Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3315/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(103)5568/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı Dövlət Universitetinin rektorunun 12 may 2017-ci il tarixli, 1/156 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edilməklə, onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 45000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12 may 2017-ci il tarixdə Bakı Dövlət Universiteti üzrə verilmiş əmrlə tutduğu vəzifələrdən azad edilməklə onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə görə əmək müqaviləsinin bu Məcəllənin 70ci maddəsinin “ç” bəndinin tələbi əsasında ləğv edilməsi işçiyə verilən intizam tənbehlərindən biridir. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə isə intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu səbəbdən 12 may 2017-ci il tarixli 1/156 saylı əmrin qüvvədən düşməsi ilə əlaqədar Bakı Dövlət Universitetinə 03 may 2019-cu il tarixli müraciət ünvanlamaqla müvafiq işlə təmin olunmasını xahiş etmişdir. Bakı D övlət Universitetinin rektoru Elçin Babayevə ünvanlanmış bu müraciət universitetin prorektoru İradə Əliyevanın və baş hüquqşünas Tofiq Sadıxovun imzaları ilə təsdiq olunmuş 19 iyun 2019-cu il tarixli məktubla cavablandırılmış, nəticədə isə müraciət baxılmamış saxlanılmışdır. Bundan sonra maddi zərərin könüllü şəkildə ödənilməsi ilə bağlı Universitetə 31 avqust 2020-ci il tarixli müraciət ünvanlamışdır. Lakin bu dəfə də Universitetinin baş hüquqşünası T.Sadıxov müraciətin mahiyyətinə uyğun olmayan 16 oktyabr 2020-ci il tarixli məktubla apellyasiya instansiyası məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(004)1420/2021 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesa b etmişdir ki, iddiaçının vurulmuş maddi ziyanın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi, Mülki Məcəlləsinin 21.1-ci maddəsi, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi və 292-ci maddəsinin 2-ci hissələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(004)-1420/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(103)5568/2021 saylı qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(004)-1420/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, altı aydan sonra qüvvədən düşən tənbeh növləri Əmək Məcəlləsinin 186-cı maddə sinin 2-ci hissəsində göstərilən digər tənbeh növlərinə aiddir (töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək). Əmək müqaviləsinə xitam verilməsi halında göstərilən əsasa istinadən əmək münasibətlərinin davam etdirilməsi yolverilməzdir. Cavabdehin iddiaçıya maddi zərər vurması müəyyən olunmur və belə tələb təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(103)-5568/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinin pozulması ilə qəbul edilmiş, işin halları nəzərə alınmamış, iddiaçı ilə əmək münasibətləri bərpa edilməməklə ona maddi zərər vurulmuşdur.
12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
15. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsin i tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Azərbaycan Respublikası Əmək Mə cəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 190-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1 4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki şikayətlərin dəlillərinə uyğun olan iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
21. Məhkəmə kollegiyası bir daha izah edir ki, iddiaçının Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə istinadı əsassızdır. Belə ki, həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmə intizam tənbehlərin biri olsa da, həmin tənbehin tətbiqi ilə artıq işçi i lə işəgötürən arasında əmək münasibətlərinə xitam verilir. Belə olan halda isə Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən tənbehin götürülməsi qeyri-mümkündür. Apellyasiya məhkəməsi düzgün olaraq izah etmişdir ki, həmin maddə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində göstərilən daha yüngül tənbeh növlərinə aiddir.
22. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbə bli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının tələblərinə hüquqi qiymət verərək onu əsaslı hesab etməmişdir. Belə ki, cavabdehin hərəkətlərində (hərəkətsizliyində) hər hansı qanunsuzluq müəyyən edilmədiyindən iddiaçıya ziyanın vurulması istisna olunur.
24. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(103)-5568/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan