Məhkəmə qərarları › İş №2(102)-3311/2016

Ali Məhkəmə Qərar — İş №2(102)-3311/2016

20.07.2016 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3311/2016 20.07.2016 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Qəhrəman Əli oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı “X Cavabdeh1 və qeyrisinə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2016-cı il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin 08 fevral 2016-cı il tarixli qərardadı ilə (hakim Z. Axundova) cavabdeh tərəfindən müddətin üzrsüz səbəbdən buraxılması əsas gətirilərək ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2016-cı il tarixli qərardadı ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və T.Əliyev) Xəzər Rayon Məhkəməsinin 08 fevral 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ PROSESSUAL MƏSƏLƏLƏR VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Cavabdeh2 kassasiya şikayəti verərək ona istinad etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2016-cı il tarixli qərardadının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Lazımi qaydada bildiriş göndərməsinə baxmayaraq cavabdeh tərəf heç bir üzürlü səbə b göstərmədən gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2016-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlərdən müştərək qaydada 10 000 manat əsas və 2032,85 manat faiz, cəmi 12 03 2,85 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan qəbzdən görünür ki, sözügedən qətnamə Cavabdeh2 tərəfindən 06.10.2014-cü il tarixində qəbzə şəxsən imza edilməklə qəbul edilmişdir. Cavabdeh2 tərəfmdən məhkəməyə ünvanlanmış apellyasiya şikayətinə məhkəmə tərəfındən vurulmuş "daxil olma" ştampından görünür ki, şikayət məhkəməyə 27.01.2016-cı il tarixində daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsininə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfındən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasmm səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin cavabdeh tərəfindən müd dətin həqiqətən də üzrlü səbəbdən buraxılmasına dair də nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsinin qərardadı qanuni və əsaslıdır, prosessual hüquq normaları duzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2016-cı il tarixli qərardadı dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar