Məhkəmə qərarları › İş №2(102)-3316/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3316/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3316/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi”nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2842/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməs indən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 05.08.2015-ci il tarixli, Q-011-AGS/USD-15 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 05.08.2015-ci il tarixli, Q-011-AGS/USD-15-01 nömrəli ipoteka müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı kimi Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayı ş evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 80.000 ABŞ dolları müəyyənləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.03.2013-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Hüquqların Dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın təsdiqli surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin Ağstafa filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin 05.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.08.2018-ci il tarixə 22.793,85 ABŞ dolları əsas, 4.948,16 ABŞ dolları faiz, 5.863,08 ABŞ dolları cərimə, cəmi 33.605,09 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eksp ertizası Mərkəzinin 16.07.2018-ci il tarixli, 21568 nömrəli rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 24.04.2017-ci il tarixədək olan əsas borcu 20.120,04 ABŞ dolları, faiz borcu 124,94 ABŞ dolları, cəmi borcu 20.244,98 ABŞ dolları təşkil edir. Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidmətinin 05.07.2019-cu il tarixli, 137 saylı hesab-fakturadan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 65.000 manata qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il tarixli, 26649 nömrəli rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 18.04.2017-ci il tarixədək olan əsas borcu 22.820,83 ABŞ dolları, faiz borcu 3.537,69 ABŞ dolları, cəmi borcu 26.358,52 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasını n Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2020-ci il tarixli, 9/349 nömrəli rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 05.08.2018-ci il tarixədək olan əsas borcu 22.820,83 ABŞ dolları, faiz borcu 9.458,43 ABŞ dolları, cəmi borcu 32.279,26 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-yə olan 22.793,85 ABŞ dolları əsas, 3.543,73 ABŞ dolları faiz, 5.863,08 ABŞ dolları cərimə, cəmi 32.200,66 ABŞ dolları məbləğində kredit borcunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə y üklənmiş Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə olan 22.793,85 ABŞ dolları əsas, 4.948,16 ABŞ dolları faiz, 5.863,08 ABŞ dolları cərimə, cəmi 33.605,09 ABŞ dolları kredit borcunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınmas ı üçün ödənilmiş 31 manat rüsumun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklənmiş Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 05.08.2015-ci il tarixli, Q-011-AGS/USD-15 nömrəli kredit müqaviləs indən görünür ki, İddiaçı Bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh arasında bağlanmış 05.08.2015-ci il tarixli, Q-011-AGS/USD15-01 nömrəli ipoteka müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı kimi Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) ipotekaya qoyulmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini, vaxtında və lazımınca icra etməmişdir. 05.02.2020-ci il tarixli maliyyə arayışı ndan görünür ki, Cavabdeh 05.08.2018-ci il tarixə 22.793,85 ABŞ dolları əsas, 4.948,16 ABŞ dolları faiz, 5.863,08 ABŞ dolları cərimə, cəmi 33.605,09 ABŞ dolları borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdı. Qazax Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Musayev, iş № 2(023)-7/2020) iddia qismən təmin edilmiş, Cavabdeh 22.793,85 ABŞ dolları əsas, 4.948,16 ABŞ dolları faiz, 63,0 ABŞ dolları cərimə, cəmi 27.805,01 ABŞ dolları məbləğində kredit borcu alınan anda manata məzənnə nisbəti ilə, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 (otuz bir) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tut ularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, həmin məbləğin ipotekaya qoyulmuş, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin dəyərinin 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228,6 kv.m, yaşayış sahəsi 92,7 kv.m, köməkçi sahəsi 135,9 kv.m olan 5 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 384,2 kv.m, yaşayış sahəsi 195,2 kv.m, yardımçı sahəsi 189,0 kv.m olan 1 otaqlı fərdi yaşayış evi (0,05 ha torpaq sahəsi ilə birlikdə) açıq hərr acda satılması, həmin əmlakın satışından əldə olunan məbləğin hesabına borcun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manatın Cavabdeh və İddiaçı ASC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi, 200 (iki yüz) manat pulun müştərək qaydada Cavabdeh və İddiaçı ASC-dən alınaraq H\h AZ66AİİB********************, KOD 200093, VÖEN **********, S.W.İ.F.T AİİBAZ2X, M/h: AZ37NABZ03501**********1944 hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini və tələbin əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X4 apellyasiya şikayəti verərək Qazax rayon Məhkəməsinin 02 iyun 2020ci il tarixli qə tnaməsinin dəyişdirilərək, iddia tələbinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.07.2018-ci il tarixli, 21568 saylı ekspert rəyində göstərilən məbləğə uyğun olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev, iş № 2(104)-2842/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin ediməmiş, Qazax Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2(023)-7/2020 saylı qətnaməsi Cavabdeh 22.793,85 ABŞ dolları əsas, 4.948,16 ABŞ dolları faiz, 63,0 ABŞ dolları cərimə, cəmi 27.805,01 ABŞ dolları məbləğində kredit borcu alınan anda manata məzənnə nisbəti ilə, ipotekaya tutmanın y önəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 (otuz bir) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi və ipoteka predmetinin dəyərinin 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı əsas və faiz borcu hissələrində iddia tələbindən kənara çıxmamaqla, iddiaçının tələb etdiyi məbləğlərdə təmin etmişdir. Məhkəmə həmçinin, borclunun maddi vəziyyətini, onun cərimə pulunu ödəmək iqtidarında olmamasını, yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi halları, həmçinin kreditorun əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcunun ödənilməsi nin gecikdirildiyi günlər üçün iddiaçı Bank tərəfindən hesablanmış 5.863,08 ABŞ dolları cərimənin azaldılaraq 63 ABŞ dolları məbləğində müəyyən edilməsində də haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və əldə edilmiş Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidmətinin 05.07.2019-cu il tarixli, 137 saylı hesab-fakturaya əsasən, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 65.000 manat məbləğində müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X4 (Vəkil) kassasiya şikayətini onunla əsaslandır mışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)2842/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh kassasiya şikayətində borc məbləğinin artıq hesablanmasını və ipoteka predmetinin dəyərinin az məbləğdə müəyyən olunmasını göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2842/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsinin qüvvədə qalmasını, cavabdeh tərəfin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə ə sasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa gö rə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənotariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxa rır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı ipoteka predetinin məbləğinin artıq müəyyən olunması, cavabdehlər isə borc məbləğinin artıq, ipoteka predmetinin dəyərinin isə aşağı qiymətlə müəyyən olunmasını qeyd etmişlər. Məhkəmə kollegyiası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi borc məbləğinin keçirilmiş ekspertizanın nəticəsinə uyğun olaraq müəyyən edilmiş məbləğə uyğun olması ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq bundan artıq məbləğdə borcun müəyyən olunmadığını qeyd etmişdir. İpoteka predmetinin qiymətinə münasibətdə isə məhz cavabdeh tərəf bu hissədə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətindəki dəlilləri qismən əsaslı hesab edərək müvafiq qyimətləndirmə rəyi alaraq yeni müəyyən olunmuş qiymət üzrə ipoteka predmetinin ilk in satış qiymətini müəyyən etmişdir. Qiymətin bundan artıq və ya daha az məbləğdə olması ilə bağlı dəillərlə razılaşmamışdır. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2842/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar