Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3327/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X12 cavabdeh X13 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(104)1805/2020 nömrəli qətnaməsindən cavabdehlər X33 və X15 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonunun Seyfəli kəndi ərazisindən 0,13 ha və 0,28 ha həyətyanı torpaq sahələri X24, X2, X20, X3 və X9 mülkiyyətinə verilmişdir. X1 Fəxrəddin Ağaməmməd oğlunun qardaşıdır. 02 dekabr 2008-ci il tarixdə X15 və X7 tərtib edərək, arasında yaranan narazılıq razılıq əsasında analarına məxsus olan evi bölmüş, kiçik qardaş X14 evin 2-ci mərtəbəsinin sağ otağı aynabəndlə birlikdə, naves, rəmədə yerləşən navesin arxa tərəfi olan torpaq sahəsi, aşağıda yerləşən 0,18 ha olan torpaq əkin sahəsi verilmiş, evin aynabənd hissəsindən önünə qapı açmaqla yanaşı qarajdan ayrı həyət qa pısı açılması razılaşdırılmış, anaya məxsus olan yerdə qalan mülk böyük qardaş X5 verilmişdir. Şəmkir rayonunun Seyfəli kəndində 149,9 kv.m. sahəsindən ibarət fərdi yaşayış evi X24 adına tam, həmin evin yerləşdiyi 0,2630 ha torpaq sahəsi isə X24, X10, X20, X11 və X9 adlarına ümumi birgə mülkiyyət kimi 07 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16 oktyabr 2019-cu il tarixli rəyinə əsasən Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində aparılmış təmir tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 46579,4 manat məbləğində müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X19 cavabdeh X13 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin məbləğinin 50000 manat müəyyən edilməsi və həmin məbləğin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin yaşadıqları ev ataları X25 tərəfindən 1976-cı ildə tikilmişdir. İddiaçının atası Ağamməd Mövsümov 16 may 1985-ci ildə vəfat etmişdir. Ataları vəfat etdikdən sonra iddiaçı miras qalmış mülkdə yaşamaqla təsərrüfatı idarə etmişdir. İddiaçının qardaşı Fəxrəddin Möhsümov 1994-cü ildə ailəsi ilə birlikdə ata yurdundan çıxaraq Seyid kəndinə köçmüş, bir neçə ay orada yaşadıqdan sonra Rusiya Federasiyasına getmiş və 2006-cı ilə kimi ata yurduna gəlməmişdir. 2006-cı ildə iddiaçı işi ilə əlaqədar bir müddət ailəsi ilə birlikdə evdə olmamış, həmin ilin yayında ata evinə qayıdan zaman evinin qapı cəftələrinin sındırıldığını və Fəxrəddin Möhsümovun ailəsi ilə birlikdə onun evində yaşadığını görmüşdür. 2008-ci ildə tərəflər arasında mübahisə baş verdiyinə görə yaşadıqları mülkü iki hissəyə bölmüş və hazırki vaxta kimi həmin qaydada istifadə edirlər. Bu illər ərzində həmin mülkdə iddiaçı tərəfindən xeyli təmir işləri aparılmış və yeniliklər edilmişdir. Son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə ailələrinə kəndin ərazisindən 0,28 ha torpaq sahəsi ayrılmış və bu ba rədə JN456A və JN 456F KOD 50413005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr verilmişdir. Lakin, qeyd olunan sənədlərdə yalnız anası X24, qardaşı X10 və onun ailə üzvlərinin adları göstərilmişdir. İddiaçının və ailə üzvlərinin adları isə qeyd edilməmişdir. Hazırda cavabdehlər iddiaçını və ailə üzvlərini yaşadıqları evdən çıxartmaq istəyirlər. İddiaçının evin təmiri üçün çəkdiyi xərc cavabdehlərdən alınaraq ona verilməlidir. Şəmkir Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərardadı ilə X33, X30, X16, X17 iş üzrə cavabdeh qismində cəlb edilmişlər. (İddiaçının bununla bağlı müvafiq ərizəsi olmasa da, bunu mübahisələndirməmişdir). Şəmkir Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(076)-124/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Mustafayev) iddianın qismən tə min edilməsi, cavabdehlər X6 və X21 46579,40 manat pulun və 15 manat dövlət rüsumunun alınıb, iddiaçı X14 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 157.7, 259.1-ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, cavabdehlər iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququna maneə yaradaraq mübahisəli fərdi yaşayış evini boşaltmasını tələb ediklərindən, iddiaçının istifadə hüququnu servitutla eyni hüquqi mahiyyətə malik olduğundan, və iddiaçı istifadə hüquqlarının hə yata keçirilməsində maneələrlə qarşılaşdığından onun vicdanlı sahib kimi tərəflərin razılaşması əsasında mübahisəli fərdi yaşayış evinin istifadə etdiyi hissəsinə çəkdiyi 46579,4 manat məbləğində təmir tikinti xərclərini tələb etmək hüququ vardır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər X33 və X15 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(076)-124/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(104)-1805/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayət i təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(076)-124/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlaka baxış keçirmiş və müəyyən etmişdir ki, qardaşların anadan olduqları ev və evin həyətyanı torpaq sahəsi tərəflərin razılaşdıqları 02 dekabr 2008-ci il tarixli Aktın şərtlərinə uyğun olaraq, faktiki iki hissəyə bölünmüş, daş hasarla bir birindən ayrılmış və ayrılmış sahələr müvafiq qaydada tərəflərin istifadəsindədir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, X4 əsasən onun sahibliyinə və istifadəsinə verilmiş hissədə əhəmiyyətli təmir və abadlıq işləri aparmışdır. Məhkəmə hesab etmişdir ki, işin məhkəmə baxışı zamanı Cavabdeh əmlakın X14 aid olan hissəsinə iddialı olmadıqlarını, həmin əmlakdan onu n istifadə etməsinə mane olmadıqlarını bildirsə də, bu dəlil iş materialları ilə təkzib olunur. Belə ki, mülki işin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2018-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X8 Zaməddin Ağamməd oğluna qarşı iddia qaldırıb, bir neçə tələb, o cümlədən X12 yaşadıqları Şəmkir rayonunun Seyfəli kəndində olan evin yerləşdiyi torpaq sahəsindən çıxarılması tələbini irəli sürmüşdür. Həmçinin, Cavabdeh həmin əmlakın DƏDRX-də mülk kimi X12 adına qeydə alınmasına heç vaxt razı olmayacaqlarını bildirmişdir. Cavabdeh bu mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi onların mülkiyyətindədir və iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları əldə etməyə çalışsa da, buna nail ola bilməmişdir. Mülki işin materiallarına cavabdeh lər tərəfindən əlavə olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, 07 fevral 2020-ci il tarixdə mübahisəli torpaq sahəsi və 149,9 kvadratmetr sahədən ibarət daşınmaz əmlak cavabdeh tərəfin adına mülk kimi DƏDRX-də qeyd alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təmir və abadlıq işləri apardığı daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları əldə etmək üçün istifadə edə biləcəyi hüquqi müdafiə vasitələri tükənmiş və iddiaçının təmir və abadlıq işləri apardığı daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları DƏDRX-də cavabdeh tərəfin adına qeydə alındığından həmin əmlaka mülkiyyət hüquqlarının gözləntisi də məhz cavabdeh tərəfə aiddir. Həmçinin cavabdeh tərəf iddiaçı ilə öz aralarında razılaşdıqları 02 dekabr 2008-ci il tarixli Aktın şərtlərinə əməl etməyərək, iddiaçıya verilmiş əmlakın iddiaçının adına DƏDRX-də mülk kimi qeydə alınmasından imtina etmişlər. Bundan əlavə, görülmüş işlər nəticəsində yaradılmış əmlakın zərər vurulmadan başqa yerə aparılması da mümkün deyildir. Beləliklə də, iddiaçı cavabdeh tərəflə əvvəllər əldə edilmiş razılaşmaya uyğun olaraq özü üçün yaratmış olduğu əmlakdan cavabdeh tərəfin bu razılaşmaya əməl etməməsi nəticəsində məhrum olmuş və hazırki vəziyyətdə həmin əmlaka mülkiyyət hüquqlarının gözləntisi cavabdeh tərəfə aiddir. Göründüyü kimi, baxılan mübahisədə cavabdeh tərəfin hərəkətləri iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər X33 və X15 birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(104)-1805/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlara düzgün qiymət verilməmiş və işin faktiki halları düzgün müəyyən olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştir akçılarının izahatları Məhkəmə kollegiyası iclasında iddiaçı X19 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdehlər vermiş və iddianın təmin olunmuş hissə sini mübahisələndirmişlər. Kassasiya şikayətini də cavabdehlər eyni dəlillərlə verdiyindən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulma sın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üç ün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onl arın verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilmə klə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətləri nin dəlillərinə hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad etdiyi Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Yuxarıda qeyd olunduğ u kimi, apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının istifadəsində olduğu və sonuncunun təmir etdiyi evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmiş və iddiaçını belə hüququ əldə etmək imkanından məhrum etmişlər. Həmçinin cavabdehlər 02 dekabr 2008-ci il tarixli aktın şərtlərini pozmuşlar. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə iddiaçıya zərərin vurulması arasında səbəbli əlaqənin mövcudluğunu tam əsaslandırmamışlar. Belə ki, iş materiallarından müəyyən olunur ki, həqiqətən əvvəllər X33 cavabdeh X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-456F saylı “Torpağın mül kiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunmuş, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsinə və orada inşa edilmiş fərdi yaşayış evinə cavabdeh tərəfindən edilən qəsdə son qoyulması, həmin mülkdə ölçü işlərinin aparılmasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, JN456F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunmuş, Şəmkir rayonunun Yuxarı Seyfəl kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçı X24 m ülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə cavabdeh X19 tərəfindən yaradılan maneənin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qərarı ilə cavabdeh X19 tərəfindən verilmiş müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Beləliklə müəyyən olunur ki, hazırki iş üzrə cavabdehlərdən X33 əvvəllər həqiqətən X19 mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırsa da, onun bu tələbi təmin olunmamış və iddiaçı qətnaməni mü bahisələndirməmişdir. Həmçinin tərəflər arasında bağlanmış 02 dekabr 2008-ci il tarixli aktın məzmunundan görünür ki, X15 və X19 analarına məxsus evin bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə etmişlər. Lakin həmin aktın məzmununda tərəflərin iddiaçının istifadəsinə verilmiş əmlakın onun adına DƏDRX-də qeydə alınması barədə razılığa gəlmələri müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbinin təmin edilməsi üçün onun mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququndan məhrum olunması halı müəyyən olunmalıdır. Torpaq sahəsinə və üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüququnun cavabdehlərin adına qeydə alınması özü-özlüyündə iddiaçının bu hüququndan məhrum olunması demək deyildir. İddiaçı fərdi yaşayış evinin ona ve rilmiş və təmir edilmiş hissəsindən istifadə etməkdə maneəsiz davam etdiyi halda onun ziyana məruz qalması istisna olunur. Apellyasiya instansiyası məhkəməsi isə həmin halın müəyyən olunması ətrafında hər hansı araşdırma aparmamışdır. Həmçinin mübahisələndirilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində yalnız cavabdeh X24 adına qeydə alındığı halda, iddia olunan ziyanın həmçinin X6 tutulması apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin istinad etdiyi ekspert rəyi iddianın tam təmin olunması üçün kifayət etmir. Məhkəmə kollegiyası razılaşır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, orada əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla belə, nəzərə a lınmalıdır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir. Belə ki, hazırki iş üzrə alınmış ekspert rəyində mübahisəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin dəyəri müəyyən olunsa da, həmin işlərin nə vaxt görülməsi, qeyd olunan qiymətlərin hansı tarix üçün müəyyən edilməsi, iddiaçının təmirdən sonra evdən istifadə edib-etməməsi və istifadə etdiyi halda təmirin aşınma məbləği məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zə ruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya m əhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən ilk olaraq iddiaçının mübahisələndirilən yaşayış sahəsindən istifadədən məhrum olunub-olunmaması, həmin məhrum e tmənin qanuni olub-olmaması araşdırılmalı, nəticəsindən asılı olaraq prosessual qənaət prinsipi əsas götürülməklə iddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə əlavə məhkəmə ekspertizasının təyin edilməsi məsələsi müzakirə olunmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X33 və X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(104)-1805/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3327/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3327/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver