Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3315/2024 28.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1341/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Vı̇ layət oğlunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi törətməsi nəticəsində onun avtomobilinə dəymiş 39928 manat pulun alınıb ona verilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-94/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-994/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, iddia qismən təmin edilmişdir Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3315/2024 nömrəli, 3 sentyabr 2024 -cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Günya Cavadova 23 oktyabr 2024-cü il tarixli məktubla müraciət edərək, İddiaçı Vı̇ layət oğlu tərəfindən verilmiş kassasiya şikayətinin Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-994/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3315/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3315/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver