Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3302/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" KB ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3302/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən və məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, İddiaçı: "xxxx" KB ASC-nin vəkili X1, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(107)1601/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayət i üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, "xxxx" KB ASC məhkəmədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, onlardan 2.894,33 manat kredit borcunun tutulub "xxxx" KB ASC ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 11 “A” fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh1 məhkəmədə "xxxx" KB ASC qarşı qarşılıqlı iddia verərək, sonuncudan artıq ödədiyi 2.644,84 manat və dəymiş mənəvi ziyana görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.M.Hüseynov) ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilərək, "xxxx" KB ASC artıq ödənilmiş 2.644,84 manat pulun tutulub Cavabdeh1 verilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 16 sentyabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərə findən Cavabdeh1 istehlak məqsədilə 60 ay müddətinə, yəni 16 sentyabr 2019-cu il tarixədək əlavə kredit müqaviləsi bağlamaq şərti ilə 30.000 manat kredit verilməsi nəzərdə tutulub. 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədilə 30 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 11 “A” saylı fərdi yaşayış evi "xxxx" KB ASC xeyrinə ipoteka qoyulub. Eyni zamanda əsas və əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icr asının təmin edilməsi üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə 16 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. İşə əlavə edilmiş sübutlara, o cümlədən ekspertlərin rəylərinə görə Cavabdeh1 tərəfindən "xxxx" KB ASC 2.644,84 manat artıq ödəniş edilib. Cavabdeh1 heç bir borcu olmadığına görə ilk iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də ilk iddia tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində də rədd edilməlidir. Həmçinin, Cavabdeh1 "xxxx" KB ASC təqsiri üzündən ona 5.000 manat mənəvi zərər dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən qarşılıqlı iddia 2.644,84 manat pulun "xxxx" KB ASC tutulub Cavabdeh1 verilməsi hissəsində qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 739-cu maddələrinin və di gər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. "xxxx" KB ASC apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 2.863,62 manat pulun tutulub "xxxx" KB ASC ö dənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 11 “A” saylı fərdi yaşayış evinə yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə hərracdan satılması, satış həyata keçildikdən sonra Cavabdeh1 və Cavabdeh2 həmin evdən ən geci 1 ay ərzində çıxarılmaları və ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd olunması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 16 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədilə 60 ay müddətinə, yəni 16 sentyabr 2019-cu il tarixədək əlavə kredit müqaviləsi bağlamaq şərti ilə 30.000 manat kredit verilm əsi nəzərdə tutulub. 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədilə 30 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 11 “A” saylı fərdi yaşayış evi "xxxx" KB ASC xeyrinə ipoteka qoyulub. Eyni zamanda əsas və əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə 16 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Birinci instansiya məhkəməsi ilk iddian ı təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, sözügedən kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 19 oktyabr 2014-cü ildən başlayaraq hər ay 670 manat olmaqla 19 mart 2017-ci il tarixədək illik 24 faiz dərəcəsi ilə 15.000 manata görə "xxxx" KB ASC 5.095,79 manat faiz, ümumilikdə isə 20.095,79 manat ödəməyi öhdəsinə götürüb. Qeyd olunan müqavilə şərtlərinə baxmayaraq, Cavabdeh1 19 oktyabr 2014-cü il tarixdən başlayaraq hər ay 670 manat olmaqla, 19 mart 2017-ci il tarixədək "xxxx" KB ASC ümumilikdə 20.095,79 manat ödəməli olduğu halda, buna əməl etməyib və nəticədə onun barəsində cərimə tətbiq edilib. 12 noyabr 2020-ci il tarixli ekspert rəyinə görə sözügedən k redit müqaviləsi üzrə Cavabdeh1 09 oktyabr 2019-cu il tarixə "xxxx" KB ASC ödənilməmiş ümumilikdə 2.863,62 manat əsas borcu var. Eyni zamanda kredit müqaviləsi üzrə cərimə faizi cərimə hesabından çıxarışda və maliyyə arayışında göstərildiyi kimi minimum 180 faiz dərəcəsi ilə hesablanıb və Cavabdeh1 kredit müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi üçün gecikdirdiyi ödənişlər cəriməyə hesablanıb və sonda onun "xxxx" KB ASC ödənilməmiş 2.863,62 manat əsas borcu qalıb. Ona görə də ilk iddia qismən təmin edilməli və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi ndə icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izaha t verdi. İddiaçı "xxxx" KB ASC-nin vəkili Zaur Osmanov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq no rmalarının tələblərini pozub. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, bank borclu Cavabdeh1 istehlak məqsədilə 60 ay müddətinə, yəni 16 sentyabr 2019-cu il tarixədək əlavə kredit müqaviləsi bağlamaqla 30.000 manat kredit verməyi öz öhdəsinə götürüb. 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh1 istehlak məqsədilə 30 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 15.000 manat kredit verilib. Sözügedən əsas və əlavə kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, borcl u Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 235,7 kv.metr, yaşayış sahəsi 45,2 kv.metr, yardımçı sahəsi 190,5 kv.metr olan fərdi yaşayış evi "xxxx" KB ASC xeyrinə ipoteka qoyulub. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilib. Eyni zamanda sözügedən əsas və əlavə kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 16 sentyabr 2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə zamin kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini öz öhdələrinə götürüblər. Hazırda, "xxxx" KB ASC ilk iddia tələbinin dəqiqləş dirilməsi barədə sonuncu ərizəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2.894,33 manat kredit borcunun tutulub banka ödənilməsini, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan Mingəçevir şəhəri, D.Əliyeva küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 11 “A” fərdi yaşayış evinə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməklə hərracda satılmasını və satışdan əldə olunmuş vəsait hesabına banka olan kredit borcunun ödənilməsini, ipoteka predmeti satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılmalarını iddia edir. Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsində "xxxx" KB ASC ödənilməmiş kredit borcunun olmadığını, əksinə 2.644,84 manat artıq ödəniş etdiyini göstərib, sonuncudan artıq ödədiyi vəsaitə görə 2.644,84 manat, dəymiş mənəvi zərərə görə 5.000 manat pulun tutmasını iddia edir. Həmçinin, işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2018-ci il tarixli ekspert rəyinə görə, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 31 yanvar 2017ci il tarixə banka olan əsas borcu 8.400,05 manat, faiz borcu 622,71 manat olmaqla, cəmi 9.022,76 manat təşkil edir. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 tərəfindən 05 yanvar 2017-ci il tarixdən sonra banka 8.652,40 manat ödəniş edilib. Lakin ekspertin qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 05 yanvar 2017-ci il göstərildiyindən, 8.652,40 manat məbləğində ödəniş nəzərə alınmayıb. Eyni zamanda sözügedən kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmayıb. Həmin Mərkəzin digər 20 sentyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 05 yanvar 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 486,38 manat; 19 mart 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 907,88 manat təşkil edir. 10 dekabr 2018-ci il tarixə Cavabdeh1 tərəfindən banka 499,77 manat artıq ödəniş edilib. Qeyd olunan kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh1 barəsində cərimə borcu hesablanmayıb. Həmin Mərkəzin digər 03 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 05 yanvar 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 486,38 manat; 19 mart 2017-ci il tarixə əsas borcu 8.543,89 manat, faiz borcu 907,88 manat təşkil edir. 09 oktyabr 2019-cu il tarixə Cavabdeh1 tərəfindən banka 2.644,84 manat artıq ödəniş edilib. Qeyd olunan kredit müqaviləsi üzrə 19 mart 2017-ci il tarixdən sonra Cavabdeh1 tərəfindən 2.145,08 manat ödəniş edilib. Həmin ödəniş nəzərə alındıqda Cavabdeh1 tərəfindən 2.644,85 manat artıq ödəniş edilib. Bundan başqa, sözügedən kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh1 barəsində cərimə borcu hesablanmayıb. Həmçinin çıxarış məlumatlarına əsasən, Cavabdeh1 tərəfindən aparılmış ümumi ödəniş 25.699,39 manat təşkil edir. Həmin Mərkəzin digər 12 noyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh1 09 oktyabr 2019-cu il tarixə banka ödənilməmiş 2.863,62 manat əsas, 0,00 manat faiz borcu olmaqla, cəmi 2.863,62 manat kredit borcu var. Həmin müqavilə üzrə cərimə faizi cərimə hesabından çıxarışda və maliyyə arayışında göstərildiyi kimi minimum 180 faiz dərəcəsi ilə hesablanılıb. Əvvəla, işdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 60 ay müddətində, 30.000 manata dair əsas kredit müqaviləsi bağansa da, sonuncuya 30 ay müddətinə, illik 24 faizlə 15.000 manat kredit həmin müqaviləyə əsasən deyil, onlar arasında sonradan bağlanmış 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə verilib. Həmin müqavilənin müddəti isə 19 mart 2017-ci il tarixdə bit ib. Apelyasiya instansiyası məhkəməsi, "xxxx" KB ASC təqdim etdiyi hesabdan çıxarış məlumatlarına, maliyyə arayışına, habelə Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli sonuncu ekspert rəyinə istinad edərək Cavabdeh1 09 oktyabr 2019-cu il tarixə "xxxx" KB ASC ödənilməmiş 2.863,62 manat kredit borcunun olması qənaətinə gələrkən, sonuncu ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinin müddətinin əslində 19 mart 2017-ci il tarixdən bitməsini, ekspertin rəyində isə kredit borcunun 09 oktyabr 2019-cu il tarixə hesablanmasını nəzərə almayıb. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014 -cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kre ditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi mülki qanunvericiliyə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malikdir. Digər tərəfdən, Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2018-ci il, 20 sentyabr 2019-cu il və 03 fevral 2020-ci il tarixli digər ekspert rəyləri ilə müəyyən olunur ki, borclu Cavabdeh1 19 mart 2017-ci il tarixə "xxxx" KB ASC ödənilməmiş əsas borcu 8.543,89 manat, faiz borcu 907,88 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə 19 mart 2017-ci il tarixdən sonra Cavabdeh1 tərəfindən 2.145,08 manat ödəniş edilib. Həmin ödəniş nəzərə alındıqda Cavabdeh1 tərəfindən "xxxx" KB ASC cəmi 2.644,85 manat artıq ödəniş edilib. Kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimə hesabı və cərimənin hesablanması qaydası göstərilmədiyindən Cavabdeh1 barəsində cərimə borcu hesablanmayıb. Həmçinin çıxarış məlumatlarına əsasən, Cavabdeh1 tərəfindən aparılmış ümumi ödəniş 25.699,39 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli sonuncu ekspert rəyi, habelə "xxxx" KB ASC məhkəməyə təqdim etdiyi hesabdan çıxarış məlumatları, maliyyə arayışı ilə əsaslandırmağa çalışsa da, həmin Mərkəzin digə r 28 noyabr 2018-ci il, 20 sentyabr 2019cu il və 03 fevral 2020-ci il tarixli ekspert rəylərini nəyə görə mötəbər sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmayıb. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bundan başqa, "xxxx" KB ASC məhkəməyə təqdim etdiyi hesabdan çıxarış məlumatlarına və sözügedən ekspert rəylərinə görə, Cavabdeh1 "xxxx" KB ASC cəmi 15.000 manat kredit borcuna görə sonuncuya 2.644,85 manat artıq olmaqla bütövlükdə 25.699,39 manat ödəniş edib. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən bu hala da diq qət yetirməyib və Cavabdeh1 ödədiyi ödənişlərin əslində 180 faiz dərəcəsi ilə hesablanmış cərimə borcuna silinməsini nəzərə almayıb və ümumiyyətlə qarşılıqlı iddianı nəyə görə bütövlükdə rədd etməsini qətnamədə kifayət qədər əsaslandırmayıb. Belə ki, apelyasiya instansiyası məhkəməsi, istinad etdiyi sözügedən ekspert rəyində qeyd olunan kredit müqaviləsi üzrə cərimənin 180 faiz dərəcəsi ilə hesablandığını göstərsə də işdə, Cavabdeh1 "xxxx" KB ASC ödədiyi kredit borcunun hansı hissəsinin cəriməyə silinməsini, hesablanmasını özündə ehtiva edən heç bir yazılı sübut, o cümlədən ekspert rəyi yoxdur və ümumiyyətlə hesablanmış cərimənin Mülki Məcəllənin 462, 467-ci maddələrinin tələblərinə uyğun olubolmaması kifayət qədər araşdırılmayıb. Halbuki, həmin maddələrin mənasına görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora cərimə və ya peniya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunveri ciliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Öhdəliklərin təmin edilməsi üsulu olan dəbbə pulunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, dəbbə pulu kimi müəyyən edilmiş pul məbləğinin ödənilməsi öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında zərərin dəyib-dəyməməsindən bir qayda olaraq asılı deyil. Dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu halda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşması əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsində şərtləndirilmiş cərimənin minimum 180 faiz dərəcəsi ilə hesablanmasının Mülki Məcəllənin tələblərinə uyğun, habelə işin halları nəzərə alınmaqla hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olub-olmaması və bunun "xxxx" KB ASC əmlak mənafelərinə, bütün əsaslı mənafelərinə uyğun olub-olmaması bir daha yoxlanılmalı və yalnız bundan sonra ilk və qarşılıqlı iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulub. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16. 1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki halların ı və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayətləri təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(107)-1601/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüv
Məhkəmə qərarları › İş №2(102)-3302/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3302/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver