Məhkəmə qərarları › İş №2(102)-3314/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3314/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3314/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1929/2025 nömrəli mülki iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şəxsi beynəlxalq plastik kartının alınması, istifadə edilməsi və bank hesabının açılması haqqında ərizədən görünür ki, ərizəçi Cavabdeh müvafiq ərizəni imzalamaqla İddiaçı QSC-nin plastik kartının verilməsini xahiş etmiş və plastik kartın verilməsi üçün Xidmət Müqaviləsinin onun tərəfindən imzalandığını və qeyri-şərtsiz olaraq müqavilənin şərtlərinə riayət etməyi öz öhdəliyinə götürdüyünü təsdiq etmişdir.

2. AZ84ACAB******************** nömrəli kart hesabı üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müvafiq kart hesabı üzrə sonuncu əməliyyat 07 iyun 2021-ci il tarixdə “Bank daxili köçürmə” təyinatı üzrə həyata keçirilm iş və 6416,92 manat məbləğində qalıq borc yaranmışdır. 3. 27 mart 2024-cü il tarixli, OUT-2024/03/27-15 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh 26010000********** saylı, 21 iyun 2016-cı il tarixli VİSA Classic/Standart Debit kartı üzrə 27 mart 2024-cü il tarixinə 6416,92 manat əsas borc olmaqla, ümumilikdə 6416,92 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21 yanvar 2016-cı il tarixli, ******************** saylı müqavilə üzrə yaranmış borc üzrə 6416,92 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 84,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 21 yanvar 2016-cı il tarixli, ******************** saylı plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, iddiaçıya cavabdehin sifariş ərizəsinə əsasən onun adına VİSA Classic/Standart debit kart növlü kart hesabı açılmış və 4268********8374 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 6416,92 manat məbləğində borc yaranmış və cavabdeh müqavilənin 3.3.3-cü bəndini pozaraq 07 iyun 2021-ci il tarixdən borcu ödəməkdən yayınmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respu blikasının Qanununa əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X1”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və vergi ödənişə cəlb edilibedilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən, hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırkı iş üzrə Bank vergi agenti qismində çıxış edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 27 mart 2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır.

6. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarına əsasən həmin hesab üzrə ilk əməliyyat (mədaxil) xx.xx.2016-cı il, sonuncu əməliyyat (bank daxili köçürmə) xx.xx.2021-ci il tarixdə baş tutmuşdur. Sonuncu əməliyyatdan əvvəl – xx.xx.2021-ci il tarixində “LC LC X3” təyinatı ilə hesabdan 7288.69 manat məbləğində vəsait silinmiş, bunun 371.77 manatı hesabda olan qalıq dan silinmiş, qalan 6916.92 manatı isə hesabda vəsait olmadığına görə “-6916.92” şəklində göstərilmişdir. xx.xx.2021ci il tarixdə həmin hesab üzrə sonuncu əməliyyat kimi hesaba 500 manat vəsait daxil olmuş, həmin vəsait “bank daxili köçürmə” təyinatı ilə hesabdan silinərək, hesabda “6416.92” göstərilmişdir. Bundan sonra hesab üzrə heç bir əməliyyat həyata keçirilməmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Miriyeva) 25 noyabr 2024-cü il tarixli, e-2(010)-2710/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddiasına görə “6416.92” kimi göstərilən məbləğ cavabdehin həmin kart vasitəsilə xarici satıcıdan elektron ticarət qaydasında aldığı mallara görə iddiaçı Bankın ödəmiş olduğu vergidir. İd diaçıya görə, həmin pul cavabdehin həyata keçirdiyi əməliyyatlara görə iddiaçı tərəfindən ödənilmiş olduğundan cavabdehdən tutulmalıdır.

9. Bununla bağlı birinci instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlavə dəyər vergisi üçün qeydiyyata alınmayan qeyrirezidentlər Vergi Məcəlləsi ilə müəyyən edilən vergi agenti üçün göstərdiyi xidmət və gördüyü işlərə görə vergiyə cəlb olunur. Bu vergiyə cəlb olunma qaydası isə Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Bu zaman ödənişi aparan yerli ödəniş xidməti t əchizatçısı vergi agenti hesab olunur. Hansı ki, hazırkı iş üzrə iddiaçı Bank da iddia edir ki, cavabdehin aldığı elektron xidmətlərə görə cavabdehin əvəzinə vergi agenti kimi ödəniş etmişdir. Bununla belə, Vergi Məcəlləsində vergi agentinin yuxarıda qeyd edilmiş vergini ödəməli olduğu vaxt müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Lakin hazırkı işdən görünür ki, iddiaçının ödədiyi iddia edilən 6416,92 manat məbləğində vergi borcunun hansı əməliyyat(lar)a görə nə vaxt hesablandığı, vergi agenti (iddiaçı Bank) tərəfindən hansı bəyannamə üzrə nə vaxt ödənildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı Ban kın nümayəndələri bunu onunla əsaslandırmışdır ki, vergi orqanı onlardan vergi borcunu ümumi şəkildə tələb etmiş, onlar da ödənişi ümumi şəkildə etmişlər. Bu səbəbdən hansı ödənişin hansı müştərinin borcuna görə ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi mümkün olmamışdır. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, iddiaçı öz sübutetmə vəzifəsini lazımınca icra etməmiş sayılmalıdır.

10. Vergi ödəmələrinin Vergi Məcəlləsində qeyd edildiyi kimi hər vergi əməliyyatına görə ayrıca yox, hansısa dövr üçün cəmlənmiş qaydada ödənilməsi son nəticədə cavabdeh üçün ədalətsiz vəziyyət yaratmışdır. Belə ki, əgər iddiaçı Bank cavabdehin hər vergi tutulmalı əməliyyat həyata keçirdiyi vaxt müvafiq verginin tutulmasını təmin etmiş olsa idi, cavabdeh növbəti belə əməliyyatlar həyata keçirərkən tutula caq vergini də nəzərə almaq imkanına malik olardı. Xüsusən nəzərə alınmalıdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı Bank tərəfindən cavabdehin adına hesab açılarkən qeyri-rezidentlərin iştirakı ilə elektron ticarət vergiyə cəlb olunmamış, Vergi Məcəlləsinə müvafiq dəyişiklər sonradan edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözügedən vergi ödənişlərinin cavabdehin hesabından qanunla müəyyən edilmiş müddətdə tutulmaması və sonradan cəmlənmiş vəsaitin cavabdehdən tələb edilməsi həm də hüquqdan sui-istifadə xarakteri daşıyır.

11. İddia edilən 6416.92 manat məbləğində vergi borcunu yaradan vergi əməliyyatlarının tarixinin dəqiq müəyyən edilməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, qeyri-rezidentlərin iştirakı ilə elektron ticarət Azərbaycan Respublikasının Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixdə edilmiş dəyişikliklərdən sonra vergiyə cəlb edilmişdir və müvafiq dəyişikliklər 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Hazırkı iş üzrə iddiaçı Bank tərəfindən cavabdehin adına hesabın 2016-cı ilin yanvar ayında açılmış olduğu nəzərə alındıqda, cavabdehin dəyişikliklər qüvvəyə mindiyi dövrə qədər apardığı elektron ticarətlə bağlı əməliyyatların vergiyə cəlb edilməməsi mümkündür. Lakin hazırkı işdə iddiaçı tərəfindən tələb edilən vergi borcunun hansı tarixdə həyata keçirilmiş hansı əməliyyata görə yarandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hala qiymət verilməsi də mümkün olmamışdır. Ümumiyyətlə, iddiaçı Bank tərəfindən məhz cavabdehin həyata keçirdiyi əməliyyatlara görə vergi orqanına hansısa vergi ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sənəd yalnız hesabdan çıxarışdır ki, oradan da yalnız hesaba “LC LC X3” təyinatı ilə mənfi vəsait yazıldığı görünür. İddiaçı Bank iddiasının əsasını təşkil edən və işin mahiyyəti üzrə həll edilməsi üçün mühüm əhəmiyyət daşıyan halları sübut edə bilməmişdir ki, bu vəziyyətdə iddianın təmin edilməsi istisna edilir. Bununla belə, məhkəmə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin ötürülməsinə dair ərizə ilə razılaşmır. Ona görə ki, iddiaçı Bankın tələbi müqavilədən yox, qanundan irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Belə ki, iddiaçı Bank cavabdehin əvəzinə vergi borcunu ödədiyini iddia etmiş və həmin borcu reqress qaydada cavabdehdən tələb etmişdir. Belə olan halda Mülki Mə cəllənin 377.4-cü maddəsinin tələbinə uyğun olaraq reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanmalıdır. Hazırkı işdə iddia edilən öhdəliyin icrası anı 2021-ci ilin iyun ayı olduğundan müddətin axımı da həmin andan başlamalı, Məcəllədə ümumi iddia müddəti kimi müəyyən edilmiş 10 il müddətində davam etməlidir. Bu baxımdan iddia müddəti ötürülməmişdir. Lakin məhkəmənin artıq yuxarıda əsaslandırdığı səbəblərdən iddianın təmin edilməsi istisna edilir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 377.4, 385.1, 386.1, 954.1, Vergi Məcəlləsinin 166.1, 166.6, 169.1, 169.2, 169.3, 169.4-cü maddələrinə istinad edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-2710/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sübutlara məhkəmə düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərə findən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. Məhkəmə qətnamədə qeyd edir ki, Vergi Məcəlləsində vergi agentinin ƏDV-ni ödəməli olduğu vaxt müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Vergi Məcəlləsinə əsasən, vergi agenti kimi AccessBank QSC tərəfindən Cavabdeh tərəfindən ƏDV-yə cəlb olunmalı əməliyyatlar üzrə ödənilməli olan 18% ƏDV vaxtlı-vaxtında ödənilmişdir. Bu məsələ ilə bağlı mübahisənin tərəfi Cavabdeh deyil, vergi agenti kimi öhdəlik AccessBank QSC-nin üzərinə düşür və AccessBank QSC öz öhdəliyini icra etmişdir. Hazırki mübahisə 10 fevral 2020-ci il tarixindən 2021-ci ilin fevralın 16-dək Cavabdeh tərəfindən aparılmış əməliyyatlar üzrə 6916,92 manat məbləğində vergiyə cəlb olunmuş məbləğin Accessbank QSC-nin hesabından ödənilməsidir. Həmin məbləğin AccessBank QSC-nin hesabından silinməsinin hüquqi əsası isə tərəflər arasında imzalanmış “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” 21 yanvar 2016-ci il tarixli, ******************** nömrəli müqavilədir. Həmin müqaviləni Cavabdeh imzalayaraq, müqavilənin bəndlərinə öz razılığını bildirmişdir. Belə ki, ******************** saylı müqavilənin 3.2.3-cü bəndinə əsasən kart sahibi öhdəsinə götürür ki, kart sahibinin istənilən öhdəlik üzrə Banka yaranmış borcunu Kart sahibinin sərəncamı olmadan cari bank hesabından Bankın xeyrinə silmək hüququ vardır. Hazırki mülki iş üzrə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan aydın olur ki, 10 fevral 2020-ci il tarixindən 2021-ci ilin fevralın 16-dək Cavabdeh tərəfindən 7288,68 manat məbləğində vergiyə cəlb olunmalı əməliyyatlar aparılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 03 iyun 2025-ci il tarixli 3-21-2-3/2-6 46707/2025 saylı məktubuna əsasən Cavabdeh uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi kimi Accessbank-QSCdə (VÖEN: **********) hesabı müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərardadına əsasən Cavabdeh adına olan AZ84ACAB******************** nömrəli hesab üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş plastik kart üzrə aparılmış əməliyyatlarla bağlı vergi borcunun yaranıb – yaranmaması, yarandığı təqdirdə həmin borcun ödənilib-ödənilməməsi, ödənilmişdirsə bu ödənişin hesabdan tutulması və ya İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə məlumat və bu barədə sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır. X2 Xidmətinin cavab məktubunda da bu hala dair hər hansı bir xüsusat əksini tapmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Fərrux Qasımov (sədrlik edən və məruzəçi) Məhəmməd Rüstəmli və Günay Axundova) 2(103)-1929/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2(010)-2710/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən faktın təsdiqi üçün cavabdehin kart vasitəsilə apardığı əməliyyatlar üzrə yaranmış vergi borcunun iddiaçı tərəfindən ödənilməsi halı sübuta yetirilməlidir. Lakin nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya mərhələsində baxılarkən iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

19. Apellyasiya şikayətində Vergi Məcəlləsinin 169.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, həmin normanın tələbinə əsasən elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

20. Laki n Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən cavabdeh həmin dövrdə vergi orqanlarında uçotda olmuşdur (VÖEN: **********). Belə olduğu təqdirdə qeyd olunan normanın tətbiqi mümkün deyildir. Bundan başqa normanın məzmununda “alıcının vəsaiti hesabına” sözləri qeyd olunmuşdur və digər normalarda ƏDV-nin bank tərəfindən ödənilməli olduğuna dair hər hansı bir müddəa yoxdur. Hətta Vergi Məcəlləsinin 169.5-ci maddəsi vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi halda borcun hansı qaydada alınmalı olmasının prosedurunu da müəyyən edir. Həmin normanın tələbinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyrirezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək mü vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia edilən 6416,92 manat məbləğində vergi borcunu yaradan vergi əməliyyatlarının tarixinin dəqiq müəyyən edilməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşıyır. Lakin hazırkı işdə iddiaçı tərəfindən tələb edilən vergi borcunun hansı tarixdə həyata keçirilmiş hansı əməliyyata görə yarandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hala qiymət verilməsi də mümkün olmamışdır. Ümumiyyətlə, iddiaçı Bank tərəfindən məhz cavabdehin həyata keçirdiyi əməliyyatlara görə vergi orqanına hansısa vergi ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən sənəd yalnız hesabdan çıxarışdır ki, oradan da yalnız hesaba “LC LC X3” təyinatı ilə mənfi vəsait yazıldığı görünür.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 377.4, 385.1, 386.1, 954.1, Vergi Məcəlləsinin 166.1, 166.6, 169.1, 169.2, 169.3, 169.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri

23. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 kassasiya şikayəti ilə məhkəməyə müraciət edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1929/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sübutlara məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, Vergi Məcəlləsində vergi agentinin ƏDV-ni ödəməli olduğu vaxt müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləyə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Vergi Məcəlləsinə əsasən, vergi agenti kimi Acce ssBank QSC tərəfindən Cavabdeh tərəfindən ƏDV-yə cəlb olunmalı əməliyyatlar üzrə ödənilməli olan 18% ƏDV vaxtlı-vaxtında ödənilmişdir. Bu məsələ ilə bağlı mübahisənin tərəfi Cavabdeh deyil, vergi agenti kimi öhdəlik AccessBank QSC-nin üzərinə düşür və AccessBank QSC öz öhdəliyini icra etmişdir. Hazırki mübahisə xx.xx.2020-ci il tarixindən 2021-ci ilin fevralın 16-dək Cavabdeh tərəfindən aparılmış əməliyyatlar üzrə 6916.92 manat məbləğində vergiyə cəlb olunmuş məbləğin AccessBank QSC-nin hesabından ödənilməsidir. Həmin məbləğin AccessBank QSC-nin hesabından silinməsinin hüquqi əsası isə tərəflər arasında imzalanmış “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” xx.xx.2016-ci il tarixli, ******************** nömrəli müqavilədir. Həmin müqaviləni Cavabde h imzalayaraq, müqavilənin bəndlərinə öz razılığını bildirmişdir. Belə ki, ******************** saylı müqavilənin 3.2.3-cü bəndinə əsasən Kart sahibi öhdəsinə götürür ki, Kart sahibinin istənilən öhdəlik üzrə Banka yaranmış borcunu Kart sahibinin sərəncamı olmadan cari bank hesabından Bankın xeyrinə silmək hüququ vardır. Hazırkı mülki iş üzrə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan aydın olur ki, xx.xx.2020-ci il tarixdən 2021-i ilin fevralın 16-dək Cavabdeh tərəfindən aparılmış 40.492,72 manat məbləğində əməliyyata görə tutulmalı olan verginin məbləği 7288.69 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə cavabdehin kartında 371.77 manat məbləğində pul vəsaiti olmuşdur. xx.xx.2021-ci il tarixdə 7288.69 manat məbləğində vergi borcunun 371.77 manat məbləği cavabdehin kartda olan və saiti hesabına, 6916.92 manat məbləği isə kart hesabında pul olmadığına görə kart hesabının açılmasına dair müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı QSC tərəfindən ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 12.1-ci maddəsinə əsasən aparılmış əməliyyatlar üzrə etirazların olduğu halda Kart sahibi əməliyyatın həyata keçirildiyi tarixdən 45 təqvim günündən gec olmayaraq istinad etdiyi halları təsdiq edən sənədləri də əlavə etməklə yazılı şəkildə Banka müraciət etməlidir. Kart sahibi bunu etmədikdə həyata keçirilmiş əməliyyatlar Kart sahibi tərəfindən təsdiq olunmuş hesab edilir və sonradan həmin əməliyyatlar üzrə daxil olmuş iddialara baxılmır. Cavabdehin hesabdan çıxarışına nəzər yetirsək görə bilərik ki, xx.xx.2021-ci il tarixində karta mədaxil olmuş 371.77 manat məbləğində pul Vergi Məcəlləsinə uyğun olaraq ƏDV üzrə borclarına silinmiş, cavabdeh bundan məlumatlı olmuş lakin Banka bu barədə heç bir pretenziya bildirməmişdir. Bundan başqa, apelyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün bu hallarla bağlı sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə təqdim olunması zərurətinin olması qənaətinə gəlsə də, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş natamam cavab məktubu ilə kifayətlənərək işi yekunlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Cavabdeh uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi kimi AccessBank QSC-də hesabı müəyyən olunduğu bildirilmişdir. Həmin məlumat isə AccessBank QSC tərəfindən istinad olunan halları təkzib etməmişdir. Hesab edirik ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassızdır, ona görə də qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

25. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385, 386, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 218-ci maddələrinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

28. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

30. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəli yin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

34. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

35. Maddə 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan ə məliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

36. Maddə 169.1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

37. Maddə 169.2. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün verg i agenti sayılır.

38. Maddə 169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyrirezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidi r. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.

39. Maddə 169.4. Vergi agenti ƏDV-nin məqs ədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində, iddia ərizəsində və məhkəmə ic laslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyas iya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda gö stərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1929/2025 nömrəli mülki iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar