Məhkəmə qərarları › İş №2(102)-331/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-331/2020

13.01.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-331/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sur axanı Rayon Məhkəməsinin (hakim E.Ağayev ) xx.xx.2018-ci il tarixli, 2(010)xxx/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 22.000 manatın və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evinin təmir-tikintisinə və quraşdırma işlərinə çəkilmiş 13.000 manatın, cəmi 35.000 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, İ.Xəlilov, V.Sadıqov) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-xxx/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddiasının təmin edilməsi, İddiaçı əşyaları ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 ünvanında yerləşən bağ evindən məcburi qaydada çıxarılması və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evində quraşdırılmış istixananın cavabdeh İddiaçı hesabına sökülməsi, ilkin iddia üzrə ödənmiş dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Cavabdeh verilməsiqət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx. xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “evə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evinin alqı-satqısı ilə bağlı şifahi razılaşma üzrə öhdəliyini tam yerinə yetirilmədiyinə görə həmin evə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh maddi ziyan qismində bağ evinin alqı-satqısına görə ödədiyi 22.000 manatın və həmin bağ evində təmirə xərclədiyi 13.000 manat pulun, cəmi 35.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh İddia çı qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evindən məcburi qaydada çıxarılması və İddiaçı onun mülkiyyətimdə olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evində quraşdırdığı istixananın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Cavadov Arzu Güləhməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qarşılıqlı iddianın nə hüquqi, nə də faktiki əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən qarşılıqlı iddiaçı Cavabdeh özü də şahidlər X4 və X3 ifadələrində göstərilənləri təkzib etməmiş, dolayısı ilə ilk iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olduğunu etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əgər tərəflər arasında həmin bağ sahəsinə dair alqı-satqı münasibətləri olmamışdırsa, o zaman hansı əsasla Cavabdeh mülkiyyətində olan həmin bağ sahəsini uzunmüddətli İddiaçı verərək xaricə getmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin müəyyən olunmuş hallarına uyğun deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd etməklə, tərəflərin bərabərliyi prinsipini təmin etməmiş, prosessual pozuntuya yol vermişdir. Gö stərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı vəkili Cavadov Arzu Güləhməd oğlu məhkəməyə teleqram ünvanlayaraq, Bakı şəhərində olmayacağına görə işə baxılmasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü ma ddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri, ünvan1-də istifadədə olan 0,0546 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.7 kv.m yaşayış-kv.m qeyri-yaşayış, 6.7 kv.m köməkçi sahədən ibarət *** nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 308 nömrəli vərəqində qeydiyyata alınmış, Cavabdeh bağ evini İddiaçı 30.000 manata satmışdır. Razılaşmaya əsasən İddiaçı onun yanında cavabdehə həmin məbləğin 22.000 manat hissəsini qabaqcadan vermiş, qalan 8.000 manatın isə hissə- hissə 2019-cu ilin aprel ayına kimi ödənilməsi razılaşdırılmışdır. Şifahi razılaşmanın şərtlərinə görə ilkin ödəniş edildikdən sonra cavabdeh iddiaçıya sözügedən bağ sahəsindən daimi istifadə hüququ verir, ödəmə tam başa çatdıqdan sonra isə sözügedən bağ evini iddiaçının adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. 22.000 manat pulu aldıqdan sonar c avabdeh bağ evini iddiaçıya təhvil vermiş, öz evi kimi istifadə edə biləcəyimi bildirmişdir. İddiaçı bundan sonra bağ evini təmir etdirmiş, həyətdə istixana tikdirərək oranı isitmə sistemi ilə təchiz etmiş və bu işlərə 13.000 manat məbləğində pul xərcləmişdir. Bir neçə ay sonra eşitmişdir ki, İddiaçı pulun qalan hissəsini verib bağ evini onun adına rəsmiləşdirməyi cavabdehdən tələb etsə də, Cavabdeh həmin bağ evini başqa bir şəxsə satdığını deyərək, öhdəliyini pozmuşdur. Bununla belə iddiaçının pulunu da qaytarmamışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinə qanunvericiliy in tələblərinə uyğun olaraq hər hansı hüququna dair müvafiq sənədləri aşkar olunmadı və cavabdeh məhkəməyə mübahisəli torpaq sahəsinə hər hansı hüquqlarının olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Seriya MH ******* nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olanBakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istifadədə olan 0,0546 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.7 kv.m yaşayış-kv.m qeyri-yaşayış, 6.7 kv.m köməkçi sahədən ibarət **** nömrəli bağ evindən qanunsuz olaraq istifadə edir və və həmin sahədə 200 kv.m sahədə istixananın tikilərək isitmə sistemi ilə təchiz etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt olunaraq, torpaq üzərində hüquqlarının həyata keçirilməsinə yaradılan maneə qanuni hesab edilməməklə, onun tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. İlkin iddia tələbi ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında istifadədə olan 0,0546 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.7 kv.m yaşayış-kv.m qeyri-yaşayış, 6.7 kv.m köməkçi sahədən ibarət **** nömrəli bağ evindən qanunsuz olaraq istifadə edir və və həmin sahədə 200 kv.m sahədə istixananın tikilərək isitmə sistemi ilə təchiz etmişdir. Belə olan halda İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbi ilə çıxış etməsi əsassızdır və təmin edilə bilməz. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərin ə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apellyasiya kollegiyası düzgün olaraq mövqeyini onunla izah etmişdir ki, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt olunaraq, torpaq üzərində hüquqlarının həyata keçirilməsinə yaradılan maneə qanuni hesab edilməməklə, onun tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqla r, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsin ə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tə rəfindən müdafiə olunur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar