Məhkəmə qərarları › İş №2(102)-3308/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3308/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3308/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması), maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-677/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tər əfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasında borc münasibətləri yaranmışdır.

2. Hazırkı iddiadan əvvəl İddiaçı Gəncə şəhəri Kəpəz RPİ-yə şikayət edərək, 2019-cu ilin may ayından iyun ayınadək olan dövrdə Cavabdeh1 ondan 10000 ABŞ dolları və 11400 manat borc pul alaraq qaytarmadığını göstərmişdir.

3. Həmin şikayət əsasında Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin Təhqiqat bölməsində 15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə istinad edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən, Cavabdeh1 polis orqanına verdiyi izahatında göstərmişdir ki, o, 2019-cu ilin may ayında qızı Cavabde h2 ilə birlikdə İddiaçı yaşadığı evə gedərək alver etməsi üçün ondan 5000 ABŞ dolları borc pul istəmiş, sonuncu da, qonşusu Həbibədən 5000 ABŞ dolları alıb ona vermişdir. O dilindən kağız yazıb borclu olduğunu bildirmişdir. Sonra isə qızları Alidə və Aidə ilə birlikdə Gəncə Asan Xidmət mərkəzində özünə məxsus Gəncə şəhəri Xəqani küçəsində yerləşən evinin sənədini Həbibəyə girov vermişdir. O, hər ay Həbibəyə Zərifənin vasitəsi ilə 5000 ABŞ dolların, yəni 8500 manat pulun sələmini, hər ay 675 manat pul vermişdir. Sonra 2019-cu ilin iyun ayında yenidən Zərifənin yaşadığı evə gedərək, qızı Aidəni süni mayalandırma etdirəcəyini deyib ondan 5000 manat borc pul istəmiş, sonuncu da ona 5000 manat borc pul vermişdir. Zərifə də ona həmin pulları sələm borcu kimi vermişdir. Sonra o, İrana getmişdir. Lakin, İran İslam Respublikasından qayıdan zaman malları İran İslam Respublikasında gömrükdə qalmış və malları ölkəyə gətirə bilməmişdir. Bu barədə o, Zərifəyə məlumat vermişdir. O, borcunu geri qaytarmaqda çətinlik çəkmişdir. Bundan sonra o, 2019-cu ilin iyul ayında yenidən Zərifənin yaşadığı evə qızı Alidə ilə gedərək ondan 2000 manat borc pul istəyərək mal almağa pulunun çatmadığını demişdir. Zərifə də yaşadığı evdə ona 2000 manat borc pul vermişdir. O, Zərifəyə olan borcundan bir neçə aydan sonra 2000 manat geri qaytarmışdır. 2019-cu ilin dekabr ayında o, İrana getmiş, lakin, İran İslam Respublikasında general Qasım Süleymaninin ölümü ilə bağlı yollar bağlı olduğu üçün bir müddət ölkəyə gələ bilməmiş və Azərbaycana mallarını gətirə bilməmişdir. Onun İddiaçı ümumilikdə 5000 manat pul bo rcu var. Onun Zərifənin qonşusu Həbibəyə isə 5000 ABŞ dolları borcu var. O, Zərifədən 36000 manat borc pul almamışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 ABŞ dolları və 17400 manat pulun və 193 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçının qohumu olmuşdur. Cavabdeh müxtəlif xarici ölkələrdən müxtəlif təyinatlı malları Azərbaycana gətirib onların satışı ilə məşğul olmuşdur. Cavabdeh1 2019-cu ilin may ayında digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə o nun yaşadığı evə gələrək ondan 10000 ABŞ dolları borc pul istəyərək, ona da alver edən zaman əlavə qazanc verəcəyini demişdir. O isə buna inanıb qonşusu Həbibdən 10000 ABŞ dolları alıb cavabdehə vermişdir. Cavabdeh1 qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evinin sənədini girov qoymuşdur. 2019-cu ilin iyun ayında Almaz onun evinə gələrək, qızı Aidənin süni mayalanma etdirəcəyini bildirərək ondan 6000 manat pul istəmiş, o da həmin pulu vermişdir. Almaz bir müddət sonra malların İran İslam Respublikasının gömrüyündə qalmasını və malların gətirə bilməməsini bildirmişdir. Bundan sonra Cavabdeh1 2019-cu ilin iyul ayında iddiaçının yanına gələrək ondan 5000 manat borc istəyərək, mal almağa pulunun çatmamasını bildirmiş və o, 5000 manatı borc olaraq vermişdir. Təxminən bir necə gün sonra Cava bdeh1 yenə də qızı ilə birlikdə gəlib 5500 manat pul istəmiş, iddiaçı isə 4400 manat vermişdir. Təxminən 5-6 gün sonra Cavabdeh1 yenə gəlib 2000 manat pul istəmiş, o isə həmin pulu vermişdir. Almaz həmin pulları istəyərkən, pulların malı Azərbaycana keçirmək üçün lazım olduğunu bildirmiş, o isə məcbur olub pulları batmasın deyə istədiyi məbləğləri ona vermişdir. Bundan sonra Almaz həmin ilin dekabr ayında İran İslam Respublikasına getmiş və onunla əlaqə saxlayanda generalın ölümü ilə bağlı yolların bağlanmasını bildirib ölkəyə gələ bilmədiyini demişdir. Bundan sonra dəfələrlə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə cavabdehlərin ona 10000 ABŞ dolları və 17400 manat borcu yaranmışıdır. Cavabdeh borcunu Kəpəz rayon Polis Şöbəsi ndə etiraf etmiş, həmçinin, iddiaçı əvvəllər də məhkəməyə müraciət etmiş, işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılan zaman Cavabdeh1 ərizə yazaraq, barışıq əldə edilməsini və borcu olmasını etiraf etmişdir. Lakin, cavabdeh sonradan pulu ödəməkdən boyun qaçırmışdır.

6. Gəncə Şəhər Məhkəməsinin (hakim Cavid Tağıyev) 23 yanvar 2023-ci il tarixli, e-2(125)-418/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9420 manat və 10000 ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pulun və dövlət rüsumunun əvəzi olaraq 169,26 manatın alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 10000 ABŞ dolları və 17400 manat borc pul verdiyini iddia etsə də, həmin məbləğdə cavabdehə borc verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etməsi həmin borcun ödənilməsi ilə bağlı iddiaçı razılaşmış və bununla bağlı mülki işin baxılmamış saxlanması xahiş olunmuşdur.

8. İddia tələbinin Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin polis idarəsində verdiyi izahatında pulu qızı Alidə ilə birlikdə aldığını göstərmiş və Cavabdeh2 telefon danışığında iddiaçıya borcu olduğunu etiraf etməsi müəyyən olunmuşdur. İddiaçı polis şöbəsinə yalnız cavabdehlərdən Cavabdeh1 şikayət etməsini onunla izah etmişdir ki, qohum olduqları üçün Alidəni polisə vermək istəməmiş və yalnız Almaza polis vas itəsi ilə təsir etməklə pulunu qaytaracağına güman etmişdir

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2 və 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, xırda ticarətlə məşğul olur və bu səbəbdən İddiaçı borc pul istəmişdir. İddiaçı isə Həbibə adlı şəxsdən alıb verəcəyini və bunun müqabilində pulu faizi ilə qay tarmalı olduğunu bildirmişdir. Nəticədə onunla razılaşmış və bir neçə dəfə pul lazım olan zaman müraciət edərək qətnamədə göstərilən məbləğdə pulu almışdır. Beləliklə pandemiya başlayanadək iddiaçıya hər ay 2000-2500 manat borc və sələmini vermiş, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi 10000 ABŞ dollarını iddiaçının alması qənaətinə gəlsədə, pulu iddiaçı vaisitəsi ilə Həbibə adı şəxsdən almışdır. Eləcədə qətnamədə həmin şəxs Həbib kimi göstərilmişdir. Qızı Cavabdeh2 cavabdeh kimi qeyd edilməsi və borcun müştərək qaydada tutulması əsassızdır. Beləki, Alidənin iddiaçı ilə heç bir razılaşması və borcla bağlı heç bir öhdəliyi olmamışdır. Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin qərarından da göründüyü kimi iddiaçının Ailədə barəsində h eç bir şikayəti və tələbi olmamışdır. Alidənin iddiaçıya borcunun olması etiraf etməsi və buna dair telefon danışığı olması qəbul olunmazdır. Beləki, telefon danışığı qanuni yolla əldə olunmadığından subut kimi qəbul edilə bilməz.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı Mülki Məcəllənin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Borc verən İddiaçı götürdüyü öhdəlikləri tam icra edərək, ümumilikdə 10000 ABŞ dolları və 9420 manatı borc alanlar Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə vermiş, lakin borc alanlar aldıqları pulu borc verənə qaytarmamışlar və öhdəliklərini icra etməmişlər. Nəticə etibarı ilə Cavabdeh1 borclandırıcı əqdlərinin tələbləri üzrə öhdəliklərini icra etməmişdir. Borclandırıcı əqd demək onu bağlayan şəxs üçün öhdəlik əmələ gətirən əqd deməkdir. Halbuki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Belə olan halda iddiaçı haqlı olaraq hazırkı tələblə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

14. Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı, eləcə də apellyasiya şikayətində borcdan ödəniş etdiyini qeyd etsə də, sonuncu buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, borcun ödənilməsini sübut etmək yükü məhz cavabdeh tərəfin üzərinə düşür.

15. Həmçinin, Cavabdeh1 borcu Həbibə adlı şəxsdən almasını apellyasiya şikayətində qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 özü həm birinci instansiya məhkəməsinin icraatı zamanı, həm də işə əlavə olunmuş materiallarda borcu məhz İddiaçı aldığını bildirmişdir.

16. Eləcə də, apellyasiya şikayətinin dəlili kimi, Cavabdeh2 İddiaçı borc almamasını və ümumiyyətlə onu heç bir öhdəliyi olmamasını qeyd edilmişdir. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, baxmayaraq ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc müştərək qaydada tutulmuşdur, apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. Belə olan halda, nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsini digər Cavabdeh2 mübahisələndirməmiş, ona aid hissədə apellyasiya qaydasında yoxlanılması istisna olunur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 14.1, 14.2, 234.1, 386.1, 389, 740.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı pulu borc kimi deyil, iddia ərizəsində qeyd etdiyi qazanc götürmək məqsədi ilə vermişdir. İddiaçının pulu cavabdehə verməkdə məqsədi iş qurmaq, qazanc əldə etmək və yaxud faizə pul vermək olmuşdur. Məbləğ yüksək olduğu üçün tərəflər arasında müqavilə olmalıdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pulun borc olmasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim edilməmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

22. Belə ki, hər iki məhkəmə iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişlər. Lakin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin məcburi göstərişinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı isə tərəflər arasında yazılı borc müqaviləsinin bağlanıldığını təsdiq edən hər hansı sübutu işin faktiki halların ı araşdıran məhkəmələrə təqdim etməmişdir. İş materiallarına Cavabdeh1 Zülfüqar qızının əlyazma qəbzinin surəti əlavə olunmuşdur ki, həmin qəbzin hazırkı iddiaya aidiyyəti məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, qəbzdə cavabdehin borc kimi aldığı məbləğ 10200 manat göstərilmişdir ki, iddiaçı tələbində belə məbləğdə vəsaiti cavabdehə verməsini iddia etməmişdir. Həmçinin həmin qəbzin yazılma tarixi 12 yanvar 2019-cu il göstərilməklə, tərəflər arasında hazırda mübahisələndirilən hüquq münasibətləri yarandığı tarixdən (2019-cu ilin may ayı) əvvələ təsadüf etmişdir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində cavabdehin ondan pul vəsaitlərini müxtəlif məqsədlərlə (qızının müalicəsi, xaricdən satış üçün mal gətirilməsi) aldığını qeyd etmişdir. O cümlədən, iddia ərizəsinə əsasən iddiaçı ca vabdehə ilk 10000 ABŞ dollarını verərkən, sonuncunun “alver edib” ona “əlavə qazanc” verəcəyinə inanmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin pul vəsaitinə münasibətdə tərəflərin həqiqi hüquqi münasibətlərini, müvafiq olaraq cavabdehin həmin vəsaiti qaytarmadığı halda bunun səbəblərini araşdırmamış və bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın qismən təmin edilməsini qanuni hesab edən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərini tam müəyyən etmədən, Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir ki, bununla tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməs i cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 386.1-ci maddəsi ilə nəzərdə tutulan başqa əsaslarla, o cümlədən əsassız varlamaya görə öhdəliyinin yaranmasını araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

24. Ali Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 390.1, 739.1 və 740.2-ci maddələrinə, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına,, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, o, Zərifədən 5000 manat və 2000 manat, Həbibə adlı şəxsdən isə 5000 ABŞ dolları götürmüş, həmin pulları hissə-hissə qaytarmışdır. Sədrlik edən suallarına cavab olaraq bildirmişdir ki, səhifə 56-da olan ərizəni ona təzyiq altında yazıdırıblar. Belə ki, iddiaçı onun evinə tez-tez basqın etmiş, bu səbəbdən yazmışdır ki, evinə gəlməsin. Polisdə isə, ona təzyiq olmamışdır.

26. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 oğlu apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, işin 11-ci səhifəsində olan əlyazma Həbibə ilə bağlı olmuş və həmin qəbzin hazırkı iddiaya aidiyyatı olmamışdır. İddiaçı özü Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə verdiyi ərizəsində iddiaçıya 10000 ABŞ dolları 5000 manat və 4200 manat borcunun olmasını bildirmişdir.

27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) 30 may 2024-cü il tarixli, 2(104)-677/2024 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edi lərək Cavabdeh1 Zülfüqar qızından 5000 ABŞ dolları pul ödənilən anda manata məzənnəsi ilə və 3500 manat pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia üzrə mübahisə əsassız varlanma ilə bağlı maddi hüquq normalarına uyğun həll edilməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh1 Zülfüqar qızının iddiaçıdan 5000 ABŞ dolları, 5000 manat və 2000 manat pul alması özünün ibtidai araqşdırma orqanına verdiyi izahatı ilə təsdiq edilmişdir.

29. Bundan başqa, iddiaçı məhkəmədə qeyd etmişdir ki, Almaz ona olan borcundan 2000 manat və əlavə olaraq 2-3 ay hər 300-500 manat olmaqla pul qaytarmışdır. Bu isə onu təsdiq etmişdir ki, 3 ay ərzində 500 manat qaytarması nəzərə alınmaqla, cəmi 3500 manat pulun qaytarılması öz təsdiqini tapmışdır.

30. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi 5000 ABŞ dolları və 3500 manat ( 7000-3500=3500) hissəsində əsaslı olmuşdur. İddia tələbi digər Cavabdeh2 münasibətdə öz təsdiqini tapmadığından və iddiaçı ona hər hansı məbləğdə pul verməsi barədə heç bir mötəbər sübut növü təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Zülfüqar qızından 5000 (beş min) ABŞ dolları məbləğində pul ödənilən anda manata məzənnəsi ilə və 3500 (üçi min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd olunmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni A zərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 390.1, 739.1, 740.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil1 ) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün, yəni kassasiya şikayətinin 6-cı paraqrafında göstərilən əsaslara görə qiymət verməmiş, bununla da həmin maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə həmçinin Mülki Məcəllənin 740-cı maddəsinə istinad edərək belə nəticəyə gəlmişdi ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalı olduğu halda tərəflər buna riayət etməmişdir. Bununla bağlı qeyd etmişdir ki, nəticə etibarı ilə cavabdehlər iddiaçıdan tələb edilən məbləğdə pul almış, lakin həmin pulu geri qaytarmamışlar. Eyni zamanda məhkəmə əsassız varlanma ilə maddi hüquq normalarına əsaslansa da sübut kimi iş materiallarında olan təkzib olunmaz digər subutları qəbul etmədən yalnız cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsaslanaraq qeyd olunan nəticəyə gəlmişdir ki, bununla da adı çəkilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Həmçinin Cavabdeh1 məhkəmədə hərhansı bir təziq altında olmadan öz xətti ilə aldığı pulu etiraf etmişdir. Lakin məhkəm ə bu ərizəni nəzərə almamışdır. Bundan başqa, iş üzrə digər Cavabdeh2 qətnaməni mübahisələndirməməsi iddianı qəbul etməsi anlamına gəlmişdir. Məhkəmə isə ona aid hissədə iddinı rədd etmişdir. Bu baxımdan da, məhkəmə prossesual hüquq normalarının tələbləri pozulmuşdur.

34. Cavabdeh1 (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən tam araşdırma aparmamış, borcun miqdarı iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğə uyğun qətnamə qəbul etmişdir. Cavabdeh polisdə və məhkəmədə veridyi izahatlarında dəfələrlə Zərifədən pul almadığını, pulu Həbibədən aldığını qeyd etmişdir. Aldığı pulu da Zərifənin şahidliyi ilə Həbibəyə qaytarmışdır. Lakin onun izahatları təhrif olunmuş və borcun Zərifədən aldığı qənatinə gəlinmişdir. Həmçinin məhkəmə iclasında Həbibənin dəvət edilərək şahid qismində izahatının alınmasını xahiş etməsinə baxmayaraq məhkəmə müəyyən bəhanələrlə Həbibənin şahid kimi dindirilməsində maraqlı olmamışdır. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tam araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, borcun yaranma səbəbi və kim tərəfindən verilməsi tam araşdırılmamışdır. Məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız var lanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 740.2. Borc müqavil əsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı iddianın rədd olunduğu hissədə, cavabdeh isə təmin olunduğu hissədə mübahisələndirdiklərindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

55. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə gö rə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrııqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-677/2024 nömrəli iş üzrə 30 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar