Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3319/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin (əvvəlki adı “xxxx”xxxx ASC) cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3245/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx”xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə 25 faiz ödəmək şərti ilə 15200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün bankla Cavabdeh1 arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan ünvanndə yerləşən 2 otaqlı, 48 kvadrat metr yaşayış, 91.3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinə yönəldilməsi, ünvanndə yerləşən 2 otaqlı, 48 kvadrat metr yaşayış, 91,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahə si ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx”xxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx Bank”xxxx ASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12467,67 ABŞ dolları əsas borc, 6111,51 ABŞ dolları faiz borcu, 124,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18704,15 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvanndə yerləşən 2 otaqlı, 48 kvadrat metr yaşayış, 91.3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinə yön əldilməsi, ünvanndə yerləşən 2 otaqlı, 48 kvadrat metr yaşayış, 91,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoeka predmeti satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx Bank”xxxx ASC arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfndən təqdim edil miş 05.02.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12467,67 ABŞ dolları əsas, 6111,51 ABŞ dolları faiz, 124,97 ABŞ dolları cərimə boru, ümumilikdə 18704,15 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2018-ci il tarixli 2295 №-li rəyinə əsasən 22 yanvar 2015-ci il tarixli 10-G-1-0-189-15 №-li kredit müqaviləsi üzrə 05.02.2018-ci il tarixə Cavabdeh1 13171,38 ABŞ dolları əsas, 5668,76 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə “xxxx” MMC-nin 01.06.2020-ci il tarixli ekspert rəyində Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu Cümşüdlü kəndində yerləşən fərdi yaş ayış evinin bazar qiymətinin 01 iyun 2020-ci il tarixinə 70100 manat təşkil etdiyi göstərimişdir. Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 2(066)-96/2020 saylı mülki iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 “xxxx”xxxx Açıq Səhmdar Cəmiyyətinə olan 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsi üzrə 12467,67 ABŞ dolları əsas borc, 6111,51 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18589,18 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqın ın “xxxx”xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvanndə yerləşən 2 otaqlı, 48 kvadrat metr yaşayış, 91.3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin 70100 manat qiymətləndirilməsi, iöoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx Bank”xxxx ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanndə yerləşən, 2 otaqlı, 48 kvadrat metr yaşayış, 91.3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx Bank”xxxx ASC arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, iddiaçı ondan qanunsuz olaraq 6115,51 ABŞ dolları məbləğində faiz borcu tələb etmiş, məkəmə isə sübutlara qiymət vermədən iddianı həmin hissədə təmin etmişdir. Halbuki, ekspert rəyindən görünür ki, onun banka olan faiz borcu 5668,78 ABŞ dolları məbləğindədir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ədil Məmmədov sədrlik edən və məruzəçi, Rəhma n Muradov, Rəşad Mamedov) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş, Cavabdeh1 6115,51 ABŞ dolları məbləğində faiz borcunun və müvafiq olaraq 18589,18 ABŞ dolları məbləğində cəmi borcun tutularaq, “xxxx Bank”xxxx ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdilmiş, Cavabdeh1 iddiaçı “xxxx Bank”xxxx ASC-nin (Yelo Bank ASC) xeyrinə tutulmalı olan faiz borcu 2484,75 ABŞ dolları məbləğində, cəmi borc isə 14962,42 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, 6115,51 ABŞ dolla rı məbləğində faiz üzrə yaranan borcun cavabdehdən tutularaq, iddiaçının hesabına verilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, mülki işin materiallarında olan 20 may 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə 25 faiz ödəmək şərti ilə 15200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən edilir ki, alınmış kreditə görə Cavabdeh1 Banka cəmi 6556,54 ABŞ dolları məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ekspert rəyindən görünür ki, 22 yanvar 2015-ci il tarixli 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 05.02.2018-ci il tarixə Cavabdeh1 kredit müqaviləsi üzrə faiz borcundan cəmi 4071,79 ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd etmişdir ki, adi riyazi hesablamadan müəyyən edilir ki, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı Banka olan faiz borcu (6556,54-4071,79) 2484,75 ABŞ dolları məbləği təşkil edir. Ona görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, qətnamə faiz borcunun məbləği və müvafiq olaraq cəmi borcun məbləği hissələrdə dəyişdirilməli, cavabdehin faiz borcu 2489,75 ABŞ dolları məbləğində, cəmi borcun məbləği isə (12467,67+2484,75+10)=14962,42 ABŞ dolları məbləğində müəyyən edilməlidir Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Məhkəmə qiyməti müəyyən etmək üçün ekspertiza keçirməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 məhkəməyə teleqram göndərərək arvadı Cavabdeh1 Covid-19 virusuna yoluxduğunu göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin Cavabdeh2 bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, o cümlədən özünün hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsini göstəməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər gəlmədiklə ri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxs in (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni faiz borcunun müəyyən edilməsi hissəsində mübahisələndirmiş, həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə mübahisələndirilən hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Məhkəmə kollegiyası şikayətin dəlilini əsasız hesab edərək qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verərkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qətnaməni mübahisələndirməmişdir. Qətnamə yalnız faiz borcunun tutulması hissədə mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi də qətnaməni mübahisələndirilən hissədə yoxlamışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissəsi olmamış dır. Ona görə də, cavadehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3245/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.