Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3327/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh1 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3327/2023 ( Açar sözlər: borcun ödənilməsi, borcun ipoteka predmetinə yönədilməsi, kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönə dilməsi barədə ilkin, Cavabdeh1 İddiaçı QSC-yə qarşı kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(106)-108/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 37L000001803 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunu r.
2. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 37R000002007 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000 (səksən min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 37R000002007S saylı və xx.xx.2015-ci il tarixli 37R000002007SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
3. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2014-cü il tarixli 37S000002744 saylı zaminlik müqaviləsinə və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 37S000002743 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onla r həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.
4. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2014-cti il tarixli 37M000000092 saylı ipoteka müqaviləsinə əsasən, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən 4 nömrəli evin Cavabdeh1 miilkiyyətindəki 27 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 2 №-li reyestr kitabının 36 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən 4 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 27 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
6. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2014-cti il tarixli 37M000000093 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətindəki bağ evi (0.0557 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 4 №-li reyestr kitabının 70 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, ünvan 1 ünvanında yerləşən. Cavabdeh3 mülkiyyətindəki bağ evinin (0.0557 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000002007 saylı kredit razılaşması üzrə 52145.93 ABŞ Dolları məbləğində kredit borcu, 9205.58 ABŞ Dolları m əbləğində faiz borcu və 43208.69 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 104 560 (yüz dörd min beş yüz altmış) ABŞ Dolları 20 (iyirmi) sent məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə-alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən 4 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 27 nömrəli mənzili və ünvan 1 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətindəki bağ evinə (0.0557 "a torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və -mumilikdə cəmi 104 560 (yüz dörd min beş yüz altmış) ABŞ Dolları 20 (iyirmi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət msumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Şirvan şəhəri. Leytenant İbrahimov küçəsində yerləşən 4 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 27 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətindəki bağ evinə (0.0557 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin bağ evinə istifadə hüququnun itirilməsi, bağ evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 27854.07 ABŞ Dolları ödəmiş, onun 52145.93 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kre ditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016- cı il tarixə 317 gün üçün hesablanmış faiz borcu 9205.58 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 317 gün üçün hesablanmış cərimə 43208.69 ABŞ Dolları təşkil edir. Bunadn başqa, ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyanlar Cavabde h1 və Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildirişlər xx.xx.2016-cı il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında iki ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim edilmiş və həmin İdarədə qeydiyyata alınmışdır.
9. Eyni zamanda Muradov Məhiyyədin Əhəd oğlu da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış 9 aprel 2014-cü il tarixli, 37L000001883 nömrəli kred it xətti müqaviləsinin və 15 aprel 2014-cü il tarixli 37M00000009 saylı İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi için yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, Bankda kredit verilən zaman Cavabdeh1 kreditin Azərbaycan manatı ilə verildiyi deyilmiş və o vəsaiti manatla əldə etmişdir. O, məhkəmə icraatının gedişində kreditin ABŞ dolları ilə verildiyini başa düşmüşdür. Bankın əməkdaşları bu halı ona izah etmədən müqavilə bağlamışlar. Odur ki, müqavilələr etibarsız hesab edilməlidir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirərək, cərimənin azaldılmasını xahiş etmişdir.
4. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin 17 may 2022-ci il tarixli 50 saylı rəyindən görünür ki, Şirvan şəhəri, Leytenant İbrahımov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinin likvid dəyəri 60.000 (altmış min) manatdır.
5. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin 17 may 2022-ci il tarixli 50/1 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evinin (0,0557 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 50.000 (əlli min) manatdır.
6. Füzuli Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(064)-177/2022 saylı qətnaməsi ilə (sədrlik edən M.Bağırov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000002007 saylı kredit razılaşması üzrə 52145.93 ABŞ Dolları məbləğində kredit borcu, 9205.58 ABŞ Dolları məbləğində faiz borcu və 50 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 61401.51 ABŞ dollarının ödəniş anında azərbaycan manatı ekvivalenti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutulması, tələbin Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən 4 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 27 nömrəli mənzili və ünvan 1 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətindəki bağ evinə (0.0557 "a torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin əmlaklar açıq hərracda s atılsın və satışdan əldə olunmuş vasait İddiaçı QSC-yə olan borc hesabına ödənilməsi, Şirvan şəhəri, Leytenant İbrahımov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinin (0,0557 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin 50.000 (əlli min) manat müəyyən edilməsi, hərracda satışdan əldə olnmış vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən 4 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 27 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququ itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətindəki bağ evinə (0.0557 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin bağ evinə istifadə hüququnun itirilməsi, bağ evinin boşaldılması və alıcıya təhvil verilməsi, Cavabdeh1 İddiaçı QSC-yə qarşı “kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, Cavabdeh1 mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 400 (dörd yüz) manat pulun alınaraq, Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına (M/h: AZ37NABZ ********************) köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyini iş materiallarına və işin hallarına istinadən əsaslandırmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsin in 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, bununla da MPM-nin 385-ci maddəsi üzrə qətnamənin apellyasiya qayd asında ləğv olunması üçün əsaslar yaranmışdır.
11. Məhkəmə-mühasibatlıq ekspertizasının 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, cavabdehlərin banka olan əsas borcu 51 870.85 ABŞ dolları, faiz borcu isə 8 711.35 ABŞ dollarıdır. Ekspertiza xərci 200 manat təşkil etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) 2(106)-108/2023 nömrəli iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan əsas və faiz borcun məbləği hissəsində dəyişdirilmiş, əsas borcun məbləği 51 870.85 (əlli bir min səkkiz yüz yetmiş ABŞ dolları, 85 sent) ABŞ dolları, faiz borcunun məbl əği 8 711.35 (səkkiz min yeddi yüz on bir ABŞ dollar, 35 sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq eksperetizası təyin etməmiş və tələb edilən borcun məbləğinin düzgünlüyünü yoxlamamışdır.
14. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi dəqiq müəyyən edilmişdir. Bundan başqa Cavabdeh1 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş əsas və faiz məbləğinin çox olmasını mübahisələndi rmişdir. Düzdür, Cavabdeh1 apelyasiya şikayətində ekspertizanın keçirilməsinə əsas olan heç bir sənədi məhkəməyə təqdim etməsə də, apelyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəməmühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspert rəyindən goründüyü kimi iddia qaldırılarkən cavabdehlərdən tələb olunan əsas və faiz borcu artıq hesablanmışdır. Cərimə borcuna gəldikdə isə məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət ve rən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin əsas və faiz borca münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 385, 442, 445.1, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1 və 59.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Bankın iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayə tinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, qanunverciliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti barədə mübahisə olduqda ipoteka predmetinin dəyəri müstəqil qiymətləndiricinin verəcəyi rəy əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, rəydə ipoteka predmeti olan əmlakların dəyəri real dəyərindən olduqca az göstərilsə də, məhkəmə buna qətnamədə qiymət verməyərək ipoteka predmeti olan əmlakların dəyərini rəydə qeyd edilən məbləğdə qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi heç bir hüquqi əsası olmayan ekspert rəyinə əsaslanaraq işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq tamamilə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İ ddiaçı QSC kassasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə mürac iət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
22. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri yalnız ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə dair olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.
32. Kassasiya kollegiyası, məhkəmə tərəfindən ipoteka predmetləri olan Şirvan şəhəri, Leytenant İbrahımov küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinin (0,0557 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin 50.000 (əlli min) manat müəyyən edilməsi hissəsi ilə razılaşır və qeyd edir ki, əmlakların qiyməti barədə qiymətləndirmə rəyi alınmışdır.
33. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyy ən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
34. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
35. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
37. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən ekspertiza rəyləri ətraflı araşdırılmış və hansı rəyin mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin cavabdeh əmlakların dəyərinin müəyyən edilən qiymətdən daha artıq olması barədə heç bir sübut təqdim etməmişdir.
38. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Muradov Məhiyyədin Əhəd oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(106)108/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, ipotekanın predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.