Məhkəmə qərarları › İş №2(102)-3302/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3302/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3302/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, 3-cü şəxs X7 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3302/2023 Açar sözlər: qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun müəyyən edilməsi və tanınması, sübutetmə yükü, yazılı sübutların mötəbərliyi Bakı şəhəri, 20 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafıq qızı, X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdeh "xxxx" X2 (hazırkı Cavabdeh1nə) qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələ rin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(104)-150/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X7 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin kserosurətindən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətind ə “Sifarişçi” X7 oğluna mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2 -dir və müqavilənin qiyməti 246.600 manat olmuşdur. Həmin kserosurət müqavilə xx.xx.2012-ci ildə əsli ilə düzdür yazılmış müqavilədən kserosurət olunmuşdur.( iş vərəqə 123-124) 2. "xxxx" X1 xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, X7 oğlunun Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 A saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və xx.xx.2007-ci il tarixə firmaya borcu yoxdur. Ödənişlər sənədindən görünür ki, xx.xx.2007ci ildə 246.600 manat ödəniş qeydi olunmuş dur. ( İş vərəqə 125-126, həmin sənədlər kserosurətdir.) 3. 24 may 2014-cü il tarixli çox mənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyriyaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı1 mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2-dir və müqavilənin qiyməti 246600,00 manat olmuşdur.( Müqavilənin əsli məhkəmə kollegiyasına təqdim edilmişdir.) 4. "xxxx" X1 maliyyə arayışından görünür ki, İddiaçı1 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və xx.xx.2014-cü il tarixə firmaya borcu yoxdur.

5. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli “ 2019-cu il yanvarın 1-dək mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”dən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx. 2020-ci il tarixli 05 saylı Qərarı ilə, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 50, 2 ədəd 1 girişli, zirzəmili, 10 mərtəbəli (korpus 1 və 3) və 2 girişli, zirzəmili 10 mərtəbəli (korpus 2) yaşayış binalarının istismarına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 cavabdeh "xxxx" X2 (hazırkı Cavabdeh1nə) qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaş ayış sahəsində istifadə və sahiblik etmək üçün cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı1 maneələrin yaradılmasının qadağan edilməsi, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyriyaşayış sahəsinin İddiaçı1 Ağalı oğluna təhvil verilməsi, 24000 manat əldən çıxmış faydanın, 460 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh “KAT- 2020" Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı1 Ağalı oğluna ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2014-cü il tarixli müqaviləyə əsasən “Podratçı” "xxxx" X4 (VÖEN **********), hazırda Cavabdeh1 Mənzit-Tikinti Kooperativi Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanın da 1 saylı yaşayış binasında, 1ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsini 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı1 təhvil verilməli idi. Müqavilənin 3-cü bəndinə əsasən binanın qeyriyaşayış sahəsinin 1 kv.m. qiyməti 1800 (min səkkiz yüz) manat olmaqla 137 kv.m. üçün 246600 (iki yüz qırx altı min altı yüz) manat təşkil etmişdir. Sifarişçi İddiaçı1 tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə tam əməl etməklə qeyri-yaşayış sahəsi üçün tələb olunan 246600 (iki yüz qırx altı min altı yüz) manat pulu "xxxx" X2 (hazırda Cavabdeh1 MTK) tam şəkildə ödəmiş, bu barədə müvafiq arayış verilmişdir. Podratçı tərəfindən verilmiş arayışdan göründüyü kimi, İddiaçı1 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış old uğu qeyriyaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və xx.xx.2014-cü il tarixə borcu yoxdur. Lakin cavabdeh göstərilən Müqavilə şərtlərinin tələblərini kobud şəkildə pozaraq sözügedən qeyri-yaşayış sahəsini bu günə qədər İddiaçı1 təhvil verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin təhvil verilməsi təmin edilməmişdir. Sonuncu dəfə cavabdehə 28 yanvar 2021-ci il tarixində yazılı pretenziya verilmiş, lakin cavabdeh növbəti dəfə də Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı1 sahiblik və istifadə hüququnun mövcud olduğu halda əmlakı ona təhvil verməmiş, qeyri-yaşayış sahəsinə daxıl olmaq üçün şərait yaratmamış, pretenziyaya cavab belə ver məmişdir, buna görə də qeyri-yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək üçün yaradılan maneələr cavabdehə qadağan edilməli, qeyriyaşayış sahəsi ona təhvil verilməli, əmlak vaxtında təhvil verilmədiyinə görə ona vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsinin vaxtında, yəni 24 may 2016-cı il tarixində təhvil vermiş olsaydı, iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə edə bilərdi, 137 kv.m. sahə üçün icarə haqqı ən azı bir ay üçün 500 (beş yüz) manat təşkil edərdi, bu məbləği 48 (qırx səkkiz) ay üçün hesablandıqda 24000 (iyirmi dörd min) manat təşkil edir. Bundan başqa, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkil bürosu ilə 25 yanvar 2021-ci ildə Müqavilə imzalanmış, vəkil haqqı olaraq 460 manat ödəniş aparılmışdır.

8. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 9. 3-cü şəxs X7 oğlu məhkəmə iclasında bildirdi ki, həmin mübahisə predmeti olan Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsini xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 246600 manata almış və həmin 1a saylı qeyri-yaşayış binası onun sahibliyindədir. İddiaçıya məxsus olan 1 saylı qeyri-yaşayış sahəsi onlara aid binada deyil. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)776/2022 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia tə ləbi qismən təmin edilmiş, Gəncə şəhəri H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı1 sahibliyinə təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MənzilTikinti Kooperativinin ("xxxx" X1) üzərinə qoyulması, Cavabdeh1 ("xxxx" X1) məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 460 manat (dörd yüz altmış) manatın tutularaq, İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehlə aralarında bağlanmış qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair podrat müqaviləsinin şərtlərinə görə iddiaçı müəyyənləşdirilmiş muzdu ödəməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş qeyriyaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi öz öhdələrinə götürmüşdür. İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tam həcmdə ödədiyindən qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də Gəncə şəhəri, H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı1 sahibliyinə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" X1 (hazırkı Cavabdeh1 MənzilTikinti Kooperativinin) üzərinə qoyulmalıdır. İddianın digər hissələri isə əsassız hesab edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752 və 425.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Üçüncü şəxs X7 oğlu oğlu apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən əmlak 18 may 2007-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən əmlakın dəyəri tam ödənilməklə, 246600 manata ona satılmışdır. Həmin əmlak onun faktiki olaraq istifadəsindədir, başqa şəxslərə icarə əsasında istifadəyə verilmişdir. O, həmin əmlaka böyük məbləğdə vəsait xərcləyərək, təmir etdirmişdir. Müqavilə ilkin olaraq 2007-ci ildə onunla bağlanmışdır. 2014-cü ildə isə iddiaçı ilə bağlanmışdır. Bu baxımdan, sonrakı müqavilə öz-özlüyündə əhəmiyyətsizdir. Onda olan məlumata görə, iddiaçının tələb etdiyi əmlakın yerləşdiyi bina hazırda mövcud deyildir. Yalnız bünövrəsi mö vcuddur. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Həm də, iddiaçı cavabdehdən tələb etdiyi əmlaka dair ümumi iddia müddətini ötürmüşdür. Təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizə gizlədilməməli və təmin edilməli idi. Məhkəmə işə baxarkən həmin əmlaka baxış keçirməli, əmlakın mövcud vəziyyətini müəyyənləşdirməli, bundan əlavə tikinti şirkətinin nümayəndəsinin iştirakını tam şəkildə təmin etməli idi. Onda olan məlumata əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyinin hazırki iş üzrə İddiaçı1 əlində olan müqavilədən xəbəri yoxdur və onların məhkəmə baxışında iştirakını təmin edilsə, həmin əmlakın ona satılması və onun istifadəsinə verilməsi öz təsdiqini tapar.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 20 a prel 2023-cü il tarixli, 2(104)-150/2023 nömrəli qətnaməsi ilə (hakimlər: L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T. Həsənov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.

17. Məhkəmə kollegiyası üçüncü şəxs X7 oğlunun apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, işə əlavə edilmiş X7 oğluna aid xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə və maliyyə arayışı kserosurətdir. Əvvəlki məhkəmə iclasında xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında X7 oğlu ilə bağlanılmış fərdi müqavilənin, xx.xx.2007- ci il tarixli maliyyə arayışının və ödənişlər sənədinin əsllərinin məhkəmə kollegiyasına təqdim edilməsi X7 oğlunun nümayəndəsi olan Vəkil2 təklif edilmiş, lakin o, həmin sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edildiyini bildirərək, həmin sənədlərin əslininin istənilməsini mübahisələndirmiş və növbəti məhkəmə iclaslarında təqdim edilməmişdir. Bununla belə, nümayəndənin istinad etdiyi və işin 213-216-cı vərəqələrində olan həmin sənədlərdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən əsli ilə düzdür yazılaraq, zərflər üçün nəzərdə tutulmuş möhürlə təsdiqlənmənin kim tərəfindən, nə vaxt aparılması müəyyən olunmur. Digər tərəfdən, həmin kserosur ət müqavilə xx.xx.2012-ci ildə əsli ilə düzdür yazılmış müqavilədən kserosurət olunmuşdur. Göründüyü kimi, həmin sənədlər Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinin tələblərinə cavab vermir və yazılı sübut kimi qiymətləndirilə bilməz.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, xx.xx.2007-ci ildə bağlanılmış həmin müqavilə Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı olmaqla, qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat müəyyən olunmuşdur. Halbuki, mübahisə edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi binada yaşayan sakinlərlə bağlı mövcud olan bir sıra müqavilələr əldə edilərək, işə əlavə edilmiş və həmin müqavilələrdən görünür ki, ayrı-ayrı vətəndaşlarla "xxxx" MMC arasında müqavilələr məhz Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasının mənzillərinə dair bağlanılmış və həm də, 2006-cı ilə dair bağlanılmış müqavilədə mənzilin 1 kv.m-nin qiyməti 150 manat, 2011-ci ilə dair bağlanılmış müqavilədə mənzilin 1 kv.m-nin qiyməti 450 manat, 2014-2016-cı illərə dair bağlanılmış müqavilələrdə mənzilin 1 kv.m-nin qiyməti 450 manat, 2020-2021-ci illərə dair bağlanılmış müqavilələrdə mənzilin 1 kv.m-nin qiyməti 660-844 manat civarında müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, 2006-cı ilə həmin binada mənzilin 1 kv.m-nin qiyməti 150 manat olduğu, həmçinin 2014-cü ildə qeyriyaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat olduğu halda, 2007-ci ildə qeyri yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 1800 manat olması inandır ıcı görünmür və həmin müqavilənin etibarlılığını şübhə altına alır.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 05 saylı Qərarı ilə, ünvan ünvanda yalnız 2 ədəd 1 girişli, zirzəmili, 10 mərtəbəli korpus 1 və 3 və 2 girişli, zirzəmili 10 mərtəbəli korpus 2 saylı yaşayış binaları istismara qəbul edilmişdir. Göründüyü kimi, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binası mövcud olmamış və istismara verilməmişdir.

20. Məhkəmə kollegiyası tərəfindən Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında yerləşən 1 saylı yaşayış binasına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda 1 saylı bina mövcud olduğu halda, 1a saylı yaşayış binası mövcud deyildir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 752.3, 753.1, 762.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs X7 oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd olunması barədə, bu mümkün olmadıqda yeni apellyasiya baxışına qaytarılması, və ya məhkəmə aidiyyatı kommersiya mübahisəsi olduğu üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi normalarının tələblərini pozmuş, mübahisəyə düzgün qiymət v erməmişdir. Belə ki, məhkəmə işə baxarkən işə üçüncü şəxslərin cəlb olunubolunamaması məsələsini müzakirə etməli idi. Həmin müzakirənin nəticəsi olaraq onun marağına toxunub toxunmamasına müəyyənləşdirməli idi. Həmçinin əmlaka məhkəmə baxış keçirməli idi, əmlakın mövcud vəziyyətini müəyyənləşdirilməli idi, bundan əlavə tikinti şirkətinin nümayəndəsinin iştirakını tam şəkildə təmin etməli idi. Cavabdeh1 Mənzil-Tikinti Koorperativinin rəhbərliyi hazırkı iş üzrə İddiaçı1 əlində olan müqavilədən xəbəri yoxdur və onların məhkəmə baxışında iştirakını təmin etsəydi, məlum olardı ki, həmin əmlakı üçüncü şəxs X7 oğluna satılması və onun istifadəsinə verilməsi onlar tərəfindən də təsdiqlənəcəkdir. İş materiallarına əlavə edilmiş İddiaçı1 əlində mövcud olan 24 may 2014cü il tarixli çox mənzilli yaş ayış binasının tikintisi haqqında fərdi müqavilədə göstərilmişdir ki, podratçı adlanacaq "xxxx" X3 Gəncə şəhəri, H.Əliyev prospekti 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə, 1-ci mərtəbədə 137.kv metr qeyri yaşayış sahəsinin tikinisini sifarişçi İddiaçı1 mənzili suvaq, daxili naxış, cihaz və daxilin qapısı olmamaq şərti ilə təhvil verilməsini öz öhtəsinə götürür. Müqaviləyə baxsaq müqavilə 2014-cü ilin müqaviləsidir, yəni 2014-cü ildən bu yana 8 il müddət keçmişdir. 8 il ərzinə İddiaçı1 Ağəli oğlu mənzilə dair hər hansı sahilik, istifadə hüququ tələb etməmişdir. Ümumi olaraq Mülki Prosessual Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini də ötürmüşdür. Bu qədər müddət ərzində əmlakın İddiaçı1 tərəfindən tələb olunmaması onun müqaviləsinin qanunsuz və saxta olmas ını öz özlüyündə əks etdirir. Həmin müqavilə Mülki Məcəllənin 337-ci maddəsinin tələbinə müvafiq olaraq yəni əqdlərin etibarsızlığı ilə bağlı normaların tələblərinə görə əhəmiyyətsiz əqd hesab olunmalıdır. Bundan əlavə, məhkəmə mübahisə predimenti olan əmlakın üçüncü şəxsin istifadəsində olan əmlak olmasını tam araşdırmalıdır. Əmlak birnci olaraq 2007-ci il tarixdə ona satılmışdır və əmlakın dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Bu baxımdan da onun müqavilədən sonra bağlanan müqavilə özlüyündə əhəmiyyətsizdir, hər hansı bir mübahisələndirməyə zərurət yoxdur. Məhkəmə işin faktiki hallarından dəqiq məlumatlı olsaydı bu cür qanunsuz qətnamə qəbul etməzdi. Bundan əlavə, tərəflərin çəkişmə prinsipləri pozulmuşdur, subutlar təqdim edilsə belə qətnamədə öz əksini tapmamışdır, subutlara düzgü n qiymət verilməmişdir, mübahisə olduğu təqdirdə vəsatət verilsə belə aidiyyatlı üzrə ekspertiza təyin edilsə də, məhkəmə nəticəsində maraqlı olmamışdır. Həmçinin hazırkı mübahisə Kommersiya məhkəməsinə aiddir.

24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 337.3, 337.4, 375-ci,Mülki Prosessual Məcəlləsinin 9, 76, 88, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 106, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 752.1 Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Maddə 752.3 Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

28. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

29. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun

30. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunm uş çıxarış təqdim edilir.

35. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41. 3-cü şəxs tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçıdan əvvəl ona satılmasınıının təsdiq edən mötəbər sübutlar məhkəmələrə təqdim edilməmiş, təqdi m edilən yazılı sənədlər kserosurət olmuş, əsilləri mövcud deyildir.

42. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

43. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. İşə baxılarkən məhkəmə aidiyyəti pozulmamış, cavabdehin iştirakının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülmüş, mübahisəli sahəyə yerli baxış keçirilmişdir.

44. Mübahsəli sahənin 3-cü şəxsin faktiki sahibliyində olması ilə bağlı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sahibliyi qanuni olması barədə 3-cü şəxsin hər hansı sübutu olmadığından bu hal iş üçün əhəmiyyətli hal hesab edilmir.

45. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi möv qeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X7 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(104)150/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar