Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-332/2018 25.01.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-332/2018 şəhəri 25 yanvar 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı M6 nümayəndəsi X2 və vəkili İsmayılova Xavər Bəxtiyar qızının, Cavabdeh İKB ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ciiltarixli2(103)8709/2017 nömrəli qətnaməsindən iddiaçı M6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxa raq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 24.05.2017-ci il tarixli 2(006)-3388/2017 nömrəli qətnaməsi ilə iddiaçı M6 Cavabdeh İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinin girov qoyulmasına dair M6 ilə Cavabdeh İKB ASC arasında bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair Cavabdeh İKB ASC ilə "xxxx" MMC arasında bağlanmış hərracın nəticələri barədə 30.10.2013-cü il tarixli ******** nömrəli protokol və hərracın yekunları barədə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh İKB ASC-nin adına verilmiş çıxarışların ləğv edilməsi, iddiaçı M6 Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilo va, A.Hüseynov) 13.09.2017-ciiltarixli 2(103)-8709/2017 nömrəli qətnaməsi ilə Cavabdeh İKB ASC-nin apellyasiya şikayəti təminolunmuş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli 2(006)-3388/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı M6 Cavabdeh İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı M6 və vəkili İsmayılova Xavər Bəxtiyar qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişl ər. İşin halları: İddiaçı M6 Cavabdeh İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinin girov qoyulmasına dair onunla Cavabdeh İKB ASC arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahə si, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh İKB ASC arasında 30.10.2013-cü il tarixdə bağlanmış hərracın nəticələri barədə ******** nömrəli protokolun və hərracın yekunları barədə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, Cavabdeh İKB ASC-nin adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi və əvvəlki vəziyyətinə qaytarılmaqla, onun mülkiyyət hüququnun bərpa edilməsi, əmlakın onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Cavabdeh İKB ASC-dən kredit almaqla ona məxsus Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsini, 0,9781 ha torp aq sahəsini, 1,612233 ha torpaq sahəsini, 1,770952 ha torpaq sahəsini, 1,146196 ha torpaq sahəsini və 1,8593 ha torpaq sahəsini girov qoymuşdur. Qəbələ rayon Məhkəməsinin 27.12.2010-cu il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və iddiaçıya məxsus əmlaklar satışa çıxardmışdır. İddiaçıya məxsus əmlaklar 160.000 manat qiymətləndirilməklə, satılması üçün hərraca çıxarılmışdır. Açıq hərracın keçirilməsinə dair 14.03.2011-ci il tarixli 6521 nömrəli bildirişdən görünür ki, ilkin satış qiyməti 160.000 manat olmaqla, 15.04.2011-ci il tarixdə Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsinin, 0,9781 ha torpaq sahəsinin, 1.612233 ha torpaq sahəsinin, 1,770952 ha torpaq sahəsinin, 1,146196 ha torpaq sahəsinin və 1,8593 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. Həmin hərracın keçirilməsinə dair elanlar qəzetində elan verilmiş və poçt vasitəsilə bildirişlər göndərilmişdir. Birinci hərrac baş tutmadığından "xxxx" MMC 17.05.2011-ci il tarixdə təkrar hərracın keçirilməsinə dair 25.04.2011-ci il tarixli 7069 nömrəli bildirişlər göndərmişdir. 17.05.2011-ci il tarixdə keçiriləcək hərrac barədə ‘Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəflərə poçt vasitəsilə rəsmi məlumat vermişdir. Bundan sonra hərrac təşkilatı əmlak hərracda alınmadığından 27.12.2011-ci il tarixli 11854 nömrəli məktubla hərracın baş tutmamasını və qanunauyğun qərar qəbul etmək üçün Qəbələ rayon İcra Şöbəsinə məktub göndərmişdir. Bundan əlavə, Qəbələ rayon İcra şöbəsinin rəisi vəzifələrini icra edən icra məmuru Tofiq Əliyarov 05.03.2012-ci il tarixdə 06/2011 nömr əli məktubla Bankın rəhbərliyinə müraciət edərək, əmlakların balansa qəbul edilib-edilməməsi barədə məhkəməyə məlumat verilməsini xahiş etmişdir. Göründüyü kimi, sonuncu hərrac 2011-ci ildə verilməsinə baxmayaraq, Bank əmlakı 2012-ci ildə hələ balansa almamısdır. Bundan sonra bank 2 il keçdikdən sonra 30.10.2013-cli il tarixdə "xxxx" MMC-nin hərracın nəticələri barədə ******** nömrəli protokolunu imzalamaqla, iddiaçıya məxsus əmlakı almışdır. Bank həmin sənədlər vasitəsilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən öz adına çıxarışlar almışdır. Göründüyü kimi, 2 dəfə hərrac keçirilmiş və hərracda alıcı olmadığından əmlak satılmamışdır. Belə olan halda, sonuncu hərraccın keçirilməsindən 30 gün müddətində bank iddiaçıya məxsus əmlakı öz mülkiyyətinə keçirməli idi. Lakin buna baxmayaraq, bank indi yə qədər hərracın yekunları barədə protokolu imzalamamış və əmlakı almamışdır. Odur ki, Bank tərəfindən Hərrac Mərkəzinin iddiaçının evinə göndərdiyi sonuncu bildiriş məktubuna 30 gün ərzində münasibət bildirilmədiyinə görə ipotekaya xitam verilməli və iddiaçının əmlakı özünə qaytarılmaqla girovdan azad edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı M6 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddianın rədd edilməsi barədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh İKB ASC-nin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı M6 nümayəndəsi X4 və vəkili İsmayılova Xavər Bəxtiyar qızı kassas iya şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh İKB ASC-nin vəkili Həsənov Vasif Rəsul oğlu kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci iltarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.09.2017-ci iltarixliqətnaməsi ilə Cavabdeh İKB ASC-nin apellyasiya şikayətini təminedib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçıya məxsus olan mübahisəli torpaq sahələrinin borc öhdəliyinin təminatı üsulu olaraq Cavabdeh İKB ASC qarşısında ipoteka ilə yüklü edilməsi, qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh İKB ASC-nin borcun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədə iddiasının təmin olunması, həmin torpaq sahələrinin açıq hərracda satışa çıxarılması, bununla bağlı tərəflərə iki dəfə bildirişlər göndərilməsi, keçirilən hər iki hərracda əmlakların alınmaması, torpaq sahələri hərracda satılmadığı üçün əmlakların 05 mart 2 012-ci il tarixdə tələbkara borcun əvəzi olaraq təklif edilməsi və torpaq sahələrinin hazırda bankın mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. "xxxx" MMC ilə tələbkar və icra qurumunun nümayəndəsi arasnda tərtib edilmiş “Hərracın yekunları barədə” 30.10.2013-cü il tarixli ******** nömrəli protokol və tələbkarla hərrac mərkəzi arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə ilə Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinin 102.000 manata Cavabdeh İKB ASC-yə satılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, ikinci hərracdan sonra 30 gün ərzində bank əmlakları qəbul etmədiyi üçün ipotekaya xitam verilməli olduğundan bankla hərrac mərkəzi arasında tərtib edilmiş yuxarıda qeyd olunan əqdlər etibarsız hesab edilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizaml andırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında şərh verilmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilm əsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, bank ikinci hərracdan sonra 30 gün ərzində ipoteka ilə yüklü edilmiş əmlakları borcun əvəzi olaraq qəbul etməmiş, müddəti buraxmaqla, bunu 30.10.2013-cü il tarixdə qanunla müəyyən edilən müddəti ötürməklə həyata keçirmişdir. Hərrac keçirildikdən və ipoteka ilə yüklü edilmiş əmlaklar bank tərəfindən borcun əvəzi olaraq qəbul edildikdən sonra ipoteka qoyan heç bir etiraz irəli sürməmiş, ipotekaya xitam verilməsi məsələsini qaldırmamış, 10.03.2017-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC ilə tələbkar və icra qurumunun nümayəndəsi arasnda tərtib edilmiş “Hərracın yekunları barədə” 30.10.2013-cü il tarixli ******** nömrəli protokolun və tələbkarla hərrac mərkəzi arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilənin etibarsızlığına istinad edərək həmin əqdlərin etibarsız hesab olunması və ipoteka xitam verilməsini tələb etmişdir. Qeyd olnan əqdlər hərracın nəticələrinə dair həyata keçirilən və əmlakların bankın mülkiyyətinə keçməsinə əsas olan əqdlərdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunla müəyyən edilən müddətdən vaxtında istifadə edilməsinin zəruriliyi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan şərhi bütün mülki hüquq subyektlərinə aiddir. Çünki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır (Mülki Məcəllənin 367.1-ci maddəsi). Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdə dair mübahisə edə bilər. Qeyd olunan normada nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericinin kəsici müddətləri müəyyən etməkdə məqsədi mülki hüquq münasibtləri iştirakçılarını öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaqdan ibarətdir. Hazırkı işdə iddiaçı nın ipotekaya vaxtında xitam verməsini tələb etməsi ona görə vacib idi ki, bankın ona və digər borclulara qarşı icra sənədi ilə müəyyən edilmiş külli miqdarda ödənilməmiş tələbi qalmışdır. Bank vaxtında tələbin borcluların digər əmlakları hesabına ödənilməsini tələb edə bilər, icra sənədinin icrası ilə bağlı digər tədbirlər görülə bilərdi. Buna baxmayaraq iddiaçı ikinci hərrac keçirildikdən altı il sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın hərraca çıxarılması, hərracların keçirilməsi və sonrakı prosessual mərhələlərlə bağlı məlumatlı olmasını özü iddia ərizəsində və apellyasiya icraatında verdiyi izahatında təsdiq etmiş, buna baxmayaraq etibarsız əqdin mübahisələndirilməsinə dair Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddə t ərzində iddia irəli sürməmişdir. Ona görə də, iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakların banka keçməsinə dair əqdi mübahisələndirmək hüququnu ötürmüşdür. Bu səbəbdən iddia təmin edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin ed ilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı M6 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ciiltarixli 2(103)-8709/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-332/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-332/2018
25.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver