədiyi üçün hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Göründüyü kimi, hazırkı işdə sübut edilməli olan əsas məsələ iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlıdır və işə baxan məhkəmələr tərəfindən bu hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələ isə xüsusi bilik sahəsinə aid olduğundan bu hal müvafiq ekspertizasının keçirilməsi ilə sübut edilə bilərdi. Belə ki, iş materiallarından görünür ki, iddiaçı kassasiya şikayətinin dəlillərində yuxarıda qeyd edilən eksp ert rəyinə etiraz edərək göstərir ki, mübahisəli torpaq sahəsini X1 almışdır və həmin torpaq sahəsinə aid bütün sənədlər, o cümlədən torpaq sahəsinin xəritəsi, torpaq sahəsinin naturada Ş.İbrahimovaya təhkim aktı və torpaq sahəsinin koordinatları barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Mülki Prossesual Məcəllənin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Deməli iş üzrə müvafiq ekspertizasının keçirilməsi məsələsi ilə tərəflərin vəsatəti ilə yanaşı işə baxan məhkəmənin özü tərəfindən qaldırıla bilərdi. Apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinə münasibətdə ekspertiza tədqiqatının aparılmasının qeyri-mümkünlüyü ilə bağlı ekspertiza idarəsinin dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-ölçü sənədi yoxdur. Ona görə də həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyildir. Halbuki işin hallarından göründüyü kimi iddiaçı torpağı ilkin mülkiyyətçi Ş.İbrahimovadan əldə etmişdir. Ş.İbrahimovaya münasibətdə torpağın plan-xəritəsi torpağın yerində təhkim aktı tərtib edilmiş və qeyd edilən sənədlər iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinin Reyestr Xidmətinin məlumat bazasına girilmədən verilməsinə görə sübut kimi qəbul edilməməsi ilə bağlı əsaslandırmanı qanuni saymır. Çünki mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə dair S.İbrahimovanın adına səlahiyyətli dövlət orqanl arı tərəfindən tərtib edilmiş sənədlərin mövcudluğu (torpağın planxəritəsi, torpağın naturada təhkim aktı) bu sahədə xüsusi biliyə malik olan ekspertin həmin sənədlər əsasında Reyestr Xidmətinin məlumat bazasına girmədən həmin torpaq sahəsinin mübahisəli əraziyə aid olub-olmamasını müəyyən etməsini istisna etməməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar