Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3330/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Oktay oğluna və Cavabdeh1 Oktay oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3330/2023 (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-884/2023 saylı iş üzrə, 27 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 2010-cu ildən 2016-cı ilədək İddiaçı və onun ərinə məxsus mağazanı şifahi razılaşma əsasında ərzaq məhsulları və digər əşyalarla birlikdə qəbul edərək işlətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 Oktay oğluna və Cavabdeh2 Oktay oğluna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Oktay oğlundan ona borcu olduğu 20450 (iyirmi min dörd yüz əlli) manat pulun, Cavabdeh2 Oktay oğlundan isə 1050 (min əlli) manat pulun və dövlət rüsumu hesabına ödədiyi 155 (yüz əlli beş) manat pulun isə cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər qardaş olmaqla, onların həmkəndliləridir. Cavabdeh1 ona və ailəsinə məxsus mağazanı şifahi razılaşmalarına əsasən idarə etmiş, yəni satıcılıq etmişdir. Cavabdeh1 onların mağazasını idarə edən zaman, yəni 2010-2016-cı illər arasında malları onların razılığı olmadan nisyə vermiş və nəticədə 20150 (iyirmi min yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh2 borcu isə 1350 manat təşkil edir. Cavabdehlər ödəməyi öz öhdəsinə götürsələr də, borcdan ödəmə etməmişlər. Cavabdehlər polisdə izahat verərəkən, borclarını etiraf etmişlər. Nisyə dəftərində də bütün bu hallar öz əksini tapmışdır.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Oktay oğlu iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, 2016-cı ilədək iddiaçı və onun ərinə mə xsus mağazanı şifahi razılaşma ilə ərzaq məhsulları və digər əşyalarla birlikdə qəbul edərək işlətmişdir. Mağazanı işlətdiyi dövrdə məhsulları nisyə və nağd qiymətə satmış, pulunu isə iddiaçıya və ərinə vermişdir. O, mağazanı təhvil verdikdən sonra iddiaçının əri ilə nisyə borclarından bir qismini yığmış və hesablamalar nəticəsində 18.967 manat borcun olması müəyyən edilmişdir. Bundan başqa digər cavabdeh qardaşı Cavabdeh2 Oktay oğluna 1350 manat dəyərində ərzaq məhsullarını nisyə onun özü satmışdır. Cavabdeh2 borcu onun iddiaçıya olan borcunun daxilindədir. Hazırda onun iddiaçıya 18.967 manat borcu qalmışdır. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 Oktay oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, qardaşı Cavabdeh1 iddi açıya məxsus mağazanı şifahi tapşırıq əsasında işlətdiyi zaman mağazadan nisyə məhsullar almış və borcu yaranmışdır. Ona münasibətdə qeyd olunan borc digər cavabdeh olan qardaşı Cavabdeh1 iddiaçıya olan borcunun daxilindədir. Məhkəmədən iddianın ona münasibətdə rədd edilməsinin xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatından bildirmişdir ki, ona və ailəsinə məxsus mağazanı Cavabdeh1 Oktay oğlu işlətdiyi dövrdə malları nisyə və nağd olaraq satmışdır. O mağazanı təhvil verəndə 30.000 manat borcu yaranmışdır, sonra borcun bir hissəsini onlara qaytarmış, hazırda 18.967 manat borcu qalmışdır.
7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Mustafayev) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 Oktay oğlundan 18967(on səkkiz min doqquz yüz altmış yeddi) manat pulun və məhkəmə xərci qismində 140 (bir yüz qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir.(Qətnamənin qəbul edilmə tarixi ilə bağlı yanlışlıq düzəldilmişdir).
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan şifahi razılaşma mahiyyət etibarı ilə tapşırıq müqaviləsidir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında mağazanı işlətmək və əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehin xərcləri çıxıldıqdan sonra iddiaçıya qaytarılması barədə razılaşma olmuş, cavabdeh həmin razılaşma əsasında mağazanı əmlaklarla birlikdə qəbul etmiş, lakin cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyərək satdığı malların dəyəririni tam olaraq iddiaçıya ödəməmiş, bununla da iddiaçıya 18.967 manat maddi zərər vurmaqla əsassız varlanmışdır.
9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 Oktay oğlunun iddiaçı ilə aralarında bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməməsi və tələbi iddiaçıya 18.967 manat maddi ziyan vurulması hissəsində qəbul etməsi nəzərə alınmaqla iddia həmin hissədə təmin edilməlidir.
10. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 Oktay oğluna yönəlmiş hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, Cavabdeh2la iddiaçı arasında hər hansı razılıq olmamış, bu razılıq əsasında hansı əşyaları neçə manata satılması və Cavabdeh2 iddiaçıya borcunun olması, ümumiyyətlə cavabdehlərin iddiaçıya 21.500 manat borclu olmaları barədə iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin iş üzrə Cavabdeh1 Oktay oğlu digər cavabdeh qar daşı Cavabdeh2 Oktay oğluna əmlakları özü tərəfindən verildiyini və onun iddiaçıya olan borcu həmin məbləği əhatə etdiyini bildirmişdir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 425, 431.1, 442, 448, 777, 778, 779, 782, 1091, 1092.1, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 Oktay oğlu qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2623/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə, yəni 2010-cu ilin yazından 2016-cı ilin yayına kimi heç bir qayda pozuntusuna yol verməmişdir. Onun satıcı işlədiyi mağaza binası iddiaçının evinin içərisində yerləşir. Bu səbəbdən mağaza açarının biri iddiaçıda və onun ailə üzvlərində, digər isə onda olmuşdur. Həm onlar, həm də o, mağazada satış etmişlər. Satış zamanı həm o, həm də iddiaçı nisyə satmışlar. 2016-cı ilin yayında iddiaçı onu işdən çıxartmışdır. Onun mağazanı təhvil verəndə onlara heç bir borcu qalmamışdır. Onların nisyə satdıqları mallar olmuşdur ki, onları həm iddiaçı və ailə üzvləri, həm də o satmışdır. Səkkiz ildən sonra iddiaçının hazırki iddia ilə müraciət etməsi düzgün deyildir. İddiaçı iddia müddətini də ötürmüşdür. Onun iddiaçıya heç bir borcu yoxdur. Bundan başqa, o, həmin mağazada usta kimi işləmiş, onun görmüş olduğu işlərin əl muzdu 10000 manatdan çoxdur. Əmək haqqı olaraq iddiaçı həmin məbləği ona verməmişdir.
14. Gə ncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) 27 aprel 2023-cü il tarixli, 2(104)-884/23 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə iclasında yazılı ərizə verərək, yalnız 18967 manat borcu olduğunu bildirmiş, məhkəmə isə iddianı həmin məbləğdə təmin etmişdir.
16. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçıya məxsus mağazada ona məxsus ərzaq mallarının sataraq, malların dəyərinin iddiaçıya ödənilməsi barədə tapşırığı vicdanla yerinə yetirməmiş və kifayət qədər vicdanla icra etməməsi nəticəsi ndə vəkalət verənə 18967 manat məbləğdə zərər vurmuşdur ki, bu ziyan üçün də məsuliyyət daşıyır.
17. Cavabdeh apellyasiya şikayətində mağazada işlədiyi vaxt həmin mağazada usta kimi işlədiyini, onun görmüş olduğu işlərin əl muzdu 10000 manatdan çox olduğunu göstərmiş, kollegiya həmin dəlilləri əsassız sayaraq, qeyd etmişdir ki, həmin hal hazırki iddianın predmeti olmadığından, cavabdeh bununla bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
18. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi əsası ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin iclasında iştirak etsə də, Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinin tələbinə uyğun olaraq, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir.Digər tərəfdən, iddiaçı məhkəm ə kollegiyasının iclasında verdiyi izahatında cavabdehin borcundan hazırkı iddianın qaldırılmasına qədər az-az qaytardığını, sonuncu dəfə 2022-ci ilin may ayında 300 (üç yüz) manat ödəmə etdiyini bildirmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 Oktay oğlu (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-884/2023 saylı iş üzrə, 27 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmuş hissədə rədd edilməsini, həmin hissədə yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək, onun təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəm ənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
24. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
25. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir
26. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
27. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
28. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır
29. Maddə 783.2.Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Qətnamə Cavabdeh1 Oktay oğlu tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, mə hkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirak edərək, borcunu qismən etiraf etmiş, iddia ilə bağlı münasibətini bildirmiş, lakin iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətində iddiaçıya borcunun olmaması, iddia müddətinin buraxılması və s. ilə bağlı faktlara istinad etm əsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinin tələbinə əsasən yolverilməzdir.
46. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi tərəflərin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Oktay oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-884/2023 nömrəli 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.