Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3318/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1479/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pulun və 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(040)-1155/2023 saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1479/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərardadı ilə (hakimlər Mehtiyev Mehti (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) qət naməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində “işin halları” hissəsində işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməmiş, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir.
6. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayətdə qeyd olunan halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 5, 6 və 7-ci hissələr). Çünki, iddiaçı yalnız maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, lakin həmin normaların pozulmasını və ya düzgün tətbiq edilməməsini işin halları ilə əlaqəli şəkildə şərh etməmişdir.
7. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-in 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman (baxılan iş üzrə bir neçə dəfə apellyasiya şikayətinin geri qaytarı lmasına əhəmiyyət verməmiş) qeyd olunan hallara təkrar diqqət yetirməmişdir.
8. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır.
9. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1, 363.1.1-1, 364.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Gəncə Apelliyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1479/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi,apellyasiya siyayətinin icraata qəbul edilib yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1155/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə, ”Elektron məhkəmə” infarmasiya sistemində yaradılan elektron formada tərtib edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin 361.1-ci maddəsinin tələblərinə riayət olunmaqla, həmin məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada baxılması üçün aidiyyəti üzrə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsi heç bir əsaslı səbəb olmadan qərardad qəbul edərək, tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsinə və Apellyasiya şikayətinin mülki işlə birlikdə Kəlbəcər rayon məhkəməsinə göndərilməsi qətt edilmişdir.Həmin qərardadı əsassız, qeyri-obyektiv hesab edir.
12. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1155/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə,”Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron formada tərtib edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının MP M-nin 361.1-ci maddəsinin tələblərinə riayət olunmaqla,həmin məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada baxılması üçün aidiyyəti üzrə göndərilmişdir
13. Azərbaycan Respublikasının MPM-nin 361.1-ci maddəsinin tələblərinə riayət olunsa da heç bir əsaslı səbəb olmadan Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə və apellyasiya şikayətinin mülki işlə birlikdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul etmişdir.
14. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikay ət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
16. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;
17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
18. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmas ı daxildir.
19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
20. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normları düzgün tətbiq edilmişdir.
27. Belə ki,Azərbvaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin məzmununda 361.1-ci maddəsində göstərilən məlumatlarla bərabər, apellyasiya şikayəti həmin Məcəllədə nəzərdə tutulmuş formada verilməlidir.Həmin forma Azərbaycan Respublikasının MPM-ə Əlavə 2-də nəzərdə tutulmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ve rilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində “işin halları” hissəsində işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməmiş, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir.Belə ki, iddiaçı tərəfindən verilmiş şikayətdə qeyd olunan halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 5, 6 və 7-ci hissələr). Çünki, iddiaçı yalnı z maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, lakin həmin normaların pozulmasını və ya düzgün tətbiq edilməməsini işin halları ilə əlaqəli şəkildə şərh etməmişdir.Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-in 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman (baxılan iş üzrə bir neçə dəfə apellyasiya şikayətinin geri qaytarılmasına əhəmiyyət verməmiş) qeyd olunan hallara təkrar diqqət yetirməmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və belə hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halla rı müəyyən Edilmir, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.
14. Ona görə də kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli 2(104)-1479/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.