Məhkəmə qərarları › İş №2(102)-3317/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3317/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3317/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2806/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh birgə nikahlarından 27.11.2003-cü il tarixdə X6, 09.01.2005-ci il tarixdə X7 adlı iki uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2(021)-1207 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, 27.11.2003-cü ildə anadan olmuş X6 və 09.01.2005-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Bərdə Rayon Məhkəməsinin 05.08.2009cu il tarixli, 2(021)-815/2009 nömrəli icra sənədi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat müəyyən edilməsi və Cavabdeh dövlət rüsumu hesabına 20 manat pulun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15.09.2014cü il tarixli, 2(104)-1487/2014 saylı qətnaməsinə əsasən alimentin müəyyən olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay iki uşağın saxlanılması üçün tutulub ona verilən alimentin miqdarının artırılaraq, hər ay hər uşağa 164 manat, cəmi 320 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment ilə uşaqları saxlaya bilmir. Cavabdehin aylıq qazancı çox olsa da, uşaqları saxlamaqda ona heç bir maddi köməklik etmir. X1 “Ezofaqit (Grade B), Erroziv antal qastrit, 12.b.b. xora xəstəliyi. Bulbodeformasiya” xəstəliyindən əziyyət çəkir və cərrahi konsultasiya, stasionar müalicəyə ehtiyacı var, lakin onun aldığı alimentlə oğlunu həkim müayinəsinə apara bilmir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “Ömürdən Pay” Klinikasının 18.07.2019-cu il tarixli videoqastroduodenoskopiya müayinəsinin nəticəsinə əsasən X4 “Ezofaqit (Grade B), Erroziv antal qastrit, 12.b.b. xora xəstəliyi. Bulbodeformasiya” xəstəliyi aşkar edilmiş və pasientə cərrahi konsultasiya və stasionar müalicə məsləhət görülmüşdür. Bərdə Rayon Məhkəməsinin (sədrlik edən Məhərrəm Allahverdiyev) 21.01.2020-ci il tarixli, 2(021)-817/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2(021)- 1207 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 27 noyabr 2003cü ildə anadan olmuş X3 və 09 yanvar 2005-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda hər uşağa 130 manat olmaqla, cəmi 260 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində qətnamənin qəbul edilməsindən 5 ildən artıq keçməklə uşaqların tələbatının artmasını, Cavabdeh qazancının qeyrimüntəzəm olmasını, ondan sabit pul məbləğində ayda hər uşaq üçün 164 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 03.07.014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər uşaq üçün 130 manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç bir yerdə işləmir. Hər ay iddiaçıya 70 manat alimenti çətinliklə də olsa vaxtlı-vaxtında ödəyir. Mülkiyyətində daşınar və ya daşınmaz əmla k yoxdur. Onun şəxsi həyatında da dəyişiklik olmuş, yeni ailə həyatı qurmuş və 3 övladı vardır. Alimentin miqdarının artırılması həm onun, həm yeni nikahından olan övladlarının dolanışığına mənfi təsir göstərər. İşə baxan məhkəmə işi araşdırmadan, onsuzda ödəməyə çətinlik çəkdiyi alimentin məbləğini artırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə aşağıdakı sənədlər təqdim edilmişdir: Cavabdeh ilə X8 10.02.2009-cu il tarixdə nikah bağlamışlar (AZ-İ 171510 saylı nikah haqqında şəhadətnamə). X11 27.07.2010-cu il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası Lamiyə Cəlilovadır (AZE seriyalı, 11788976 saylı şəxsiyyət vəsiqəsi). X9 15.11.2011-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası Lamiyə Cəlilovadır (AA seriyalı, ******* saylı şəxsiyyə t vəsiqəsi) X12 30.07.2018-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası Lamiyə Cəlilovadır (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikası ƏƏSMN Dövlət Məşğulluq Xidmətinin Bərdə rayon Məşğulluq Mərkəzinin 13.02.2020-ci il tarixli arayışına əsasən Cavabdeh onun adına əmək müqaviləsi bildirişi üzrə X2 əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, o, heç bir yerdə işləmir. Onun mülkiyyətində 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, şoran olduğu üçün əkib-becərmir. Bundan başqa, 2 baş inəyi və 1 baş buzovu var. Lakin bununla belə Bərdə Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Çünki iddiaçı dan ayrıldıqdan sonra yenidən ailə qurmuş və həmin ailədən 3 övladı doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Afiq Hüseynzadə) 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmiş, Bərdə Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli, 2(021)-1207 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra 27.11.2003-cü ildə anadan olmuş X10 və 09.01.2005-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında sabit pul məbləğində alime ntin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimentin məbləğini hər ay 130 manat məbləğində müəyyən edərkən, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm borcu olsa da, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətində hər hansı artıma doğru dəyişikliyin olması müəyyən edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin aylıq qazancının çox olduğunu göstərsə də, cavabdehin maddi vəziyy ətində müsbət mənada dəyişiklik olmasına dair hər hansı sübut növlərini iş materiallarına əlavə etməmiş, həmçinin heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməyərək istinad etdiyi həmin hala dair sübut növlərini təqdim etməmişdir. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında heç bir yerdə işləmədiyini, mülkiyyətində 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, şoran olduğu üçün əkib-becərmədiyini, 2 baş inəyi və 1 baş buzovunun olduğunu göstərmişdir. Cavabdeh apellyasiya şikayətində şəxsi həyatında dəyişiklik olduğunu, yeni ailə həyatı qurduğunu və 3 övladının olduğunu göstərərək iddianın rədd edilməsini xahiş etmiş və apellyasiya şikayətinə nikah haqqında şəahdətnamə ilə birlikdə uşaqların şəxsiyyət vəsiqələrinin surətlərini əlavə etmişdir. Həmin sənədl ərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə X8 10.02.2009-cu il tarixdə nikah bağlamışlar və onların nikahlarından 27.07.2010-cu il tarixdə X7, 15.11.2011-ci il tarixdə X6, 30.07.2018-ci il tarixdə Kamil adlı uşaqları doğulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini qismən əsaslı sayaraq hesab etmişdir ki, cavabdeh alimentin miqdarının arıtılmasına dair sonuncu qətnamə qəbul edilənədək X8 ilə artıq nikah bağlamış və həmin nikahlarından 2 övladları doğulmuş olsa da, həmin qətnamənin qəbul edilməsindən sonra 30.07.2018-ci il tarixdə X8 adlı üçüncü uşağı olmuşdur ki, bu da cavabdehin ailə vəziyyətində dəyişiklik olmasına dəlalət edir. Göründüyü kimi, cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik olmadığı halda, ailə vəziyyətində dəyişiklik olmuşdur. Lakin bununla belə, ap ellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarını və respublika üzrə ehtiyac meyarına və uşaqlar üçün yaşayış səviyyəsinin həddinə görə bazar iqtisadiyyatının hazırkı artım şəraitində tərəflərin birgə nikahlarından doğulmuş uşaqların böyüdükcə qida və geyimlə bağlı xərclərinin də artmasını nəzərə alaraq hesab etmişdir ki, 27.11.2003-cü ildə anadan olmuş X6 və 09.01.2005-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 100 manat məbləğində alimentin tutulması ədalətli və məqsədəmüvafiqdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasında göstərdiyi X1 “Ezofaqit (Grade B), Erroziv antal qastrit, 12.b.b. xora xəstəliyi. Bulbodeformasiya” xəstəliyindən əziyyət çəkməsi və cərrahi konsultasiya, stasionar müalicəyə ehtiyacı olması, lakin onun aldığı alimentlə oğlunu həkim müayinəsinə apara bilməməsi barədə dəlillərlə bağlı qeyd etmişdir ki, aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsində nəzərdə tutulduğu kimi, uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməsi üçün ödənilən vəsaitdir. Ailə qanunvericiliyi isə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirak etmək öhdəliklərini fərqləndirir. İddiaçı X7 adlı uşağın xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq ayrıca iddia qaldıra bilər. İddiaçı (Vəkil qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və aliment məbləğinin artırılıraq minimum yaşayış həddində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənı qanunsuz və əsassızdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin 03.07.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment ilə uşaqları saxlaya bilmir, cavabdehin aylıq qazancı çox oisa da, uşaqları saxlamaqda ona heç bir maddi köməklik etmir, həmçinin X1 “Ezofaqit (Grade B), Erroziv antal qastrit, 12.b.b. xora Bulbodeformasiya” xəstəliyindən əziyyət çəkir. Onun cərrahi konsuitasiya, stasionar müalicəyə ehtiyacı var, lakin aldığı alimentlə oğlunu həkim müayinəsinə apara bilmir. Gəncə Apellyasiya Məhkəməsi alimenti çox cüzi həcmdə artırdı ki, həmin pulla uşaqların hətta ən zəruri tələbatlarını belə ödəyə bilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılmasını kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 112.1. -Aliment ödəni lməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016-cı il tarixli qərarı: Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsir ini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Qətnamədən şikayət verən iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd edilən arqumentlər iddia tələbini əsası ilə eynidir və apellyasiya instansiyası məhkəməsi həmin hallara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qət namədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2806/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar