Məhkəmə qərarları › İş №2(102)-331/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-331/2019

11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-331/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka p redmetinin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov, iş № 2(067)-1299/2017) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 11.06.2014cü il tarixli XF-2559 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5658,60 manat, faiz borcuna görə 419,68 manat, cərimə borcuna görə 20 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Əraz İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 61 manat pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh4 Şixbaba oğluna məxsus ünvan 1 ünvanında 0,07 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 11.06.2014-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 5658,60 manat, faiz borcuna görə 419,68 manat cərimə borcuna görə 20 manat, dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh4 Şixbaba oğluna məxsus ünvan 1 ünvanında 0,07 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 AZN məbləğində müəyyənləşdirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sent yabr 2018-ci iltarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), T.Quliyevvə E.Əhmədov, iş № 2(105)-1647/2018)Xaçmaz rayon məhkəməsinin 14 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şixbaba oğlundan İddiaçı ASC-nin xeyrinə 11.06.2014-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5658,60 manat, faiz borcuna görə 31,51 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 5710,11 manat pul tutulması, hərrac yolu ilə satılması müəyyən edilmiş - Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0,07 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti dəyişdirilərək 25.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanıl mışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. 11 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.2.-ci maddəsinə əsasən, məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasi ya instansiyasında icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci iltarixli qətnaməsi ilə bağlı kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar