Məhkəmə qərarları › İş №2(102)-3302/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3302/2022

08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3302/2022 08.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3302/2022 Açar sözlər: əsassız varlanma Bakı şəhəri, 08 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1167/2022 nömrəli mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq,aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İşə mahiyyəti DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX №1011627 saylı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 43,5 kv. metr olan sahə mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bundan əlavə, 8 kv.metr sahədən ibarət təsərrüfat anbarı Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 14 noyabr 2017-ci il tarixli 77 saylı qərarı ilə onun adına rəsmiləşdirilmişdir.

3. İddiaçı həmin sahələri müqavilə əsasında Cavabdeh icarəyə vermişdir.

4. Bakı şəhər Nizami Rayon məhkəməsinin 2(007)-1003/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh ona məxsus olan bütün əşyaları ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzildən və təsərrüfat anbarından çıxarılması, Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi zərərə görə 9909 (doqquz min doqquz yüz doqquz) manat tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi qət olunmuş, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1185/2019 saylı 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1003/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4846/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmışd ır. 7. xx.xx.2019-cu il tarixli akta əsasən, Nizami Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsi həmin tarixdə tamamilə boşaldaraq mülkiyyətçiyə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş 15000 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış 01 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən o mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən qeyri-yaşay ış sahəsini icarəyə vermişdir. İcarə müqaviləsi üzrə cavabdeh ona hər ay 700 manat icarə haqqı ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Cavabdeh müqavilənin şərtlərini icra etmədiyinə görə AR Mülki Məcəlləsinin 685-ci maddəsinin tələblərinə müvafiq olaraq icra müqaviləsinə 03 noyabr 2017-ci il tarixindən etibarən xitam vermiş və cavabdehə qarşı borcların ödənilməsi və obyekti tərk etməsi barədə tələb irəli sürmüşdür. Lakin, cavabdeh borcları ödəməkdən və obyekti boşaldıb tərk etməkdən imtina etmişdir. Bu azmış ki, cavabdeh özbaşınalıq edərək 19 noyabr 2017-ci il tarixində fiziki şəxs Ofilə Allahverdiyevaya 300 manat müqabilində icarəyə verdiyi təsərrüfat anbarından istifadə etməyinə qəsdən man e olmuşdur. Cavabdeh icarəçini sıxışdırıb həmin anbardan çıxarmış və həmin sahəni qanunsuz ələ keçirmişdir. Bu hərəkətləri ilə cavabdeh ona əlavə maddi ziyan vurmuşdur. Cavabdehin qanunla qadağan edilmiş özbaşına hərəkətlərinin qarşısının alınması üçün o Nizami rayon məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Nizami rayon məhkəməsinin icra vərəqəsinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra işi başlanmışdır. İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 31 oktyabr 2019-cu il tarixdə cavabdeh öz əşyaları ilə birlikdə hər iki obyektdən icbari qaydada çıxarılmış, həmin tarixdən obyektlər ona təhvil verilmiş və bu barədə icra məmuru tərəfindən 31 oktyabr 2019-cu il tarixli AKT tərtib edilm işdir. Nizami rayon məhkəmənin qətnaməsi ilə müəyyən olunur ki cavabdehin ona vurduğu maddi ziyan (əldən çıxmış fayda) 2018-ci ilin avqust ayına qədər hesablanmış və yalnız həmin müddət üçün ziyanın ödənilməsi qət edilmişdir. Lakin, göstərilən tarixdən 31 oktyabr 2019-cu il tarixinə qədər cavabdeh ona obyektləri təhvil verməkdən imtina etmiş və bu hərəkətləri ilə ona ziyan vurmağa davam etmişdir. Ona görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, həmin dövr üçün də maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir. 2018-ci ilin avqust ayından başlayaraq hər iki obyektin ona rəsmi təhvil verildiyi 31 oktyabr 2019-cu il tarixinə qədər cavabdehin ona vurduğu maddi ziyan (əldən çıxmış fayda) aşağıda qaydada hesablanmalıdır. Qara Qarayev prospekti ev 22 mənzil 32 ünvanda yerləşən qeyri -yaşayış sahəsinin itirilmiş icarə haqqı -10 500 manat (700 AZN x 15 ay = 10 500 manat), təsərrüfat anbarının itirilmiş icarə haqqı- 4 500 (300 AZN x 15 ay= 4 500 AZN). Beləliklə, cavabdehin ona vurduğu maddi ziyanın ümumi məbləği 15 000 manat təşkil edir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.X.Mirzəyev) 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15.000 manat məbləğində maddi ziyan İddiaçı xeyrinə tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Nizami Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli akta əsasən həmin tarixdə qeyri-yaşayış sahəsi tamamilə boşaldaraq mülkiyyətçiyə təhvil verilmişdir. Cavabdeh həmin tarixədək iddiaçıya zərər vurmaqda davam etmişdir. Ona görə də 2018ci ilin avqust ayından xx.xx.2019-cu il tarixədək olan dövr üçün dəymiş ziyanı ödəməlidir. Vurulmuş zərərin hesablanması qaydası Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)1003/2018 saylı iş üzrə qəbul etdiyi qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hesablandığı üçün hazırkı iş üzrə zərər eyni qaydada hesablanmalıdır: Qara Qarayev prospekti ev 22 mənzil 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə icarə haqqı -10 500 manat (700 AZN x 15 ay = 10 500 manat), təsərrüfat anbarına görə icarə haqqı- 4 500 (300 AZN x 15 ay= 4 500 AZN). Beləliklə, vurulmuş maddi ziyanın ümumi məbləği 15 000 manat təşkil edir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2ci,1096.1-ci.1097.1-ci maddələrinə,«Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına və məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə qətnamə ləğv olunaraq iddia rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, o, Nizami rayon məhkəməsinin qətnaməsindən yuxarı instansiya məhkəmələ rinə şikayətlər etmişdir. Şikayətlərin verilməsini əhatə edən və sahənin boşaldımasına dair icra hərəkətlərinə qədərki dövr üçün cavabdeh tərəfindən iddiaçıya həmin sahəni icarəyə verməklə pul qazanmasına imkan verməməsi və bununla əlaqədar iddiaçıya güman edilən əldən çıxmış fayda olaraq 15000 manatın tutulması əsassızdır. İddiaçının əri Talib Hacıyevlə aralarında yaranmış münaqişə zəminində o, Qara Qarayev pr. ev 22, 32 saylı mənzili tərk edərək bu barədə iddiaçıya məlumat vermişdir. 2017-ci ilin sentyabr ayından həmin sahədən istifadə edə bilməmişdir. İcra prosesi zamanı müəyyən olunmuşdur ki, icarə sahəsində istifadə etdiyi ona məxsus avadanlıqları iddiaçı və əri həmin 8 kv.m. sahəyə yerləşdirmişlər. "İcarə pulu verməyincə" həmin avadanlıqları sahədən çıxarmağa imkan verməyəcəklərini bildirmişlər və avadanlıqların həmin sahədə qalması müddətini özləri uzatmışlar. Nəticədə ona məxsus avadanlıqlar köhnəlmiş, yararlılığını itirmişlər. İcra orqanı qətnaməni icra edərkən həmin sahənin qıfılını sındırmış və ona məxsus avadanlıqları çıxararaq sahəni boşaltmışlar. Qıfılın açarı isə onda olmamış, iddiaçıda olmuşdur. Avadanlıqların çıxarılması icra məmuru tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir. O, 40 kv.m sahədən özü çıxıb getdiyi halda və 8 kv.m sahənin qıfılının iddiaçıda olduğu bir vəziyyətdə həmin sahədən "çıxmamaqla” onun icarəyə verilməsinə maneçilik törətməsi barədə iddiaçının mülahizələri və həmin mülahizələrə əsaslanan məhkəmənin gəldiyi nəticə tam əsassızdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1167/2022 saylı mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayətinin təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd edilmişdir.

16. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehin ona verilmiş prosessual hüquqdan istifadə etməklə məhkəmə qətnaməsini mübahisələndirməsi, ona qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas ola, sübuta yetirilməyən tələb əsaslı sayıla bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin ol unması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, vurulmuş ziyan tam həcmdə ödənilməlidir. Hazırkı iş üzrə vurulmuş maddi ziyan müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində əmələ gəlmişdir.Belə ki,cavabdeh icarə haqqının ödənilməsinə dair müqavilə öhdəliklərini icra etməmiş və bu hərəkətləri iddiaçıya real zərər vurmuşdur. Bundan əlavə, icarə müqaviləsi ləğv edildikdən sonra cavabdeh uzun müddət icarəyə götürdüyü obyektləri boşaldıb ona təhvil verməkdən imtina etmiş,oradan anbar kimi istifadə edərək şəxsi əşyalarını saxlamağa davam etmişdir.Yalnız icra məmurunun gördüyü tədbirlər nəticəsində cavabdeh obyektləri boşaldıb akt üzrə iddiaçıya təhvil vermişdir.Bu hərəkətləri ilə cavabdeh əldən çıxmış fayda kimi ona zərə r vurmuşdur.Belə ki,cavabdehin qanunsuz (təqsirli)əməlləri üzündən, iddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilməmiş və üzərində sərəncam vermək hüququndan da məhrum olmuşdur.İcarə obyektləri Qara Qarayev metrosunun çıxışında əsas yolun üzərində əlverişli yerdə yerləşdiyi üçün oranı yüksək qiymətlə icarəyə verib gəlir əldə etmək mümkündür.Real zərər və əldən çıxmış fayda formasında ona vurulmuş ziyan bilavasitə cavabdehin təqsirli əməlləri nəticəsində baş vermişdir,yəni vurulmuş ziyan cavabdehin əməlləri ilə səbəbli əlaqədədir. Bu fakt bütün məhkəmələr üçün preyudisial xarakterə malik olan Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-1003/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir.(həmin qətnamə apelyasiya instansiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəy işdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir).

19. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehin təqsiri tam sübut olunmuşdur. Lakin ziyanın vurulması uzanan xarakter daşıdığı üçün, məhkəmə qətnaməsindən sonra da ziyanın vurulması davam etmiş və cavabdehin mülki hüquq pozuntusuna xx.xx.2019-cu il tarixdə son qoyulmuşdur, həmin tarixdə məhkəmənin icra vərəqəsinə əsasən cavabdeh Nizami rayon icra məmurları tərəfindən zorla obyektdən çıxarılmışdır və bu barədə rəsmi akt tərtib etmişlər. Deməli, maddi ziyanın vurulması həmin aktın tərtib edildiyi xx.xx.2019-cu il tarixə kimi davam etmişdir. İddiaçının tələbi də həmin tarixə qədər vurulmuş zərərin ödənilməsi barədədir.

20. Bakı apellyasiya məhkəməsi onun üçün preyudisial xarakterə malik Nizami rayon Məhkəməsinin qanuni qüvvəyə m inmiş xx.xx.2018-ci il tarixli 2(007)-1003/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş faktları qəbul etməmiş və formal mülahizələrə istinadən belə nəticəyə gəlmişdir ki,guya ki, iddiaçı vurulmuş ziyanın mövcud olmasını sübuta yetirə bilməmiş, vurulmuş maddi ziyan cavabdehin əməlləri ilə səbəbli əlaqədə deyil, iddia tələbi qanun müddəasının hüquqi nəticələri ilə üst-üstə düşmür. Bu hərəkətləri ilə məhkəmə aşkar faktları inkar etmişdir. Halbuki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyan göz qabağındadır, bu Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən edilmiş faktlar məhkəmələr üçün sübut əhəmiyyətinə malik olan iclas protokolunda əks edilmiş sübutlarla, habelə icra məmurunun xx.xx.2019-cu il tarixli aktı ilə tam təsdiq olunur.

21. İd diaçı apelyasiya şikayətində Mülki Məcəllənin 21, 443, Mülki Prosessual Məcəllənin 82, 418-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. İddiaçının eyniməzmunlu tələbi Bakı şəhər Nizami Rayon məhkəməsinin 2(007)1003/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və məhkəmə aktı qanuni qüvvəsini almışdır.

35. Hazırda iddiaçı həmin qətnamədən sonrakı (daşınmaz əşya ona qaytarıldığı tarixədək) dövr üçün eyni tələbi irəli sürür.

36. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, tərəflər arasında icra hüquq münasibətləri mövcud olmuş və bu münasibətlər çərçivəsində daşınmaz əşyalar cavabdehin sahibliyinə verilmişdir. Sonradan icarə müqaviləsi ləğv edilmiş və qeyd edilən məhkəmə qətnaməsi ilə cavabdehin həmin sahələrdən çıxarılması qət olunmuşdur. Başqa sözlə, cavabdehin sözügedən sahələr üzərindəki sahibliyinin hüquqi əsası olan müqavilə aradan qalxmışdır.

37. Məlum olduğu kimi, müqavilə ləğv o lunduqdan və sahibə müvafiq bildiriş verildikdən sonra onun sahibliyi qanunsuz və vicdansız sahiblik hesab edilir. Bu səbəbdən Mülki Məcəllənin 157-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ (157.2) ilə yanaşı, vicdansız sahibin əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəmək vəzifəsi nəzərdə tutulmuşdur (§ 23).

38. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (§ 24-25).

39. İcarə münasibətinə dair hüquqi əsas – müqavil ə sonradan aradan qalxdığı (ləğv edildiyi) halda qanunsuz sahibin əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir. Çünki, bu halda qanunsuz sahib həmin əmlaka olan mənfəətini təmin etmək üçün zəruri olan xərclərdən azad olmaqla (bu xərclərə qənaət etməklə) bu mənafeyini mülkiyyətçinin əmlakı hesabına təmin etmiş olur. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 26).

40. Qanunsuz sahibin ona qarşı yönəlmiş iddia tələbinə etiraz etməsi, daşınmaz əmlakdan çıxarılması barədə qətnamədən şikayət verməsi yuxarıda göstərilən hüquqi vəziyyəti dəyişmir.

41. Bu baxımdan hazırkı iş üzrə cavabdehin prosessual hüququndan istifadə etməklə Bakı şəhər Nizami Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini mübahisələndirməsinin iddiaçının mövcud tələbinin rədd edilməsinə əsas olması barədə apellyasiya kollegiyasının mövqeyi hər hansı bir maddi hüquq normasına söykənmir.

42. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 2930).

43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 2(103)-1167/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar