Məhkəmə qərarları › İş №2(102)-3326/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3326/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3326/2021 23.04.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-335/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” QSC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Saatlı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(055)-702/2020 saylı qətnaməsi (hakim F.Pənahov) ilə, iddianın qismən təmin edilməsi, Saatlı rayonu Qara Nuru kəndində yaşayan, 29 dekabr 1976-cı il təvəllüdlü Cavabdeh 1273,24 manat əsas borc, 358.18 manat faiz borc, 10 manat cərimə, cəmi 1641 (bir min altı yüz qırx bir) manat 42 (qırx iki) qəpik, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı ləğv prosesində olan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-335/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(055)-702/2020 saylı qətnaməsi iddiaçı ləğv prosesində olan “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən id diaçı ləğv prosesində olan “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansi yası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan “xxxx” QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ləğv prosesində olan “xxxx” QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu t ərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-335/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar