Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3317/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi müstəqil tələb irəli sürməyə n üçüncü şəxs qismində cəlb edilməklə) ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 11 nömrəli Şəmkir Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli, 3-21-3-40/2-1390/2023 nömrəli bildirişdən görünür ki, İddiaçı ərizəsinə baxılmış və təqdim olunan sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən torpaq sahəsinin üzərində yerində müa yinə baxışı keçirilən zaman mübahisəli halın olduğu aşkar edilmiş və qeyd olunan mübahisə səbəbində ölçmə işlərinin aparılması üçün şərait yaradılmamışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(104)-704/2022 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(076)-2842/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(076)-2842/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, JN202A kod 50411005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,36 ha torpaq sahəsi üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X2 miras payı müəyyən edilmiş və iddia qalan hissədə təmin e dilməmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4960/2022 nömrəli qərarından görünür ki, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-704/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynX11, mərhum qaynı X1 məxsus olan həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, 100 manat dövlət rüsumu və 340 manat vəkil xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynıdır. Onun həyat yoldaşı X6 və qaynı X3 vəfat etdiyi üçün o, mərhum qaynanasından və mərhum qaynı Şahmərdan Qocayevdən miras qalmış Şəmkir rayonunun Keçili kəndində yerləşən əmlaklardan mərhum ərinə düşən hissəyə məhkəmə qaydasında qanun üzrə vərəsə tanınmışdır. Lakin cavabdeh miras evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçülməsinə maneə yaradır.
6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədo va) iddia təmin edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət akt JN-202A kod 50411005 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,36 ha torpa sahəsi üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X2 miras payı vardır.
8. Məhkəmə hesab etmişdir ki, Şəmkir rayonunun Keçili kəndində yerləşən mərhum qaynX11, mərhum qaynı X1 məxsus olan həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır.
9. Məhkəmə hesab etmişdir ki, Şəmkir Rayonunun Keçili kəndində yerləşən mərhum qaynX11, mərhum qaynı X1 məxsus olan həyətyani torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respub likası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2781/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, 0.36 ha torpaq sahəsinə 4/6 hissəsi Cavabdeh vərə səlik hüququ tanınmış, 1/6 hissəsi isə X4 məhkəmə qərarı ilə verilmişdir. Mahir Qocazadə iddia qaldırmamışdır. Qeyd edilməlidir ki, iddiaçı DƏDRX-nə ərizə ilə müraciət edərək yalnız torpaq sahəsindən olan maneənin aradan qaldırılması üçün müraciət etmişdir ki, iddiada cavabdeh tərəfindən evədə olan maneənin aparılmasına olan maneənin aradan qaldırılmasını xahiş etmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsində naturada bölgü aparılmamışdır və həmin evin məhz iddiaçıya məxsus torpaq sahəsində yerləşdirilməsi müəyyən edilməmişdir. Sonda isə məhkəmə ölçmə işlərinin aparılmasını xahiş edən şəxsin həmin tikiliyə hər hansı bir hüququnun olmasını məhkəmə tərəfindən müəyyən edilməməsini nəzərə almamışdır. Nəticədə məhkəmə əsassız olaraq cavabdehin üzərinə manənin aradan qaldırılması öhdəliyini qoymuşdur. Ona görə birinci instansiya məhkəməsi iddanı təmin edərkən, iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığını nəzərə almamış, həmçinin evdə ölçmə işlərinin aparılmasına dair maneənin olmamasını və ümumiyyətlə həmin evin vərəsəlik predmetinin olmamasına əhəmiyyət verməmişdir ki, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının torpaq sahəsində 1/6 hissədə miras payı tanındığından onun gözlənilən mülkiyyət hüququ vardır.
15. Apellyasiya instansiyası məhkəməsinin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.
16. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
17. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.
18. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etmək lə şərtlənir.
19. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
20. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsin ə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdı ğı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
21. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı Şəmkir rayonunun Keçili kəndində yerləşən 0,36 ha torpaq sahəsi üzərində olan 1/6 hissədə payına çıxarışın və texniki pasportun verilməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın xx.xx.2023-cü il tarixli məktubuna əsasən, təqdim olunan sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən torpaq sahəsinin üzərində yerində müayinə baxışı keçirilən zaman mübahisəli halın olduğu aşkar edil miş və qeyd olunan mübahisə səbəbində ölçmə işlərinin aparılması üçün şərait yaradılmamışdır.
22. Belə olan halda iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşları tərəfindən müayinənin edilməsinə maneə olmaları qadağan edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münas ibətdə əsaslı deyil.
24. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəinə,“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227 və 362-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin v ə ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasına dair xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 0,36 ha torpaq sahəsinin üzərində yerləşən evi 20 ildən çoxdur ki, öz vəsaitimlə və əziyyətimlə mən tikmişəm, ev kürsülüdür, iki otaqdan, bir aynabənddən və mətbəxdən ibarətdir. 2019-cu ilədək evdən ailəm və mən istifadə etmişik. xx.xx.2012- c i ildə mən "xxxx" MMCdən istifadəmdə olan evin qiymətləndirilməsinə dair Hesabat cədvəlini tərtib etdirmişəm.
27. İddiaçılar İddiaçı mərhum qardaşı Şahların arvadı, X5 isə qardaşının oğludur. X8 1989-cu ilin oktyabr ayında İddiaçı ilə ailə qurmuş, birgə nikahlarından ikinci iddiaçı Mahir Qocazadə doğulmuşdur. Qardaşı Şahlar cəmi iki il onlarla yaşadıqdan sonra təsərrüfatı ayırmış, ailəliklə Şəmkir rayonunun Təzəkənd kəndinə köçmüşlər. 1995-ci ildə isə Rusiya Federasiyasına gedərək uzun müddət orada yaşamışlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 51 saylı qərarı ilə Şəmkir rayonu, Yuxarı Keçili kəndi ərazisindən 0.36 ha torpaq sahəsi X11nın, qardaşı Şahmərdan Qocayevin və onun ümumi mülkiyyətinə verilmişdir. X11 2000-ci ildə, qardaşı Şahmərdan Qocayev 2001-ci ildə ölmüşdür. Hələ onların sağlığında o, həmin torpaq sahəsi üzərində kürsülü ev tikmişdir, ev iki otaqdan, bir aynabənddən və mətbəxdən ibarətdir. xx.xx.2012-ci ildə o, "xxxx" MMCdən istifadəsində olan evin qiymətləndirilməsinə dair Hesabat cədvəlini tərtib etdirmişdir. xx.xx.2019-cu ildə qardaşı Şahlar Rusiya Federasiyasında ölmüş, ailəsi onun meyidini kəndə gətirmişdir. O onun bütün dəfn xərclərini çəkmişdir. İddiaçıların yaşayış yerləri olmadığına görə 0,36 ha torpaq sahəsi üzərində özü üçün tikdiyi evdə onlara müvəqqəti yaşamağa icazə vermişdir. Həmin evin DƏDRX-də mülkiyyətinə keçirilməsi üçün müraciət etsə də, iddiaçılar evdə yaşadığına və mübahisə yaratdıqlarına görə sənədləşmə mümkün olmamışdır. DƏDRX-dən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçıların mülkiyyətində Şəmkir rayonu, Keçili kəndi ərazisində 0,9625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, onlar həmin torpaq sahəsini satdıqdan sonra ona qarşı məhkəmədə iddia qaldıraraq 0,36 ha torpaq sahəsindən onlar a vərəsəlik yolu ilə pay ayrılmasını tələb etmişlər. Məhkəmə qətnaməsi ilə onlara torpaqdan pay bölünmüşdür. Lakin hazırda iddiaçıların məqsədi yalnız torpaqda ölçmə işlərinin aparılmasının təmin olunması deyil, onlar qardaşı Şahlarla birlikdə 20 ildən çox Rusiya Federasiyasında yaşadıqları halda, hazırda illərlə əziyyət çəkib öz vəsaiti ilə tikdirdiyi evin ölçülməsini və adlarına sənədləşdirilməsini istəyirlər. Qardaşı Şahlar öldükdən sonra iddiaçıların yaşamağa yerləri olmadığına görə onlara acıdığı üçün evini müvəqqəti istifadə etmələri üçün iddiaçılara vermişdir. Onlar isə bundan sui-istifadə edərək müvəqqəti yaşadıqları evini mənimsəmək istəyirlər. Torpağın ölçülməsinə və iddiaçıların payının ayrılmasına etirazı yoxdur, lakin onların yaşadıqları evin ölçülməsinə qəti etiraz edir. İddi açılar DƏDRXyə müraciət edərək torpağın ölçülməsini xahiş etmişlər, məhkəməyə müraciət etdikdə isə torpağın və üzərindəki evin ölçülməsini tələb etmişlər ki, bu hal da onların tələbinin tamamilə əsassız olduğunu göstərir.
28. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin152.1-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 9, 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və b ələdiyyə mülkiyyəti növündə ola bilər.
31. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
32. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
33. Maddə
125. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
34. Maddə
129. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
35. Maddə
6. Hər kəs, onun mülki hüquq və vəzifəl əri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokol
36. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr ə şyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətinin dəlillərinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın fərdi yaşayış evinə aid hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normal arı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın fərdi yaşayış evinə aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli 2(104)-1101/2024 nömrəli qətnaməsi iddianın fərdi yaşayış evinə aid hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.