Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-330/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 vəkili X2 iştirakları ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)1025/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxxx 2008-ci il tarixli 02L000001723 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi üçün İddiaçı QSC-nin müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2011-ci, xx xxxx 2013-cü il və xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəlikl ərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. xx xxxxxx 2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin razılaşmaya əsasən cavabdeh kredit üzrə hesablanmış əsas borcu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin əlavəsi olan ödəniş planı borcalan Cavabdeh1 ilə yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmışdır. xx xxxxxx 2015-ci il tarixli, 002R**********S saylı və xx xxxx 2016-cı il tarixli, 002R**********SA saylı sazişlərlə İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, son nəticədə kreditin qalığının son ödəmə vaxtı xx xxxxxx 2017-ci il müəyyən edilmişdir. Birinci sazişə əsasən tərtib olunmuş ödəniş planı borcalan Cavabdeh1 ilə yanaşı zaminlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən, sonuncu saziş əsasında tərtib olunmuş ödəniş planı isə yalnız borcalan tərəfindən imzalanmışdır. İddiaçı QSC tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx xxxxxx 2017-ci il tarixə 12458,99 ABŞ dolları məbləğində əsas kredit borcu, 3880,51ABŞ dolları məbləğində faiz borcu və 9049,07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25388,57 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə birinci instansiya məhk əməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 22508 saylı rəyinə əsasən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 002R********** saylı kredit müqaviləsi və əlavə sazişlər üzrə xx xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı QSCyə olan borcu əsas borc üzrə 12458,99 ABŞ dolları, faiz borcu üzrə 5330,06 ABŞ dolları, cərimə borcu üzrə 6800,21 ABŞ dolları olmaqla, cəmi 24598,26 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 12458,99 ABŞ d olları məbləğində əsas kredit borcu, 5330,06 ABŞ dolları məbləğində faiz borcu və 6800,21 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24598,26 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-2745/2019 nömrəli qətnaməsi ilə (hakim A.A.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 002R********** saylı kredit razılaşması üzrə 12458,99 ABŞ dol ları məbləğində əsas kredit borcu, 3880,51 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16639,50 ABŞ dolları (ödəmə günü Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla belə, məhkəmə zaminlik müqavilələrini və kredit razılaşmasını nəzərdən keçirdikdə müəyyən etmişdir ki, zaminlər Cavabdeh2 ilə xx xxxxxx 2011-ci il tarixdə, Cavabdeh3 ilə xx xxxx 2013-cü il tarixdə və Cavabdeh4 ilə isə xx xxxxxx 2014-cü il tarixlərdə zaminlik müqavilələri bağlanmışdır. Bankla əsas borclu Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 002R********** saylı kredit razılaşması bağlanarkən zaminlər Cavabdeh2 və Cavabdeh3 ödəniş planına razılıqları alınmış, lakin kredit xətti üzrə digər zamin Cavabdeh4 razılığı alınmamışdır. Həmçinin xx xxxxxx 2015-ci il tarixli, 002R**********S saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdə isə kredit xətti üzrə zaminlər Cavabdeh4 və Cavabdeh3 dəyişikliyə razılığı alınmış, digər kredit xətti müqaviləsi üzrə zamin Cavabdeh2 razılığı alınmamışdir. Nəhayət bankla əsas borclu arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 002R**********SA saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdə isə kredit xətti üzrə zaminlərdən heç b irinin razılığı alınmamışdır. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarına, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına istinad edərək hesab etmişdir ki, əsas borclu ilə bağlanmış kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyi, onunla bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli sazişin bağlanması zamanı zaminlərin buna razılığının alınmaması (həmin sazişlə kreditin qaytarılma müddəti uzadılmışdır) həmin şəxslərin öhdəliyin əlverişsiz dəyişikliklərindən sonra hüquqi müdafiə imkanı baxımından qanuni maraqları nəzərə alınmaqla məsuliyyətlərinin artması kimi qiymətləndirilməlidir. Belə ki sonuncu, yəni kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli saziş bağlandıqdan sonra kreditin qaytarılması müddəti daha 2 ay m üddətinə uzadılmışdır. Bundan əlavə saziş üzrə ümumilikdə ödəniləcək məbləğ daha əvvəlki sazişdə 16549.71 ABŞ dolları məbləğində olmuşdursa, sonuncu sazişlə bu məbləğ 17219.04 ABŞ dolları məbləğinədək artırılmışdır. Belə olan halda zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi məsuliyyətinə Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən xitam verildiyi üçün, iddia tələbi onlara münasibətdə təmin oluna bilməz. Nəhayət məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 300 ABŞ dolları məbləğində saxlanılmalıdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC apelyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-2745/2019 nömrə li qətnaməsinin qismən - iddianın cavabdehlər (zaminlər) Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 aid təmin olunmamış hissəsinin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1025/2020 nömrəli qətnaməsi ilə (hakim F.K.Soltanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)2745/2019 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apelyas iya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı QSC kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1025/2020 qətnaməsinin ləğv edilməsi və iddianın cavabdehlər - zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və qeyri-obyektivdir. Belə ki, iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsi tətbiq edilmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il v ə xx xxxx 2019-cu il tarixli qərarları isə düzgün tətbiq olunmamışdır. Belə ki, kredit razılaşması kredit xətti ilə müəyyən olunmuş məbləğ və müddət həddində olmuş, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh2 ödəniş planına imza etməklə, müəyyən olunmuş faiz məbləğinə razılığını bildirmişlər. Həmçinin xx xxxxxx 2015-ci il tarixli sazişə zaminlər Cavabdeh4 və Cavabdeh3 razılığı alınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli sazişlə isə zaminin məsuliyyəti artmamışdır. Belə ki, müqavilə üzrə faiz dərəcələri 2,1667% olmaqla qalmış, kreditin qaytarılma müddəti və ümumi məbləğ isə zaminlik müqavilələrinin çərçivəsindən kənara çıxmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izaha tları İddiaçının İddiaçı QSC-nin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin Cavabdeh1 vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərb aycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Bir inci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, cavabdehlər tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətini iddiaçı vermiş və apelyasiya baxışının hədlərini qətnamənin iddianın zaminlərə münasibətdə təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının şikayəti təmin edilmədiyindən və iddiaçının kasasiya şikayətinin dəlilləri də məhz həmin məsələləri əhatə etdiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkə ti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən d igər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 73 9.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kr edit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barə sində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəylər i ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarlarına istinad edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, zaminlərin öhdəliklərinə xitam verilmişdir. Kasa siya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə tərtib olunmuş ödəniş planı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3, xx xxxxxx 2015-ci il tarixli saziş üzrə tərtib olunmuş ödəniş planı ilə isə zaminlər Cavabdeh3 və Cavabdeh4 tanış edilsələr də, xx xxxx 2016-cı il tarixli saziş barədə zaminlərin məlumatlandırılmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, həmin razılaşma ilə kredit müqaviləsinin qaytarılmasının son tarixi və ödənilməli olan ümumi məbləğ zaminlərin razılıq verdikləri müvafiq olaraq xx xxxxxx 2014cü il tarixli kredit razılaşması və xx xxxxxx 2015-ci il tarixli sazişə münasibətdə artmışdır. Sonuncu saziş üzrə ümumi məbləğin və kreditin qaytarılmasının son tarixinin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş hədlərdə olması isə həmin müqavilədə faiz dərəcəsinin göstərilməməsi səbəbindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə əsasən əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-1025/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-330/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-330/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver