Məhkəmə qərarları › İş №2(102)-3330/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3330/2019

06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3330/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3330/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan QSC "***" KB-nin vəkili ***nın, Cavabdeh1 MMC-nin vəkili***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli, 2(103)13319/2018 nömrəli qətnaməsindən Cavabdeh1 MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim T.S.Kərimov) 08 avqust 2018-ci il tarixli, 2(001)-1570/2018 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər "Cavabdeh1" MMC-dən. "X3" MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3.598.985,06 ABŞ dolları əsas borc, 250.521,19 ABŞ dolları faiz borcu, 5.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 3.854.506,25 (üç milyon səkkiz yüz əlli dörd min beş yüz altı dollar 25 sent) ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan QSC «***» KB-na ödənilməsi, iddianın dəbbə pulunun qalan hissəsində tutulması hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və N.Ş.Cəfərov) 20.12.2018-ci il tarixli, 2(103)-13319/2018 nömrəli qətnaməsi ilə "Cavabdeh1" MMC-nin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 MMC və onun vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ləğv prosesində olan QSC "***" KB cavabdehlər "Cavabdeh1" MMC-yə, "X3” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "***" KB ilə "Cavabdeh1" MMC arasında bağlanmış 20 dekabr 2014-cü il tarixli 170/02/3514/14 saylı kredit müqaviləsi üzrə 3.642.770,06 ABŞ dolları məbləğində əsas borcun, 74.730,42 ABŞ dolları məbləğində faiz borcunun, 69.337,50 ABŞ dolları məbləğin də cərimə borcunun, ümumilikdə isə 3.761.286,15 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada QSC "***" KB-nın xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, QSC "***" KB ilə "Cavabdeh1" MMC arasında bağlanmış 29 dekabr 2014-cü ıl tarixli 170/02/3514/14 saylı kredit müqaviləsi üzrə 3.598.985,06 ABŞ dolları məbləğində əsas borcun, 250.521,19 ABŞ dolları məbləğində faiz borcunun, 118.009,81 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə isə 3.967.516,06 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada QSC "***" KB-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb i onunla əsaslandırılmışdır ki, 29 dekabr 2014-cü il tarixdə cavabdeh "Cavabdeh1" MMC ilə QSC "***" KB arasında bağlanmış 170/02 3514/14 saylı müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 15% ödənilməsi şərti ilə 12 ay müddətinə 3.698.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə "Cavabdeh1" MMC-nin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdehlər "X3" MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında 29 dekabr 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər həmin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh "Cavabdeh1" MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 MMC və onun vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təmin edilmiş 250521.19 ABŞ dolları məbləğində faiz borcunun hansı müddətə və necə müəyyən edildiyi məlum deyil. Belə ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən kredit üzrə illik faiz dərəcəsi 15% müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti 29.12.2015-ci il tarixinə kimi təyin edilmişdir. Lakin nədənsə iddiaçı tərəfindən təqdim olunan 06.09.2016-ci il tarixli maliyyə arayışında 05.09.2016-ci il tarixinə olan faiz borcu göstərilmişdir və borc məbləği 250521.19 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi ilə son müddət 29.12.2015-ci il tarix olduğu halda, hansı əsasla faiz borcu 05.09.2016-ci il tarixinə kimi hesablanmışdır məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Belə ki, bank tələbini əsaslandıran heç bir sübut təqdim etməmiş və bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarının pozuntusuna səbəb olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin vəkili*** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması ba rədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC "***" KB-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı QSC "***" KB-nın "***" filialı ilə cavabdeh "Cavabdeh1" MMC arasında 29 dekabr 2014-cü il tarixdə bağlanmış 170/02/3514/14 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən illik faiz dərəcəsi 15% müəyyən edilmə klə, 12 ay müddətinə qaytarılınası şərti ilə ******* ABŞ dolları məbləğində kredit verilmİşdir. 06 sentyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən, "Cavabdeh1" MMC-nin bank qarşısında 170/02/3514/14 saylı kredit müqaviləsi üzrə 05 sentyabr 2016-cı il tarixinə yerinə yetirilməmiş öhdəliyi 3598985,06 ABŞ dolları əsas borc, 250521,19 ABŞ dolları faiz borcu, 118009,81 ABŞ dolları cərimə olmaqla ümumilikdə isə 3967516,06 ABŞ dolları təşkil edir. İddiaçı ilə cavabdehlər "X3" MMC, X1, Cavabdeh3 və Cavabdeh4 arasında 29 dekabr 2014-cü il tarixdə bağlanmış 170/02/3514/14 saylı zaminlik müqavilələrinə əsasən, sonuncular bankla borcalan "Cavabdeh1" MMC' arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məhkəmə mühasibatlıq eksper tizasının 25822 saylı 19 iyun 2017-ci il tarixli rəyinə əsasən, "Cavabdeh1" MMC-nin 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 29 sentyabr 2015-ci il tarixə 3675157,91 ABŞ dolları əsas borcu, 338907,65 ABŞ dolları faiz borcu, 05 sentyabr 2016-cı il tarixə 3587586,91 ABŞ dolları əsas borcu, 338686,71 ABŞ dolları faiz borcu vardır. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 21584 saylı, 03 iyul 2018-ci il tarixli rəyinə əsasən, "Cavabdeh1" MMC-nin banka 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 29 dekabr 2015-ci il tarixə, yəni müqavilənin qüvvədə olma müddətinin bitdiyi dövrə ******* ABŞ dolları əsas borcu, 273563,39 ABŞ dolları faiz borcu, 05 sentyabr 2016-cı il tarixə ******* ABŞ dolları əsas borcu, 273563.39 ABŞ dolları faiz borcu vardır. Maddi hüquq normalar yoxlanıla rkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüqu qi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübut a yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzin in ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh1 MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıl dığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Eyni zamanda, digər cavabdehlər zamin kimi Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsini n vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtlən dirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqedən aydın olur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni 29.12.2015-ci ilədək hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi də əlavə0 ekspertiza rəyi ilə məhz həmin tarixədək müəyyən edilmiş faiz borcunu tutmaqla düzgün nəticəyə gəlmişdir. Kassator borcun daha cox müddətə görə hesablanması ilə bağlı dəlil isə öz təsdiqini tapmadığından qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2018-ci il tarixli, 2(103)-13319/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar