Məhkəmə qərarları › İş №2(102)-3330/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3330/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3330/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər:pul öhdəliyin icrası, müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3429/2024 nömrəli iş ü zrə 03 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarxidə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi olmaqla 3 ayrı müqavilə bağlanmışdır.

2. Kredit müqaviləsinə görə İddiaçı Cavabdeh 80000 manat kredit verir.

3. Xidmət müqaviləsinə görə İddiaçı (sifarişçi) və Cavabdeh (icraçıya) müqavilə dəyəri olaraq 80000 manatı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi, (iddia tələbinin həcmini n azaldılmasına dair ərizə) ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə həm əmək müqaviləsi, həm də xidmət göstərilməsinə dair müqavilə bağlayaraq cavabdehi işlətdiyi salona stilist kimi işə götürmüşdür. İşə qəbul edərkən iddiaçı cavabdehə 80.000 manat pul vermişdir. Həmin pulu verərkən onlar arasında 17 fevral 2021-ci il tarixdə notariat qaydada borc müqaviləsi də bağlanmışdır. İddiaçı xidmət müqaviləsində də həmin ödənişlə bağlı şərtlərini bildirmiş və cavabdeh də bu müqavilə ilə razılaşmışdır. Belə ki, xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçıya işlədiyi ilk 3 ayda verdiyi puldan hər ay 4.000 manat, qalan aylarda isə 5.000 manat ödəməli idi. Qalan aylarda 5.000 manata çatdırmadığı halda isə iddiaç dəyən ziyanın ödənilməsi məqsədi ilə 5.000 manata qədər cərimə tələb etmək hüququna malikdir. Müqaviləyə görə icraçı (cavabdeh) müqaviləyə birtərəfli xitam vermək istədikdə sifarişçi, yəni iddiaçı müqavilə bağlanarkən ödədiyi 80.000 manatın geri ödənilməsini tələb edə bilər. Həmçinin iddiaçı ilkin ödənişdən əlavə olaraq ona dəyən ziyan kimi əlavə olaraq 40.000 manatı da tələb etməyə haqlıdır. Hazırda, cavabdeh ona pul ödəmək istəmir və iddiaçının işlətdiyi salonda deyil, başqa salonda işləyir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcllənin 329.2, 425.1, 442, 4 48.1, 739.,və 740-cı maddələrinə istinad etmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış əmək, xidməti və borc müqavilələrinin bir-biri ilə əlaqəli olması istisna edilir. Aralarında bağlanmış əmək müqaviləsi, xidmət müqaviləsi və kredit müqaviləsi fərqli münasibətləri tənzimləyir və bu müqavilələrin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında hazırda qüvvədə olan əmək müqaviləsi var. Cavabdeh iddiaçıya məxsus müəssisədə işçi kimi fəaliyyət göstərir. Buna baxmayaraq, iddiaçı eyni zamanda göstərdiyi stilist fəaliyyətinə görə cavabdehlə xidməti müqavilə də bağlamışdır. Cavabdeh hələ iddiaçı ilə 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi bağlamamışdan təxminən 2 ay əvvəl 17 fevral 20 21-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Həmin müqavilə ilə cavabdeh şəxsi məqsədləri üçün iddiaçıdan 80.000 manat məbləğində pulu xx.xx.2026-cı il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İddiaçı cavabdehlə əmək münasibətlərinə istinad edərək, ona verdiyi borcu əsassız olaraq vaxtından əvvəl qaytarılmasını tələb edir. Halbuki, 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi ilə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrası vaxtı kredit müqaviləsində dəqiq olaraq xx.xx.2026-cı il tarixə qədər göstərilmişdir. Borc öhdəliyinin konkret icra vaxtı göstərildiyi üçün borcverən həmin borcu vaxtından əvvəl ondan tələb edə bilməz. Bundan başqa, iddiaçı guya cavabdehə 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin icrası çərçivəsində 80.000 manat məbləğində pul verməsini iddia etsə də, həmin müqavilənin bağlanması zamanı cavabdehə heç bir ödəniş edilməmişdir. Bunu təsdiq edən sənədləri iddiaçı məhkəməyə təqdim etməmişdir. Yalnız 17 fevral 2021-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir ki, bu da əsassızdır. Belə ki, nə kredit, nə də ki xidmət müqaviləsində həmin münasibətlərin bir-biri ilə əlaqəsinin olması göstərilməmişdir. Onlar ayrı-ayrı müqavilələrdir, predmetləri də fərqlidir. Kredit müqaviləsi cavabdehin şəxsi ehtiyacları üçün xx.xx.2026-cı il tarixə qədər qaytarmaq şərti ilə bağlanmış müqavilədir. Onun iddiaçı ilə arasında olan əmək münasibətlərinə heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçı ilə aralarında olan əmək münasibətlərini əmək müqaviləsi tənzimlədiyi üçün, xidməti müqavilə etibarsız hesab edilməlidir. Belə ki, mübahisənin predmeti cavabdehin id diaçıya məxsus obyektdə stilist vəzifəsinin (saç kəsimi, boyanması və s.) icra etməsi ilə bağlıdır.

8. Cavabdeh həmçinin iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Tələb belə əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndində sifarişçinin (iddiaçı) vəzifələri bölməsində icraçıya, yəni cavabdehə müqavilə dəyəri olaraq 80.000 manat ödənilməsi qeyd edilməsinə baxmayaraq, bu günədək sifarişçi tərəfindən icraçıya bununla bağlı hər hansı ödəniş olunmamışdır. İddiaçı həmçinin cavabdehlə əmək müqaviləsi bağlayaraq, o nu işçi kimi işə götürmüşdür. Xidmət göstərilməsinə dair 01 aprel 2021-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri əmək müqaviləsi ilə tənzimləndiyi üçün xidməti müqavilə etibarsızdır. Belə ki, xidməti müqavilənin predmeti cavabdehin iddiaçıya məxsus obyektdə stilist vəzifəsini (saç kəsimi, boyanması və s.) icra etməsi ilə bağlıdır. İddiaçının fəaliyyət növü qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən: 2-3. aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəal iyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Digər tərəfdən, 01 aprel 2021-ci il tarixdə iddiaçı aralarında xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.1.4-cü bəndində qeyd edilmişdir ki, sifarişçi (iddiaçı) icraçıya, yəni cavabdehə müqavilə dəyəri olaraq, müqavilə bağlandığı andan 80000 manat ödəmişdir. Lakin müqavilə 01 aprel 2021-ci il tarixdə bağlanmasına baxmayaraq, bu günə kimi müqavilə öhdəlikləri üzrə cavabdehə hər hansı ödəniş olunmamışdır. Cavabdeh tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə tələb olunan bildiriş iddiaçının həm faktiki yaşa dığı ünvana, həm də qeydiyyatda olduğu ünvana göndərilmişdir.

10. Cavabdehin iddia ərizəsində tələbin hüquqi əsası kimi Mülıki Məcllənin 421, 423 və 424-cü maddələrinə istinad edilmişdir.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1011/2023 saylı, 27 fevrl 2023-cü il tarixli qərardadı ilə yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

12. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası rədd, cavabdehin iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv olunmuşdur. (hakim Kamran Əsədov)

13. Birinci instansiya məhkəməsi göstərmişdir ki, birinci iddia üzrə iddiaçı xidmət göstərilməsinə dair müqavilə üzrə cavabdehd ən 70.155 manat pulun onun xeyrinə tutulmasını xahiş etsə də, həmin müqavilə üzrə cavabdehə 80.000 manat pul verməsinə dair məhkəməyə mötəbər sübutlar (kassa məxaric orderi, bank çeki, qəbz, sadə yazılı formada pulun alınmasına dair qeyd və s.) təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqləri qeyd etməklə yanaşı, əmək qanunvericiliynə istinad edərək göstərmişdir ki, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmuşdur və buna müvafiq olaraq onlar arasında əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsi mövcud ola-ola xidmət göstərilməsi barədə müqavilənin bağlanması Əmək Qanunvericiliyinə uyğun deyildir. Buna görə də cavabdehin müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli, onlar arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilməlidir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pul tələbinə dair iddiası da rədd edilməlidir. Belə ki, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə qanunun tələblərinə zidd olaraq bağlanıb, həmçinin həmin müqavilə üzrə cavabdehə real olaraq ödəniş edilməyib. Həmçinin müəyyən olunur ki, tərəflər arasındsa 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin icra müddəti 17 fevral 2026-cı il müəyyən edilmişdir. Kredit müqaviləsinin isə tərəflər arasında bağlanmış xidmət və əmək müqaviləsi ilə əlaqəsi yoxdur.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsi ilə əsasla ndırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, öz iddiasının təmin, cavabdehin iddiasının isə rədd olunmamasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissənin müddəalarına istinad edərək qeyd etmişdir ki, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Halbuki, Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr 02 aprel 2021-ci il tarixdə əlavə edilmişdir. Yəni Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3 və 2-4-cü hissələrinin müddəaları iş üzrə tərəflər arasında mübahisələndirilən 01 aprel 202 1-ci il tarixli xidməti müqavilə bağlandıqdan sonra – 02 aprel 2021-ci il tarixdə qəbul edilmiş və müvafiq dəyişikliklər 08 may 2021-ci il tarixdə dərc edildiyindən 08 may 2021-ci il tarixdə qüvvəyə minmişdir. Bununla tam aydın şəkildə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xidməti müqaviləsi üzrə mübahisəli hüquq münasibətləri 01 aprel 2021-ci il tarixdə yarandığı zaman, Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3 və 2-4-cü hissələrinin müddəaları qüvvədə deyildi və Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3 və 2-4-cü hissələrinin müddəaları 01 aprel 2021-ci il tarixli xidməti müqaviləsinə şamil edilə bilməz. Həmin norma 01 aprel 2021-ci il tarixədək qüvvədə olmuş olsaydı belə, 01 aprel 2021-ci il tarixli xidməti müqaviləy ə münasibətdə yanlış olaraq tətbiq edilmişdir. Çünki sözügedən müqavilənin məzmunundan göründüyü kimi, cavabdehlə iddiaçı arasında 01 aprel 2021ci il tarixdə real olaraq əməkdaşlıq münasibətləri yaranmış və müqavilənin 4.2-ci bəndinin şərtlərinə əsasən, tərəflərin birgə fəaliyyəti dövründə tərəflər arasında olan dövriyyənin 50 (əlli) faiz hissəsi sifarişçi (İddiaçı), 50 (əlli) faizisə icraçıya (Cavabdeh) olmaqla bölünür. Sözügedən müqavilənin, o cümlədən 4.2-ci bəndindən də göründüyü kimi, gözəllik salonunun fəaliyyəti təkcə iddiaçının əsas fəaliyyət sahəsi olmamış, eyni zamanda cavabdehin da əsas fəaliyyət sahəsi olmuş və sonuncu əmək haqqının almasında yox, birgə fəaliyyət nəticəsində əldə olunacaq gəlirlərin 50 faizini əldə etməkdə maraq güdürdü. Bu hal işəgötürən və işçi münasibətlərin ə oxşar deyil, buna görə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin müddəalarının təsiri altına düşmür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqaviləsinin 2.1.4-cü maddəsinin müddəalarına əsasən, sifarişçi (İddiaçı) icraçıya (Cavabdeh) müqavilə dəyəri olaraq müqavilə bağlandığı andan etibarən 80.000 (səksən min) manat ödəmişdir. Yəni, müqavilənin elə 2.1.4-cü bəndindən müəyyən olunur ki, həmin müqavilə bağlanıldığı gün – 01 aprel 2021-ci il tarixdə artıq iddiaçı tərəfindən cavabdehə 80.000 manat ödənilmişdir və cavabdeh nəinki müqavilənin sonunda – bütün səhifələrində, o cümlədən 2.1.4-cü bəndini əks etdirən səhifəni də şəxsən imzalayaraq 80.000 manat məbləğində pul vəsaitinin müqavilə bağlandığı günü ona artıq ödənildiyini imza sı ilə təsdiq etməklə faktiki etiraf etmişdir. Belə olan halda, Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçı 80.000 manat məbləğində pul vəsaitinin məhz 01 aprel 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən 01 aprel 2021-ci il tarixdə ödənilməsini sübut etməkdən azaddır, bunun əksini sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-708/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə ) c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1249/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə 3-cü şəxsin Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınn 2(103)708/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş həmin apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə iddiaçının əsas fəaliyyət sahəsinə (gözəllik salonu) aid xidmətlərin stilist olan cavabdeh tərəfindən yerinə yetirilməsi ilə bağlı yaranmışdır.

22. Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarına və Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələri, o cümlədən tər əflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranması nəzərə alınmaqla, tərəflər arasındakı münasibətlər əmək münasibətləri hesab edilir və mübahisəyə baxılması ümumi məhkəməyə aiddir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(103)-3429/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 70.155 (yetmiş min, yüz əlli beş) manat alınaraq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv (etibarsız hesab) edi lməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, İddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 450.69 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq ona ödənilmiş, Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu isə özünə aid edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Namiq Cəfərov)

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçının tələbinin faktiki halları qanunvericilik normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından onun iddiası haqlı, cavabdehin iddiasının faktiki halları isə qanunvericilik normalarının dispozisiya şərtləri ilə uzlaşmad ığından, üstəlik iddiaçının etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından onun iddiası haqlı sayılmır.

25. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Buna görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

26. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, birinci iddia ərizəsinin, iddia tələbinin həcminin azaldılması barədə ərizənin nəticə hissəsində iddiaçı... xidmət müqaviləsinə görə cavabdehin ona vurduğu ziyana görə 70155 manat pul tələb etdiyini, kredit müqaviləsi üzrə tələb hissəsində tələbinin isə baxılmasını istəmədiyini göstərməsi,.. ikinci iddia ərizəsinin nəticə hissəsində isə... 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsinin.. qeyd olunması iddia ərizələrində yalnız bu cür göstərildiyinə görə birinci iddianı n rədd, ikinci iddianın isə təmin olunması üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də hər iki iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətlərinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq birinci instansiya məhkəməsi 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə qarşı tərəfə pul ödənilməsinə dair hər hansı bir sübut olmadığına görə birinci iddianı rədd, tərəflər arasındakı münasibətlərin əmək münasibətləri olduğundan xidmət müqaviləsinin bağlanmasının əmək qanunvericiliyinin tələblərinə zidd olduğuna görə isə ikinci iddianı tə min etmişdir.

27. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddia edənin üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh arasında 3 müqavilə bağlanmışdır: 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi, 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi.

29. İddiaçı iddia ərizəsində cavabdehin xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyi üçün həm kredit, həm də xidmət müqaviləsinə əsaslanaraq tələbini irəli sürmüşdür. Düzdür, iddiaçı iddia tələbinin azaldılması barədə ərizəsində xidmət müqaviləsinə görə cavabdehin ona vurduğu ziyana görə 70155 manat pul tələb etdiyini, kredit müqaviləsi üzrə tələb hissəsində tələbinin isə baxılmasını istəmədiyini göstərməsi isə, o demək deyil ki, o, hər bir müqavilə üzrə cavabdehdən ayrıca pul tələb etmək niyyətindədir. Çünki apellya siya baxışı zamanı da birinci iddiaçı həm kredit, həm də xidmət göstərilməsinə dair müqavilədə nəzərdə tutulan məbləğlərin eyni olduğunu təsdiqləmişdir. Başqa sözlə, hər iki müqavilədə göstərilən 80000 (səksən min) manat eyni olduğundan cavabdehə də yalnız 80000 (səksən min) manat verilmişdir.

30. Cavabdeh də iddiaçıdan yalnız 80000 manat aldığını, lakin həmin məbləği kredit müqaviləsi üzrə aldığını etiraf və qəbul edir. Buna görə də bir tərəfdən düşünür ki, iddiaçı tərəfindən 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə ona bu günə kimi hər hansı bir vəsait ödənilmədiyindən, bununla da Mülki Məcəllənin 421-ci maddənin tələbinə əsasən, yəni digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə ləğv edilməlidir, digər tərəfdən isə həmin müqavilənin qanunvericiliyin tələbinə zidd olaraq bağlandığını, çünki qarşı tərəflə arasında olan münasibətlərin əmək müqaviləsi ilə tənzimləndiyi üçün etibarsız hesab edir. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi və vəkili əslində 01 aprel 2021-ci il tarixli müqavilənin etibarsız olduğu üçün əslində onun ləğvini deyil, etibarsızlığını tələb (təsbit) etmək niyyətində olduğunu bildirmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər arasında bağlanmış hər üç müqavilənin tarixindən də bəlli olur ki, onlar arasında kredit və xidmət müqavilələri əmək müqaviləsindən əvvəl bağlanmışdır. Deməli, onlar arasında rəsmi əmək münasibətləri yarananadək birinci iki müqavilədə göstərilən məbləğ artıq cavabdehə ödənilmişdir. 01 aprel 2021-ci il tarixli müqavilənin 2.1.4-cü bəndində də 80000 manatın ödəniləcəyi d eyil, artıq...”80000(səksən min) manat ödəmişdir” məzmunlu şərt göstərilmişdir. Cavabdeh də artıq kredit müqaviləsi üzrə həmin məbləğ ona ödənildiyi üçün xidmət müqaviləsinin bütün şərtləri, o cümlədən 80000 manatın ona artıq ödənilməsi ilə bağlı şərti ilə razılaşaraq müqaviləni imzalamışdır. Düzdür, cavabdeh düşünə, yaxud ehtimal edə bilər ki, iddiaçı gələcəkdə kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin başlanacağı 2026-cı ildə də ona qarşı kredit müqaviləsi üzrə yeni iddia irəli sürə bilər. Ancaq onun yalnız bu cür düşünməsinə və ehtimalına görə hazırki birinci iddia rədd oluna bilməz. Çünki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili də bir daha təsdiq etmişdir ki, kredit müqaviləsi və xidmət müqaviləsində göstərilən məbləğlər eynidir, kredit müqaviləsinin əvvəldən bağlanması tərəflər arasında xidməti müqaviləsi üzrə yaranacaq münasibətlərin və öbhdəliklərin təminatı kimi çıxış edib. Buna görə də birinci instansiya məhkəməsinin kredit müqaviləsinin tərəflər arasında bağlanmış xidmət və əmək müqaviləsi ilə əlaqəsinin olmamağı barədə qənaəti də yanlış olmuşdur.

32. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün borc (kredit) müqavilələri, yaxud mövcud borcun etirafı və ya xidmət göstərilməsinə dair müqavilə ad ı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn, uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri yazılı formada bağlanmış müqaviləyə, yaxud borcun etirafını təsdiq edən digər yazılı sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda, digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırki işdə olduğu kimi 01 aprel 2021- ci il tarixli müqavilə üzrə pul almadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin əd alətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən xx.xx.2021-ci il tarixli borc (kredit) müqaviləsi bağlansa da və həmin müqavilə əsasında cavabdehə 80000 manat ödənilsə də, cavabdeh 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə iddiaçıdan 80000 manat almadığını əsas gətirərək iddianı etiraf etmir. Buna baxmayaraq, cavabdeh 01 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri də lazımı qaydada icra etmir və bunu icra etdiyini də israr etmir. Deməli, cavabdeh 01 aprel 2021-ci il tarixli müqavilə üzrə həm üzərinə götürdüyü işləri yerinə yetirməkdən, üstəlik, həmin işlərin görülməsinə görə ona əvvəlcədən ödənilmiş məbləği də qaytarmaqdan imtina edir, əsas kimi də müqavilənin etibarlı olmadığına istinad edir. Əlbəttə ki, bu hüquqdan açıq-aşkar suiistifadəyə dəlalət edən hal sayılır.

34. Hesab edilsə ki, 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdehə 80000 manat ödənilməmişdir, belə olan halda həmin məbləğdə vəsaitin ona ödənildiyini cavabdeh etiraf etməzdi. Hətta bir anlığa təsəvvür edilsə ki, xidmət müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur, ancaq kredit müqaviləsi üzrə borcunu etiraf edərkən, eləcə də 2021-2022-ci illərdə müqavilə üzrə öhdəliklərini qismən də olsa icra etməklə cavabde h həmin müqaviləni bəyənmiş və təsdiq etmiş olur. Deməli, əhəmiyyətiz əqd olsa belə, onu bəyəndiyi və təsdiq etdiyi üçün cavabdehin hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilməlidir. (MM.m.351).

35. Bununla yanaşı, borcun etirafı institutu da tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni r azılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyin i icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Cavabdehin 01 aprel 2021-ci il tarixli müqaviləni öz imzası ilə təsdiq edərək 80000 manatı almasını etiraf etməsi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirildikdə də yenə də birinci iddia əsaslı olmuş və buna görə də birinci instansiya məhkəməsinin həmin iddianı rədd etməsi əsassız olmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçi rərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda, qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 337.1, 337.3, 337.4, 351, 385.1, 386.1, 427.1, 427.2, 428.2, 428.4, 442, 448.1, 448.2, 528, 529.1, 739.1, 739.2, 740.1, 740.2, 882-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv birinci iddianın rədd, öz iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış 01 aprel 2021-ci il tarixli müqavilə bağlandığı andan etibars ızdır. Belə ki, tərəflər arasında əmək münasibətləri mövcud olan halda hər hansı mülki xarakterli müqavilə bağlana bilməzdi. Müqavilənin 2.2.3 bəndində qeyd edilir ki, sifarişçi icraçıdan birgə fəaliyyət dövründə tərəflər arasında olan aylıq dövriyyənin ilk üç ayında 4000 min, sonrakı aylarda 5000 min manata çatdırmaması halında ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə 5000 min manat cərimə tələb etmək hüququna malikdir. Belə bir şərtlə bağlanmış müqavilə qanunvericiliyin tələblərinə ziddir. Digər bir tərəfdən, belə bir mövzuda bağlanmış müqavilə məhkəmələr tərəfindən təmin olunarsa, bu, məhkəmə təcrübəsinin formalaşmasına, ölkədə xaosa gətirib çıxara bilər. Belə fərz edilsə ki, işə götürən işçini işə götürür və bir müddət işlətdikdən sonra ona belə bir mövzuda müqavilə imzaladır və 3-5 il sonra işçiyə qarşı iddia qaldırır ki, sən müqavilə üzrə üzərinə ay ərzində 6000 min manat gəlir vermək öhdəliyi götürmüsən lakin aylar üzrə 2000 manat gəlir vermisən, 3 illik dəymiş ziyan 96 min manat təşkil edir. Həmçinin qeyd edilən müqavilədə qeyd edilir ki, müqaviləyə xitam vermək istəyən müəyyən qədər cərimə olunur. İddiaçı xidmət göstərilməsi barədə müqavilədə cavabdehə 80000 manat pul ödənilməsini, Bakı Apellasiya Məhkəməsi, həmin pulun kredit müqaviləsi üzrə ödənildiyini qeyd edir. Lakin aşağıdakı halları nəzərə almır. Xidməti müqavilənin 2.2.4 bəndində icraçı bu müqaviləyə bitmə tarixindən əvvəl təktərəfli qaydada xitam vermək istədikdə, Sifarişçi ona müqavilə bağlanarkən 80000 manatı geri ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilə özü-özlüyündə etibarsızdır. Bakı Ap ellyasiya Məhkəməsi kredit müqaviləsi üzrə ödənilmiş olan 80.000 min manatı bu müqaviləyə aid etmişdir. Həmin kredit müqaviləsi bu gün də qüvvədədir. Belə çıxır ki, iddiaçı həm kredit müqaviləsi, həm də xidməti müqavilə üzrə sözügedən 80.000 manatı, yəni ümumilikdə 160.000 manatı tələb etmək hüququna malikdir. Xidməti müqavilə üzrə cavabdehə hər hansı ödəniş olunmamışdır. Göründüyü kimi, tərəflər arasında əmək hüquq münasibətləri mövcud olmuş və buna müvafiq olaraq onlar arasında əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsi mövcud ola-ola xidmət göstərilməsi barədə müqavilənin bağlanması əmək qanunvericiliyinə uyğun deyildir. Cavabdehlə iddiaçı arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilməlidir. Belə ki, tərəflər arasında ilkin olaraq əmək münasibətləri mövcud olmuş, yəni işə götürən olan iddiaçı cavabdehi işə götürmüş, daha sonra cavabdehin pula ehtiyacı olduğundan ona borc vermiş və bu borcu kredit müqaviləsi ilə rəsmiləşmişdir. Bir müddət keçdikdən sonra cavabdehi aldatmış, cavabdeh müqaviləyə nəzər yetirmədən onu imzlamışdır.. Tərəf arasında işçi-müdir əlaqələri olduğundan, işçi işə götürünə inanmış və müqaviləyə qol çəkmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onl ar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.1. Ə gər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 428.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borc lu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1.(xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqa viləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. (xx.xx.2023-cü ilədək qüvvədə olan) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. B u Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən b axılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində cavabdeh (iddiaçı) qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin ed ilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.

46. Birinci iddia tələbi cavabdehdən pulun tutulması barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış xidmət müqaviləsi üzrə sonuncuya 80000 manat pul verməsinə istinad etmişdir. İkinci iddia tələbi həmin müqavilənin etibarsız olması barədə olmaqla, müqavilə üzrə pul verilməməsinə istinad edilib.

47. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hər iki iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

48. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsin in hazırkı qərarın 24-37-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

49. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəilləridir.

50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, tərəflər arasında əmək müansibətləri olması və bu səbəbdən onlar arasında xidmət müqaviləsinin etibarsız hesab edilməli olması barədə şikayətin dəlilləri əsassızdır. Belə ki, məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi cavabdehin (iddiaçının) iddiasını təmin etməmişdir.

51. İddiaçının həm kredit, həm də xidməti müqavilələri üzrə sözügedən 80.000 manatı, yəni ümumilikdə 160.000 manatı tələb etmək hüququna malik olması barədə dəlil də əsaslı deyil. Hər iki müqavilə üzrə 80000 manatın eyni məbləğ olmasını apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır. (bax: 29, 31-ci bəndlər)

52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3429/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar