Məhkəmə qərarları › İş №2(102)-331/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-331/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-331/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-253/2020 nömrəli i ş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 05 mart 2014-cü il tarixli 88 saylı kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 05 mart 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 18 yanvar 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 05 mart 201 6-cı il tarixə kimi ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə borcu, əsas borc qismində 1.210 manat 20 qəpik, hesablanmış və tələb olunan faiz borcu qismində 1114 manat 20 qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan faizlik cərimə borcu 173 manat 46 qəpik, cəmi 2497 manat 86 qəpik təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə müştərək qaydada əsas borc üzrə 1210 manat 20 qəpik, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 1114 manat 20 q əpik, müqavilə müddəti bitdiyi tarixdən 17 yanvar 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 173 manat 46 qəpik borc, cəmi 2219 manat 36 qəpik həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə X1 internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 1210 manat 20 qəpik təşkil etmiş, borcun azaldılmasına 113 manat 30 qəpik məbləğdə pul vəsaiti yönəldilmiş, ödənilməmiş əsas borc qismində qalıq borcu 1096 manat 90 qəpik məbləğdə müəyyən edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin (sədrlik edən Pərviz Əhmədov) 0 3 dekabr 2019-cu il tarixli, 2(022)-305/2019 saylı qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilərək Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 05 mart 2014-cü il tarixli 88 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1096 (min doxsan altı) manat 90 (doxsan) qəpik, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması qət edilmiş, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qalan hissədə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, «Azərbaycan Respublikasında fizik i şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmana əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan əsas borcunu 1096 manat 90 qəpik müəyyən etmişdir. Həmçinin məhkəmə zaminlər Cavabdeh2 və Cavabdeh3 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar 05 mart 2014-cü il tarixli 88 saylı kredit müqaviləsi üzrə borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində iddianı rədd etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427.3, 448.1, 442, 445.1, 462.1, 467, 470.1, 477.0.4, 550-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(022)-305/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmayan hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Zeynal Zeynalov - sədrlik edən, məruzəçi, İlham Əsədov və Müşfiq Həsənov) 18 iyun 2020-cu il tarixli, 2(106)-1253/2020 nömrəli qətnaməsi ilə İddiaçı açıq səhmdar cəmiyyə tinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(022)-305/2019 saylı qətnaməsi İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, apelyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəti cə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassızdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-cu il tarixli, 2(106)-253/2020 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində dəyişdirilərək, iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinin 2.1 maddəsinə əsasən 05 mart 2014-cü il tarixli, 88 saylı kredit müqaviləsi üzrə kreditin və ona he sablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında Borcalan ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürür. Kredit müqaviləsinə 2.2 maddəsinə əsəsən öhdəlik icra edilmədikdə Zaminlər (Cavabdeh3 və Cavabdeh2) borcalan (Cavabdeh1) ilə birlikdə Kreditor qarşısında kredit məbləğinin, faizlərin və dəbbə pulunun ödənilməsi üçün məsuliyyət daşıyırlar və bu da ona dəlalət edir ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin birlikdə və eyni həcmdə məsuliyyət daşımasını öz üzərilərinə götürmüşdür. Zaminlik müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, borcal an Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin ödənilməsi zaminlər Cavabdeh3 və Cavabdeh2 da risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsinin 13.2 bəndinə nəzər salsaq görərik ki, borcalan kreditorla bağladığı 05 mart 2014-cü il tarixli 88 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin Borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetir ilməməsi səbəblərindən yaranan sair ziyanlar Kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. Zaminlik müqaviləsi Kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta qədər qüvvədədir, zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə Zaminlik də xitam edilmiş hesab olunur. Zaminlik müqaviləsinin qeyd edilən şərtlərindən də görünür ki, zaminliyin verildiyi müddəti təyin edilib və bu səbəbdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tətbiqi hazırki iş üzrə istisna edilir. Bu baxımdan, məhkəmənin qeyd edilənlərə əsasən Cavabdeh1, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinadən, zaminliyinə xitam verilməsi barədə dəlili əsaslı sayıla bilməz. Mülki iş üzrə zamin qismində Cavabdeh2 və Cavabdeh3 öhdəlikləri 05.03.2014-cü il tarixli müqaviləyə əsaslanır və həmin müqavilə də qeyd edildiyi k imi qüvvədədir. Müqavilənin qüvvədə olduğu halda da müqavilə tərəfinin öhdəlikdən azad edilməsi istisnadır. Buna görə də məhkəmə zamini müştərək məsuliyyətdən azad etməkdə haqlı deyildir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyə n şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələr dən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı i lə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayə tin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı qətnaməni yalnız iddia tələbinin rədd edilməsi hissədə mübahisələndirmiş, məhkəmə qətnaməni yalnız həmin hissədə yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının hədlərini də təşkil etmir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tər əfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqavilələrinin 13.2 bəndindən görünür ki, borcalan kreditorla bağladığı 05 mart 2014-cü il tarixli 88 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin Borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar Kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. Göründüyü kimi, zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş, borclunun müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlərin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdəsinə götürmələri göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, belə məzmunda şərt müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstər ilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: 1) təqvim tarixi ilə müəyyənləşdirmə; 2) illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər iddiaçı hesab edirsə ki, müddət 3-cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib, hökmən baş verməli hadisə kimi isə kredit müqaviləsindən əmələ gələn öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe kollegiyanın qənaətinə görə yanlışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər (Mülki Məcəllə, 27-ci fəsil). Hökmən” ifadəsi nəzərə alınmaqla qeyd olunmalıdır ki, hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Kollegiya hesab edir ki, müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırkı halda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təy in edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olması halı qanunvericiliklə tənzimlənmişdir. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq norm alarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-253/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar