Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3300/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun qaytarılması və tutmanın nəqli yyat vasitəsinə yönəlməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-61/2024 nömrəli qətnaməsindən iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Bank 60 ay müddətinə illik 14 faizlə cavabdehə 30200 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyə tində olan “Mersedes Benz E 200” markalı, ban nömrəsi *********, buraxılış ili 2014, qara metalik rəngli avtomobili (bundan sonra “ipoteka predmeti” və ya “avtomobil”) Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində ipoteka predmeti 35000 manat məbləğində qiymətləndirilmişdir.
3. İpoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsində qeydə alınmışdır.
4. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 14777,52 ABŞ dolları məbləğində əsas borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda, kredit borcunu tam ödəməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə əsas kredit borcu 14777,52 ABŞ dolları təşkil edir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq cavabdeh borcun qaytarılması üçün zəruri tədbirlər görməmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 2 95, 317.1, 317.2, 427.2, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4 və 465-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
9. Ağcabədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(017)-1768/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bankla cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 14777,52 ABŞ dolları məbləğində əsas kredit borcunun (ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 35000 manat olmaqla avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına kredit borcunun iddiaçıya ödənilməsi, ödənişdən artıq qala n vəsaitin cavabdehə qaytarılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Etibar Quliyev)
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, Bank cavabdehə münasibətdə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş, cavabdeh isə Bank qarşısında öhdəliklərini icra etməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələbin avtomobilə yönəldilməsi hissəsində iddia əsaslıdır Belə ki, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Qanunun 36 və 39-cu maddələrində göstərilən tələblərə riayət edilib.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülk i Məcəllənin 21.2, 385.1,421.2, 440.4, 442, 443.1, 425.1, 448.1,445.1-ci, “İpoteka haqqında” Qanunun 36.1, 36.3, 36.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən edilmiş bütün ödənişlər qanunsuz olaraq faiz və cərimə borcuna silinmiş, əsas borc qalmışdır. Məhkəmə hazırlıq iclası onun iştirakı olmadan keçirilmiş, o cümlədən, ekspertiza təyin edilməsinə dair vəsatət vermək hüququndan məhrum olmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 25 avqust 2021-ci il tarixə (maliyyə arayışının tarixinə) borcunun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı müvafiq ekspertizalar təyin etmişdir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8835 saylı rəyinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə 14777,52 ABŞ dolları əsas borcu var, faiz borcu yoxdur. 17. "xxxx" MMC-nin 24 yanvar 2024-cü il tarixli rəyinə əsasən ipoteka predmetinin real bazar dəyəri 44500 manat, likvid dəyəri 42000 manatdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-61/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - avtomobilin ilkin satış qiyməti olaraq müəyyən edilmiş 35.000 (otuz beş) manat hissəsində dəyişdirilmiş, avtomobilin ilkin satış qiyməti 42.000 (qırx iki min ) manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcləri cavabdehdən tutulmuşdur. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Cahid İmanov)
19. Apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizasını rəyinə əsasən hesab etmişdir ki, borcun məbləği hissəsində qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Çünki mühasibatlıq ekspertizasının rəyi ilə borcun məbləği təsdiqini tapmışdır. Həmçinin cavabdeh borcun məbləğinə dair apellyasiya şikayətində istinad etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi avtomobilin ilkin satış qiymətinə dair hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlili üzrə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə avtomobilin ilkin satış qiymətini ipoteka müqaviləsində göstərilən qiymətlə müəyyən etsə də, qanunvericiliyin tələblərinə görə ilkin satış qiyməti tərəflər arasında razılıq olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Avtomobilin ilkin satış qiyməti barədə hər hansı razılıq əldə olunmadığı üçün avtomobilin ilkin satış qiyməti, bununla bağlı ekspert rəyi əsas götürülməklə likvid dəyəri kimi 42000 manat müəyyən olunmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.7, 317.1, 319.1, 385.1, 442, 443.1, 448.1, 448.2, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.1, 34.1.1-ci və 34.1.3-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qi ymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin qiyməti hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsində göstərilən qiymətlə qiymətləndirmə rəyində qeyd edilən qiymət arasında kəskin fərq var. Bu isə ekspertin öz vəzifələrinə qeyri-ciddi yanaşmasını göstərir. Belə olan halda, məhkəmə həqiqətə nail olmaq üçün alternativ rəylər almalı, təkrar ekspertiza keçirməli idi. b)Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası m əhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
30. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini ipoteka müqaviləsində göstərilən qiymətlə müəyyən etmişdir. Cavabdeh borcun məbləği və i poteka predmetinin qiyməti ilə razılaşmamışdır.
31. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə qiymət verərək, mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmiş, həmin rəylərə əsasən borc məbləği hissəsində qətnaməni dəyişdirmədən saxlamış, ipoteka predmetinin ilkin satış qiymətini artıraraq likvid dəyəri ilə 42000 manat müəyyən etmişdir.
32. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası ipoteka müqa viləsində göstərilən qiymətlə qiymətləndirmə rəyində qeyd edilən qiymət arasında kəskin fərq olması, belə olan halda, məhkəmənin həqiqətə nail olmaq üçün alternativ rəylər almalı olması, təkrar ekspertiza keçirməli olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır.
34. Əvvəla, işdən görünür ki, iddiaçının nümayəndəsi qiymətləndirmə rəyinə hər hansı etiraz bildirmədən, apellyasiya baxışında avtomobilin likvid dəyərinin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, apellyasiya baxışında irəli sürülməyən dəlilin hazırkı halda irəli sürüməsi əsaslı sayıla bilməz.
35. Həmçinin məhkəmə kollegiyası bu dəlillə bağlı onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə eksper tiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
36. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir. Başqa sözlə, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
37. Məhkəmə k ollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-61/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.