Məhkəmə qərarları › İş №2(102)-3314/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3314/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3314/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “icarə müqaviləsinin etibarsız hesab edilməsi”) (Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; İcarə müqaviləsi; icarə müqaviləsinin ləğvi;Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi, X5 cəlb edilməklə) “icarə müqaviləsinin etibarsız edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)776/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları:

1. Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinə əsasən, “İcarayəverən”in (Qəbələ rayon Bum Bələdiyyəsi) mülkiyyətində olan və Bum qəsəbəsindəki Heyvanların süni mayalanma məntəqəsi binasının yaxınlığında yerləşən 150 (bir yüz əlli) kvadrat metr (eni 10 metr, uzunu 15 metr) torpaq sahəsinin "xxxx"yə (Cavabdeh2 MMC) məxsus radio-baza stansiyasının qurulması məqsədilə verilməsi, müqavilənin müddətinin 50 il olması, icarə haqqı 1 (bir) ildə, əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla, 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləğində müəyyən edilməsi və icarə haqqının bu müqavilə imzalandığı tarixdən hesablanması müəyyən edilmişdir.

2. Qəbələ Rayon İcra Hakim iyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən, Qarabağ uğrunda gedən döyüşlərdə əlil olmuş İddiaçı (bundan sonra mətndə-iddiaçı) avtomobillərə yanacaq doldurma məntəqəsinin tikintisi üçün Bum kəndinin qərb hissəsində əkin-biçinə yaramayan bələdiyyənin ehtiyat fond torpağından 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

3. İddiaçıya kəndin quru hissəsində, çaylaq sahəsində avtomobil yanacaqdoldurma məntəqəsi üçün ayrılmış torpaq sahəsinin “Sxematik Planı” çəkilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon icra hakimiyyəti Başç ısının xx.xx.1999-cu il tarixli 31 saylı sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaq doldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair xx.xx.2022-ci il tarixli 2-1(116)934/2022 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsinin Yerquruluşu Planları tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hü quqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, tərəflər “İcarayəverən” Qəbələ rayon Bum Bələdiyyəsi ilə "xxxx" Azercell Telekom MMM” birgə müəssisəsi arasında bağlanmış № 2007-0546 saylı, 23 iyul 2007-ci il tarixli İcarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə araşdırması əsasında Qəbələ rayon İcra Hakimiyyəti və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi iştirakçısı olmuşdur, 1-ci qrup müharibə əlilidir. Əlilliyinə görə dövlət tərəfindən ona Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 31 nömrəli, 08 fevral 1999-cu il tarixli sə rəncamı ilə Qəbələ rayonu, Bum kəndinin qərb hissəsində əkinə-biçinə yaramayan Bələdiyyənin ehtiyyat fond torpağından 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun üçün ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni ki, 150 (bir yüz əlli) kvadrat metr torpaq sahəsini Qəbəli rayonu Bum Bələddiyəsi qanunsuz olaraq "xxxx" Birgə Müəssisəsinə illik ƏDV nəzərə alınmamaqla 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləiğində müəyyən edilərək 50 il müddətinə icarəyə vermişdir. Həmin torpaq sahəsi onun istifadəsində olduğu dövrdə, rayon İcra hakimiyyəti başçısının sərəncamı ləğv olunmadan, ona məlumat verilmədən və razılığı alınmadan tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Səlahi yyəti və hüququ olmadan Bələdiyyə onun hüquqlarını kobud şəkildə pozaraq özbaşınalıq etmişdir. Bundan başqa onda olan məlumata əsasən icarə müqaviləsi Dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehlərin etdiyi bütün hərəkətlər tam qanunsuz olmuşdur. İddiaçıya məxsus mübahisə predmeti olan əmlak qanunsuz yolla, iradəsi ziddinə bağlanılmış müqavilə ilə cavabdehlər tərəfindən ələ keçirilmiş və nəticədə iddiaçı əmlakından məhrum olmuşdur.

8. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia tələblərini faktiki və hüquqi baxımdan əsassız hesab edirlər. İddia ərizəsində qeyd edilən ərazi ilə bağlı bildirirlər ki, "xxxx" MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində 2007-0546 saylı Torpaq icarə müqaviləsi bağla nmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bələdiyyənin mülkiyyətində olan Bum Bələdiyyəsinin torpaq sahəsində radio-baza stansiyasının qurulması üçün qeyd edilən torpaq sahəsini icarəyə götürmüşdür. Bələdiyyə tərəfindən təqdim edilmiş mülkiyyətlərində olmasını əks etdirən rəsmi sənədlərə əsasən müqavilə bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olması barədə hər hansı bir sənəd yoxdur.

9. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3883/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyildiir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün deyildir.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-1616/2-10/6998 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyildir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün deyildir.

11. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1379/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdi ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qə bələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə iddiaçının mübahisələndirdiyi Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyasının sözügedən torpaq sahəsinin hüdudları daxilində yerləşib yerləşməməsini müəyyən etmək mümkün deyildir.

12. X4 ifadəsində göstərmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə mübahisəli yerə baxış keçirilmiş və cizgilər müəyyən edilmişdir. Bu səbəbdən hazırki iş üzrə hadisə yerinə baxış keçirilməsinə və tərəflərin iştirakının təmin edilməsinə ehtiyac olmamışdır. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin plan və ölçüsü olmadığından rəy ve rilməsi mümkün olmamışdır. Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası bələdiyyəyə məxsus kolluq ərazidə yerləşməkdədir.

13. X10 Ənvər ifadəsində göstərmişdir ki, o, İddiaçı böyük qardaşıdır. Qardaşının torpaq sahəsi var, həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsi olmuş, qardaşı həmin yanacaqdoldurma məntəqəsi üçün sənədlər düzəldib, hətta sənədlər düzələndən sonra bankdan kredit götürmək üçün bankla razılaşmışdır. Lakin elə həmin ərəfədə o torpaq sahəsi qardaşının əlindən çıxmışdır. Sonrdan həmin torpaq sahəsində maldarlıqla bağlı iki otaqdan ibarət bir obyekt tikmişlər. Onda qardaşına “sən niyə buna razı oldun” demişdir. Qardaşı isə ona “xeyirxah işdi, ona görə razılıq verdim, hal-hazırda o torpaq sahəsindən istifadə etmirəm” deyə bildirmişdir.

14. X2 göstərmişdir ki, o, həmin yanacaqdoldurma məntəqəsində işləmişdir. Yanacaqdoldurma məntəqəsində benzin və dizel satmışlar. O, orda satıcı işləmişdir, lakin əmək müqaviləsi olmamışdır.

15. X1 göstərmişdir ki, həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsi olmuşdur. Həmin yanacaqdoldurma məntəqəsi o vaxt toy olanda video çəkilişdə düşmüşdür. Orada əvvəllər qardaşı işləmişdir. Sonra qardaşı Rusiyaya getmiş, yanacaqdoldurma məntəqəsində o işləmişdir. Əmək müüqaviləsi olmamış, nə qədər əmək haqqı aldığını xatırlamır.

16. Qəbələ Rayon Məhkəməsinin 2(025)-29/2024 nömrəli iş üzrə 9 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas m övcud deyildir. İddiaçı Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsi ilə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin eyni torpaq sahəsi olmasını ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə tərəfindən mütəxəssis rəyləri və ekspert rəyi alınmış, həmin rəylərlə iddiaçının iddia etdikləri sübuta yetirilməmişdir. İddiaçı müqavilənin etibarsızlığı ilə bağlı irləi sürdüyü dəlillər formal olmuş, həmin dəlillər işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetilməmişdir.

18. Məhkəmə iddiaçının icarə müqaviləsinin etibarsızlığını icarə müqaviləsinin dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırma sı ilə bağlı qeyd etmişdirki, iddiaçı hazırki halda Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsi üzrə tərəf deyil. Bu baxımdan onun əqdi həmin əsasla mübahisələndirməsi istisna olunur.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1, 139-1.1, 324.1, 324.2, 324.5, 337.1, 337.3, 337.4, 337.5 və 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarı və Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsinin (AR MPM-in) 2.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)29/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddiaçının hüquqlarını kobud surətdə pozaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, onun iştirakı olmadan və ona heç bir rəsmi bildiriş göndərilmədən məhkəmə prosesləri keçirilmişdir. Məhkəmə işə baxarkən lazımi araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə prosesləri zamanı o, Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Ölkə xaricində olmağını isə iddiaçı bilirdi. Lakin bütün bunlara baxmayaraq məhkəmə yanlış nəticəyə gəlmişdir. Məhkəmənin qəbul etdiyi qərar nəticəsində ona məxsus torpağından istifadə edə bilmir. Buna səbəb isə qanunsuz olaraq Qəbələ rayon Bum Bələdiyyəsi ilə “Azercell” Telekom arasında bağlanmış qeyri-qanuni icarə müqaviləsinin qüvvədə olması və həmin müqavilə ilə onun razılığı olmadan oranın icazəsiz istifadə edilməsidir.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra apellyasiya instansiya məhkməsi) xx.xx.2024-cü il tarixli 2(107)-776/2024 nömrəli iş üzrə (hakimlər Ə. T. Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.M.Mehdiyev ibarət tərkibdə) iddiaçı tərəfindən ver ilmiş аpellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılmasını qət etmişdir.

23. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki,iddiaçı mübahisəli torpağa hüququ olduğunu iddia etdiyi üçün həmin halı sübut etmə vəzifəsi onun üzərinə düşmüş, iddiaçı isə həmin halları sübut edə bilməmişdir.

24. Əgər Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi hazırda mübahisələndirilən torpaq sahəsi idisə, iddiaçı həmin sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla, ona ayrılmış torpaq sahəsinin ölçü və koordinatlarının müə yyən edilməsinə nail ola bilərdi.

25. Məhkəmə qeyd edib ki, iddiaçı birinci instansiya məhkəməsinin iş üzrə bütün iclaslarında, o cümlədən yekun məhkəmə iclasında iştirak etmişdir. Ona görə də, apellyasiya şiakyətinin həmin dəlilidə əsassızdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 139.1, 139-1.1, 324.1, 324.2, 324.5, 337.1, 337.3, 337.4, 337.5, 700.1, 700.2 və 706-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanununun 6.1 və 6.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

27. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2-(107)-776/2024 saylı, xx.xx.2024-ci il qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əsassız olaraq qətnamədə qeyd edib ki, “İddiaçı mübahisəli torpağa hüququ olduğunu iddia etdiyi üçün həmin halı sübut etmə vəzifəsi onun üzərinə düşmüş, iddiaçı isə həmin halları sübut edə bilməmişdir”. Məhkəmə iddiaçının işinə ədalətli baxmamışdır. Məhkəmə texniki-tikinti ekspertizası düzgün rəy verməmişdir. Ekspert məhkəmədə özü bildirmişdir ki, “mən kiməm, mənə nə deyirlər onu da edirəm”. Məhkəmədə cavabdehin hüquqşünası deyib ki, “radio baza stansiyası mənim torpaq sahəmdə yerləşir”, lakin hakim isə ona acıqlanır, Bələdiyyənin nümayəndəsi isə bildirib ki, 34000 manat pulu geri qaytara bilmədik. Hətta Bələdiyyə ayrı yerdə iddiaçıya torpaq təklif edib. Əgər həmin torpaq sahəsi iddiaçıya məxsus deyilsə, onda Bələdiyyə niyə iddiaçıya ayrı yerdə torpaq təklif edir ? İddiaçı məhkəməyə 10 şahid aparmışdır, lakin məhkəmə 3 nəfəri dindirmişlər. İddiaçı ölkədən kənarda heç vaxt olmayıb. 1-ci qrup əlildir. Atası vəfat edəndən sonra Bakı şəhərinə gəlmişdir. Həmin stansiyanın nə vaxt quraşdırılmasından xəbəri olmamışdır. Ekspert yazıb ki, mübahisəli torpaq sahəsinin yerini müəyyən etmək olmur. Elm, texnika inkişaf edib, bütün torpaqlar kadastrada qeydə alınıb, torpağın plan sxemi vardır. Plan-sxemə əsasən, həmin torpaq sahəsi iddiaçıya məxsusdur. Ona görə iddiaçı hesab edib ki, Şəkidən deyil Bakı şəhərindən iş üzrə təkrar ekspertiza keçirilməlidir, lakin məhkəmə bunu etməmişdir. İddiaçıya yaxın müddətdə məlum olmuşdur ki, onun üçün ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni ki, 150 kvadrat metr torpaq sahəsini Qəbələ rayonu Bum Bələddiyəsi özbaşına olaraq qeyri qanuni yolla "xxxx" Birgə Müəssisəsinə illik ƏDV nəzərə alınmamaqla 700 ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləğində müəyyən edilərək 50 il müddətinə icarəyə vermişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsində olduğu dövrdə, sərəncam ləğv olunmadan, ona məlumat verilmədən və razılığı alınmadan tərəflər arasında bağlana bilməzdi. Bütün bunlar adıçəkilən müqavilən in etibarsız hesab olunması üçün əsasdır.

29. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ, İİ,İİİ və İV hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 17, 18, və 139.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 14.1, 14.2, 77.1, 77.3 və 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Cavabdeh2 MMC k assasiya şikayətinə etiraz ilə müraciət edərərk, şikayətin rədd edilməsini və apelyasiya instansiya məhkəmsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əl də edir və həyata keçirirlər.

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 139-1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyya tı üçün əsas hesab olunur.

34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

35. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

36. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsı zlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş ic arə haqqı ödəməyə borcludur.

42. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

43. Maddə

706. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcə llə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

44. Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun:

45. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər norm ativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

46. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

47. Maddə 9.1 və 9.3. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1, 217.3 və 217.4. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olu nmuş sübutlаrlа əsаslаndırır.

52. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Kassasiya baxışının hədləri:

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasla r yoxdur.

56. İddiaçının kassasiya şikayətinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi nə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməs i işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)776/2024 nömrəli iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar