Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3307/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X5 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(107)2273/2018 nömrəli qətnaməsindən İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜ ƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim F.Abbasov) 18.04.2018-ci il tarixli, 2(025)272/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 37373 manat məbləğində pulun və həmçinin iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manatın, cəmi 37403 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Hüseynov, R.Əliyev, İ.Şükürov) 03.10.2018-ci il tarixli, 2(107)-2273/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qəbələ rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 2(025)-272/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 25500 manat məbləğində pulun alınaraq İddi açı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə 19.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 37373 manat məbləğində pulun tutularaq ona verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili X5 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, tərəflər arasında bağlanmış şşifahi podrat müqaviləsinə əsasən sifarişç i iş icraçısına 128000 manat pul ödəməli, iş icraçısı isə həmin pulun müqabilində iddiaçıya məxsus fərdi yaşayış evində təmir-tikinti işləri aparmalı idi. Buna görə də iddiaçı cavabdehə 70000 manat pul ödəmiş, qalan 58000 manatı isə iş qurtarana yaxın ödənilməli idi. Bu hal cavabdeh tərəfindən etiraf edilmişdir. Lakin pullar ödənildikdən bir müddət sonra cavabdeh işi gecikdirməyə başlamış və daha sonra ümumiyyətlə işə çıxmamışdır. Belə olan halda iddiaçı məcbur qalaraq işləri tamalamaq üçün başqa ustaları işə cəlb etmiş və bunun nəticəsi olaraq 128000 manata razılaşdırılmış iş hazırda iddiaçıya 165373 manata başa gəlmişdir. Bununla da cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində onun tərəfindən evdə aparılmalı olan təmir-tikinti işləri iddiaçıya 37373 manat baha baş a gəlmiş və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmuşdur. Lakin işin qeyd olunan faktiki halları şahid ifadələri və məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmasına baxmayaraq, apelyasiya instansiya məhkəməsi cavabdehin mənafeyini üstün tutaraq onun əsassız mülahizələri əsasında iddiaçının cavabdehə verdiyi pulun cəmi 128387 manat təşkil etməsi və cavabdeh tərəfindən icra edilməli olan işlərin başa çatdırılması üçün iddiaçının təxminən eyni məbləğdə xərcinin çıxması qənaətinə gəlinmişdir. Bu isə maddi və prosessual hüquq normalarının pozulması ilə qərəzli qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiya məhkəməsi mübahisəli evdə görülmüş işlərə sərf edilmiş pul vəsaitinin məbləğinin və görülməyən işlərə hansı məbləğdə pul vəsaitinin tələb olunacağın ı müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli olduğu halda, mülahizəsi ilə işlərin başa çatdırılması üçün iddiaçının təxminən eyni məbləğdə xərcinin çıxması qənaətinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217-ci, Mülki Məcəllənin 752.1, 759.1, 385.1, 21.1, 1096.1, 1096.2 və 109.1-ci maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Odur ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(107)-2273/2018 saylı qətnaməsinin ləğv edilərək Qəbələ rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 2(025)- 272/2018 saylı qətnaməsinin qüvvədə saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh idd iaçıya 25500 manat məbləğində borcunun olması barədə heç bir hesablama aparmamış və həmin borcun olmasını qismən etiraf etməmiş, yalnız 25500 manat dəyərində iş görə bilməyini, yəni iddiaçının hər hansısa işinin zəhmət haqqı 25500 manat təşkil edərsə işə pul almadan çalışa biləcəyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinin, Azərbaycan Respublikası MPM-nin 9.1 və 217.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(107)-2273/2018 saylı qətnaməsinin cavabdehdən 25500 manat məbləğində p ulun alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanması barədə işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddiaçının kassasiya şikayətini müdafiə edərək, həmin şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinə isə etiraz edərək, onu n şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdehin kassasiya şikayətini müdafiə edərək, həmin şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinə isə etiraz edərək, onun şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı 2016-cı ilin mart-aprel aylarında fərdi yaşayış evinin taxta-ağac işlərini görmək üçün Binəqədi rayonu “Baksol” adlanan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh ilə razılığ a gəlmişlər ki, sonuncu evin bütün qapı, pilləkən, müxtəlif cür mebellər, bəzək və s. işləri üçün materialların alınıb düzəldilməsi və yerində quraşdırılması işlərini görsün. Bu işlərin görülməsi üçün iddiaçı cavabdehə 128000 (bir yüz iyirmi səkkiz min) manat pul verməli idi. İddiaçı cavabdehə 07.04.2016-cı il tarixdə 40000 (qırx min) manat, 10.05.2016-cı il tarixdə daha 20000 (iyirmi min) manat və 02.06.2016-cı il tarixdə əlavə 10000 (on min) manat olmaqla cəmi 70000 (yetmiş min) manat pul vermiş, qalan 58000 (əlli səkkiz min) manat pulu isə iş qurtarana yaxın verməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia etmişdir ki, bundan az müddət sonra Cavabdeh işi gecikdirməyə başlamış və daha sonra isə yoxa çıxmışdır. Ona görə də o, 2017-ci ilin mart ayının əvəllərində sexə gəlmiş, cavabdehin rəhbərl ik etdiyi ustalar İ1, X1, X2 və digərlərinin iştirakı ilə mal-materialı hesablamış və qərara gəlmişlər ki, əlavə materiallar alıb yarımçıq işləri tamamlasınlar. 19.03.2017-ci il tarixdən başlayaraq həmin ustaların və onun nümayəndəsi O1 iştirakı ilə mal-materialları alıb, yarımçıq işləri 2017-ci ilin oktyabr ayınadək tamamlamışlar. Bütün bunlar üçün 42807 (qırx iki min səkkiz yüz yeddi) manat pul istifadə olunmuşdur. Hal-hazırda o, evin digər işlərinin tamamlanması üçün yeni bir sahibkar C1 52000 (əlli iki min) manata razılıq əldə etmişlər və təmir işləri davam etdirilir. Beləliklə, 128000 (bir yüz iyirmi səkkiz min) manata razılaşdırılmış iş hal-hazırda ona 165373 (bir yüz altmış beş min üç yüz yetmiş üç) manata başa gəlir. Bununla da Cavabdeh onun 37373,00 (otuz yeddi min üç yüz yetmiş ü ç) manat pulunu mənimsəyərək ona qarşı dələduzluq etmiş, bir ildən yuxarı müddətə onun işini yubatmış və ona mənəvi ziyan vurmuşdur. Cavabdehin hesablamasına və qismən etirafına görə isə, onun iddiaçıya 25500 manatlıq iş borcu qalmışdır, yəni görəcəyi işlər üçün iddiaçıdan alacağı 128000 manat pulun 25500 manatını onun zəhmət haqqı (iş pulu) təşkil edirdi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsasını podrat müqaviləsi təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavi lədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin formasının qanunverici tərəfindən müəyyən edilməməsi həmin müqavilənin şifahi formada da bağlana bilməsini ehtiva edir. Hazırkı mülki iş üzrə iddiaçı (sifarişçi) ilə cavabdeh (podratçı) arasında sonuncu tərəfindən dülgərlik məmulatlarının düzəldilməsi və yerində quraşdırılaraq istifadəyə hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi ilə bağlı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmçinin sifarişin (podrat işlərinin) həcmi (dəyəri) podratçının (cavabdehin) muzdu da daxil olmaqla 128000 manat məbləğində razılaşdırılmış və bu məbləğdən 70000 manatı iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçının izahatından göründüyü kimi, o, cavabdeh tərəfindən yarımçıq saxlanmış işin qalan hissəsini başqa ustalara icra etdirmiş və bu işlərə 42807 manat pul istifadə olunmuş, ustalara da 15580 manat zəhmət haqqı ödənilmişdir. Beləliklə, iddiaçının cavabdehə verdiyi pul (70000 manat) və cavabdeh tərəfindən yarımçıq saxlanmış işlərin tamamlanmasına çəkdiyi xərc (42807 manat + 15580 manat) cəmi 128387 manat təşkil etmişdir. İddiaçının izahatına görə o, hal-hazırda evin digər işlərinin tamaml anması üçün yeni bir sahibkar C1 52000 manata razılıq əldə etmiş və təmir işləri davam etdirilir. Belə başa düşülür ki, evin digər işləri üçün çəkiləcək 52000 manat xərcin cavabdehin öhdəsinə götürmüş olduğu işlərə aidiyyəti yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən icra edilməli olan işlərin başa çatdırılması üçün iddiaçının təxminən eyni məbləğdə xərci çıxmışdır. Həmin xərcdən cavabdehdə icra etmədiyi işlərə görə qabaqcadan ödənilmiş muzd hissəsi qalmışdır. Cavabdeh özü də iddiaçıya 25500 manatlıq iş borcunun qaldığını etiraf etmişdir. Lakin iddiaçının cavabdeh tərəfindən təklif edilən işlərə (xidmətlərə) marağı qalmamışdırsa, onda cavabdeh həmin borcunu pul şəklində qaytarmalıdır. Bu baxımdan iddiaçının pul tələbinə dair iddiası qismən, yəni 25500 manat məbləğində qəbulediləndir. Kass asiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217-ci, Mülki Məcəllənin 752.1, 759.1, 385.1, 21.1, 1096.1, 1096.2 və 109.1-ci maddələrinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçü n qanuni əsas deyildir. Kassasiya kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayəti üzrə kassatorun dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin hallara ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş və mübahisənin həllinə düzgün yanaşmışdır. Kassasiya baxışı zamanı Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinin, Azərbaycan Respublikası MPM-nin 9.1 və 217.3-cü maddələrinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya şikayətləri təmin edilmə məli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(107)-2273/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3307/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3307/2019
13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver